Səməd Vurğun cibindən pul çıxarıb verdi ki, get özünə paltar al - Əyyub Cabbarov

19:51 / 29.09.2025
Baxılıb: 3204

Əyyub müəllim, jurnalistlərə münasibətiniz necədi?

Heç yerdə oxumamışam, amma o dövrdə - 1946-47-ci illərdə belə deyirdilər ki, Sovet dövləti Almaniya üzərində qələbə çalmadı. Qələbəni ingilisin siyasəti, Amerikanın pulu, Rusiyanın qışı çaldı. Bu cümlədə bir dərinlik var. Hitlerə sual verirlər ki, Adolf, bugün-sabah Moskvanı tutursan. Sənin tarixdə qalası ilk hərəkatın nə olacaq? Deyir, Stalinin başını kəsəcəm, Livitanın dilini.  Livitan o vaxt məşhur jurnalist və aparıcıydı. Bu cümləni ona görə deyirəm ki, jurnalistdən qorxmayan dəlidir.(Gülürük)

Yox, Allah eləməsin. Siz mənim üçün əziz adamsınız. Mən sizin yanınıza könül söhbəti etməyə gəlmişəm.

Nə zaman hiss elədiniz ki, şairsiniz? 

-  Qılman müəllim, deyim ki, böyüklük eləmisiniz, əziyyət çəkib gəlmisiz. Allah sizi var eləsin. Bir daha xoş gəlmisiniz.

Xoş gününüzə gələk...

- Tam səmimiyyətimlə deyirəm, mənə inanın. Mənim yanımda çox güclü sənətkar var.( Aşıq Elbrusu nəzərdə tutur). Kiçik yaşlarımdan hər bir azərbaycanlı, kəlbəcərli, göyçəli, tovuzlu, qazaxlı, gəncəli kimi ədəbiyyata, şeiriyyətə, saza həvəsim olub. Amma mən özümə şair deyə bilməmişəm və bugün də deyə bilmirəm. Nə zaman qoşma yazdığımı, təcnislə əlləşdiyimi xatırlayıramsa, onu ancaq saz aşıqlarından, şairlərdən – rəhmətliklər Məmməd Aslandan, Ənvər Rzadan, Şəmşir babadan və bir çoxlarından öyrənmişəm. Yığıncaqlarında, məclislərində çox iştirak etmişəm. Onlarla olan münasibətim məni bu sahəyə daha çox bağladı. Onları oxuya-oxuya, öyrənə-öyrənə baxdım ki, mən də nəsə yaza bilirəm. Sonra öyrəndim ki, mütaliə ilə çox məşğul olmaq lazımdı. İmkanım çatdığı qədər mütaliyə etmişəm. Məmməd Arazı yaxından tanıyırdım. Əli Vəliyevlə də münasibətim yaxşıydı. Hər ikisinin evində də olmuşam. Bu müddətdə əlbəttə ki, özümün xoşuma gələn tək-tək yazılarım oldu. Yenə də özümə şair kimi baxmıram. İstər Göyçə olsun, istər Tovuz, Gəncə, Kəlbəcər, Qazax olsun, kamalca nəhəng qələm sahibləri olub. Onları oxuyanda, deyirəm ki, kaş elə onların şagirdləri qədər olaydım.

Məmməd Aslan, Ənvər Rza yaşca Sizdən kiçikdilər axı. Mən elə bilirəm Siz uşaqlıqdan şeir yazırsınız.

- Doğrudur, onlar məndən iki ya üç yaş kiçikdilər. Təkrar deyirəm. Azərbaycanın hansı bölgəsinə ayaq bassan, orda qoşma deyənlər olub. Məmməd Aslanla tanışlıqdan çox əvvəl də qələm işlədirdim. İlk dəfə Məmmədlə tanışlığım o, 1962-ci Lenin adına APİ-ni  bitirib, İstisudakı orta məktəbə ədəbiyyat müəllimi gələndə oldu. Onda Məmməd mərkəzdən, qaynar ədəbi mühitin içindən çıxıb gəlmişdi. Mərkəzi mətbuata ayaq aça bilmişdi, imzası az da olsa oxuculara, şeir sevənlərə tanışıydı. “Çörəyin daşdan çıxsın” ata-baba misalı elə-belə deyilməyib. İstər daşkəsən, istər daşyükləyən ol, çox ağır və yaxşı sahədir. O zaman mən də daş karxanasıda fəhlə işləyirdim. Ağır işdə işləyənlər çalışır ki, işini tez bitirib istirahət eləsin. Mən də işdən sonra istirahətimi, dincliyimi Məmmədin yanında tapırdım.

 İstisuda görüşürdünüz?

-  Bəli. Özüm orta məktəbi 1956-cı ildə bitirmişəm. Amma vəziyyətlə bağlı ali təhsil ala bilməmişdim. Çüki boynumda ailənin ağırlığı vardı. Anam, körpə bacılarım, kiçik qardaşım mənim öhdəmdəydi. Ona görə hər gün Məmmədin yanına gedir, onun ədəbiyyat, poeziya haqqında söhbətlərinə qulaq asır, bəhrələnirdim. Yadıma düşmüşkən, sizə Məmməddən bir epizod danışım. Bir gün söhbətimizin şirin yerində soruşdum ki, Məmməd müəllim, şairə niyə dəli deyirlər? Siz də bilirsiniz, dünyanın diqqətini cəlb eləyən, bütün ölkələrə ixtiyar şair kimi qəbul olunmuş Səməd Vurğuna zamanında "dəli Səməd" deyiblər. Hamımızın bildiyi, duyduğu məhəbbət deyilən bəla Dürrə xanım vasitəsilə onun qəlbinə yeriyəndə dəli Səməd sonra Səməd Vurğun oldu. 

Məmməd müəllimlə söhbət etmək, onunla yoldaşlıq etmək bir az müşkül məsələydi. Xaraktercə də çətin adamıydı. Sualım Məmmədin xətrinə dəydi. Sən məni təhqir eləyirsən?- dedi. Sakitləşdirdikdən sonra dedim ki, Məmməd müəllim, bilirsən ki, mən dincliyimi sənin yanında alıram. Sizcə, o sualı mən o mənada verərəmmi? Məni başa düşəndən sonra sualıma cavab verdi. Dedi, bilirsənmi niyə elə deyirlər? Şair, yazıçı üzvü olduğu cəmiyyətdən on il, əlli il qabağı düşünür, inkişaf edir. Kamalı o səviyyəyə çatmayan adamlar şairə, yazıçıya dəli deyir.

- Əyyub müəllim, o vaxt Bakıda olduğu kimi bölgələrdə də dərnəklər olurdu. Kəlbəcərdə də dərnək, ədəbi birlik varıydımı?Şeirlərinizi harda müzakirə edirdiniz?

"Dəlidağın nəğmələri" deyilən bir dərnəyimiz varıydı. Şamil Əsgərov rəhbərlik edirdi. Çox adam gəlirdi o dərnəyə. Qəmkeş Allahverdi, Məmməd Aslan, Əli Qurbanov, Bəhmən, Sücaət, Mehtixan, Əlqəmə, qardaşım Yaqub gəlib qulaq asardılar, şeir oxuyardılar, yazılara münasibət bildirərdilər. Mirsəyyaf Zamanlı, Yusif Hüseyn, Əbülfət-Əlövsət qardaşları gəlirdi. Çıraq kəndindən Fazil, Sabir deyilən qardaşlar gəlirdi. Onlar da yaxşı yazırdılar. Qaçqınlıqdan sonra Qəbələdə yaşadıqlarını eşitmişəm. Mən az-az gedərdim.

-   Aşıq Şəmşir də gəlirdimi?

-    O dərnəkdə Aşıq Şəmşiri mən görmədim. Deyirdilər arada görünür, yazılara fikirlərini bildirir. O dərnəkdə Qəmbər müəllimi də görmədim. Yəqin ki, məsul vəzifədə olmağına görə vaxtı olmurdu.

 O dərnəkdə daha çox kimin zövqüylə hesablaşırdılar?

-  Şamil müəllim çox yaxşı alimiydi, yaxşı şair idi, ədəbiyyatçı idi. Həm də çox gözəl təşkilatçıydı. Onun fikirləri də, Məmməd Aslanın, qardaşım Yaqubun fikirləri də hamı tərəfindən qəbul olunurdu. Bilmirəm mənə necə baxacaqsınız. Tam səmimi deyirəm, o dövrdə mənim zövqümə uyğun ən çox qardaşım Yaqubun yazıları və fikirləri  gəlirdi. Yəqin qardaşlıqdan irəli gəlirdi. Yaqub çox güclü ədəbiyyat müəllimiydi. Kəlbəcərə gələn təzə kitabı ilk dəfə Yaqub oxuyardı. Yaxşı natiqliyi varıydı. Həqiqəti çılpaqlığı ilə deməkdən çəkinməzdi. Poeziya-ədəbiyyat söhbətində də heç kimə güzəştə getməzdi. Bir dəfə Mehdixan müəllimin o zamanlar məhşur olan "Yazardım" rədifli qoşmasını qəzetdə tənqid atəşinə tutmuşdu. Yazını mənə oxuyanda tərəfdar olmadım. Dedim, belə iş eləmə, bu yazıya ehtiyac yoxdu. Mənə söz verdi ki, çap etdirməyəcəm. Amma o yazını qəzetdə çap etdirdi.

 Yaqub müəllimlə ikilikdə müzakirələriniz olurdu?

 Günün birində bir qoşma yazmışdım, Yaquba oxudum. İki misrası beləydi:

Evimə gün düşdü, gülürsən dedim,

Yarpaq pıçıldadı, gəlirsən dedim,

Yaqub dedi, o yaxşı deyil. Yarpaq pıçıldasını çıxar ordan. Dedim, Əyyub əvəzinə nə yazım? Dedi, əvəzində yaz ki, Hər hənir gəldikcə gəlirsən, dedim. Belə hallar olurdu. Mən şotka çəkən adam idim, Yaqub da yaxşı ədəbiyyatçıydı.

Onunçün Sizə Kəlbəcərdə  "Buxaltr Əyyub" deyirdilər.

Bəli, təqaüdə çıxana qədər buxaltr işləmişəm.

Q – Texnikomu harda oxudunuz?

Ə – Bakı ..11.13 texnikomunda oxumuşam. 1965-67 ci illərdə oxumuşam.

 

4........................

Ə – Səhv eləmirəmsə, 64-cü ildi. Anam xəstəydi. Anamı Bakıya xəstəxanaya apardıq. Respublikanski xəstəxana vardı. Rayon adamlarını ora qəbul eləyirdilər. Anamın da vəziyyəti ağırıydı. Bizdə tələbəydik. Vəziyyət gərginiydi. (00.44)

Kimdi – Şeir gör yadında qalıbsa, de.

Əyyub – Ana şeirimi?

Q – O məşhur şeirinizdir.

Ə – Ölmə, torpaqlara vermərəm səni.

Yerin qollarımın arasındadır.

Təbiyir sularla yumaram səni

Suyun gözlərimin qarasındadır.

Atamın məzarın əlimlə yardım.

Torpağında sana çara axtardım.

Dolanardım, dərmanını tapardım.

Bilsəydim dünyanın harasındadı.

Boğazımda qəhər, qəlbimdə kədər.

Sənsiz bu dünyadan dilim dərd əmər.

Əyyuba kim yanar, sən yanan qədər.

Ananın qəlbi balasındadır.

Şeir 1964-cü ildə yazılıbdır. Nədənsə ana şeirləri çoxdur. Mənim qələmimdən çıxandan yüz dəfə güclü şeirlər var. Səməd Vurğunun şeirindəki sözlər necəydi.

Səni görmək üçün ölmək istərəm.

Çoxu var. Cəfər Cabbarlı, Əli Kərim. Nəhəng olub.

 

Kimdi – Siz şeirinizdə sözləri bir-birinə necə bənzətmisiz  hər kəsin yaddaşında qalıb. Cəfər Cabbarlının şeiri çox qüvvətlidir, amma hər adam onu dərk eləyib yadında saxlaya bilmirdi.

Mən eşitmişəm ki, Siz Səməd Vurğunla da görüşübsünüz.O görüşü necə xatırlayırsınız?

-  Günün birində, 1955-ci ildə Tərtər çayında xeyli balıq tutub İstisuda satmağa aparmışdım. O dövrdə iki sanatoriya vardı. Birinə dövlət, birinə də həmkarların sanatoriyası deyirdilər. Dövlət sanatoriyasının yuxarı mərtəbəsindən mənə dedilər ki, balığı bura gətir. Sanatoriyanın zavxozu məni qapıdan içəri buraxmadı. Heç buraxılası vəziyyətdə də deyildim. Dizdən yuxarı suyun içindəydim. Mən də dedim ki, ay dayı, məni savxoz içəri buraxmır. Dedi, gətir, indi buraxar. Gəldim, buraxdı, yuxarı çıxdım. Orta məktəb dərsliklərinə baxmış olsanız, kor olmayan adam saçının formasından, saçını daramasından Səməd Vurğunu tanıyırdı. Mən orta məktəbdə pis oxumamışam. Həmin görkəmdən o böyük adamı dərhal tanıdım. Özünəməxsus ləhcəylə “Ayə, neçəyə verersən?” dedi. On səkkiz yaşında oğlanıydım. Çox cəsarətlə dedimki, sizə pulsuz. İkinci cümləsi belə oldu. – Ayə, çox baha oldu. Balığı bişirtdirməkmək üçün sanatoriyanın mətbəxinə göndərdilər. Mənə sual verdi: - Atan varmı? Dedim, yox. Bir az qüssəli-qüssəli səmanın dərinliklərinə baxdı. O dövrdə mən onu duymadım. Yaşlanandan sonra başa düşdüm. Səmanın dərinliyində o, öz yetimçiliyinə baxırdı. Qayıdıb birdən cibindən xeyli pul çıxartdı. Dedi, get özünə bir dəst kostyum al, bir cütdə ayaqqabı. Sabah yenə bizə balıq tut gətir. İsti-suda mingəçevirli Novruz adında satıcı işləyirdi. Çətinliklə mənə bir dəst boz kostyum tapıb verdi. O əynimə oldu. Qoyun dərisindən hazırlanmış, qabağı zolaqlı ayaqqabıdan da bir cüt aldım. On kilo da un alıb, getdim evə. Evə gedəndə, anam aldıqlarıma baxanda dedi, oğurluq eləmisən? Dedim, yox. Anam inanmadı. Həmin vaxtlar alaçıqlardan çamadan, başqa şeylər oğurlanırdı. Anama vəziyyəti danışdım. Paltarı görəndə, ayaqqabını, unu, yerdə qalan pulu görəndə vahimələndi yazıq. Sizə danışdıqlarımı anama danışdım, anam inanmadı. Rəhmətlik Səməd Vurğunla, o böyük adamla tanışlığım belə başladı.

 – İkinci günü yenə balıq apardınız?

-   Bəli, apardım. Həmin günü aldığım paltarı, ayaqqabını özümlə götürdüm. İstisuya çatanda onları geyindim. İstisuyun müalicəvi mahiyyətini öyrənən Arif Paşayev adında elmi işçi varıydı. Ona da çox balıq satmışdım. Getdim ki, o da ordadır. Birdən Arif Paşayev Səməd Vurğuna qayıtdı ki, Səməd müəllim, bu oğlan şeir də yazır. Dedi ki, yazdığın şeirlərdən birini de. Mən yazdığımı deyirəm. Belə yazmışdım.:

Çəkmək olmaz belə eşqin nazını,

Ağ sinəni nə pünhanə çəkirsən?

Tay olarmı bədirlənmiş Ay sənə

Gözəl camalına şana çəkirsən.

Səməd Vurğun dedi ki, eşqin özü nazdı. Yaz ki, çəkmək olmaz belə qızın nazını. Bir dəfə eşitməklə oldu bu. Camal üzdür. Üzə daraq çəkmirlər. Yaz ki, qara saçlarına şanə çəkirsən. Bu görüşün xeyli yaddaqalan davamları oldu. Bir epizodda danışacam. Biz tərəfdə görünməyən çay termosu vardı. İlk dəfə onlarda gördüm. Xavər xanım da yanındaydı. Oğlanları balacaydı. Aybəniz yadıma düşmür. Mən onu görmədim. Amma Yusif müəllimi, Vaqif müəllimi yaxşı gördüm. Nədənsə sanatoriyaya, Səməd Vurğunun qaldığı otağa termosla İstisudan suyu mənim gətirməyimi tapşırmışdılar. Günün birində bunlar yenə su içməyə gedirdilər. Mən də termosu suyla doldurub gətirəcəkdim. Cavan bir qız uşağı qoltuğunda bir çolpa "Bağırsaq" deyilən binədən gəlirdi. Çolpanı satmaq üçün bizim yanımızdan keçib İstisuyun içərisinə girməliydi. Səməd müəllim öz ləhcəsiylə qızdan çolpanı satıb-satmamağını soruşdu. Qız dedi, satıram. Çağırdı ki, gətir. Qız gəldi. O dövrdən danışıram ki, Sovet vaxtında stolun üstünə qırmızı parça sərərdilər. Nəylə bağlıydı, bilmirdim. Həmin parçadan qızın əynində tuman vardı. Bilmirəm tuman sizə necə çatır. Yəni böyük olurdu, bir-neçə taxta olurdu. Don dar olur. Amma o tumandan bəlkə bir-neçə don çıxar.  O dövr üçün Kəlbəcərdə mühit beləydi. Demirəm hər yerində. Adətən kəndlərdə beləydi. Ətrafda olanları deyirəm. Əli Vəliyeviydi, Süleyman Rəhimovuydu, Səməd Vurğunuydu, əgər səhv eləmirəmsə, Əliağa Kürçaylıydı və mənim xatirimdə qalmayan adamlar da varıyıdı.

 – Osman Sarıvəlli də varıydı?

-  Yox, həmin vaxt Osman Sarvəlli orda deyildi.Səməd Vurğun yanındakılara dedi ki, bugünkü xərcliklərinizi çıxarın. Nə qədər adam vardısa, onlar heç nə eləməmiş, öz pencəyinin cibindən adına "bandurul" deyilən bank bandurulu çıxardı. O dövrdə qırmızı otuzluq deyilən bir bank bağlamasıydı, çıxartdı onu qaytardı qoydu yerinə. Öz cibindən, sayını mən bilmirəm, hər halda az olmazdı, xeyli pul çıxardı. Qıza dedi ki, kasinkanı aç. Qız açmırdı, kimiydisə, qızın başından yaylığı götürdü, sərdi yerə. Səməd müəllim öz cibindən çıxardığı pulu qoydu yaylığın içinə. Adını deməyəcəm, hamı pul verdi, o məhşur adamlardan biri üç manat verdi. O üç manatı da aldı qatdı o biri pullara. Yaylığı da bükdü, məlum olan qaydada düyünlədi, öz əliylə yaylığı qızın boğazına bağladı. Dedi ki, get, anan sənə paltar alsın, xoruzu da aparın, kəsib yeyin. Belə epizodlar yadımdadır.

Əyyub müəllim, deyəsən şeirlərinizin sorağı Cənubi Azərbaycana da çatıb.O tayda da sizi sevənlər çoxdu. Təbriz, Qaradağ, Əhər aşıqları sizin şeirləri çox oxuyurlar.

 İranda Aşıq Elbrusun vasitəsiylə bir kitabım çap olundu.Mənim yaradıcılığımın təbliğində onun zəhməti olduqca çoxdur. Zəhməti keçənin hər birindən Allah razı olsun. İranda kitabım təzə çap olunmuşdu, Zəncan şəhərindən mənə zəng etdilər. Dedilər ki, Ədalət Nəsibovun kasetinə qulaq asırıq indi. “Yadındamı, günlər necə dinc idi", bir də "Kədər yedim, dərdi çölə vermədim”. Bir də başqa bir şeiri dedilər. Bunu Ədalət Nəsibov Bəhmən Vətənoğıunun adına oxuyur. Bəhmən müəllimin kitabına baxırıq bu şeirlər yoxdur, amma sənin kitabında var. Bu nə olan şeydir? Dedim indi deyəcəm. Dedim ki, əgər mənim qələmimdən çıxan şeir Bəhmən müəllimin adına oxunursa, deməli, mən də şairəm. İrana dediyim sözdür. Onlardan da üzr istədim, dedim, şeirlər mənimdir.

 – Bəs, Bəhmən müəllim özü heç bir reaksiya vermədi?

 

-  Doğrusu, özünə demədim heç. Yəqinki xəbəri varıydı. Ədalətin ifalarını dinləməmiş olmazdı. Ancaq Məmməd Aslan dedi ki, Bəhmənin yerinə kim olsa, mətbuatda çıxış edib, bunu izah eləyər. Bu barədə Məmməd Aslan bir yazısında qeyd edib.

Kimdi?– Sazla oxuyur, temboli görməliydi də.

Q - Telman ismixanın şeirini öz adına oxudu.

Kimdi – Bir dəfə televizorda ona sual verdilər. Kişinin bir şair dostu olar, o da Bəhməndi. Mənim də dostum Bəhməndi.

Əyyub dayı

- Bir dəfə də televizorda mən qulaq asdım ki, Zəlimxan Yaqubu, Bəhmən Vətənoğlunu, Sücaəti çox sevirəm.

Qılman – Sücayət oxumurdu. Son vaxtlar oxuyur.

Kimdi – Yoox, çoxdan oxuyurdu. Bəhmənin adına oxuyurdu.  Zaman məni sevərmi heç? Nə böhtanam, nə şərəm. Harda yaxşı şeirlər vardı, Bəhmənin adına oxuyurdu.

Qılman – Alqayıtın bir şeirini də oxuyub. Alqayıtdan xoşu gəlmirdi deyə axırıncı bəndi oxumur. (3.40 da deyilənləri anlamıram). Televizorda oxuyub.

K – Artıq onun möhürünü vurub. Axırıncıə bəndi biz də oxumuruq. Ədalət onun möhürünü həmin bəndlə vurubdur.

Q – İnsafsızlıqdır. Şeirdən keçə bilməyib. Alqayıtdan xoşu gəlmədiyi üçün axırıncı bəndi oxumayıb. Manevraya bax e. Ağalar Mirzə bir müsahibəsi var. Orda Alqayıtın şeirini deyir, adını demir.  Müəllim yoldaşı var. ədəbiyyat müəllimidir.

əyyub – Nə yaxşı Aqlayıt bir söz deməyib.

Q – Alıqayıt ondan qorxurdu. Bir dəfə rəhmətlik mənə dedi ki, Göyçəyə gedəndə bunların əlindən qaçırdım. Beş qardaş beşi də düşürdü dalımca. Əyyub dayı təvəllüdün neçədir?

Ə – 1937-ci ildənəm. İki ay beş gündən sonra 83 yaşım tamam olacaq. Martın beşi.

Q – Mən sizi 36-cı il bilirdim.

Ə – kitablar olub ki, 36 yazıblar.

Q – Yaqub müəllim sizdən iki yaş balacadır?

Ə – Üç yaş balacadır.

Q – Şiruyə əmimin yoldaşıyla oxuyub o. Alqayıtla bir yerdə oxuyublar. Deyir Yaqubla o vaxtı məktublaşırdıq. Bir dəfə istisuya bizi qonaq apardılar.

Ə – orta məktəbdə direktor da işlədi.

Q – Redaktor da olub, eləmi?

Ə – Yox, redaksiyada işləmədi.

Kimdi – Mənə bir söz çatdı ki, bizim kəndçi Ədilin şeirini deyiblər ki, verginən qəzetə. Yaqub müəllim yerlikdə redaktor işləyib.

Ə – Düzünü bilmək istəyirsinizsə, redaktor işləməyib. Amma təşkil eləyə bilərdi. Şeirlərimi aparıb qəzetdə buraxdırırdı. Yaqubun qəzetlə əlaqəsi heyləydi.

Kimdi - Ədilin şeirinə baxıb, Cəfərquluya, Vəliyə tapşırılıb ki, verin. Yaqub müəllim də görüb ki, bu qəzetə veriləsi şeir deyil. Nə mənası var, nə də qafiyəsi. Götürüb şeirin başlığına yazıb ki, mən ədəbiyyatçı kimi, ədəbiyyat müəllimi kimi (7.34) ixtiyarına buraxıram.

 

 

Q – Yaqub müəllimlə ikilikdə müzakirələriniz olurdu?

Ə – Günün birində bir qdedim,

Evimə gün düşdü, gülürsən dedim.

Yarpaq pıçıldadı, gəlirsən dedim,

Qəlbim elə yanardı ki, yanardı qoşma yazmışdım. Mən yazmışdım ki, evimə gün düşdü, gülürsən dedim. Yarpaq pıçıldadı, gəlirsən dedim. İlk misra yadıma düşmədiyi üçün başdan demədim. Qəlbim elə yanardı ki, yanardı.

Sığardı qəlbimə dünya səninlə,

Sənsiz dünya mənə dard

 

Dedi, o yaxşı deyil. Yarpaq pıçıldasını çıxar ordan. Dedim, Əyyub, əvəzində nə yazım? Dedi, əvəzində yaz ki, hər hənir gəldikcə gəlirsən, dedim. Belə hallar olurdu. Mən şotka çəkən adam idim, Yaqub da yaxşı ədəbiyyatçıydı.

Q – Siz buxaltır işləmisiz hə? Kəlbəcərdə sizə "buxaltr Əyyub"da deyirdilər.

Kimdi – pensiyə çıxana qədər buxaltır işləyirdilər.

Q – Texnikomu harda oxudunuz?

Ə – Bakı ..11.13 texnikomunda oxumuşam. 1965-67 ci illərdə oxumuşam.

 

4........................

Ə – Səhv eləmirəmsə, 64-cü ildi. Anam xəstəydi. Anamı Bakıya xəstəxanaya apardıq. Respublikanski xəstəxana vardı. Rayon adamlarını ora qəbul eləyirdilər. Anamın da vəziyyəti ağırıydı. Bizdə tələbəydik. Vəziyyət gərginiydi. (00.44)

Kimdi – Şeir gör yadında qalıbsa, de.

Əyyub – Ana şeirimi?

Q – O məşhur şeirinizdir.

Ə – Ölmə, torpaqlara vermərəm səni.

Yerin qollarımın arasındadır.

Təbiyir sularla yumaram səni

Suyun gözlərimin qarasındadır.

Atamın məzarın əlimlə yardım.

Torpağında sana çara axtardım.

Dolanardım, dərmanını tapardım.

Bilsəydim dünyanın harasındadı.

Boğazımda qəhər, qəlbimdə kədər.

Sənsiz bu dünyadan dilim dərd əmər.

Əyyuba kim yanar, sən yanan qədər.

Ananın qəlbi balasındadır.

Şeir 64-cü ildə yazılıbdır. Nədənsə ana şeirləri çoxdur. Mənim qələmimdən çıxandan yüz dəfə güclü şeirlər var. Səməd Vurğunun şeirindəki sözlər necəydi.

Səni görmək üçün ölmək istərəm.

Çoxu var. Cəfər Cabbarlı, Əli Kərim. Nəhəng olub.

 

Kimdi – Siz şeirinizdə sözləri bir-birinə necə bənzətmisiz  hər kəsin yaddaşında qalıb. Cəfər Cabbarlının şeiri çox qüvvətlidir, amma hər adam onu dərk eləyib yadında saxlaya bilmirdi.

Q – Kəlbəcərlilərin arasında Məmməd Araz sevgisi vardı. Bir Məmməd Araz bütü varıydı.Məncə eləydi.

Ə – Tamamilə düzdür.

Q – Bu sevgi hardan yaranmışdı? Niyə məhz Məmməd Araz?

Ə – Onu kəlbəcərlilərə “Salamat qal” şeiri sevdirdi. O şeiri çox güclü yazmışdı. Sağlığında Şəmşir babanın görüşünə gəlmişdi.  Təbiət xoşuna gəlmişdi. “Salamat qal” şeirini Kəlbəcərdə yazmışdı. Azərbaycanın təbiəti adlı jurnal vardı. Redaktoruydu. Bir dəfə Bakıya getmişdim. Hər Bakıya gedəndə  Məmməd Arazla görüşürdüm. Bakı mehmanxanasına düşmüşdüm. Axşam zəng elədim ki, Məmməd müəllim, vaxtın varsa, Bakı mehmanxanasına gəl. Maqnitafon Həsənlə birlikdə gəldilər. Onda bilmədim, inşaatdamı oxuyurdu. Uzun sözün qısası, Məmməd rəhmətliyə zəng elədi, dedi ki, özündən çox deyirsən. Kəlbəcərdən bir şair dostum gəlibdir. Dur gəl buraya.  Mənim yadımda tam qalmayıb. Hansısa rayona gedirəm dedi. Bakıya qayıdanda dedi gəl görüşək. Bir ana şeiriydi. Bir də iki sənəm şeiri vardı. Dəniz kənarındaydıq. Bəlkə 20 dəfə şeiri bəyənmədi. Məmməd Araz rəhmətlik şeiri bəyənirdi. Məmməd Aslan razı qala bilmir ki, bilmir. Deyim qaydasını bəyənmirdi. Gördüm bəyəndirmək mümkün deyil, dedim, ay Məmməd müəllim, mən nə Məmməd Araz deyiləm, nə də Məmməd Aslan deyiləm. Mən Əyyubam. Eləcə güldülər. Allah hər ikisinə rəhmət eləsin. Eləcə yaxamdan boşladılar.

Bəlkə istəmişəm qədərdən artıq

Bəlkə də olanlar kifayətimiydiş.

Nə qədər yaxınsan, o qədər uzaq

Sonu görünməyən nəhayətiymiş.

Gözlərim üstünə yeridi getdi

Gözəlliyin məni bürüdü getdi.

Baxışım qoynunda əridi getdi

Cənnət belədirsə, qiyamətiymiş.

Dil açmamış, qəlbindəkini bilərdim.

Təmənnamı yayındırıb, gülərdim.

Nə umac alardın, nə itirərdin.

Səndən sana olan şikayətiymiş.

Gözlərinə baxdım, məni görmədin.

Dilimdə gül açdı, birin dərmədin.

Mənə hər şey verdin, könül vermədin.

Camalını görmək ziyarətiymiş.

Söylə, indən belə neyliyəcəksən?

Yoxsa son köçümü əyliyəcəksən?

Vallah, yoxluğuma göynəyəcəksən

Əyyub nağılıymış, hekayətiymiş.

 

Q – Sağ ol, Əyyub dayı. Var ol. Eşq olsun.

Ə – Allah köməyiniz olsun.

Q – Əyyub dayı, Sənəmdən danış. Sənəmi 57-ci ildə istisuda görmüşdünüz. Dəlidağda.

Ə – Sizə danışdığım kimi  istisu tikilirdi. Ruslar anamızın qoynuna qədər öz dillərini yayaırdılar. Daşqıranlara kamiron deyirdilər. Kəlbəcər uçurumları, qayalıqları olan yerdi. Daşqıranlar yuxarıda daşları qırırdı. Yükləyicilər adına quru çift deyirdi. Mən traktor yükləyirdim. Briqadanın cavanı məniydim deyə, yuxarıdan gələn daş yolu bağlayırdı. Briqadırımız varıydı, hər yol bağlandıqca məni göndərirdi. Yolu təmizləməyə. Belə günlərin birində orda çox gözəl kətə verirdilər.  Kətə vaxtı deyildi. (11.49)  Yol genə bağlanıbdır. Briqadamızın adı Mamediydi. Mingəçevirdən idi.  Yolun kənarında bulaq vardı. Həmişə su gətirməyə, yolun qırağını təmizləməyə məni göndərirdilər. Yolu təmizlədiyim yerdə gördüm yaylaq tərəfdən iki atlı gəlir. Qadın. Ömrümün elə vaxtıdır ki, elə bilirəm çiynimi dağa söykəsəm o biri tərəfə aşıra bilərəm. Şıltaq vaxtımdır. Allah  heç kimin balasını yetim qoymasın. Özbaşına böyüyən yetimin çox səhvləri olur.

Dağa-daşa salır ömür, gün bizi,

Təbiətdən min iz itir, bilinmir.

Yetimliyin bəxş etdiyi qəm izi

Baxışlardan silinmir ki, silinmir.

Bu atlılar gəldi. Qabaqda gələn qadın atla keçdi. Arxadan gələn qadın dedi ki, iki yol var. Biri maşın yoludur. Biri də meydançadan keçən piyada yoldur. Soruşdu ki, əmi, bu yolun hansı İstisuya tez gedir?  Başımı qaldırdım. Hamımızın həyatında bu hallar olur. Bu mənim ömrümdə bir dəfə olub. Amma sizdə tez-tez olar. Çox dedikcə yaraşıqlı, çox dedikcə gözəl qızdır. Allahın böyüklüyünə min şükür. Elə bil qaş-göz rəssam əlindən çıxıb. Boşboğazlıq edirəm. Toyuqda xoruz gözəldir. Qoyunda qoç gözəldir. İlxıda ayğır gözəldir.Qara naxırda kəl gözəldir. Mərcərada kələ gözəldir. İnsanda qadın gözəldir.

Q - Əyyub dayı, sən dəryaymışsan həqiqətən.

Ə – Gözəldir, amma uşaqdır. Yaşın nə bilirəm nədi. Dedim xala, ikisi də. Qarabağ ləhcəsiylə “boyy” dedi. Arvad gördü ki, qızı dayanıbdı. Dedi “ aaz, Sənəm, atı sür” elə acıqlandı. Bu olub 1957-ci ildə. Yolu təmizlədim, orda da oturdum.  Yuxarıdan da qışqırırlar ki, suyu gətir, çörək yeyirik. Boğazınızda qalsın. Mən nə haydayam, siz nə hayda?

Əziz qardaş, adım çıxdı yadımdan,

Dəli dağda belə gördüm Sənəmi.

Bir göz vurdum, toxunmadı nişana

Dedi, yeri, qocalmısan sən əmi.

 

Sual etdim: hardan belə gözəl sən?

Bəlkə çaşıb səmalardan gəlmisən.

Göz dikib üzünə dedim, gözəlsən

Gülüb dedi, dərdi qalıb sənəmi?

 

Dedim, ay mürvətsiz, umacağım var.

Dedi, kəsə danış, sözünü qutar.

Dedim, tez vurmuşam, özümə qaytar.

Dedi, Əyyub, gəl aldatma Sənəmi.

 

Belə oldu. Bu söhbət tez yayıldı. Amma bu şeir 57-ci  ildə yazılıb. Aşıq Xəlilə Allah rəhmət eləsin. Aramız yaxşıydı. Məni çox istəyirdi. Bu şeiri götürdü bu. Aradan neçə ay keçdi. Günün birində mənə söhbət elədi ki, Qaraxaşda toydaydım, bu şeiri oxudum, bir ana-bala çıxdı oynadı. O oynayan qızdan danışdı, şübhəm qalmadı ki bu Sənəmdi. Sənəm şeiri belə baş aldı getdi. Günün birində Kəlbəcərdə işləyirdim. Deyəsən 86-cı ildi. Bilmirəm siz eləmisiz ya yox, mal-qoyunu olan kəndçi səhərə iki saat qalmış mal-qarasını qabağına qatıb yaylım deyilən yerə aparardı. Elə bir vaxtda uşaqlarımın dayısı da taxtıya çıxıb, kötək deyilən yerə. Burda alaçıq qurmuşam. Qardaşım yanımdadır. Gördüm mən də heyvanı boşlamışam sovxozun biçənəyinə. Mal-qoyun otlayır, xoşuma gəlir. Gördüm uzaqdan iki atlı gəlir. Arxalarınca biri də çıxdı. Dedim, sovxozun işçiləridir. Gəlib malı-qoyunu yığıb aparacaqlar. Tez heyvanı biçənəkdən çıxartdım. Atlının biri yaxınlaşdı. Başı açıqıydı. Qarnı az qala başından qabağa çıxa. Bir kişiydi. Salam verdi keçdi. Arxasınca da bir oğlan uşağı. Sənəmin dodağının üstündə iri qara xal vardı. Ayağımı atdım, yolu bağladım. Dedim, a bacı, qiyamətin günü sən mənim bacım, mən də sənin qardaşın. Səndən bir söz soruşum. Sənin adın Sənəmdir? Dedi, ay utanmaz, yoxsa səndə o şeiri yazan adamsan. Dedim, bəs o gedənlər kimdi? Dedi onlar yoldaşımla, oğlumdur. Birdən qışqırdı. Ay Heydər, atını bəri qaytar.

Aşıqlar maraqlı danışır. Əyyub elə qorxdu, belə qorxdu. Gəldi əri də, dedi ki, mənə şeir yazan bu adamdı. Salam verdik, görüşdük. Alaçıqları da göstərdim. Dedim, tezdən çıxmısız, gördüyünüz alaçöyün n biri mənimdir, biri də qaynımındır. Gedək, çay için onda gedin. Dedi, qızımız xəstəxanadadır, doğum evinə gəlib, telegram almışıq. Əgər gedəsi olsaq, oğlum atları bəri qaytaracaq, biz gedəsiyik. Yoxsa qayıdası olsaq, mütləq qonağın olacağıq. Heç bir hazırlıq görmə amma. Dedim, gəlin, gözləyəcəm. Çıxıb getdilər. Bu Sənəmlə ikinci görüşümdür. Istisuda işləyirdim.

Məni körpəlikdən az almış Sənəm.(24.38)

Ofsunlamış göz könlümdə qalıbdır.

Hələ deyirsən ki, nədən tanıdım.

Nə vardısa, düz könlümdə qalıbdır.

 

Deyirsən ki, yenə mana şeir yaz,

İndi hər nə yazsam, o Sənəm olmaz.

O vaxtda əmi dedin, bu vaxt utanmaz

İncidiyin söz könlümdə qalıbdır.

 

Nə qalıbdır sana qurban olmalım,

Əgər gülsəm, gülməlidir bu halım.

Sənin saçın ağdır, mənim saqqalım.

Gizlətdiyin köz könlümdə qalıbdır.

 

Elə baxdın, elə bildim savabdır.

Yaman gəldi ömrümüzə bu vaxtı.

Nə sən Sənəm, nə mən Əyyub o vaxtdı

Hər nə qalıb, öz könlümdə qalıbdır.

Günün birində, köçə-köçdü. Kurorta gələnlər köçüb gedir. Bir də gördüm Heydər gedib. Heydərin görkəmindən, yekəliyindən o saat tanıdım. Baxdım ki, Sənəm də dalıycan gedir. Yaş dövrümdə Sənəmi üç dəfə heylə gördüm.

Q – Sonra bir xəbər-ətər olmadımı?

Ə – Olmadı. Kitabın içində Əyyub-Sənəm dastanı var. O dastanı mən yazmışam, başqa adam çap elətdirib. Amma Sənəm başımın bir bəlası oldu.

Q – Siz Sənəmi, Sənəm sizi dünyaya tanıtdı. Hə Əyyub dayı, Kəlbəcərdən köçüb gələndən sonra kimlərlə oturub dururdunuz? Şair dostlarınız kimləriydi? Kimlərlə daha çox yaxın münasibətiniz varıydı?

Ə – Gəncə aşıqlar evində Sadıq paşayla çox yaxınıydıq. Baxmayaraq ki alim adamıydı.

Q – Bəyaq qəbrini ziyarət elədik.\

Ə – Çox savadlı adamıydı. Günün birində söhbət elədi. Dedi ki, arvadım yanımda, yola çıxmışıq. Məndə dedi redaktoruydum. Biz gedəndə ayazdan bir bulud tutdu, qəflətən yağış başladı, çörəyimizi maşında yeyəsi olduq. Dedi ki, arvadıma bir bayatı (28.30 danışdıqlarını anlamadım). Görüm bayatını yadıma sala bilirəmmi.

Başımın üstündə oynama, bulud

Elə qaynarlıqla qaynama bulud

Çəməndə daranıb güzgülənirdim

Gözündən yaş  aldın aynama bulud.

O bayatını yoldaşının adına deyirdi. Yoldaşı rəhmətə getmişdi. Universitetdə dəılisov müəllimiydi. Sənə deyim ki, gicbəsərin biriydi. Alqayıt bakıda yaşayırdı deyə,Alqayıtla görüşə bilmirdim. Firudunla çox yaxınıydıq. Bir-birimizin xətrini çox istəyirdik. Qərib Mehdi var. Yaxşı yazıçıdır. Onunla günü bu saat da dostluğum var. Göyçədən Təcnis Rəhim var, Sahib ibrahimli var.

Q – Bəs Kəlbəcərlilərdən?

Ə – Kəlbəcərlilərdən Qəmbər var. Aşıq Qəmbər. Söhbətinə qulaq asasn, üzünə tüpürəsən.  Amma güclü sənətkardı.

Q – Şücaətin bir çəkilişi var. Siz də ordasınız. Şeir deyir, çəmənlikdə çəıkiblər. Axır vaxtlarıdır özdə.

Ə – Hə bir dəfə elə Toğana tərəfdə çəkişil olub. Elə onda da rəhmətə getdi.

Q – 1943-cü ildəndir. 59 yaşında rəhmətə gedib.

Ə – Dəqiq yaşını bilmirəm.

Q – Sizi ilk dəfə kim çap edib?

Ə – Yenilik qəzeti çap edib. Qurbanəli Əfəli. İbrahim Məsudun katibidir. Mənim yazımı ilk dəfə o çap edibdir. Ondan sonra Almanaxlara düşdü, jurnallara düşdü.

Q – Bəhmənlə də dostuydunuzmu?

Ə – Bəli. İnternatda işləyirdim. Bir dəfə  Muxtarov Zakirlə maarif tərəfdən, təhsil şöbəsi tərəfdən gəlir. İdarədən çıxdım ki, bunu ziyarət edim. Həmişə görüşəndə öpüşürdük. Zakirin də maraqlı xasiyyəti var. Deyir, Ay Bəhmən müəllim, məşhur şairsən. Bir belə şeirlərin yayılıb.Amma Əyyub məhəbbət şeirlərini səndən yaxşı yazır. Dedi, Zakir müəllim, Əyyub məhəbbəti yazır, mən mirtuluq yazıram. Rəhmətliyin ağzından çıxan sözdür. Bir hadisə də danışacam. Kəlbəcərdə bir Xudayev Mamed vardı. Əvvəllər müharibədən gələndən sonra komisarlıqda ikinci şəxsiydi. Vaxt tamam oldu, pensiyə çıxanda ət idarəsində müdir oldu. Cavan vaxtı o qadını mana göstərdilər. Mamed də varlı adam olub. Beyninə verəndə bir də görürdün təsbehini əlində oynadırdı. O əlində qızıl oynadardı. Belə bir kefkom adamıydı. Yaxınlaşır gəlinə deyir ki, bunları götür məni yola ver. Kəlbəcərlilərdə çox eybəcər qadın söyüşü var ki, onu adam özünə sığışdırıb deyə bilmir. Qadın onu beləcə söyür ki, mən ərimi sana dəyişəcəm? Mammed də qayıdasan ki, az vermirsən, vermə. Cəlala niyə söyürsən? İllər keçir, mammed də, arvad da qocalıb. Arvad bir inəyini gətirb ki, ətliyə versin. Deyir ki, Ay Mamed mənim bu inəyimi yaxşı pula al, götürüm gedim. Kasıbçılıqdır. Bir də Mamed yadına gəlirmi, mana bir ovuc qızıl təklif elədin. Deyir, gəlir. Deyir, ondan birini ver, bax dişlərim tökülübdür. Deyir ki, verməyəcəm. Deyir, qocalmısan niyə verməyəcəksən. Deyir, onda sən vermədin, indi də mən vermirəm. Deyir, ay Mamed, məni dağa-daşa salma. Sən Əfqanın canı, əgər onlardan qalıbsa, ondan birini ver, dişlərimi düzəltdirim. Deyir, əfqanın ölmüşü, verməyəcəm.

555555555555555.................

Q – Məmməd Aslan belə şeylərə çox həvəskarıydı.

Ə – O meydana at sürməmişəm. ən əsası ki, özümə sığışdırmamışam. Həm də mən durub Məmməd Aslana, Şəmşirə, Əli Qurbana nə yaza biləcəkdim.

Q – Sənin ilhamın Əyyub dayı, heç onlardan geri qalan deyil. Əli Qurbanov çox adamı dingildədirdi, yazırdı. Sizə nə əcəb müraciət eləməyib? Yaqub müəllimlə də dərdləşməyiniz yoxdur?

Ə – Yaqubu öyrənməyə çətinlik çəkirəm. Mana pis təsir eləyir.

Q – Mütaliyə məsələsindən danışaq bir az. Ən çox kimləri oxuyurdunuz, kimləri mütaliyə edirdiniz? Dünya ədəbiyyatı olsun, yerli ədəbiyyat olsun, kimləri oxumusunuz?

Kimdir – Əyyub dayı demək olar ki, oxuduqları kitabları əzbər bilir.  

Əyub dayı – Puşkini oxumuşam.Səməd Vurğunun tərcüməsində Gözəl tərcümə eləyib. Nizaminin xəmsəsini oxumuşam. Ən çox Qiblə,  Məmməd Aslan olub. Bəhməni xoşlayıram. əvvəllər kitabı yoxuydu. Son zamanlar olub. Bəhməniydi, şücaətiydi. Onlar böyük adamıydı.

Q – Kəlbəcər ədəbi-mühitində dörd adam var ki, Şücaət, bəhmən, Əliqulu  olub. Bir də sizsiniz.

Ə – Minnətdaram.

Q – Səmimi sözümdür. Elin yaddaşında təbliğatsız, təbii şəkildə,kitabsız şöhrət tapdınız. Sizin kitabınız son on ildə çıxıb. Çıxana qədər artıq hər kəs sizi tanıyırdı. Amma o kitablar çıxana qədər Sənəm şeiriydi, ana şeiriydi, ondan sonra mən başına dolanım və s. Bir çox şeirləriniz dillər əzbəri olub. Onlarla belə şeirləriniz, elə şücaətin də, Əli Qurbanovun da, Bəhmənin də dillər əzbəri olub. Söhbət yox, hər gülün öz ətri var. Amma sizin hamınızın oxşar məqamları var. Bu da nədən irəli gəlir. Düzdür, eyni mühitdən çıxmış adamlarsınız. Amma aşıq yaradıcılığında oxşar məqamlarınız var. Bu qaçılmaz bir şeydir. Ənvər Rzada qoşması tam başqaydı.

Kimdir – Elə ustad şairlərimiz var ki, gənc şairlərin istiyirsən yeri qızıl olsun, qəbul eləmir.

Q – o gerzəkalıqdır.

K – Əyub dayının böyüklüyünü nədə deyirəm. Bir dəfə Aelşən Əzimin kitabını oxuyub. Baxdım ki Əyyub dayı kitabın yarısını əzbər bilir. Bu Əyyub dayının böyüklüyündən irəli gəlir.

Q – Ələmdar Cabbarı da yaxşıdır. Elməddin Nicat da yaxşıdır.

Ə – Yaxşı seçirsiniz. Kəlbəcərliləri məndən yaxşı tanıyırsız.

Q- Kəlbəcərlilərlə həmişə dostluq eləmişəm. Onsa görə də kəlbəcərliləri yaxşı tanıyıram. Amma mən sizə bir iki şeir deyəcəm. Amma səndən ustad qiyməti istəyirəm. Gərək bağışlayasınız.

ə - Buyurun. Əksinə, böyüklük edirsiniz.

Q – Sizin qiymətiniz Əlininyanında möhürlənəcəkdir. Əli də həqiqəti eşitməlidir. Mənim dostumdur.

Bu səmanın altı evim

Üstü də eşik yeridir.

Ulduzlarım oyuncağım

Gecəsi beşik yeridir.

 

Oyundur, oyundur həyat

Beşikdən al, məzara sat

Biz gözətçi, can amanat

Dünyada ki keşik yeridir.

Bu zülmət qara yuxudan

Ayılıb, doğmur axı dan

Başımıza çarxıdan

Göylərin eşik yeridir.

ə - maşallah.

Q –Soruşsalar günahımı,

Batıb günaha deyəcəm.

Yol yox, dünənə getməyə,

Nə də sabaha deyəcəm.

 

Düzlük görmədim düzündə,

Günlər azır gündüzündə.

Mən burdayam - yer üzündə,

Axtarma daha, deyəcəm.

 

Fatma nənənin qurşağı,

Sevindirmir ta uşağı;

Göy üzündən düş aşağı,

Gedib Allaha deyəcəm.

 Ə – Maşallah.

Q - əyyub dayı, Çox sağ olun ki, bizə dəyərli zamanınızdan ayırdınız.

Ə – Nə siz uşaq deyilsiz, nə də mən.  Biri var son dərəcə elmi olan, hamar, korun gedişində heçəliyə ehtiyac olmaya, baş götürüb gedə o yolnan. Mənim yolum elə yoldu. Onu hər kəs gedə bilir. Mənim dediklərim min dəfələrlə deyilib. Sizin dediyiniz sizdə deyilir. Elşən əzim, ələmdar cabbarlı, Xaqani Həbiboğlu var,sizin kimidir.

Q – Onlar hamısı mənim dostlarımdır. Amma tam səmimi deyirəm. Şəhər mühiti bir az bambaşqadır. Aşıq poeziyasının içində doğulmuşam, böyümüşəm. Amma mən bu qənaətə gəlmişəm ki, sizlər olmasaydınız biz çətin yazardıq. Birinci pilləkan sizsiniz. O daşı birinci siz qoymusunuz.  Bünövrə olmasa, hasar çəkilərmi?

ə- Bir həqiqət var ki, bunu çəkinmədən etiraf eləməliyik. Siz öz səviyyənizdə, mən öz səviyyəmdə. Nə Bəhmən, nə əyyub yüz ildən, iki yüz ildən sonra yox olacaq, qalmayacaq. Kitabını mütləq çıxart. Kitablar qalacaq. Qiymətini özündə saxla. Biri var, yatağı kəşf eləyə biləsən. Onu elin ixtiyarına verməyəsən. Amma Allahın sənə verdiyini Allahın bəndələrinə çatdırmaq boynuna düşən yükdür. Sən şairsən, ali savadlısan, məndə şotka çəkən bir adamam. Amma mənim də özümün həyata baxışım, dünyagörüşüm var. Sözlə oynamaq, gələcəyə yol açmaq, hər qələm tutanın işi deyil.  Aydın Murovdağlı var. Şairdi. Elşən Əzim şairdi. Bir kəlməni neçə şəkildə deyə bilir.

Boş pətəyin bal vaxtıdır

Məşhur bir sual vaxtıdır.

Vaxtın hələ kal vaxtıdır.

Vaxtın yetişən vaxtı var.

Gördünüzmü, vaxtı ayrı-ayrı mənalarda necə işlətdi.

Cırtdan bala, bir dəyirman daşını

Neçə ildir bir zavallı div çəkir.

İşıq gələn gördüyümdür, sanma ki

İt hürəndə yaşayanlar kef çəkir.

Düz getmisən işığına o damın.

Çoxda divin sərçə boyda biti var

Yeriməyə macal vermir ay bala

Adam var ki, qapısında atdan hündür iti var.

It görmüşəm, divan tutur mahala

Qələmimdən, varağımdan yapışır

Yeriməyə macal vermir ay bala

Şalvarımın balağından yapışır.

 

Qayalardan daş tərpədən varıydı

Daş oynadı, qaya getdi, gəlmədi.

Beş on nəfər baş tərpədən varıydı.

Xəlbir ilə suya getdi, gəlmədi.

 

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər