İstiqlal fədaisi Mirzə Bala Məmmədzadə “haylar” (ermənilər) haqqında

12:56 / 12.03.2020
Baxılıb: 2244

Aydın Mədətoğlu QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bütün həyatı boyu “ erməni məsələsi “ni ( bundan sonra oxu : “ hay məsələsi “ni –A.Q. ) gündəmdə saxlayan Mirzə Bala Məmmədzadə ermənilərin Sovet dövründəki fəaliyyətlərini də bütün incəliklərinə qədər tədqiq edərək qöstərmişdi ki, Azərbaycanda azlıqda qalan digər etnik qruplardan fərqli olaraq erməni məsələsinin cəbhələri daha qarışıqdır.

Bu məsələdə azlıq təşkil edən bir etnik qrupun mədəni-milli muxtariyyəti bəhs mövzusu deyildir. Burada-Azərbaycanda yaşayan və azlıqda qalan etnik qruplar sırasında bulanan ermənilərin Azərbaycan daxilində bir dövlət halına gəlməsi, dünya ermənilərinin mühhacirət qolu, dünya ermənilərinin mühhacirət qolu ilə bu erməni dövləti ərazisinə cəm edilməsi və bu əraziləri-Qarabağı, Zəngəzuru, Gəncəsi ilə bərabər İrəvan Ermənistanına ilhaq etmək kimi məsələlər qarşısındayıq.
Bütün bu hərəkətlərin Daşnak partiyası tərəfindən Moskva ilə müəyyən anlaşma üzərinə Mozkvanın himayə və müdaviəsi altında Azərbaycan və Gürcüstan hesabına cərəyan etməkdə olduğunu xüsusi qeyd edən Mirzə Bala “Zarya Vostoka”- da dərc olunan məqaləyə əsaslanaraq göstərir ki, Muxtar Dağlıq Qarabağ əyalətində daşnaklar hakim vəziyyətində olub erməni kommunistləri tərəfindən himayə edilirlər. Erməni kommunistləri hətta Qarabağda ermənicə yayınlanmaqda olan “ Horurdain Karabağ “ qəzeti daşnaklarla mücadilədən imtina etmiş, hətta daşnakları “ Marksist məktəbinə mənsub “-deyə göstərir, daşnakların liderlərini “inqilabçı Marksizmin əsasını qoyanlar “-deyə mədh edir.
Erməni kommunistlərinin daşnak və milliyyətçiliklə mücadilə edən qismi mücadiləni qəbul etməklə bərabər, daşnakların mövcud olmadığını iddia edirlər. Deməli, onlara görə, ermənilərdə daşnakçılık və millətçilik yoxdur.Hər şey yolunda- dır. Yalnız Türklərin arasında müsavatçı var. Onlardan hər şey gözlənilə bilər. Onlar deyirlər ki, Türklərdən kommunist olmaz. Erməni kommunistlərinin rəyincə, ermənilərdə burjuaziya və məhv ediləcək kənd mülkədarı yoxdur. Bu kimi siniflər ancaq Türkiyədə ola bilər. Qarabağ erməni kommunistlərində hakim olan fikrə görə, köçəri Türklər həm qolçomaq və həm də kənd burjuazisidirlər. Ona görə də bütün Türk kəndlisi məhv edilməlidir.
“ Moskva ilə Daşnak partiyası arasında əməkdaşlığın səbəbi və bu iki qüvvəni birləşdirən müştərək mənfəətlər başlı-başına bir məsələdir “- deyən Mirzə Bala bu iki qüvvəni birləşdirən səbəbləri şərh edərək göstərir ki, Anadolu ilə Azərbaycan arasında “ Çin səddi “ nə bənzər bir “ Hay səddi “ çəkilməsi Moskvanın nəzərində Azərbaycan, Türküstan, Şimali Qafqaz və İdil ( Volqaboyu ) Türklərini Türkiyə nüfuzundan və “ Türkçülük təhlükəsi “ndən təcrid edir və ruslaşdırmalarını asan- laşdırırdı. Azərbaycanda Türküstandan vaz keçməyi özü üçün bir ölüm sayan Moskva bu “ Hay səddi “ndən böyük faydalar bəsləməkdədir.
Daşnakların isə türklük əleyhinə yönəlmiş bu siyasətdən maksimum istifadəyə çalışacaqlarından təbii bir şey ola bilməzdi. Mənşəyi bolşevikliyin ilk günlərindən başlayan bu bolşevik-daşnak dostluğu, xüsusilə “ Lozan sülhü “ndən sonra daha bir şiddət kəsb etdi. 1923-cü ildə daşnak generallarından məşhur Drov və digərlərinin imzası ilə bir “ Bəyannamə “ nəşr edilmişdi. Bu Bəyannamədə Qafqazda qalan daşnaklar Ermənistanın yalnız Qızıl Ordu sayəsində himayə olunacağını və erməni xalqına ancaq Sovet idarəsi sayəsində tərəqqi və inkişaf edəcəklərinə qane olacaqlarını elan etirdilər. 5 il sonra da erməni “ Hınçaq “ partiyası rəsmən dağılmış və kommunistlərə birləşmişdi. Erməni Milli hökumətinin başçısı Kaçaznuni “ Daşnak partiyasının iflası “ adını daşıyan və manevr məqsədilə yazılmış kitabında Daşnak partiyasının illərdən bəri təqib eylədiyi siyasətin iflasını elan etməklə yanaşı, erməni xalqına xidmət etməyi özlərinə şərəf sayanları mənasız xülyalardan vaz keçərək, Ermənistanın Sovet hökuməti tərəfindən icad və yenidən doğulması işində iştiraka dəvət etmişdi. 1923-cü ildə Vyanada keçirilən Daşnak partiyasının qurulta- yında Kaçaznuninin bolşeviklərlə anlaşmaq tezisini müdafiə eləriyi məlumdur. Bakı qəzetləri də 1925-ci ildə Kaçaznuninin Ermənistana dönmək və son illərini Sovet Ermənistanına həsr etmək istədiyini yazmaqda idilər. Həqiqətən də Kaçaznuni Ermənistana dönməkdə gecikmədi. “ İzvestiya “ qəzeti onun bu təqdirəlayiq cəsarətindən bəhs edirdi. Bolşevik mətbuatı Kaçaznuninin bolşeviklərə sığınmasını alqışladıqları zaman Paris qəzetləri Daşnak partiyasının X Qurultayında qəbul edilən qərarları dərc edirdi. Bu qərarlara görə, “ 10-cu Daşnaksütyun konqresi, istisnasız olaraq bütün üzvlərinin ittifaqı ilə bir səslə müstəqil Ermənistan Proqramı üzərində qəti dirəndiyini elan edirdi. Hal-hazırda ( 1920 –ci illər nəzərdə tutulur- -A. Q. ) mövcud kiçik Ermənistanı əsas olaraq qəbul edən Daşnaksütyun partiyası edəcəklər. Daşnaksütyun partiyası Türkiyədə erməni millətinin tələbini qəbul etdirmək əzmində mətin olub.Sovet cəbhəsinə gəlincə, bolşevik diktatorluğu ilə imperializmə qarşı barışmaz bir fikir mücadiləsini davam etdirir. Fəqət, erməni xalqının çoxu qürbətdədir. Sovet Ermənistanında ancaq bir milyon iki yüz min erməni var. İki milyona yaxın erməni müxtəlif məmləkətlərdə sığınmışdır. Buna görə də erməni xalqının tamamilə dağılması və soysuzluğa uğradılmaması üçün partiya gənc nəslin tərbiyəsinə böyük əhəmiyyət verib mühacirlərin məmləkətə göndərilməsi işini təşkil edəcəkdir.

Daşnaksütyun partiyasının qərarlarını o zaman nəşr edən “ Poslednıy Novosti ” qəzetinin Qurultay nümayəndələri ilə yapdığı təmaslardan alınan təəssüratları şərh edən Mirzə Bala göstərirdi ki, burada “ Böyük Ermənistan proqramı “ndan, ermənilərin məmləkətə dönməsindən, Daşnaksütyun partiyasının Rusiya ilə ən sıx bir münasibətdə bulunmasından, bolşevizmə qarşı yalnız fikri mücadilə etməsindən bəhs edilmişdi.

O illərdəki Avropa rus sosialist mətbuatının daşnakların bolşeviklərlə anlaşmaq üçün müxtəlif zamanlarda xeyli sayda təşəbbüsdə bulunduqlarını qeyd edən Mirzə Bala 1925-ci ildə “ Dni “ qəzetində nəşr edilən bir yazıda verilən faktlara dayanaraq göstərir ki, 1921-ci ildə Bükreş konqresindən sonra Daşnaksütyun partiyasının nümayəndələri Riqaya gəlib burada Sovet nümayəndələri ilə görüşmüş, bolşeviklərlə daşnakları barışdırmaq üçün səy göstərmişdilər. 1923-cü ilin may ayında Vyanada keçirilən daşnak konqresində artıq bolşeviklərlə müzakirə məsələsi bəhs mövzusu olmasa da daşnak partiyasının bu xüsusda tutacağı hərəkət xətti “ Sadiqanə müxalifət “ şəklində təsəvvür olunurdu.

Ermənistanın cənubu Türkiyədir. Daşnaklara görə, Türkiyə dörd gözlə bəkləyir ki, Qafqaz yenidən qarışacaq, bolşevik ordusu çəkiləcək, Rusiya təkrar gedəcək və Türkiyə Ermənistan yolu ilə Azərbaycana, Bakıya və bəlkə də ötəyə getmək imkanı bulacaqdır. Erməni xalqının və onunla bərabər Daşnaksütyun partiyasının bolşevizmi başqa cür təqdir etməsindəki hikmət budur. Məsələyə ideoloji-siyasi qiymət verən Mirzə Bala göstərir ki, rus ilə daşnakların Türklər əleyhinə birləşmiş olduqları aşkar gözə çarpmaqdadır. Daşnaksütyun partiyası bu yaxınlaşma və anlaşmanı yapdığı zaman Moskva “ Lenin milli siyasəti “ni tənzim etməklə məşğul idi. O “ Lenin milli siyasəti “ ki, daşnaklara bütün erməniləri Ermənistana, Zəngə- zura və Qarabağa toplamaq imkanı verməkdə idi. Avropadan, Rusiyadan, İrakdan, İrandan erməniləri bu Türk yurduna axıtmağa başlamışdılar.

Zaqafqaziya Sovet Cumhuriyyətinin İstanbul Ticarət təmsilçisi Maknezyan İstanbulda nəşr edilən “ Jurnal Doryan “ gəzetinə 1923-cü ildə verdiyi bir intervüdə Rumınya, Bolqarıstan, Yunanıstan, hətta İngiltərə və Fransa tərəfindən qəbul edil- məyən erməni mühacirlərinin acınacaqlı hallarını nəzərə alaraq Sovet İttifaqı Xarici İşlər komissarı Çiçerinə göndərilən “ Müraciət “lər nəticəsində erməni mü- hacirlərindən 10 minini Azərbaycan, Gürcüstan və Ermənistan Cumhuriyyətləri ərazisinə qəbul ediləcəkləri cavabını aldığını söyləmişdi. Moskva dünyaya yayılmış ermənilərin hamısını Qafqazda qəbul edəcəyini rəsmən elan etdiyini bütün dünya qəzetlərində və İstanbul mətbuatında da oxuduq.

İndiki ( 1920-ci illər nəzərdə tutulur-A.Q. ) Sovet Ermənistanının ərazisi Azərbaycandan alınmış Zəngəzur və digər ərazilərlə bərabər 30 min 948 kv.km.olub 1926 –cı il statistikasına görə əhalisi 876 min nəfərdir. Ermənilərin bu ərazilərdə barınmıyacaqlarını nəzərə alaraq onları Qərbi və Cənubi-Qərbi Azərbaycanla Cənubi Gürcüstanda məskunlaşdırmışlar. Məqsəd bu ərazilərin gələcəkdə İrəvan Ermənistanına ilhaqını təmin etməkdən ibarətdir.

Daşnakların xaricdəki fəaliyyətini daima nəzarətdə saxlayan Mirzə Bala Məmmədzadə vaxtaşırı onların sayıqlamalarına mətbuat vasitəsilə cavab vermiş və göstərmişdi ki, bir ucu Qahirə-Misir, o biri ucu isə Boston-Amerika olmaq üzrə daşnak mətbuatı səs-səsə vermiş, Moskvaya qarşı “ müthiş bir səfər “ açmışdır. Açılan bu səfər bizim Qafqaz mətbuatının və “ Prometey “ cəbhəsi millətlərinin illərdən bəridir davam etdirdikləri mübarizəyə qətiyyən bənzəməz, əksinə zidd olan bir mübarizədir. Biz millətimizin haqqını, istiqlalını müdafiə edərək Moskvanın əsarətindən qurtarmağa təşviq edərkən daşnaklar və onların mətbuatı tam əks bir istiqamət almış, ənənəvi yanlış yolunda israr və inadla yürüməkdə davam edirlər ( Bax: M.B.Mehmed-zade, Taşnakların açtıkları sefer, “ Kurtuluş “ dergisi № 10, Berlin 1935, səh. 268 ).
Bəllidir ki, Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif ölkələrinə dağılan daşnaklar bu ölkələrdə Türklərə qarşı iyrənc siyasətləri-ni davam etdirmişlər. Daşnakların fəaliyyətini izləyən Mirzə Bala göstərir ki, qarşı- mızda Qahirədə çıxan “ İsaber “ ilə Amerikada nəşr edilən “ Ayrenik “in mart və aprel aylarına aid bir neçə məqalə durur. Bu məqalələrdən göründüyü kimi, Moskva onların gözündə mənfurdur.Moskvanın Azərbaycanla Gürcüstanı Ermənis- tana qarşı himayə etdiyi üçün Sovet hökuməti erməni millətinin mənfəətlərini təmsil edə bilməz və ermənilər Sovet hökumətinə mənfi nəzərlə baxmaq məcburiyyətində- dir. Çünkü Moskva ermənilərin Qarabağını, Gəncəsini, Naxçıvanını, Borçalısını və s almış və Tatarlarla ( Azərbaycan Türkləri nəzərdə tutulur-M.B.) Gürcülər arasında bölmüş imiş. Stalin belə “ Tatarlarla “ Gürcülərin yiyəsi imiş və eyni zamanda Stalin Ankaranın da müti qulu imiş. Yenə Ankaranın müdaxiləsi sayəsində “ İstiqlal dövründə Ermənistandan sıxışdırılıb çıxarılan müsəlmanlar yenə oraya dönmüş və ermənilərin Ermənistana mühacirətinə son verilmişdir “.
Daşnaklara görə, Sovet hökuməti erməni istəklərini kiçik miqyasda olsa da təmin etsəydi, bəlkə də Türkiyə-bolşevik dostluğu “ hürriyyətsevər ermənilər”ə bu qismən də olsun Ermənistana qarşı siyasətdə bulanmaq üçün dostları Türkləri bir bunların nəticəsi idi ki, coğrafi vəziyyəti etibarilə Azərbaycana yabançı olan və Ermənistanla bitişik olan Naxçıvan qəzası Sovet Ermənistanı içərisinə salınmaqdan-sa Azərbaycana ilhaq edilmişdir. Ankaranın müdaxiləsi ilə Sərdarabad ovasının böyük suvarma planı rədd edilmiş və erməni mühacirlərinin Qafqazda yerləşdiril- məsi müəyyən olmayan zamana qədər durdurulmuşdur.

Ankaranın ümumi “ Türk planı “ nəticəsində Böyük hərbdən öncə yarım erməni olan Gəncə buğun ermənilərin bulunmadığı Tatar şəhəridir. Təbiidir ki, belə bir vəziyyətdə Sovet hökuməti düşmənimizlə yapdığı dostluq nəticəsində bizə zərərli qayələr tətbiq etdiyi üçün biz Sovet hökumətinə mənfi nəzərlə baxmaq məcburiyyə- tində qalacağıq—deyən daşnakların bu sayıqlamalarına cavab olaraq Mirzə Bala göstərir ki, sayıqlamalarda məntiq aranmaz. Başdan-başa Türk olan Naxçıvan üzə- rindəki haqlarını coğrafi yaxınlıqla izah edərkən, həm əhali baxımından Türk, həm coğrafi baxımdan Azərbaycanın göbəyində olan və Ermənistanla heç bir münasibəti bulanmayan Qarabağla Gəncə üçün eyni prinsipi tətbiq edir. Naxçıvan Ermənista- na verilməli imiş, çünkü coğrafi vəziyyəti etibarilə Ermənistana yaxın imiş, Gəncə də Ermənistana verilməli imiş, çünkü müharibədən öncə əhalisinin yarısı erməni imiş. Qarabağ da vaxtilə Moskva tərəfindən söz verilmişdir, onun üçün Ermənista- na verilməli imiş. Əgər bütün bunlar baş tutsa, daşnakları bolşeviklərlə heç bir düş- mənçiliyi qalmayacaqmış.
Daşnakların bu sayıqlamalarına Qahirədə nəşr olunan “ İsaber “ qəzetində də rast gəlirik. Bu qəzetdə dərc olunan bir məqalədə göstərilir ki, ermənilərin çox axtarmaqda olmalarına baxmayaraq, Zaqafqaziyada “ Tatar- Gürcü “ bloku öz iqtisadi siyasəti tərəfgiranə hərəkəti ilə ermənilərin çoxalmasına mane olur və erməni ərazilərinin mənimsənilməsi ilə yetinməyərək, başqalarının, yəni ermənilərin qanla və qırğınla yapdıqlarını onlar sülh yolu ilə yapırlar. Bütün bunlara cavab olaraq Mirzə Bala göstərir ki, sayıqlamalarda məntiq aranmaz, çünkü beynin qeyri- şüuri fəaliyyətindən sayıqlama xəstəliyi doğar.
“ Ayrenik “ qəzetinin 16 mart 1935-ci il nömrəsində dərc olunan “ Ankaranın müdaxiləsi ilə Sərdarabad ovasının böyük suvarma planı rədd edilmiş və erməni mühacirlərinin Qafqazda yerləşdirilməsi müəyyən olmayan zamana qədər durdu- rulmuşdur “ fikrinə qarşı Mirzə Bala “ Qurtuluş “ dərgisində” Sərdarabad su bəndi və Arazın dövlətlərarası əhəmiyyəti “ adlı məqalə yazmış və bu məqalədə göstəril- mişdi ki, istər daşnaklar, istərsə də bolşeviklər sərhədd xəttini təşkil edən və bir neçə məmləkətdən keçən hər bir beynəlmiləl çay kimi Arazın da ortaq bir su olduğunu unudurlar və ya bu cəhətə bilərəkdən laqeyd yanaşırlar. “ İzvestiya “ qəzetinin daşnaklara bir növü təskinedici mahiyyətdə cavab verilən məqaləsindən anlaşılır ki, Millətlər Cəmiyyəti 1926-cı ildə mühacir erməniləri müəyyən ərazilərdə yerləşdir-mək qərarına gəlmişdi. Bu quru çöldə kəndlilər ibtidai dərin dərə ilə axan Arazdan gətirdikləri sudan istifadə edirdilər. 1924-cü ildə Moskva Sovetinin fəxri üzvülüyünə seçilmiş olan Norveç alimi humanist Fritov Nansen doğrudan da 1927-ci ildə fransız və italyan mühəndislərindən ibarət bir heyətlə Ermənistana gəlmiş və tədqiqatda bulunmuşdu. Nansen heyəti Arazda yapılacaq bir suvarma bəndi sayəsində 80 min hektar ərazinin suvarıla biləcəyi qərarına gəlmişdi. Nansenin proyektini Sovet çevrilmiş, minlərlə mühacir erməni ailəsi burada yeni və məsud bir yurd bulmuşdur.

Sovet hökumətinin bu vəziyyətdən necə hiyləgərcəsinə istifadə etdiyini qeyd edən Mirzə Bala ermənilərin Zaqafqaziyada “ ögey oğul “ olduqlarından və ermənilərin “ Gürcü-Azər bloku “ tərəfindən “ ağ qırğına “ məruz qaldıqlarından hərarətlə bəhs etməkdən çəkinməyən daşnak mühacirlərinə xatırladır ki, Ermənistandakı istər suvarma Sərdarabad sisteminin, istər dünya suvarmalarla “ QES “-deyilən hidro-elektrik stansiyalarının və Avropa ilə Yaxın Şərq məmləkətindən Ermənista- na dönüb yerləşən minlərlə erməni ailəsinin məsrəflərini məhz Zaqafqaziya Sovet Federasiyası müştərək büdçədən vermişdir ki, bu büdçənin 70-80 faizini Azərbay- can təmin edirdi. Həmçinin bu paralar Qafqaz erməniləri üçün deyil, Qafqaz ilə heç bir əlaqəsi olmayan ermənilər üçün sərf edilmişdir.

Araz o məntəqədə Türkiyə ilə Ermənistanın sərhəd xəttini təşkil edir və bütün dünyada olduğu kimi burada daxətt çayın tam ortasından keçir. Deməli, çayın hər iki sahilinə dayanmaq məcburiyyətində olan bir sədd iki dövlətin—Türkiyə və Ermənistanın torpaqları üzərində inşa edilmiş deməkdir və iki dövlətə aid olan ortaq bir su yalnız bir tərəfə sövq edilə bilməz ( Bax : M.B.Mehmedzade, Serdar- abad su bendi ve Arasın devletlerarası ehemiyeti, “ Kurtuluş “ dergisi № 12, Berlin 1935, səh. 337-339 ).
Yuxarıda qeyd edildiyi kimi, dünyanın müxtəlif ölkələrinə yayılan daşnaklar getdikləri ölkələrdə “ Daşnaksütyun “ partiyasının çatısı altında birləşərək Türklərə qarşı iyrənc planlarını həyata keçirməyə çalışmışlar. Belə ölkələrdən biri də “ İran “ adlandırılan məmləkətdir. İran məmləkətini erməni “ milli hərəkatı “nın mərkəzinə çevirən, İran hakim dairələrinin onlara qarşı müsbət münasibətindən istifadə edən mühacir daşnaklar orada yaşayan ermənilərlə birlikdə İranda özlərinin bir sıra siyasi, ictimai və iqtisadi-maliyyə təşkilatlarını yaradaraq məktəblər açmış, qəzet və jurnallar nəşr etməyə başlamışdılar.
Rza Pəhləvinin hakimiyyətə gəlməsindən yararlanan ermənilər İranın bir çox mülki və hərbi idarələrinə soxulmuş, iqtisadi və ticari hegemonluğu öz əllərinə almağa çalışmışdılar. Bütün bunlar azmış kimi, Sovet İttifaqının İrandakı səfiri erməni Davityanın köməyi ilə ermənilər Səfirlikdəki əsas vəzifələri öz əllərinə keçirmiş, Azərbaycan Türklərinə qarşı təbliğatdan əl çəkməmişdilər. Ermənilərin İrandakı anti- Türk fəaliyyətinin canlı şahidi olmuş Mirzə Bala Məmmədzadə orada olduğu müddətdə ermənilərin anti-Türk siyasətini incəliklərinə qədər özünün məşhur “ Ermənilər və İran “ adlı əsərində əks etdirmişdir.

Müəllif bu əsərdə ermənilərin daha da güclənməyə çalışdıqlarını faktlarla göstərmiş və qeyd etmişdi ki, “ Lozanna “ sülh konfransından sonra erməni şovinistləri İranda ciddi fəaliyyətə keçmişdilər. İran mətbuatının bəziləri, o cümlə- dən də “ Təbriz “, “ Pərvəriş “ və s. qəzetlərdə bilərək və ya bilməyərəkdən erməni- lərin bu fəaliyyətinə alət olurlar.
Daşnaksütyun partiyasının Türklərə qarşı göstərilən mövqedə olduqlarını şərh edən Mirzə Bala Məmmədzadə Parisdə nəşr olunan “ Truşak “ adlı erməni qəzetin- də “ İran və Turan “ başlıqlı iftira dolu yazını elmi şəkildə tənqid edərək göstərir ki, məqalə müəllifinə görə, guya Ankara Turançılığın qaynağı və mərkəzidir. Ona görə Tehran və İsfahan da “ ari “ soyundan olan xalqların qardaşlıq və birlik qaynağı, “ İranizm “ və ya “ Aryanizm “in mərkəzi olmalıdır. Türk dövləti güclüdürsə, istər maddi, istərsə də mənəvi baxımdan İran da güclü ola bilər. Osmanlı torpağı geniş- dirsə, İran ondan üçqat böyük ola bilər. Bunun üçün də “ arilik ocağı “ və “ arilik mərkəzi “ yaradılmalıdır. Bu mərkəz və ocaq ətrafında Fars və digər Əcəmlər, Kürdlər, igid Lurlar və Bəluclar, Ermənilər, Əfqanlar və bütün “ ari irqi “ndən olan millətlər toplanmalı və birləşməlidirlər.

Mirzə Bala məsələyə siyasi və xalqların çıxarı baxımından deyil , mədəniyyət baxımından yanaşaraq yazır : “ Ermənilər bulunduqları tarixi, dini və mədəni özəllikləri ilə İslam və Şərq mədəniyyəti çərçivəsinin xaricindədirlər. “ Ari “ qövmlərindən sayılan Ruslarla Farsların birləşməsi nə qədər mümkündürsə, Ermənilərlə Farsların birləşməsi də bir o qədər mümkündür. Bəllidir ki, ermənilər Qərb, yunan, Bizans və Xristian uyqarlığının təsirində olduqlarından Şərq uyqarlığının təmsilçilərindən biri olan farslarla tarix boyu qanlı savaşlar yapmışlar. Bu məqsədlə onlar Qafqazda Türkləri və Gürcüləri eyni metodla Türkiyə və Güney Azərbaycanda da Türkləri qıraraq “ Ermənistan “ yaratmaq istəyirlər. Bu məqsədlə ermənilər bir “ Böyük Ermənistan “ xəritəsi yaradaraq bu xəritəyə Ermənistanı, Trabzon və Samsundan, Azərbaycanın Gəncə şəhərindən başlayaraq Kür çayı ilə Xəzər dənizinə qədər uzanan əraziləri, Naxçıvan ilə Ordubadı, Güney Azərbaycanda isə Astara, Ərdəbil, Qaradağ, Təbriz, Xoy, Maku, Səlmas və Urmu ərazilərini daxil etmişlər “

Daşnaksütyun partiyasının İrandakı ideoloji və siyasi fəaliyyətini həryönlü şərh edən Mirzə Bala göstərir ki, indi də Daşnaksütyun “ Şeytana papaq tikən “ Tehran diplomatlarına “ Şahnamə “ oxutmaq və Pan-İranizm damarlarına basmaqla “ yeni bir papaq “ tikmək istəyir. Daşnaksütyun İranın Şərq yönümünü Qərbə və Şimala çevirmək sayəsində İran və Türk dünyası arasında yeni qanlar axıtmaq yolu ilə Avropa dövlətlərinin himayəsinə sığınaraq “ Böyük Ermənistan “ı yoxdan yaratmaq xülyasındadır.
Daşnak partiyası ruslarla və çar yandaşları ilə birlikdədirlər. Öz birləşmə gərəyincə ermənilər Rusiyanı parçalamaqla təhdid edən Azərbaycan, Gürcüstan, Dağıstan və Türküstan Milli Hərəkatlarını arxadan İran qüvvələri ilə vuracaq və digər yandan da Rus Çarlığının qurulmasından sonra Qafqazda, Türkiyədə və İranda xəyali “ Hayıstan”ı yaradacaqlarına inanırlar.

Mirzə Bala Məmmədzadənin Haylarla bağlı fikir və mülahizələri, Hayların İran və digər xarici ölkələrdəki fəaliyyətləri, Hay-Fars münasibətləri məzmun və mahiyyət baxımından dəyişmədiyindən müəllifin XX əsrin əvvəllərində apardığı elmi və siyasi təhlilər və şərhlər öz aktuallığını bu gün də qoruyub saxlamaqdadır.(turkustan.info)
Ruhu şad olsun !


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər