Şərqi Türküstan Xaç yürüşləri haqqında tarixçilər hər zaman fərqli fikirlər söyləmişlər. Amma Xaç yürüşlərinin əsl simasını açıb göstərən Qüdsü xristianlardan geri alan, xristianları Səlib müharibəsində məğlub edən Səlahəddin Əyyubi olmuşdur. Onun məsləhətçisi Üsamə İbn Münkiz Səlibçilər, Xaçlılar haqqında bunları deyirdi:
“İndi buraxın zülm ilə öldürənlərdən bəhs etməyi, belə ki, onların hekayələri yeni doğulmuş uşağın saçlarını ağardar”. Bu kəlam Səlib yürüşlərinin əsl məqsədinin nə olduğu, necə zülmkar olduqlarının bir sübutudur. Əvvəl İslam-Türk dünyasına qarşı Səlib yürüşlərini Qərblilər, Avropalılar təşkil edirdilərsə sonrakı illərdə XVI əsrdən başlayaraq bu missiyanı Ruslar öz öhdələrinə götürdülər.
Bəs rusların Türk dünyasına qarşı bu cür təcavüzkar siyasətinin arxasında nə dayanırdı? Bunun səbəbi nə ilə bağlı idi? Bildiyimiz kimi Rusiya özünü daima Bizans İmperiyasının varisi hesab edir və bu gün də Bizansın varisi özünü hesab edir. Belə ki, Kiyev Rus dövlətinin başçısı Oleq təkallahlığı qəbul etmək məqsədilə dinləri öyrənmək üçün dünyanın dörd yanına nümayəndələr göndərir ki, hansı dinin daha mütərəqqi olduğunu müəyyənləşdirsin. Nümayəndələr geri döndükdə İslam dinin məziyyətlərinə üstünlük verdiklərini söyləyirlər və Kiyev Rus dövləti İslamı qəbul etmək istədiyi ərəfədə Bizans ordusunun tərkibindəki ermənilər güclü qiyam qaldırırlar və Bizans qeysəri qiyam yatırmaq üçün Kiyev Rus dövlətindən kömək istəyir. Oleq böyük bir ordu göndərib qiyamı yatırır. Bizans imperatoru minnətdarlıq nişanəsi olaraq öz qızını Oleqə ərmağan göndərir. Oleq Bizans imperatorunun qızını özünə övrət etməklə həm də xristanlığı qəbul edir və X əsrdən etibarən slavyanlar xristianlaşmış olurlar. Bizans İmperiaysı 1453-cü il mayın 29-da Konistantinopolun fəthi ilə süqut etdiyindən, Rusiya provaslav dinin varisinə çevrlir düz 10 əsr Osmanlı İmperiyasını məhv etmək üçün mübarizə aparır. Bu Məhəmməd Əsəd Bəy və Volfqanq Fon Vaysılın “Allahu Əkbər İslam dünyasının II Əbdülhəmiddən İbni Səuda qədər çöküşü və qalxışı” əsərində belə ifadə olunub: “Osmanlının ən təhlükəli düşməni Rusiya idi. Çünki Rusiya sultana qarşı müharibəni təkcə iqtisadi sahələri ələ keçirmək üçün aparmırdı, onunku həm də Səlib yürüşü idi. Siyasi səbəblərin hamısı Rusiyanın açıq dənizə ehtiyacı əhəmiyyətsiz idi, əsas məsələ deyildi. Osmanlını məhv etmək cəhdi Rusiya üçün əslində Böyük Pyotrdan tutmuş II Nikolaya qədər bütün rus çarlarının səlib yürüşünün romantikasını təşkil edirdi. Çar özünü Bizans imperatorunun davamçısı, bundan yaxşı müqayisə ola bilməz, yunan ortodoks kilsəsinin “xəlifəsi” sayırdı. İslam xəlifəsinin başını əzmək, ayparanı Aya Sofiyadan düşürüb İsanın xaçını yenidən ora asmaq, Osmanlıya qarşı bütün rus müharibələrinin motivi idi. Bundan başqa çarın Bosforu və Dardaneli rus istehkamlarının müdafiəsi altında görməsi səlib yürüşünün gözəlliyini və ləzzətini rus dünya siyasətinin bəhrəsi ilə bağlamaq demək idi”. Bütün bunlar Rusiyanın niyə Türk-İslam dünyasına düşmən olmasının bir dəlilidir. Məhz buna görə də ruslar Xəzər Xaqanlığının mövcud olduğu dövrdən başlayaraq türk torpaqlarına gəlmiş, burada sayca azlıq təşkil etmələrinə baxmayaraq, burada yerləşmiş daha sonra Xəzər Xaqanlığı zəifləməyə başladığı dövrdən Kiyevi ələ keçirərək öz müstəqil dövlətlərini qurmağa nail olmuşlar.
XIV-XV əsrlərdə isə Əmir Teymurun Qızıl Orda dövlətini zəiflətməsi ilə ruslar yenidən dirçələ bilmiş və XVI əsrdən başlayaraq, XIX əsrə kimi qədim türk torpaqlarının işğalını davam etdirmişlər. Təkcə Türk millətinə qarşı bu siyasəti Rusiya deyil, Çin də aparmışdır. Rusiya bu siyasəti Qafqazda, Volqaboyunda, Altayalarda, Orta Asiyada aparırdısa, Çin də Şərqi Türküstanda bu siyasəti davam etdirirdi. Xüsusən Çində digər etniklərə qarşı ən əsası da uyğur türklərinə qarşı bir irqçi siyasəti Çin aparır. Bunun kökündə yenə də tarixdə Böyük Hun İmperiyası dövründən Çinlə aparılan müharibələrlə izah etmək olar. Baxmayaraq ki, 1938-ci ildə Çin kommunist partiyasının altıncı qurultayında Çində yaşayan digər millətlərə çinlilərlə bərabər eyni hüquqlu olması haqqında bəyanat vermişdilər amma zaman-zaman Şərqi Türküstanda biz bunun əksinin şahidi olmuşuq. Bəyanat vermələrinə baxmayaraq bunun əksinə hərəkət etmişlər. Əsasən Çindəki milliyətçilik ölkə daxilindəki etnikləri özünə bənzətmək üzərində, yəni milli kimliyi, mədəniyyəti və s. məhvi üzərində qurulmuşdur.
Baxmayaraq ki, Şərqi Türküstana muxtariyyət vermişlər amma bu bölgədə Çin zaman-zaman öz irqçi siyasətini zor gücünə də olsa həyata keçirir. Əsas məqsəd də uyğur türklərinin milli mənəvi dəyərlərini məhv etməkdir. Lakin uyğur türkləri buna qarşı qətiyyətlə mübarizə aparırlar. Bir gün mübarizənin nəticəsi mütləq olacaq. Buna əmin ola bilərik. Burada bir sual ortaya çıxır. Deyilə bilər ki, böyük dövlət olan, əhalisi dünyada çox olan bir ölkə buna necə mane ola bilməz? Vaxtilə Nihal Atsız SSRİ üçün belə deyirdi: “ Çox iri, çox güclü yumruğu olan, amma qəlb xəstəsi bir boksçudur”. Atsızın dediyi kimi də oldu qəlb xəstəsi SSRİ günün birində yenidənqurma adı ilə tarix səhnəsindən yox olub getdi. Bir gün Çində bu aqibətlə rastlaşacaq. Çünkü o da bir qəlb xəstəsidir. Bəs uyğur türkləri bunun öhdəsindən necə gələcəklər? Bunun üçün tarixə müraciət edək. 639-cu ildə Kür Şad Çin əsarətində olan millətini xilas etmək üçün Çin sarayına 40 Türk igidi ilə hücum edir, qəhrəmancasına döyüşür, igidləri ilə birlikdə şəhid olur. Bəs bunun nəticəsi nə oldu? Necə ki İslam tarixində Həzrəti Hüseynin şəhidliyini məğlubiyyət kimi yox, düşmənləri üzərində mənəvi qələbə kimi qiymətləndirirlər. Kür Şad üsyanı da Türk tarixində, türklərin düşmənləri üzərində mənəvi qələbəsi idi. Kür Şadın 40 Türk igidi ilə şəhid olandan sonra Çinlilər türkləri çinliləşdirmək siyasətindən əl çəkməyə məcbur oldular. Bu gün də uyğur türkü Çinin bu təcavüzkar, irqçi siyasətinə qarşı mübarizə aparır. Çin dövlətinin uyğur türklərinə qarşı apardığı bu təcavüzkar, irqçi siyasətin nəticəsi budur : “1949-cu ildə Şərqi Türküstanda 87% uyğur türkü yaşayırdısa, 2002-ci ildə bu 53% düşmüşdür. Amma Çinin digər etnikləri, çinli müsəlmanları Şərqi Türküstana köçürməsi nəticəsində onlar bölgənin 45% təşkil etmişlər”.
Çin Şərqi Türküstanda apardığı bu siyasəti Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı apardığı siyasətlə yalnız müqayisə etmək olar. Bölgədə bir türk də belə olsun qoymamaq, bu bölgə (Şərqi Türküstan) üzərindən gələcəkdə Orta Asiya Türk dövlətlərinə qarşı təcavüzkar siyasəti həyata keçirmək də Çinin irqçi, təcavüzkar siyasətinə daxildir. Fərqi yoxdur bu siyasət hansı rəngə boyanır boyansın mahiyyəti tamam təcavüzkarlıqdır. Şərqi Türküstan strateji əhəmiyyətinə, Orta Asiyaya çıxışı olan bölgə olduğuna görə Çinə lazımdır.
Necə ki, vaxtı ilə ruslar Ermənistan dövlətini Anadolu ilə Qafqaz türklərinin, Orta Asiya türklərinin əlaqəsini kəsmək üçün bufer bir dövlət yaratdı. Elə vaxtilə Rusiyanın Xarici İşlər Naziri olmuş Lobanov Rostovski öz memuarında yazırdı:
“Bizə ermənilərsiz Ermənistan lazımdır”. Bəli, Qərbi Azərbaycan necə ruslar üçün əhəmiyyətlidirsə, Şərqi Türküstan da Çin üçün Türklüyə qarşı mübarizədə həmin strateji əhəmiyyətə malikdir. İmperialist güclər Azərbaycan Türkünü, azərbaycanlıları Qərbi Azərbayacandan, Qarabağdan, Zəngəzurdan çıxarmaqla, etnik siyasəti öz nökərləri vasitəsilə necə həyata keçirirdisə hal-hazırda bu siyasət Şərqi Türküstanda həyata keçirirlər. Təkcə Şərqi Türküstanda əhalini məhv etmək, onların nüfuzunu, sayısını azaltmaqla deyil, onların öz ana dillərində də təhsil almalarına belə icazə vermirlər. Yalnız 1996-cı ildən Şərqi Türküstanda uyğurca danışmağa icazə verilmişdir. 2002-ci ildən isə Sincan Universitetində uyğurca təhsilə icazə vermirlər. Amma Qazaxıstanda yaşayan 30000 uyğur türkü öz ana dilində təhsil alır. Qırğızıstanda da uyğur türkcəsində təhsil almağa, bu dildə tədris edən məktəblər vardır. 1994-cü ildə Qırğızıstanda Dövlət Universitetində uyğur filologiyası fakultəsi açılmışdır. Orta Asiyada Qazaxıstan və Qırğızıstanın bu cür hərəkətləri, uyğur türklərinə qarşı bu cür münasibətləri təqdir olunmalı və digər uyğur türklərinə biganə yanaşan Türk dövlətlərinə dərs olmalıdır. Bu gün bəzi Türk dövlətləri tərəfindən Şərqi Türküstan unudulmuş bir türk yurdudur. Onları unutmaq ata-babalarımızı, soykökümüzü unutmaq deməkdir. Onlarda milli varlığımızın, millətimizin Çin Türküstanında unudulmuş bir hissəsidir. Onlara sahib çıxaq ki, nə vaxtsa onlar kimi biz də unudulmayaq!!! (karabakhmedia.az)
Cavid Bayramov
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024