Şeyx Səfinin məzarının arxasında başqa bir qəbir var ki, o da Şah İsmayılın atası Şeyx Heydərə aiddir. Şah İsmayıl Xətainin babası Şeyx Cuneydlə Aləmşah Bəyimin məzarları isə həyətdədir.
“Rusiya-İran müharibəsi vaxtı məqbərəyə basqın edən rus əsgərləri demək olar bütün çini qabları, qədim əlyazma kitabları və xalçaları qarət edib aparıblar.”
Əvvəl ibadət edilən yer və dini təhsil ocağı, sonradan isə Səfəvi İmperatorları tərəfindən məqbərəyə çevrilən böyük tarixi məkan. Söhbət İran İslam Respublikasının Ərdəbil şəhərində yerləşən Şeyx Səfiəddin Əl-İshaq Əl Musəvi Əl-Ərdəbilinin məqbərəsindən gedir.
Şeyx Səfiəddin Məqbərəsi haqqında Sputnik Azərbaycan-a məqbərənin işçisi Elnazə xanım məlumat verdi. Elnazə xanımın bildirdiyinə görə, bina XIII əsrdə inşa edilib və bura Şeyx Səfiəddinin evi və ya sarayı olmayıb.
“Bu bina Şeyxin məktəbi və xanəgahı olub. Şeyx Səfiəddin (Səfi) özü böyük alim olub və Elxanilərin hakimiyyəti illərində buraya buraya gəlib namaz qılıb ibadət edər və şagirdlərinə dərs deyərmiş. Bu bina sadə bir tikili olub və divarlarında heç bir bəzəklər və ya rənglər olmayıb. Sonra isə Səfəvilərin hakimiyyəti illərində təmir edilərək böyüdülüb. Yəni, Səfəvi hökmdarları hakimiyyətdə olduqları vaxt ulu babalarına hörmət və ehtiram əlaməti olaraq bu məqbərəni daha da böyüdərək gözəlləşdiriblər. Şeyx Səfiəddin 85 yaşında vəfat edib və onu burada dəfn ediblər. Sonradan onun qəbrinin üstündə türbə tikilib. Hazırda onun qəbrinin üzərində simvol kimi böyük bir sənduqə (daş sandıq - red.) qoyulub. Həmin sənduqə Hindistandan hədiyyə olaraq göndərilib. O vaxt Hindistanda Əkbər Şah (Baburi) adlı hökmdar olub, onun atası vaxtı ilə I Şah Abbasa pənah gətirib və Səfəvi hökmdarı ona sahib çıxdığı üçün Əkbər Şah bu sənduqəni hədiyyə olaraq göndərib. Sənduqə yalnız Hindistanda bitən bir ağacın materialından hazırlanıb. Sonra Şeyx Səfinin oğlu vəfat edir və onu gətirib burada atasının yanında dəfn edirlər. Daha sonra isə nəvəsini də babası və atasının yanında dəfn edirlər. Şeyx Səfinin məzarının arxasında başqa bir qəbir var ki, o da Şah İsmayılın atası Şeyx Heydərə aiddir. Şah İsmayıl Xətainin babası Şeyx Cuneydlə Aləmşah Bəyimin məzarları isə həyətdədir. Aləmşah Bəyimin kənarda basdırılması barədə müxtəlif versiyalar var. Bir versiyaya əsasən, burada yer olmadığı üçün başqa yerdə dəfn edilib, digər versiyaya görə isə xristian olduğu üçün kənarda dəfn edilib. Başqa bir versiyaya əsasən, guya Şah İsmayıl Xətai anasından küsdüyü üçün onu məqbərənin içərisində deyil, həyətində dəfn etdirib. Əslində isə Aləmşah Bəyimin məzarının üzərində türbə olub, amma Qacarların hakimiyyəti vaxtı baxımsızlıqdan dağılıb. Bu səbəbdən də hazırda Şah İsmayıl Xətainin anasının məzarı həyətdədir”.
Elnazə xanımın bildirdiyinə əsasən, məqbərənin ərazisi 18 min kvadrat metr olub, sadəcə Qacarların hakimiyyəti illərində buranın bəzi hissələri baxımsızlıqdan dağılıb və 6 min kvadrat metr ərazidə yerləşən hissəsi sağ qalıb. Şeyx Səfiəddin məqbərəsinin çoxlu turistlər tərəfindən ziyarət edilməsinin əsas səbəbi böyük Səfəvi hökmdarı Şah İsmayıl Xətanin də burada dəfn edilməsidir:
“37 yaşında vəfat edən Şah İsmayıl Xətai məhz burada də dəfn edilib. Şah İsmayıl Şeyx Səfiəddinin 6-cı nəslindən olan törəməsdir. Digər bir otaqda isə Şeyx Səfinin ailə üzvləri dəfn olunub. Şeyx Səfinin ailəsinin məzarları üstündə qoyulan sənduqələr isə Misirdən göndərilib. Məqbərənin ümumi sahəsi 6 min kvadrat metrdir. Binanın arxasında olan həyətdə Şah İsmayıl Xətai Çaldıran döyüşü zamanı şəhid olan əsgərlərin bir neçə nəfərini gətirib burada dəfn edib. Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin hakimiyyəti illərində bu bina təmir edilərək məscid kompleksi şəklində inşa edilir. Həmin dövrdə də bura “Namazxana” deyərmişlər, kişilər birinci mərtəbədə, qadınlar isə ikinci mərtəbədə - “Şəbistan”da ibadətlərini edərdilər. Səfəvi İmperiyasının paytaxtı Təbriz və Qəzvində olduğu vaxtlarda Səfəvi Şahları ildə 3 dəfə bura gəlib ziyarət edərmişlər. Binanın içəri divarları tabaşirlə işlənilib, təbaşir suvağının üzərinə isə təbii boyalardan və qızıl suyundan istifadə edilərək bəzədilib. I Sah Abbasın hakimiyyəti illərində də “Çinixana” adlanan zal da inşa edilib. Bura ona görə “Çinixana” deyilir ki, divarlarda görünən o boş yerlərin hər birində çini qab saxlanılırdı. Bu zalda saxlanılan 1200 ədəd çini qabları XVII əsrdə Çin İmperatoru Şah Abbasa hədiyyə edib. Divarda çini qabların saxlandığı yerlərin arakəsmələri ağacdan yonulub. Qabların saxlanacağı hər bir qabın ölçü və formasına uyğun olaraq tabaşirdən düzəldilib”.
Qədimdə Şeyx Səfiəddin məqbərəsinin əsas zalında böyük ölçülərə malik “Şeyx Səfi xalçası” olub. Həmin xalçanın isə özünə məxsus gözəlliyi və özəlliyi olub.
“Şeyx Səfi xalçası” elə toxutdurulub ki, sanki tavandakı bəzəklər xalçanın üzərində güzgü effekti kimi əks olunub. Həmin xalçanın əsli hazırda Londonda “Viktoriya və Albert” muzeyində qorunur. “Şeyx Səfi xalçası”nın surəti isə məqbərənin başqa bir zalındadır. Çinixanada həmçinin Şeyx Zahidin Gilaninin sufi geyimi, müasir dillə desək, jileti də qorunur. Şeyx Zahid bu geyimi öz müridi və sonra kürəkəni olan Şeyx Səfiəddinə hədiyyə edib. Bu geyim Elxanilər dövrünə aiddir və toxunmasında dəvə yunundan istifadə olunub. Məqbərənin meydanının böyük bir qapısı olub, o qapının üzərində də bir mərmərdən daş olub. Həmin daşın üzərində isə Allahın adlarından 6-sı yazılıb. O qapını I Şah Abbasın göstərişi ilə düzəldiblər. Həmin qapı naməlum şəkildə dağılıb yoxa çıxıb, amma o daşı gətirib Çinixanada qoyublar. Bir fərziyyəyə əsasən, bu daşın kiçik bir variantı da olub və möhür kimi istifadə olunub. Sarayda məktublar əmrlər yazılanda həmin möhürdən istifadə edilib. Lakin bu fərziyyə öz təsdiqini tapmayıb, çünki həmin möhürlə möhürlənmiş hər hansı bir məktub və ya sənədə rast gəlinməyib. Ümumilikdə isə məqbərədə nə qədər əşyanın olması haqqında Əfşarların hakimiyyəti dövründə sənəd olub burada. Lakin həmin sənədlər oğurlanıb”.
Bildirək ki, Şah Abbas öz xüsusi qonaqlarını burada qəbul edərmiş. Əsas zalın giriş qapısını isə Əmirxan Ərdəbili adlı usta işləyib, o hətta öz adını qapının üzərinə döşədiyi dəmir örtüyün üzərinə xırda hərflərlə həkk edib. Elnazə xanım onu da xüsusi olaraq vurğuladı ki, Şeyx Səfiəddin Məqbərəsini ən çox ziyarət edənlər Azərbaycandan gələn turistlərdir:
“İl ərzində təxminən 20-25 min nəfər turist bu abidə kompleksini ziyarət edir. Ziyarət edənlərin əksəriyyəti Azərbaycandan gələn qonaqlar olur. Azərbaycandan gələnlərin də hamısı Şah İsmayılın qəbrini görməyə gəlirlər. Başqa ölkələrdən gələn turistlər arasında təbii ki, azərbaycanlılardan sonra Almaniyadan, Fransadan və İngiltərədən turistlər üstünlük təşkil edirlər”.
Qeyd edək ki, hazırda abidə kompleksində 25 nəfərə yaxın işçi çalışır.
Rahim Muradov
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024