“Kürmük” kilsəsində ildə iki dəfə yerli əhali tərəfindən qeyd edilən bayramın xristianlıq və gürcülərlə heç bir əlaqəsi yoxdur.
Qədim dövrlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan spesifik, rəngarəng, zəngin mədəni irsə sahibdir. Azərbaycan mədəni irsinin, islama qədərki inancların izlərinin üzə çıxarılmasında Azərbaycan tarixinin ən mühim mərhələlərindən birini təşkil edən Qafqaz Albaniyası dövrü xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti tarixin zaman çərçivəsində müəyyən transformasiyaya uğrasa da, bu mədəniyyətin zəngin və qədim ənənələrinin izləri azərbaycanlıların tarixi abidələrində, mərasim ayinlərində, xalq inanclarında indiyədək öz canlılığını qoruya bilib. Qax rayonunda Kürmük məbədi kimi alban dövründən qalma qədim inanc yerlərini istər xristianlar, istərsə də müsəlmanlar eyni dərəcədə inanaraq ziyarət edirlər. Belə inanc yerlərində dinlərin sinkretizmi müxtəlif formalarda müşahidə edilməkdədir.
Tarixçi Məcid Mehrani bu yerin tarixi haqqında danışıb: " Gördüyünüz bu ərazilər Alazan-Həftəran vadisi deyilən görkəmli bir yerdir. Burada yerləşən abidənin tarixi heç bir xristianlığa, müsəlmanlığa, islama aidiyyatı olmayan bir dövrdür. Çünki xristianlığın mövcud olduğu dövr cəmi 2 min ildir. Lakin biz dediyimiz 3-5 min il əvvələ isə bunların heç birinə aidiyyatı yox idi. Lakin insanlar o vaxt da burada toplanırdılar. May ayında əkinçilik işlərinin başa çatmasını, noyabr ayında isə, məhsul yığımının başa çatmasını qeyd edərdilər. Və buna görə bütün bura gələn xalqlar özlərinin hər bir məhsul payından, mübarək payından bura gətirərək, bayramlıq ərəfəsi üçün istifadə etməyə şərait yaradardılar ki, hər kəsin öz məhsulundan qoy burada olan digər qonaqlar istifadə etsinlər və xeyir-dua versinlər. Lakin bu gözəl ərazinin, bu müqəddəs bayramlıq adətlərini sonralar siyasi məqsədlər üçün çox çirkinləşdiriblər. Sasanilər dövründə bu ərazilər işğal olunub və Alban dövləti olaraq Sasanilərin tabeliyində olduğu dövrdə atəşpərəstliyə sitayiş ediblər. Atəşpərəstliyə sitayiş olunduğu vaxtda burada bir başqa cür abidə olub. Sonra burada xristianlıq qəbul olunmağa başlayıb, alban katolikosluğu yaranıb. Bu katolikosluq yarandığı dövrdə burada bir Alban məbədi olub. Və nəticədə buranı Alban kilsəsi kimi qəbul ediblər. Lakin 1828-ci il "Türkmənçay müqaviləsi"ndən sonra, 1836-cı ildə Alban katolikosluğu bu ölkə ərazisində ləğv olunub və qadağan edilib. Katolikosluğun ləğv olunması ilə 1837-ci ildən etibarən bu abidə pravoslav kilsəsinə xidmət edirdi. Lakin keçmişdə icra olunan adətlər, ayinlər qalmaqda idi."
Tarixçi "Kürmük" kilsəsində ildə iki dəfə yerli əhali tərəfindən qeyd edilən bayramın xristianlıq və gürcülərlə bir əlaqəsi olmadığını da qeyd edib: "Əgər doğrudan da, tutaq ki, hər il mayın 6-sı dırnaqarası "Georgiyevski kilsə"yə görə, mərasim günüdürsə, niyə görəsən həmin gün Telavidə, Kutaisidə, Tbilisidə və başqa yerlərdəki kilsələrdə bayram edilmir? Amma 6 may, 23 noyabr aylarında məhz bu kilsənin ətrafında bayram edirlər. Yox əgər həmin gün gürcülərin bayramıdırsa, qoy Gürcüstan ərazisində də eyni bayramları görək və fikirləşək ki, bu ərazidə olan bayramların onlara da aidiyyatı var. Yox məhz bu əraziyə toplaşırlarsa, deməli, bunun pravoslavlığa dəxli yoxdur, söhbət tarixi 3-5 min il əvvələ gedib çıxan adətlərinin başqa ad altında yaşadılmasından gedir. Elə eyni məqsədlə də bu günü bayram edirlər. Sadəcə bəziləri bu bayramlardan çirkin siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar."
Məcid Mehrani "Kürmük" abidəsinin yaxınlığında yerləşən iri qara daşın sirrini də açıqlayıb: "Ən gözəl abidələrdən biri də bu iri daşdır. Əsl həqiqət sonradan tikilən binada yox, bu daşdadır. Bu daş üzərində bir dəlik vardı.
Minlərlə insan ora inamla dəmir pullar salır, diləklər diləyirdilər. Buradan baxanda Gəncə ərazisinədək Alazan-Həftəran vadisinin görünməyən yeri yoxdur. Həmin nöqtələrdən burada yanan, şölələnən alov görünməkdədir. Bura çağırış üçün ən gözəl, ən ideal bir nöqtədir. Belə bir müqəddəs əraziyə olan inam isə insanların bura toplanışı, çağırışı üçün ən gözəl vasitələrdən biri idi. İnsanlar burada məbədin kim tərəfindən, hansı dövlət və ya tayfa tərəfindən idarə olunmasına baxmayaraq, çağırış nöqtəsi kimi gəliblər, bayramlara toplaşıblar."
Qeyd edək ki, bu qara daşla bağlı yerli ingiloylar (Stalinin hakimiyyəti illərindən sonra onlara gürcü deyilir. Lakin onların Qafqaz Albaniyasında yaşayan yerli xalqlardan biri olduğu bilinməkdədir-red.) arasında əfsanələr dolaşır. Əfsanəyə görə, Qurucu Davidin (IV David - 1073-1125) zamanına aid xəzinə bu qara daşın altında yerləşir. Gürcüstan çariçası Tamara (1166-1213) isə öz vəsiyyətinə uyğun olaraq bu müqəddəs daşın olduğu dağda qızıl tabut içində dəfn edilib. Bu əfsanələrdən yola çıxan həvəskar xəzinəaxtaranlar indiyə qədər orada heç nə tapa bilməyiblər. Sovet dövründə bu dağ dövlət tərəfindən xüsusi olaraq nəzarətdə saxlanılırdı./Sputnik/
Şahpəri Abbasova
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024