9 fevral 2020-ci ildə Azərbaycan Milli Məclisinə növbədənkənar seçki keçiriləcək.
Sumqayıt şəhərini layiqli təmsil edəcək namizədlərdən biri də əslən Qərbi Azərbaycanın Basakeçər rayonunun Böyük Məzrə kəndindən olan Emin Hacıyevdir. O, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədləyini irəli sürüb.
Yeni Azərbaycan Partiyasının üzvü olan Emin Hacıyev Parlament seçkilərində ilk dəfə iştirak edəcək. O, 1982-ci ildə Sumqayıtda anadan olub. 1998-ci ildə Sumqayıt şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
2003-cü ildən – hələ Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığı dövrdən Yeni Azərbaycan Partiyasının üzvüdür. Universitetin Tələbə Həmkarlar İttifaqının sədr müavini kimi yüzlərlə tələbənin Yeni Azərbaycan Partiyasının ideyaları ətrafında birləşərək, partiya üzvlüyünə qəbulunda iştirak edib.
2008-ci ildə Memarlıq və İnşaat Universitetində doktorantura təhsilini başa vuraraq iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını qazanıb.
2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü və məsul katibidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Azərbaycan diasporunun güclənməsində və azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunmasında böyük rol oynayır. Emin Hacıyev Rusiya ictimaiyyətinin Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həqiqi kökləri, 1992-ci ilin Xocalı soyqırımı, erməni təcavüzü nəticəsində öz evlərindən didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, həmçinin, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı düzgün məlumatlandırılmasına yönəlmiş AMOR layihələrinin həyata keçirilməsində fəal iştirak edib.
Diaspor fəaliyyətinin inkişafına və xalqlar arasındakı dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.
E.Hacıyevin seçkiqabağı siyasi platformasına sosial-iqtisadi inkişafın təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai və dövlət maraqlarının qorunması daxildir.
Deputatlığa namizəd, həmçinin, Sumqayıtın turizm potensialının inkişafını, şəhərin mehmanxana və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini vacib hesab edir.
E.Hacıyev seçiləcəyi halda öz seçicilərinin problemlərinin həllində yaxından iştirak edəcək, onlarla mütəmadi olaraq onlayn ünsiyyət quracaq. O, Sumqayıtın orta, orta ixtisas məktəblərində, peşə və ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılmasını vacib sayır, şəhər kitabxanalarının kitab fondlarının və elektron resurslarının genişləndirilməsi üçün addımlar atmağı planlaşdırır.
Deputatlığa namizəd, həmçinin, gənclərin məşğulluğunun təmin edilməsinə, işsizlik səviyyəsinin azaldılmasına və yeni iş yerlərinin açılmasına yönəlmiş proqram və layihələrin qəbulu, həyata keçirilməsi üçün təkliflər irəli sürülməsini özünün əsas vəzifələrindən biri kimi görür. O, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması mövqeyindən çıxış edir.
E.Hacıyev Milli Məclisin deputatı kimi Dağlıq Qarabağ münaqişəsi, o cümlədən, 1988-ci il Sumqayıt hadisələri haqqında düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasını, erməni yalanlarının və miflərinin ifşa edilməsini özünün əsas vəzifələrindən biri hesab edir.
“Sumqayıtın hər bir sakininin – müəllimin, həkimin, sahibkarın, əlilin, şəhid ailəsinin, dövlət qulluqçularının və s. problemlərinin həlli üçün səylərimi əsirgəməyəcəyəm”, – E.Hacıyev vurğulayıb.
Hamıya bəllidir ki, Emin Hacıyev bir vaxtlar Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışan, 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Zülfü Hacıyevin nəslindəndir.
İnanırıq ki, Emin Hacıyev Qarabağ yolunda qəhrəmanlıqla şəhid olan eloğlumuzun istər Naxçıvanda, istər Bakıda, istərsə də Sumqayıtda gördüyü işləri layiqlə davam etdirəcək. Elə Sumqayıt şəhərində küçələrdən biri Zülfü Saleh oğlu Hacıyevin adını daşıyır.
Seçkilərdə iştirak edən namizəd fevralın doqquzuna təyin edilmiş növbədənkənar Parlament seçkilərini Azərbaycan üçün mühüm siyasi hadisə hesab edir. E.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün ən sürətli inkişaf edən dünya ölkələrinin sırasına daxil olmaqla, öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. O, əmindir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.
E.Hacıyev Yeni Azərbaycan Partiyasında respublikanın ali qanunverici orqanında partiyanı təmsil etməklə bağlı ona göstərilən etimadı doğrultmağa hazırdır.
Əziz həmvətənlər!
Mən Emin Hacıyevi şəxsən tanıyıram. Onun Azərbaycan diasporunun inkişafında, Qarabağ həqiqətlərinin Rusiya mediası ilə dünya ictimaiyyətinə çatdırıılmasında danılmaz xidmətləri olub. Əgər o, deputat seçilərsə, bu fəaliyyətlərini daha böyük tribunadan səsləndirəcək və nəticədə udan Azərbaycan olacaq. Qarabağımız özümüzə qayıdacaq, biz Qərbi Azərbaycanlılar da rahat şəkildə doğulub boya-başa çatdığımız el-obamıza gedə biləcəyik.
İstər deputalığa namizəd olan Emin Hacıyevi və digər soydaşlarımızı Prezident İlham Əliyevin ətrafında toplaşmağa, Qarabağımız, Göyçəmiz, Qaraqoyunlumuz, Zəngəzurumuz, Ağbabamız və işğalda inləyən digər torpaqlarımız uğrunda siyasi savaşa çağırıram.
Bu ideyalarımızın həyata keçməsi üçün həmvətənlərimizi, xüsusilə Qərbi Azərbaycanlıları 43 saylı Sumqayıt üçüncü seçki dairəsinə gedərək Emin Hacıyevə səs verməyə dəvət edirəm.
Şakir Göyüşov
Qaraqoyunlu.com saytının Baş direktoru, Ümumrusiya Azərbaycan Konqresinin keçmiş vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024