XX əsr dünya siyasi xəritəsinin dəfələrlə dəyişildiyi, müxtəlif coğrafiyalarda dövlətlərin süqutu, yeni dövlətlərin yaranışı ilə yadda qaldı. Dünyanı əhatələyən qanlı iki dünya müharibəsi də bu əsrin bəlalarındandır.
İstər SSRİ- nin, istərsə də digər dövlətlərin işğalındakı türk xalqları da bu proseslərdən kənarda qalmamış, hətta ən ağır dönəmlərini yaşamışdılar. Onlar həm cəbhələrdə döyüşür, həm soyqırımlara, sürgünlərə məruz qalır, həm də mənəvi məhv edilmə siyasətinə qurban gedirdilər. Tarixləri, mədəniyyətləri gizlədilmiş, tarixi qəhrəmanları quldur kimi tanıdılmış, unutdurulmuş və inancları aşağılanmışdır. Azərbaycan xalqı olaraq Sovet İmperiyasının tərkibindəki xalqlardan biri olmağımız, onlarla eyni taleni yaşamağımız göstərir ki, ikinci dünya müharibəsi zamanı Altaylarda böyük türk dirənişinin varlığı nəticəsində 6 illik bir dövlətin qurulmasından xəbərdar olmamağımız normaldır.
Bəs bu hansı zərurətdən yaranmış dövlət idi?
Bizim Şərqi Türküstan olaraq tanıdığımız ərazi (sərhədləri: Çin, Monqolustan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Hindistan, Pakistan və Tacikistan) əsrlərdir Çinin tərkibindədir. Müxtəlif zamanlarda Çin idarəçiliyinə, ayrı-seçkiliyə qarşı uyğur türkləri kütləvi ayaqlanmalar, silahlı üsyanlar etsələr də , qələbə qazana bilməmişdilər. Bəsit silahlar, nizami olmayan hərəkatlar, digər bölgələrdən dəstək gəlməməsi uğursuzluğun əsas səbəblərindən idi.
1933–cü ildə Çində hakimiyyətə gələn kommunist Şenq Şi Cai idarəçiliyinin ilk dövrlərindən Stalinin diktəsi ilə etnik xalqlara, xüsusilə də türk xalqlarına qarşı həyata keçirdiyi amansızlıqları ilə yadda qaldı. Stalinin kommunist rejimləri xəbərdar etməsi əsassız deyildi. Çünki Avropada nasistlərin güclənməsi, digər xalqlarda da millətçiliyi ön plana çəkə bilərdi ki, bu da dövlətlərin zəifləməsinə gətirib çıxaracaq amil idi. Bu dövrdə Şərqi Türküstan etnik təmizləmə və mənəvi işgəncələrə qarşı dirənişə başladı. Dirənişin lideri xalqın “Batur” (qəhrəman, yenilməz) adı verdiyi Osman İslambay (bəzən İslamoğlu) idi.
Osman İslambay 1890-cı ildə Altayda dünyaya gəlmişdi. Soyu Qazax türklərinin “Orta Juz”undan gəlirdi. Ailəsi köçəri həyat yaşayan və maldarlıqla məşğul olan birliyə daxil idi. Kiçik yaşlarından türk döyüş sənəti ilə və ovçuluqla məşğul olmuş, 12 yaşından isə Qazax türklərinin lideri Bökə Baturun himayəsinə keçmişdir. Onun yanında təlim almış və yarışlara qatılmışdı. Bökə Baturun Çinlilərlə toqquşması sonucunda təhlükədən sovuşmaq üçün Türkiyəyə üz tutması Çin milis dəstələrinə bildirilmiş və Tibetdə öldürülmüşdür. Bundan sonra Osman bəy sarsılmış və 40 yaşına kimi fərdi təsərrüfatla məşğul olmuşdur. 30–cu illərin sonunda Çin yönətiminin Altay mədənlərinin idarəçiliyini öz əllərinə alması, orada işləyən türk fəhlələrin uzaqlaşdırılması, məscidlərə ayaqqabılı girilməsi və ibadət edənlərin təpiklənməsi yeni üsyanlara səbəb oldu. İlk başda Çin rejimi Sovet dövlətinin Urimçidəki 20 minlik ordusuna güvənərək üsyanları basdırmağa çalışdı. Lakin, xalqın dirənişi gücləndikcə Şeng Cai yeni üsula əl atdı. O, guya Altay camaatlığının liderləri ilə danışıqlar apararaq, ortaq nöqtəyə gəlinəcəyini əsas gətirmiş, onları sarayına dəvət etmişdir. Siyasi kəsim və döyüşçülər arasında anlaşmazlıq olsa da, siyasilər saraya getmək qərarına gəldilər. Görüşə gedən liderlərin anında həbsi və edam qərarı verildi. Edamdan əvvəl onlara öz əlləri ilə məktub yazdıraraq, danışıqların baş tutduğunu və xalqı silahı buraxmağa çağıran müraciət yaymalarını tələb etdilər. Lakin Osman Batur və slahdaşları buna inanmadılar. Ordu komandanı Osman Batur “Mən silahımı Çinlilərə vermərəm. Gücləri çatırsa, gəlib alsınlar. Bu gün silahımızı alan, sabah canımızı alar” – deyərək mübarizəni dayandırmadı. Baturun ordu birliklərinə türk ziyalıların edam olunması haqqında məlumat gələn kimi yeni üsyan dalğası başlamış oldu.
1942–ci ildə Almaniya ilə SSRİ arasında vəziyyətin daha da gərginləşməsi sovet rəhbərliyinin orduların şəqdən çəkərək qərb cəbhələrinə göndərilməsi qərarı Şenq hökümətini sarsıtdı, Türküstan xalqı üçün isə fürsət oldu. Onlar Altayda bir neçə şəhəri ələ keçirdilər. 22 iyul 1943-cü ildə Osman Batur böyük törənlə Altay Qazaxlarının Xanı elan edildi. Qısa bir müddət sonra isə azad edilmiş ərazidə Şərqi Türküstan Türk Cümhuriyyəti quruldu. Mərkəzi Çin höküməti Şenq idarəçiliyini bacarıqsızlıqda günahlandıraraq onu rəhbərlikdən uzaqlaşdırmışdır.
Bu ərəfədə Monqollarla da əlaqəyə girən Osman Batur onlarla “Bəytik” müqaviləsi bağlayaraq silah və bəzi texniki yardımı ala bilmişdi. Monqollar isə Altay mədənlərinin idarəsini onlara verəcəyi təqdirdə daha çox silah verəcəklərini vəd etdilər.
1945-ci ildən Avropada qələbənin təhlükəsizliyini təmin edən və şərq məsələsində işə qarışan sovet dövləti Çin və Altaylılarla masaya oturaraq bir anlaşma gerçəkləşdirdi. Osman Batur və digər dirənişçilər buna qarşı çıxsalar da, yenə də siyasi kəsim danışıqlara getdi. 1946-cı ildə yaradılan hökümətə Əhmədcan Qasimi adlı sovetyönümlü türk gətirildi. Milliyətçi qanadın siyasi lideri olan Əlixan Törəyə isə heç bir vəzifə verilməməsi və az müddət sonra müəmmalı şəkildə aradan götürülməsi Osman Batura daha bir zərbə vurmuşdur. Beləliklə sovet dövləti Türküstan idarəçiliyinə əl qoymuş və buranın SSRİ-dən asılı muxtar resbublika etməyi bacarmışdı. Bununla barışmayan Osman Batur dağlara çəkilmiş və dirənişi orada davam etdirməyi qərara alır. Xalq arasında sovetin ideoloji və psixoloji basqısı özünü göstərməyə başladı. Sovetə meyillilik yaranmış və qismən üsyanlardan çəkilmişlər, topxanalarda işləyənlər də işlərindən imtina edirdilər. Artıq Osman Baturun əlində 4 minlik ordu qalmışdı və adi tüfənglərlə böyük sıravi orduya qarşı mübarizə aparırdılar. Son sığındığı yer isə “Gəz Qurd” bölgəsi idi.
Dövlətin tanınmaması, Sovet və Çin basqısı nəticəsində 1949-cu ildə Şərqi Türküstan Cümhuriyyəti süqut etdi. Həmin ilin sonunda Sovet ordusunun düzənlədiyi bir mühasirədə yaxın silahdaşları və qızı da olmaqla yüzlərlə insan əsir düşdü. Bu zaman onun yanında artıq kimsə yox idi. Osman təkbaşına bir ordu olaraq hücum planlayır və hücumu qismən alınır. Ordunun keçəcəyi bir dağ keçidində düzənlədiyi partlayışda xeyli kommunist əsgəri məhv olur. Lakin, özü də sonda əsir düşür və onu Urumçiyə aparırlar. “Türküstanı Çindən qurtaracağam deyən adamın halını görün” deyərək onu at üzərində şəhərləri gəzdirdilər. O isə, “Mən ölə bilərəm, amma millətim bu mücadiləni davam edəcək!”- deyə bağırırdı. Bunun faydasız olduğunu görən Çin rejimi Osman Baturu “İnqilab düşmanlığından məsul” tutaraq əlləri və qulaqları kəsilməklə edamına qərar verdi. 1951-ci ildə Urumçidə mərkəzi meydanda edam gerçəkləşdi.
İllər sonra hadisəyə şahid olmuş Türküstanlı yazar Əbdürrəhman Hacımələk yazmışdır:
“29 apreldə şəhadətə gedəcəkdi böyük qəhrəman. O sabah təbiət də normal deyildi. Göy üzü qaralmışdı. Çünki, Osman Baturun ölümünə etiraz edən xalq meşələrə od vurmuşdu. Zorla meydana gətirilmiş camaat “Allahu Əkbər” qışqırırdı. Qərar elan edildi. Osman Batur kəlmeyi- şəhadət gətirdi. Ardınca silah səsləri eşidildi. O, əvvəl dizi üstə çökdü, sonra alnı yerə dəydi. Bir rütbə daha qazanmışdı: Şəhidlik!”
Nəticə:
Sovet və Çin basqısı 6 illik dövlətin süqutunu, eyni zamanda Şərqi Türküstanda daha bir mübarizə dönəmini başa çatdırdı. Şərqi Türküstan Türk Cümhuriyyətindən əvvəl bölgələ Qaşqar höküməti qurulmuşdu və ona qismən qonşu dövlətlərin müdaxiləsi, yardımı vardı. Lakin, yeni dövlət isə heç bir dövlətdən maddi yardım almayan, sırf öz topxanalarında əl üsulu ilə hazırladıqları mərmiləri və məğlub etdikləri Çin əsgərlərindən əldə eidilmiş hərbi qənimət hesabına mübarizə aparırdılar.
Atalarımızın “Türk bəzən bir nəfərlə də ordu ola bilər” – misalı vardır ki, biz ona Osman Baturun simasında şahid oluruq. O, təkbaşına bir ov silahı ilə mübarizəyə başladı, böyük ordu qurdu, dövlət yaratdı, lakin idarə edə bilmədi. Onun mücadiləsini dəyərləndirərkən aydın olur ki, siyasətçidən daha çox, ordu komandanı idi. Dövlətdə yasaları hazırlayan, Çin və Sovet dövlətləri ilə danışıqlara girən siyasətçilər isə onun ideyalarına sadiq qala bilmədilər. Sonda isə yenə tək qaldı. Özündən sonra Şərdiman və Nemətullah adlı oğulları mübarizəsini davam etsələr də, qələbəyə nail ola bilmədilər. Xalq isə hələ də onu qəlbində yaşadır. Osman Batur Türküstanda “Altay qartalı”, “Türküstanın milli qəhrəmanı”, “XX əsrin Kürşadı” kimi adlarla xatırlanmaqdadır.(afn.az)
İstifadə edilən qaynaqlar:
1. Qayrətullah “Altaylarda Qanlı günlər”.2009
2. “Osman Batur və Milli Mücadiləsi”. 2003
3. Ömər Qul “Osman Batur və Şərqi Türküstan Milli Mücadiləsi”
4. Təkin Tuncər “Bir Xalq qəhrəmanı Osman Batur”.2015
Şəhla CABBARLI
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024