26 avqust 1071- Dünya tarixinin dönüş nöqtəsi, Anadolunun həmişəlik türk torpağı olmasını qətiləşdirən Malazgird meydan savaşı baş vermişdir.
Malazgird döyüşünün tarixi və geosiyasi əhəmiyyəti olduqca böyükdür. Bu hadisə türk tarixində öz əhəmiyyətinə görə yalnız 1453-cu il İstanbulun fəthi və 1526-cı ildə Osmanlıya Avropanın qapılarını açan Mohac savaşı ilə müqayisə oluna bilər. Sultan Alparslanın türklərə Anadoluya girməyə icazə verməsindən sonra Bizans imperatorluğuna Roman Diogen çıxarıldı. O, sayı 200 min olan (bəzi mənbələrə görə 1 milyon) ordu toplayıb Anadoluya, sultan Alparslanla döyüşə yollandı. Onun ordusunda nizami bizans və erməni əsgəri birləşmələrindən başqa muzdlu peçeneq, qıpçaq, slavyan, qot, gürcü döyüşçüləri də var idi. Döyüşün gedişatında türk dilində Alparslanın komandanlarının əmrini eşidən türk birləşmələri səlcuqluların tərəfinə keçdilər.
Qorxaq ermənilər isə Bizans ordusuna xəyanət edərək, ümumiyyətlə döyüş meydanından qaçaraq fərarilik etmişdilər. Habelə, imperator Diogen paytaxt Konstantinopoldan Anadoluya gəlib çatdıqda bizans təbəələri olan yerli əhali ona ermənilərin quldur basqınlardan, barbarlıqlarından şikayət etdilər. Bundan qeyzlənən imperator əmr verdi ki, burada yaşayan ermənilərin məhəllələri dağıdılsın. Bir çox ermənilər öldürüldü, başçıları isə sürgünə göndərildi. Alparslan Bizans imperatorunun Azərbaycandan keçərək İsfahanı tutmaq niyyətində olduğunu, Səlcuqlu dövlətini süquta uğratmaq istədiyini bilirdi. O, düşməninin çox güclü olduğunu görərək, ordusunun ruhdan düşməməsi üçün ağ kəfən geyinərək atının quyruğunu bağlamış və özünün həlak olacağı yerdə basdırılmasını əmr etmişdi. 1071-ci il 26 avqust cümə günü başlayan tarixin ən böyük meydan müharibələrindən biri türklərin “Turan taktikası” nəticəsində onların xeyrinə bitdi. Alparslan əvvəlcə zəif dəstələri irəli göndərdi, onlar bir azdan bizansliların qarşısından geri çəkildilər. Bizans ordusu da onların arxasından təqib etməyə başladılar. Ağır zirehli qoruyucu geyimdə olan bizans əsgərləri yüngül türk döyüşçülərini axıracan izləyə bilməyib yoruldular. Bu zaman yaxınlaşan əsas Səlcuqlu qüvvələri bizanslıları darmadağın etdi. İmperator Diogen əsir götürüldü. Alparslan onu böyük miqar pul qarşılığında azad buraxsa da, lakin məğlub imperator taxtdan devrilmiş, yerinə başqa imperator gətirilmişdi. Diogen əvvəlcə kiçik bir kilsəyə sığınaraq rahiblik etsə də, sonradan gözlərinə mil çəkilərək edam edildi.
Bir neçə gün sonra isə gözünə düşən infeksiyadan öldü. Yeni Bizans imperatoru Diogenlə Alparslan arasındakı sülh müqaviləsini tanımaqdan imtina etdiyi üçün Alparslan türk bəylərinə Anadolunu tamamilə ələ keçirmək əmrini verdi. Anadoludan sonra Avropaya türk fəthlərinin başlayacağndan qorxuya düşən Roma Papası Avropanın bütün xristiyan krallarına Şərqə səlib yürüşünə başlamaq çağırışı etdi. Malazgird döyüşü isə Anadolunun qapılarını türklərə açmaq, özlərinin qarşısında əsas maneə olan Bizansın zəiflədilməsi baxımından əhəmiyyətli oldu. Səlcuqlu dövləti də getdikcə zəifləsə də, onun yerində türk bəylikləri meydana gəldi ki, bunlardan da ən əsası 624 il üç qitəyə, yeddi dənizə hökmranlıq etmiş Osmanlı imperatorluğu oldu. Ancaq bir çoxlarının bildiyi kimi, Malazgird türklərin Anadoluya gəlişi tarixi deyil, hakim oluşu tarixidir! Miladdan çox çox əvvəl burada türk tayfaları yaşayırdılar. Malazgird isə onları Anadolunun hakimi elədi!(karabakhmedia.az)
Nəzakət Məmmədova
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025