Nazilə Gültacın şeirləri

19:17 / 21.01.2020
Baxılıb: 4030

Azərbaycan sözünü

yerləşdirə bilmədi,

xəritənin üstünə.

“Azər “ yazdı,

“ Bay” yazdı,

 Dedi ki,

” Can “sözünə  

yer  azdı.

 Nazilə Gültac – həkim, şair. İxtisasca terapevtdir. AYB- nin üzvüdür, Prezident təqaüdçüsüdür.

 “Suya yazılan sevda”, Yaşıl pıçıltı”, “ Qəlbdən dodağa”, “Ben Gönlümü bilmezmiyim”? “ Sevgi yağmuru” ( Türkiyə) şeirlər kitabının müəlifidir. Şeir və hekayələri vaxtaşırı yerli və xarici mətbuatlarda dərc olunur. Bir çox almanaxlarda çap olunmuşdur. 

  Qardaş Türkiyədə dəfələrlə şeir şölənlərində iştirak etmişdir. Azərbaycan- Türkiyə ədəbi əlaqələrinin inkişafında xidmətlər göstərir.Qardaş ölkənin yazarlarının bir çoxunun şeir və hekayələrini bizim türkcəmizə uyğunlaşdırıb, çap etdirmiş, onların Azərbaycanda səfərini təşkil etmiş, möhtəşəm tədbirlərə imza atmışdır. Hal-hazırda Azərbaycanın bir çox yazıçı və şairlərindən ədəbi nümunələr çevirərərək, Türkiyənin tanınmış  şairi Coşkun Karabulutla bərabər Türkiyədə yayımlanmasına və tədbirlər keçirilməsinə ortaq proqramlar hazırlayır.

Bakı şəhərində yaşayır. İki övladı var.

 

 MƏN  HƏKİMƏM

İnsan oğlunun

üzündəki əzabları

oxuyuram.

Acısını,  ağrısını

öz canımda

duyuram.

Bir qəmli göz  görəndə

göz yaşımı gizlədib

güldürürəm dərdini.

Canından can ayrılana,

qan verirəm qanımdan.

Ağ xalatın işığından

aydınlanır qaranlıqlar.

Mən şam kimi əriyirəm.

Kimsə bilməz  nə çəkirəm,

Iztirabdan, ağrılardan

sızıldayan ürəklərdən

xallar düşür ürəyimə.

Sağalmayan

yaralara

bir məlhəməm.

Mən həkiməm.

    XXX

 

VƏTƏN XƏRİTƏSİ

Qızım çəkdi

Vətən  xəritəsini.

Azərbaycan sözünü

yerləşdirə bilmədi,

xəritənin üstünə.

“Azər “ yazdı,

“ Bay” yazdı,

 Dedi ki,

” Can “sözünə  

yer  azdı.

Məndən

yardım istədi.

Baxdım xeyli

ana yurdun

paralanmış köksünə,

dağ çəkilən səddinə.

Dəmirqapı Dərbəndin

qapısını döymədim.

“C”-nı cənuba yazdım,

dedim canımız orda.

Qızım çoxumuz orda. 

“A” qondu Borçalıya,

and yerimizdi dedim.

“N”-nı qərbinə yazdım.

İrəvana xal saldım

Orda  nidamız qalıb,

Orda  naləmiz yanıb.

Qızım indi bax , dedim:

Böyük  Vətənimizin 

bəxtsiz xəritəsinə.

Bəxtsiz Vətənimizin

böyük xəritəsinə!

XXX                                                                                                  

MƏN ASILDIM ÜRƏYİMDƏN

Yazı  yazan,

nə yazmısan belə sən?

Hər yazılan

yazılırmı görəsən?

Bəxtimiz alnımıza,

sevgimiz sinəmizə

yazılıb.

Ürəyimə yazılan

alnıma yazılmadı.

Başımızı qoruyub,

sinəmizi veririk,

taleyin gülləsinə.

Yazı yazan,

nədən yazdın belə sən?

Eşq dərgahı ürək imiş,   

mən asıldım ürəyimdən.

XXX

 

DAŞ KİMİ

 

Payız dumanından nəm çəkən tale,

Durna lələyiylə ayrılıq yazdı.

Payız gümanına bürünən tale,

Qərib durna kimi yolunu azdı.

 

Kor olan bir bəxtin tutub əlindən,

Gəzirəm payızla, qış arasında.

Yanan ürəyimin səni gəzərkən,

Ölümü göz ilə qaş arasında.

 

Bəzən bütöv ömür olur gərəksiz,

Günlər axıb gedir, gözdə yaş kimi.

Yaşamaq olurmuş, inan, ürəksiz,

Yaşamaq olurmuş, qara daş kimi.

XXX

 

EY ADAM

Ayağımı qoymağa,

addım  atmağa,

gəzməyə,

düşünməyə

yer tapıram.

Əlimi uzatsam

 tutmağa bir əl,

arzularımı

asmağa budaq,   

ürək sözümü

yazmağa

yarpaq  tapıram.

Uçmağa göy üzü,

Yaşamağa

torpaq çoxdu.   

Təkcə qəlbimə

yer yoxdu.                                                                

Ey adam.

XXX

 

QUYU

Adəm oğlu, insan

Yer üzündə

axtardığını tapmayanda

quyu qazdı, zaman-zaman.

Dibi bilinməz, suyu  görünməz.

Qaranlıq yaşatdı orda.

Gündə bir haqq asıldı,

bir işıq boğuldu,

hər qazılan quyuda...

İlk quyunu kim qazdı,

kimlər keçdi,

bu quyunun gözündən?

İçimdə bir quyu var,

diri yalanlara məzar.

XXX

 

QƏRİBƏM, AY ANA


Bəxtim gedib çox uzağa,

Qapı  açıb ayrılığa,

Ahım çatmır daha dağa,

Qəribəm, ay ana, qəribəm.

 

Könlüm bilmir yuva nədir,

Ruhum dəli, divanədir.          

Qərib kəfən gor istəmir,

Qəribəm, ay ana,  qəribəm. 

                                                                  

Bu dünyanın  qibləsi bir,

Bu dünyanın çox daşı pir.

Olumu, ölümü  də bir,

Qəribəm, ay ana, qəribəm.

                                                                                              

Həyat  burda  seçimdədir,

Köç edənlər köçündədir,

Qürbət mənim içimdədir.

Qəribəm, ay ana, qəribəm.

 

XXX

SUYA  YAZILAN  SEVDA

Şerim  suya  yazılıb:

Könlümdən  başlayıb

axır  üzü  çaylara.

Çiçəklərin  üzündə

kövrəlir damla –damla.  

 

Şeirim   sabaha  yazılıb:

Ürəyim  üfüqündə.

Çıpınır  sinəsində

bəxtimin  saatları.

Döşənir  ayağına

gecənin  ulduzları.

 

Şeirim  sevdaya  yazılıb:

Bələnib  ay  işığına.

Bu  sevda  nə  sənə,

nə  mənə.

Bu  sevda  suya  yazılıb.

XXX

 

YOLLAR

Ürəyimə    

gələn   yolla.

Ürəyinə

gedən  yolun

yol ayrıcında 

dayanmışam,

əllərim  qoynumda.

Gözlərindən   ürəyimə 

gələn  yola

dəstə-dəstə  gül  ələnir.

Ürəyinə  gedən  yolda     

ümidlərim güllənir.

Gözlərimdən  ürəyimə

gələn  yolu

dolu  döyür,

sel ələnir

Bu  yolların sonu gəlib.

göz yaşında nöqtələnir.

XXX

 

GÖRÜN   GEDİM

Gəldim, səni görüm gedim,

Gözlərimə görün gedim.

Tellərimi köksün üstə

bircə- bircə sərim, gedim.

 

Məni sənin bilib gəldim.

Göz yaşımı silib gəldim,

Ayrılığa gülüb gəldim,

İcazə ver, gəlim-gedim.

 

 Bu Gültacın varı sənsən,

 Yarı özü, yarı sənsən.

 Eşq bağının barı sənsən,

 Qoy barımdan dərim, gedim.

 

XXX

SƏN  YAŞAYAN

Sən yaşayan şəhərdən

gedəcəkdim,

Gedə bilmirəm daha.

Havasında sevgi qoxusu.

Sən olmayan yerdə

 necə yaşamaq qorxusu.                        

Ömrümə  yagmursuz günsən,

Ömrümdən hara gedim?     

Ömürdən o yana sən yoxsan.

Pis goz önündədi hər an.

Yaxşını tapmaq çətin.

Buranın daşı da, çiçəyi də

mənə səndən danışır.

Ömrüm- günüm-

bu şəhərdən necə gedim?-

Bu şəhərdə bir sevgi yaşayır.

 

XXX

AMANDI, AY GEDƏN, ƏYLƏN

 

Mizrab asta- asta sinəmdə gəzir,

Yollar gedər- gəlməz, ay gedən, əylən,

Səni üzən nə var, məni də üzür,

Amandı, amandı, ay gedən, əylən.

 

Bağrı xal lalələr bu yurdda bitir,

Yarımçıq sevdalar  yollarda itir,

Getdiyin yolları yığ, geri gətir,

Amandı, amandı, ay gedən, əylən.

 

Ətir desən, ətir bizim güllərdə,

Nəğmə desən, nəğmə bizim dillərdə,

Sevda desən, sevda bizim ellərdə,

Amandı, amandı, ay gedən, əylən.

 

Gültac istəyir ki, solmasın güllər,

Sevda nəğməsini oxusun,  dillər,

Sözün işığına yığılır ellər,

Amandı, amandı, ay gedən, əylən.

 

XXX

Dünyam yaman təlatümdə-

Dünyamın havası çatmır.

Çarmıxa çəkiblər

duyğularımı.

Asılıb gözümdən

saxta sifətlər.

Qəlbimin qapısını

qara yellər qoparıb,

içində sellər oynayır.

Ha üzsəm də ,

 sahilimə çıxammıram,

əllərimdən yağış damır...

       


Etiket:
Xəbərlər

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024
Bütün xəbərlər