QORXU( Hekayə)

12:18 / 05.01.2020
Baxılıb: 4148

O, sönük gözlərini güzgüyə dikdi. Özünü tanıya bilmədi. Soluxmuş bənizi, kölgə salmış gözlərinin altı, qırışmış sifəti onu iyirmi doqquz yaşdan ən azı əlli yaşa atmışdı elə bil. Zəiflikdən ayaq üstə zorla dayanırdı. Başı ağrıdan az qala çatlayırdı. Üzündəki, burnunun kənarındakı qonur rəngli ləkələr nə idi görəsən? Bığlarının tükləri də sancırdı. Belə ağrılar haradan idi görəsən?

Axı bu yaşa qədər çox da ciddi xəstələnməmişdi. Yüngül xəstəliklər keçirmişdi, tez də sağalmışdı. Amma indi tez-tez haldan-hala düşməsi, sakitləşməyən öskürək, uzunmüddətli titrəmə, gecələr səhərə kimi tərləməsi, çəkisinin gün-gündən aşağı düşməsi ona əzab verirdi. Bu ağırlaşma halları hər gün davam etdikcə, Məlik onu narahat edən hansı bir qüvvəninsə daxilində hökmranlıq etdiyinə tam əmin olduğunu yəqin edib, özünə şübhəsi artdı. Canının qədrini bilmədiyinə görə özünə nifrət etdi. “ Mütləq səhər həkimə gedərəm. Daha dözə bilmirəm.”

Məlik səhərə kimi yata bilmədi. Ürəyi bulandıqca tez-tez özünü bayıra atır, yuxusu ərşə çıxırdı. Boynunda, qoltuqlarının altında və qasığında əmələ gələn ağrısız şişlər ürəyinə min cür fikirlər salırdı. İşığı yandırıb güzgünün qarşısında dayandı. Barmağının ucu ilə bəbəklərini bir-birindən ayırdı və ölgün gözlərinə baxdı. Ona elə gəldi ki, bu gözlər bu dəqiqənin özündə belə öz işığını itirib. Dizi üstə çöküb hönkür-hönkür ağladı. Tənhalığına ağladı, sabaha ümidinin olmadığına ağladı, atıldığına ağladı...

Döşəməyə uzanıb qovruldu, əlləri ilə nəyisə axtarırmış tək döşəməyə sürtə-sürtə iməklədi və sonra taqətsiz düşüb özündən getdi.

***

Xəstənin çarpayısına yaxınlaşan həkim onun nəbzini yoxlayıb tibb bacılarına göstəriş verdi, laboratoriyada xəstənin qanı yoxlanılarkən onda SPİD-in əlamətləri, eyni zamanda, qanında narkotik maddələr olduğu aşkarlanmışdı. İlkin müalicə bir nəticə verməsə də, həkim xəstəni ciddi nəzarət altına almış və günün ikinci yarısında onu QİÇS-lə Mübarizə mərkəzinə göndərmişdi. Yoxlamanın nəticəsi bir daha göstərdi ki, Məlik Qafarlı vaxtilə narkotik maddələrdən istifadə etdiyinə görə qan vasitəsilə yoluxmuşdur. Ciddi yoxlama bir daha göstərdi ki, Məlikin orqanizmindəki dəyişikliklər bir də ona görə onu narahat edirmiş ki, o, təsadüfi qadınlarla yaxınlıq edirmiş. Buna səbəb də ailəsinin onun hərəkətlərindən bezib, ev-eşiyindən uzaqlaşması olmuşdu. O, dörd yaşlı oğlunu görmək ümidi ilə dəfələrlə arvadı Samirəni evə gətirməyə çalışsa da, ondan ancaq sərt cavab eşitmişdi:

-Sən narkomansan! Səni düzəltmək çətindir. Mən özümü təzədən oda ata bilmərəm. Sən mənim üçün birdəfəlik ölmüsən. Sənin həyatın çoxdan bitib. Sən çox yazıqsan! Ölüm kabusu hər an sənin başının üzə-rindədir. Rədd ol, get burdan! Bir daha gözümə görünmə!

Məlik onu inandıra bilməmişdi ki, artıq bu murdar işlə məşğul olmur, özünə iş də tapmışdı. Yaxın dostu Davud onu rəhbərlik etdiyi idarədə işə götürmüş, ona yaxşı əmək haqqı da ayırmışdı. Bu anlarda ona ailə nəfəsi lazımdı, bir də dörd yaşlı oğlunun səsi. Amma...

***

Xəstəxanadan çıxanda Məlik bir daha işə getməyəcəyinə, ümumiyyətlə, heç kəsin gözünə görünməməyə çalışdı. Ona elə gəlirdi ki, hamı ondan qaçacaq. Hamı onu barmaqla göstərəcək, hamı ondan iyrənəcək. 0nunla yol getməkdən belə çəkinəcəklər.

Üzünü tük basmışdı. Müalicəsini davam etməkdən də imtina etmişdi. Yaşamağa həvəsi də soyumuşdu.”Mən əməllərimin cəzasını çəkirəm. görünür, bu da mənim taleyimdir” deyə, düşünürdü Məlik. Dostu Davud ona bir neçə dəfə baş çəkmişdi, onu işə dəvət etmişdi, ürək-dirək vermişdi:

-Məlik, olan – olub, keçən keçib, qayıt işə. Həkimlərlə də danışmışam. Deyirlər ki, əgər təkrar narkotikaya qurşansan, xəstəliyin şiddətlənə bilər. Ancaq indiki halın çox ümidvericidir. Sən müalicəni davam etdirsən, ölüm kabusuna qalib gələ bilərsən. Kişi ol! Mən arvadımla danışaram, qoy Samirəni dilə tutsun. Arada barışıq olmalıdır. Hə, nə deyirsən?

- Davud, belə iş tutma. Samirə tərs adamdır. O, məni bağışlamaz. Siz də onun ayağına getməyin.

Davud:

- Məlik, sənə qayğı lazımdır. Güclü yeməyin olmalıdır. Bu işi mənə həvalə et.

Bu fikir Məlikin ürəyindən olsa da, öz qürurunu sındırmaq istəmirdi. Ancaq “yox” da demədi. Bu, Davudun diqqətindən yayınmadı.

***

Bayram axşamı hamı süfrə arxasında oturub Novruz bayramını qeyd etdiyi vaxt Məlik qaranlıq otaqda qəm dəryasına batıb keçmiş günlərini yadına salırdı. Birdən qapı döyüldü.”Mənim qapımı da döyən olarmış, İlahi! Bəlkə bu əziz axşamda Sən özün elçi göndərmisən qapıma,İlahi!..”

Qapını tərəddüd etmədən açdı. Qapı arxasında dostu Davudu və onun arvadı Zeynəb xanımı gördükdə çox sevindi, gözləri yaşardı.

Əlləri sovqatla dolu idi Davudun.

- Novruz bayramın mübarək, əziz dostum! Xoş günlər görəsən! Sənə qonaq gətirmişik. Ancaq onlar bu gündən bu evin daimi sakinləri olacaqlar. Gəlsinlərmi?

Məlik gözlərinə inanmadı. Zeynəb xanımın arxasında ona sığınan ömür-gün yoldaşı Samirəni və dörd yaşlı oğlu Turalı görərkən ürəyi uçundu, nitqi qurudu, deməyə söz tapmadı. Davudu qucaqlayıb hönkür-hönkür ağladı...

Bir azdan hamılıqla Novruz süfrəsi arxasında əyləşib deyib-gülür, əylənirdilər. Süfrəyə qoyulmuş səməni bu evə yeni təravət gətirmişdi. Otaqdan bərəkət iyi gəlirdi, uşaq gülüşü səsi eşidilirdi. Ölüm kabusu bir qara xəyal kimi otaqdan çıxmaq üçün dəlmə-deşik yer axtarırdı ki, canını çöhrələrində xoşbəxtlik, sevinc, qayğı görünən insanlardan qurtarsın. Nəhayət, Məlik ayağa qalxıb dənizə tərəf olan pəncərəni taybatay açdı. Otağın pəncərəsindən içəriyə təmiz bahar havası daxil oldu. Ölüm kabusu çox sürətlə özünü bayıra atıb oradan uzaqlaşdı...

Həmin bahar gecəsindən sonra bu evin çıl-çırağı da vaxtında yandı, bu evdən Turalın şıltaq gülüşləri eşidildi. Ailə yeni həyata qovuşdu...

Ölüm kabusu bir daha bu evin həndəvərinə fırlanmadı...

Sona Abbasəliqızı


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər