Ərtoğrul Qazi Osmanlı dövlətinin qurucusu Osman Qazinin atasıdır. Oğuzların Bozok qoluna bağlı Kayı boyundan Süleyman şahın oğludur. Anası Həlimə xanımdır.
Çingiz xanın islam məmləkətlərini talan etdiyi zaman atası Səlcuqlu torpaqlarında yaşamaq üçün qəbiləsilə birlikdə ölkəsini tərk edib, Amu-Dərya çayını keçməklə oğuzların çox olduqları Ard hövzəsinə, sonra Xorasanın şimal sərhədinə, oradan Qaraqum gölünün cənubuna, oradan isə Mərv (indiki Türkmənistandan 30 km şərqdə yerləşən Marı şəhəri) yolu ilə Ehlata (güney Anadolunun Bitlis rayonuna bağlı kiçik qəsəbə) gəlib. Monqol atəşinin Şərqi Anadolunu da sarması ilə qəbiləsinə daha təhlükəsiz bir yer axtaran Süleyman şah indiki Suriya ərazisinə doğru istiqamət götürür, lakin Rakka civarında Caber qalası yaxınlığında Fərat çayından keçərkən boğularaq ölür.
Atasının vəfatından sonra Ərtoğrul Qazi qəbiləyə başçı seçilir. Böyük qardaşları Sunqur Təkin və Gündoğdu qəbilədən özlərinə tabe olan bir hissə ilə Ehlata geri dönür. Ərtoğrul Qazi isə qardaşı Dündar bəylə birlikdə Qərbə doğru hərəkət edir. Sivas yaxınlığında qonaqladıqları zaman Səlcuqlu ordusu ilə böyük bir monqol birliyinin döyüşünə şahid olur. Səlcuqluların məğlubiyyətə yaxın olduqlarını görən Ərtoğrul Qazi öz qüvvələrilə onların yardımına gəlir və qalib gəlmələrini təmin edir. Ərtoğrul Qazinin bu hərəkətinə minnətdarlığını bildirmək istəyən Səlcuqlu dövlətinin hökmdarı Soltan Əlaəddin Keyqubad ona iltifat edərək xələt göndərir və Ankara yaxınlığındakı Qaradağlar bölgəsini ona verir. Ərtoğrul bəy bir müddət burada qaldıqdan sonra Bizans sərhədlərinə qədər gələrək Söyüdlü yaxınlığında olan Aşağı Sakarya hövzəsinə yerləşir və burada Bizans sərhədlərindəki qəsəbə və kəndlərə axınlar düzənləməyə başlayır. Səlcuqlu ordusu ilə İznik Rum imperatorluğuna bağlı qoşunlar arasında baş verən döyüşü Səlcuqlular Ərtoğrul Qazinin yardımı ilə qazandıqdan sonra Əlaəddin Keykubad mükafat olaraq Əskişəhər və ətrafını da Ərtoğrul Qaziyə verir. Bu qələbədən sonra Qaracahisarı ələ keçirən Ərtoğrul qazi Söyüdlü üzərinə yürüyərək oranı da fəth edir. Söyüdlünü yurd olaraq tutan Ərtoğrul Qazi, Bizans sərhədlərinə hücum etdiyi kimi, onlarla dostluq əlaqələri də qurub. Söyüdlüyə yerləşən Kayı əşirəti hər keçən gün güclənərək böyüyür.
Osmanlı sultanları dünyanın ən cəngavər cangüdənlərinin qorumasında hərəkət ediblər, yanlarından nəinki insan oğlu, heç quş da uça bilməyib. Bu, bəlkə də dünyəvi güclülük, şan-şöhrət baxımından çox gözəl idi, amma nə vaxtsa Ərtoğrul Qazi və Osman Qazinin ətrafına yığılan ilk axınçılar türkmən övladları üçün qəbuledilməz idi. Onlar üçün başçıları elə özləri kimi bir türkmən qızından doğulmuş, nənəsinin dizinin dibində böyümüş, istənilən vaxt yanına getməyin və sözünü deməyin mümkün olduğu birisi olmalıydı. Onların başçısı döyüşlərə ala çadırdan baxmamalı, qırx igidi ilə birgə ön cərgədə çarpışmalı idi. Ərtoğrul Qazi bu istəkləri ödəyirdi. Elə "Qazi" ünvanını da qonşuluqda olan Bizans valilərinə qarşı qazandığı parlaq qələbədən sonra alıb.
Ərtoğrul qazinin ədaləti, xalqa qarşı yaxşı davranış və yardımları o qədər çox olub ki, xristianlar belə onu sevməyə başlayıblar. Fəqət Ərtoğrul Qazinin gündən-günə güclənməsi Qaracahisar təkfurunun xoşuna gəlməyib. Onlar Ərtoğrula qarşı cəbhə açmağa başlayıblar. Belə olduqda Ərtoğrul Qazi Konyaya gedərək Sultan Əlaəddini bu qalanın fəthinə təşviq edib və onlar bərabər gələrək Qaracahisar qalasını mühasirə altına alıblar. Monqolların Konya Ereğlisini mühasirə altına almaları ilə Sultan Əlaəddin geri dönmək məcburiyyətində qalıb. Ancaq Ərtoğrul Qazi mühasirəyə davam edib. Bir müddət sonra qalanı fəth edən Ərtoğrul Qazi Qaracahisar rəhbərini və digər əsirləri qardaşı Dündar Qazi ilə birlikdə Konyaya Sultan Əlaəddinin xidmətinə göndərib.
Ərtoğrul Qazi altı il boyunca, Səlcuqlu Sultanı Əlaəddin Keyqubadın vəfatına qədər və ondan sonra uzun illər boyunca ətrafının fəthi və Müqəddəs İslamın yayılması üçün bütün gücü ilə mücadilə edib. Sultan Əlaəddinin vəfatından sonra Səlcuqlu hökmdarları arasında baş verən taxt-tac davalarına heç qarışmayıb. Ancaq Söyüdlünün üç bölgəsində təkfurlara və ətrafındakılara qarşı apardığı mübarizəyə davam edib. Oğlu Savcı bəyi Konyaya Sultan Əlaəddin Keyqubadın xidmətinə göndərib. Sultan Əlaəddin də Bursa ilə Kütahya arasındakı Domaniç dağlarını yaylaq, Söyüdlü ilə Qaracahisarı qışlaq olaraq Ərtoğrul Qaziyə verib. Beləcə, Ərtoğrul Qazi öz tayfası ilə bərabər Söyüdlüyə gəlib və Domaniçə yerləşib, o civarda yaşayan əfşar və çavdar tayfalarının ətrafa verdiyi zərərlərə mane olub. Osmanlı dövlətinin qurucusu Osman Qazinin atası Ərtoğrul qazi 1281-ci ildə təxminən 92 yaşında Söyüdlüdə vəfat edib və orada dəfn edilib.
Ərtoğrul Qazinin vəfatından sonra kiçik oğlu Osman Qazi qövm və qəbilə rəisi olub. Osman bəyin bağrından çıxaraq dənizləri, diyarları, qitələri və ölkələri möhtəşəm budaqları arasına alacaq olan çinarın kökü torpağa yayılmağa başlayıb. Belə ki, bu çinarın kölgəsi altında bütün insanlıq Əsri-Səadətdən sonra bir daha görüb xəyal edə bilmədiyi bir şəraitdə tam altı əsr boyunca yaşayıb.
Ərtoğrul Qazi vəfat etdikdə Osmanlı bəyliyi Qaracadağ, Söyüdlü, Domaniç və ətrafındakı 4800 kv. kilometrlik bir torpaq sahəsinə sahib idi. Ərtoğrulun vəfatından sonra üç bölgədə yerləşən Oğuz tayfalarının ittifaqı ilə, Kayı boyundan olduğu üçün Osman bəy Börü Budunun köməyi ilə bütün tayfaların sayəsində Bizans imperiyası ilə mübarizəyə başlayıb. Beləcə, Səlcuqlu Sultanının göndərdiyi hakimiyyət rəmzlərini alan Osman Qazi bəyliyin və yaxınlıqda yerləşən ərazilərin əhalisini Bizans və digər bəyliklərin hücumundan, işğalından qorumaqla vəzifələndirib. O, Samsa Çavuş, Akçakoca, Aykut Alp, Əbdürrəhman Qazi kimi tayfa bəyləri ilə birlikdə fəthlərə başlayıb. Qısa müddətdə İnönü, Əskişəhər, Qaracahisar, Yarhisar, İnegöl və Bilecik kimi əraziləri zəbt edib. Sultan III Əlaəddin Keyqubad isə monqollara qarşı başlayan uğursuz Sülemiş üsyanından daha sonra qaçmağa məcbur olub. Səlcuqlu dövləti başsız qaldığı üçün Osman Qazi müstəqilliyini elan edib.
Ərtoğrul bəydən oğlu Osmana miras qalan 4800 kv. kilometrlik bəylik 43 il ərzində üç dəfə böyüyərək 16 min kv. kilometrlik bir əraziyə çevrilib. Osmanın oğlu Orxan Qazinin hakimiyyəti illərində dövlətin ərazisi 95 min kv. kilometr olub. Murad Xudavəndigarın hakimiyyəti dövründə dövlətin ərazisi 500 min kv. kilometrə yüksəlib. Artıq tayfa birliyindən bəylik birliyinə qədəm qoyan Osmanlı dövləti imperiya olmaq üçün hazır idi. Bizanslılarla savaşaraq öz ərazilərini genişləndirən Ərtoğrul Qazinin vəfatından sonra yerinə keçən oğlu Osman Qazi 43 illik hakimiyyəti dövründə ərazilərini genişləndirərək böyük bir dövlət halına gətirib və onu oğlu Orxan Qaziyə təslim edib.
Türklərin dünyaya yayılmasının müxtəlif səbəbləri olub. Bunlardan ən başlıcası türklərin "Cahan hakimiyyəti" idealıdır. Bilinməyən üfüqlərə doğru yürüş etmək, hər an qarşıya çıxa biləcək təhlükələri göz önünə almaq və ölüm-dirim mücadiləsi vermək hər hansı bir millətin risq edəcəyi bir iş deyil. Türklərə nəsib olan bu ruhi davranış, iradə, cəsarət əzmi sonda onlarda bir fatehlik fəlsəfəsi formalaşdırıb, ədalətə dayanan bir "Cahan hakimiyyəti" ideyasını doğurub.
Ərtoğrul Qazi siyasi və hərbi cəsarəti, igidliyi və zəkasının nəticəsi olaraq XII əsrin ortalarında Anadolunun böyük bir bölümünü fəth etdi. Səlcuklu Sultanı Əlaəddin Keyqubadın bu fəthlər nəticəsində mükafat olaraq Domaniçi, Söyüdlu və ətrafını ona yurd-mülk olaraq verməsilə yaz aylarını Domaniç yaylarında, qış aylarını Söyüdlüdə keçirən Ərtoğrul qazi Səlcuklu dövlətinin şimal-qərb sərhədlərini qoruyub, asayişi təmin edib. Domaniç, Söyüdlü və ətrafına hakim olduqdan sonra Bizansın sərhəd boylarında olan digər üç bəyləri ilə birlikdə cihadla məşğul olmağa davam edib.
Ərtoğrul Qazi rəhbərliyi dönəmində tədbirli və ehtiyatlı bir siyasət izləyib. Ətrafında olan türkmən bəylikləri və Bizans rəhbərləri ilə daim yaxşı keçinib, onların vəziyyətlərini və siyasi şərtləri yaxşı dəyərləndirərək rəhbərlik etdiyi əşirətini və idarəsi altında olanları sülh və sakitlik içində yaşadıb. Ərtoğrul Qazi əmri altındakı torpaqlarda yaşayan xalq tərəfindən çox sevilən və hörmət edilən bir rəhbər olub. Söyüdlüdəki xristianlar da Ərtoğrul Qazini ürəkdən istəyib və ona hörmət ediblər. Ərtoğrul Qazi tutduğu bölgələrdə hüzur və güvən təmin edib.
Hər bir millətin tarixi bir missiyası var. Türklərin tarixi missiyası dünyaya bir düzən, bir ədalət gətirməkdir. Dünya tarixinin hər səhifəsində bu və ya digər dərəcədə yeri olan türklərin hakimiyyəti dönəmində köləlik olmayıb. Əksinə, türklər hakimiyyətləri altına aldıqları xalqlara fövqəladə parlaq dövrlər yaşadıblar. Onlar yalnız ayrı-ayrı xalqları öz hakimiyyəti altında saxlamaqla kifayətlənib, onların normal həyat tərzlərinə, adət-ənənələrinə, dinlərinə hörmətlə yanaşıblar. Uca Tanrının qırmancı Atillanın: "Tək ataya və irqə dayanan bir millət zəifdir. Bizə qatılmaq istəyən bütün yabançılara qucaq açmaq, onlara sayqı göstərmək, dilimizi, adət-ənənəmizi öyrətmək bizim vəzifəmizdir" sözlərinə bütün tarix boyu əməl edilib.
Ərtoğrul Qazi ətrafında olan bəyliklərdən dövlətlərin vəziyyətlərini və siyasi şərtlərini yaxşı dəyərləndirib. Qonşuları ilə daim yaxşı keçinərək tayfa və yaxınlarını güclü bir vəziyyətdə, əminamanlıq və rahatlıq içərisində yaşadıb. Çox comərd olan Ərtoğrul bəy kasıblara daim yardım edərdi. Yarım əsr ədalətlə idarə etdiyi bölgədə islamiyyəti xristianlara da sevdirib.
Ərtoğrul Qazi oğlu Osman Qaziyə kiçik bir bəylik, təcrübəli komandanlar və fəthə layiq bir zəmin yaratmışdı. Ərtoğrul Qazi həqiqi bir türkmən əsilzadəsi olub, həyatını millətinə həsr etmiş böyük bir inanc adamı idi. Onun həyatı əşirətin idarəsini əlinə aldığı gündən bəri daim mücadilə içində keçib. Ərtoğrul Qazi comərd, şəfqətli, fədakar, adil, mərhəmətli, açıq ürəkli, səmimi, səbrli və fəzilətli bir insan idi. O, xeyirsevərliyi ilə yanaşı, gözəl əxlaq nümunəsi, qüdrətli, prinsipli və dürüst idarə anlayışı, irəli görüşlüyü və təsirli dövlət adamlığı kimi xüsusiyyətlərilə özündən sonrakı dövlət rəhbərlərinə nümunə olub. Oğlu Osman Qaziyə etdiyi vəsiyyəti ilə altı əsr boyunca ayaqda qalacaq bir dövlətə idarəçilik ruhunun təməlini atıb.(karabakhmedia.az)
Bu tarixi türk övladını rəhmətlə yad edirik.
Ruhu şad olsun!
Fazil QARAOĞLU
professor
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024