Vətən sərhəddən başlayır!
Azərbaycanın qədim və əsrarəngiz torpağı olan Gədəbəy rayonu Azərbaycan elminə 7 akademik, 150 elmlər doktoru - professor, 800 nəfərdən çox fəlsəfə doktoru bəxş etmiş, Qarabağ müharibəsinin ən çətin anlarında vətənin müdafiəsi naminə öz həyatlarını sipər edən 200 nəfərə qədər vətən oğlunu şəhid vermiş, 4 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü mətin insanların yurdudur. Gədəbəy rayonu öz təbiəti, insanları ilə bütün sahələrdə ölkəmizin ən perspektivli və potensial vəd edən rayonlarındandır. Gədəbəy rayonu tarixi Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan adlanan ölkə ilə sərhəddə yerləşir. “Vətən Gədəbəydən başlayır”!
Əziz seçicilər, doğma Gədəbəylilər!
103 saylı Gədəbəy seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş Musayev Elmar Yusif oğlu 16 iyul 1982-ci ildə Gədəbəy rayonunun Əlinağılar kəndində anadan olmuşam. Əlinağılar kənd orta məktəbində 1989-2000-ci illərdə orta təhsil almış, məktəbi əla qiymətlərlə bitirmişəm. Azərbaycan Respublikasının ordu sıralarında 2000-2002-ci illərdə həqiqi hərbi xidmət keçmiş, 2003-2004-cü illərdə Rusiya Federasiyasında fərdi sahibkarlıqla məşğul olmuş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 2011-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən keçərək 2013-cü ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət qulluğuna qəbul olunmuşam. Hazırda həmin qurumda çalışıram.
Əziz seçicilər, doğma Gədəbəylilər!
Doğma Gədəbəyin abad olması və çiçəklənməsi naminə birlikdə görəcəyimiz işlər çoxdur. Xüsusilə insanların həyat şəraitinin, rifah səviyyəsinin yüksəldilməsi, işsizlik probleminin aradan qaldırılması, yol infrastrukturunun daha da yaxşılaşdırılması, kəndlərin qazlaşdırılması prosesinin başa çatdırmaqla füsünkar gözəlliyi ilə göz oxşayan Gədəbəy təbiətinin mühafizəsi, turizmin inkişafı, mədəni irsimizin qorunması, təhsil və səhiyyə xidmətləri keyfiyyətinin artırılması kimi vacib problemlərin həlli istiqamətində çalışmaq ən ali məqsədimdir.
Millət vəkili olmaq imtiyaz deyil, xalqa və dövlətə xidmət etmək üçün şərəfli və məsuliyyətli bir yoldur. Millət vəkili seçilən hər kəs seçiciləri və dövləti qarşısında vicdan öhdəliyi götürür.
Müstəqil dövlətimizlə qürur duyan, elinə bağlı olan bir vətəndaş kimi millət vəkili seçiləcəyim təqdirdə vicdan öhdəliyim bildiyim, bütün varlığımla həllinə çalışacağım aşağıdakı məsələləri xülasə şəklində diqqətinizə çatdırmaq istəyirəm.
Ümumi müddəalar:
1. Azərbaycan Respublikası Milli Məclisinin yüksək qanunvericilik hakimiyyəti statusunda nüfuz və intellektual gücünün artırılması üçün səy göstərmək;
2. Beynəlxalq hüquq sisteminin insan hüquq və azadlıqlarının müdafiəsinə dayanan yeniliklərinin milli qanunvericilikdə uyğunlaşdırılaraq öz əksini tapması istiqamətində yorulmadan çalışmaq;
3. Millətin gələcəyi, cəmiyyətin inkişafı üçün əsas mənbə, bütün bəşəriyyətin nicatı olan təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün aidiyyəti dövlət orqanları qarşısında ciddi vəsatət qaldırmaq, bu sahədə milli qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflər vermək;
4. Seçicilərin ərizələrinin qəbul edilməsi, problemlərinin həlli üçün operativliyin təmin olunması üçün Gədəbəy rayonunda daimi qərargahın yaradılması;
5. Sosial problemlərin, o cümlədən işsizlik probleminin həlli, xüsusilə gənclərin yeni iş yerləri ilə təmin edilməsi istiqamətində konkret əməli tədbirlərin görülməsinə çalışmaq;
6. Dağlıq Qarabağ probleminin həlli istiqamətində dövlətin apardığı siyasətdə fəal iştirak etmək;
7. Azərbaycan Respublikası Konstitusiyasına görə hakimiyyətin mənbəyi xalqdır. Xalqın dövlətə, onun Milli Məclisinə və seçdiyi nümayəndələrinə güvəninin artırılması üçün ən mühüm addım kimi sosial dinləmələrə üstünlük vermək, Sizin problemlərinizin, istəklərinizin dövlətin ən ali kürsülərindən səsləndirilməsinə nail olmaq. Bu məqsədlə hər ayın ilk həftəsini tam olaraq seçiləcəyim dairə üzrə yerlərdə ağsaqqallar, ziyalılar və gənclərlə görüşlərin keçirilməsinə həsr etmək;
8. Doğma Gədəbəydə sosial-iqtisadi çətinlik yaradan amillərin öyrənilməsi, təhlil olunması və həlli üçün Tədbirlər planının hazırlanması və həyata keçirilməsi üçün dövlət orqanları qarşısında təxirəsalınmaz tələblərin qaldırması;
9. Millət vəkili səlahiyyətləri çərçivəsində rayonumuzda sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması və bu sahədə əlverişli şəratin yaradılmasına yönələn layihələrin icrasına dövlət dəstəyinin artırılmasına nail olmaq;
10. Bölgənin ən əsas perspektivli sahələrindən olan kənd təsərrüfatının inkifaşı məqsədi ilə rayonun potensialından düzgün istifadə edilməsi, Sizin istehsal etdiyiniz məhsulların daxili bazarlara sərbəst çıxarılması, habelə ölkədən xaricə ixracı istiqamətində ən mütərəqqi və innovativ yeniliklərin tətbiqi məqsədilə dövlət dəstəyinin artırılmasına nail olmaq.
Təhsil:
1. Bütün məktəblərdə müəllim kollektivi və şagirdlərlə mütəmadi görüşlərin keçirilməsi, bilikli, bacarıqlı və istedadlı şagirdlərin seçilməsi, onların davamlı təhsili məqsədi ilə müvafiq tədbirlər planının hazırlanması və aidiyyəti dövlət qurumuna təqdim edilməsi;
2. Xaricdə yaşayan Gədəbəyli iş adamlarının dəstəyi ilə “Gədəbəy-təhsilə yardım Fondu”nun təsis olunmasına çalışmaq;
3. Rayonumuzda ziyalılar parkının yaradılması ideyasını reallaşmasına çalışmaq;
4. Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat fakültəsinin yaradıcısı akademik Qoşqar Əhmədli adına elm mükafatının təsis olunmasına çalışmaq;
5. İmkansız ailələrin bilikli, bacarıqlı və istedadlı övladlarının təhsil almaları üçün müvafiq tədbirlər görmək;
6. Gədəbəy rayonundan olan gənclərin dövlət proqramları hesabına xaricdə təhsil, həmçinin elmi araşdırma üçün göndərilməsinə dəstək göstərmək;
7. Xaricdə və ölkədə ali təhsil alan gənclərin ziyalılarla mütəmadi görüşlərinin təşkili.
Səhiyyə:
1. Hər bir inzibati ərazi nümayəndəliyinin yerləşdiyi kənddə tibb məntəqələrinin yaradılması, bir neçə kəndin birləşdiyi inzibati mərkəzlərdə apteklərin təşkili üçün sahibkarların təşviqi;
2. Yay aylarında xüsusi həkim briqadası tərəfindən pulsuz tibbi müayinələrin keçirilməsinin təşkil edilməsi üçün müraciətlər paketini hazırlanmaq;
3. Rayon xəstəxanaları və tibb məntəqələrində iş fəaliyyətinin, nizam-intizamın və əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyədə olması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq.
Ekologiya:
1. Ekoloji problemlərin həlli istiqamətində təxirə salınmaz tədbirlərin görülməsi üçün təşviqatın aparılması;
2. Ətraf mühitin mühafizəsi üzrə tədbirlər planının hazırlanması, hər kənd üzrə tullantıların düzgün idarə olunması məqsədi ilə yaşayış məntəqələrindən uzaqda xüsusi yerlərin-tullantı poliqonlarının müəyyən edilməsi, xəritə-sxemlərinin hazırlanaraq müvafiq orqanlara təqdim edilməsi;
3. Yaşıllıqların artırılması və mühafizəsi məqsədilə xüsusi dövlət proqramının hazırlanması və qəbul olunması üçün səy göstərilməsi;
4. Çaylarımızda bioresursların qorunması istiqamətində ciddi tədbirlərin görülməsinə çalışmaq.
Kənd təsərrüfatının inkişafı:
1. Gədəbəy rayonunda kənd təsərrüfatının intensiv inkişafına yönələn tədbirlərin təşviqi;
2. Torpaqların münbitləşdirilməsi üçün dövlət dəstəyinə nail olunması;
3. Kənd əhalinin maddi rifahının yaxşılaşdırılması üçün xüsusi sosial proqramın tərtib edilməsi;
4. Kənd təsərrüfatında dünyanın qabaqcıq tenologiyasının tətbiqi ilə Gədəbəydə aqrar sənayenin inkişafına nail olunması üçün bölgəyə dövlət və biznes strukturlarının diqqətini çəkmək.
Turizmin inkişafı, mədəni irsin qorunması:
1. Rayon turizm potensialından səmərəli istifadə olunması və turizm sektorunun inkişafı üçün kompleks tədbirlər proqramının hazırlanması.
2. Tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində təkliflər paketinin hazırlanması;
3. Gədəbəy rayonunda turizm sahəsinə investisiya qoyuluşunun təşviqi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada yerli və xarici investorlarla danışıqlar aparılması;
4. Bölgədə turizmin inkişafının əhalinin yeni iş yerləri, qazanc mənbələri ilə təmin edilməsinə töhvə verməsi üçün strateji fəaliyyətin müəyyənləşdirilməsində iştirak etmək;
5. Rayonumuzda olan hər bir tarixi abidənin sistemli araşdırmalara cəlb olunmasına çalışmaq, tarixi abidələrə turistlərin gediş-gəlişinin rahat olması məqsədi ilə həmin yerlərə avtomobil yollarının çəkilməsinə çalışmaq;
6. Tariximiz, milli adət-ənənələrimiz və əxlaqi dəyərlərimizin qorunması mövqeyindən çıxış etmək.
Bütün məsələlərdə hər birinizin yanında sözün əsl mənasında vəkiliniz olacağıma inanmağınızı rica edirəm!
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024