İşğalın ad günü.

20:27 / 02.04.2020
Baxılıb: 4194

Atalarımızdan yaxşı bir məsəl qalıb: Kotan nə bilir qara qayış nə çəkir?! Sözüm ona ki, düz 27 il bundan öncə Azərbaycanımızın bağrından sökülərək alınan Kəlbəcərin taleyi hələ də əllərdə əsir-yesirdir. Beynəlxalq hüquqi müstəvidə ən nüfuzlu söz sahibi olan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 3205 saylı iclasda qəbul etdiyi 822 saylı qətnamə hələ də üzüqoylu uşaq kimi mər-mər mələyir.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmasına baxmayaraq, bu gün də Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 700-dən çox yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Hələ pis oynadıqları azmış ki, üstəlik barmaq şırtdadıb BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına da başlayıblar.

Kəlbəcər rayonunun işğalı Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji, mədəni-etnik və ekonomik məğlubiyyəti idi. Eyni zamanda, 1936 kvadrat kilometr ərazisi olan Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür.

Bu o Kəlbəcərdir ki, quşqonmaz qayaları, sıldırım yamacları ilə cənnət qalası, torpağında min bir çiçəyə xalı toxuyan gülüstanıydı Azərbaycanın. Otuz mindən çox bulağı olan, ilin bütün fəsillərində hər çeşmə başında qonağı əskilməyən Kəlbəcər rayonu təbiətin müzeyi idi. Salxım meşələri, can dərmanı olan  mineral bulaqların beşiyi idi. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsində qarı-qırovu, zirvəsində tufanı-çəni zəngulə çəkən Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı Dəlidağın növbənöv gülü-çiçəyi dünyaya bəllidir. Kəlbəcər ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Əbəs yerə Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında deməyib ki: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.

Kəlbəcərə dünya şöhrəti qazandırmış, abu-həyat adlanan, neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu – İSTİSU, eləcə də Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları da təbiətin Kəlbəcərə töhvəsi idi.

Azərbaycan təbiətinin bilicisi, akademik Mirəli Qaşqay, kimyaçı alimi E. E. Karstenski Kəlbəcərin İstisuyunu dünyada məşhur olan Çexiyadakı Karlovı-Varı bulaqlarının suyundan daha təsirli olduğunu deyiblər.

Kəlbəcər həm də dünyanın ən qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. "Soltan Heydər", "Turşsu", "Gəlinqayası", "Böyükdəvəgözü"ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edirdi. Rayon öz ərazisində, həm də alban dövrünə aid Xudavənd məbəd kompleksi, "Laçınqaya" kimi xeyli tarixi abidəni qoruyub saxlayırdı.

 Kəlbəcər həm də Azərbaycanın büllur KƏHRƏBAsıdır. Bu o, nadir şam ağaclarının və bəzən də tropik ağacların ifraz etdiyi qatrandan minlərlə il sonra sərtləşərək əmələ gələn dünyanın ən sağlıqlı bəzək əşyası olan kəhrəba deyil. Bu, Kəlbəcərin dolanbac doqqazlarında Məşədi Cəmil kimi kişilərin nərəsi zənguləyə dönən, şair Sücaət, Bəhmən Vətənoğlu, Ənvər Rza, Məmməd Aslan, Nəsib Nəbioğlu kimi şeir-sənət azmanları ilə torpağının hər çınqılını poeziyada dillər əzbərinə döndərən, Aşıq Şəmşir, aşıq Allahverdi Qəmkeş, aşıq Mehdi kimi avazı Kəlbəcər qoxan, o torpaqdan boy qaldırıb gözü-könlü qurumayan, kökəni dəyişməyən kişilər idi Kəlbəcərin düzümü pozulmayan kəhrəbası. Üzü yerdə qalmış o işğalla Azərbaycan təkcə Kəlbəcərin qızıl, xrom, sənaye əhəmiyyətli civə ehtiyatları, mineral sularını itirmədi, onun ən dəyərli sərvəti olan cəngavər ruhlu, mərd, sözübütöv, istiqanlı, səxavətli vəfalı adamlarının da ruhunun mayası qaçqınlıqda dağıldı. Kəlbəcərin məktəbdən, təhsildən uzaq ucqar dağ kəndlərində doğulan insanları belə hikmət sahibi, söz xiridarı idi. Kəlbəcərdə qığıldayan körpələr də şeir-şeir, misra-misra danışırdı. Bu gün vətənsiz qalıb, uzaq ellərə səpələnərək Kəlbəcərə google map-dən xəyali səyahət edən, lap elə Azərbaycanın özündə vətəndə vətənsizlik qübarından ayağı yolları yoran doğma Kəlbəcərlilər diyarına Kəpəzin qaşından xiffətlə boylanırlar.  

Qəribədir ki, işğala qədərki dönəmdə  o zaman üçün 58 min nəfər əhalisi olan Kəlbəcər camaatı sözdə də, əməldə də həmrəy idi, yumruq kimi möhkəm idi. Kərəm Əhmədov, Salman Məmmədov, Əli Qurbanlı, Uğurlu Qasımov, Tapdıq Cəfərov, Təcnis Qara, Səfər Verdiyev, Vahid Həsənov, Hüseyn Əliyev kimi sözü kəsərli kişilərin sözü ilə söz tutular, ayağının kölgəsindən örnək götürülərdi. Kəlbəcəri alınmaz qalaya çevirən kəskin ağlı, dərin yaddaşı, uzaqgörənliyi ilə ad-san qazanmış  kişilərinin, kəlağayısı qılıncdan kəsərli qadınlarının azman savaşı idi. Bir faktı qeyd edək ki, Kəlbəcərin Ağdaban kəndinin qadınları 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir götürmüşdü. Təəssüf ki, belə şücaətlərə baxmayaraq, yerli adamlar respublika rəhbərliyi tərəfindən heç bir kömək, qayğı görmədilər. İşğala qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilmədi, işğal olundu. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı. Respublika rəhbərliyindən qayğı görməyən ərazi bir ucdan boşalırdı. Düşmənlərimiz isə fürsəti əldən vermir, əsaslı müqavimətə rast gəlmədikləri üçün günbəgün irəliləyirdilər. 1993-cü ilin mart ayı bu bölgəyə qara gəldi. Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdular. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrildi. Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 m² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşındı. Hazırda 71 min nəfərdən çox olan Kəlbəcərlilər vətən torpağının yavanlıq olmadığı məzarlara yoldaş olmağın sancısını çəkirlər.

İllər öncə Kəlbəcərli jurnalist Hidayət Elvüsal bir müsahibəsində demişdi ki, Kəlbəcər azad olunacaq, amma ora kəlbəcərli qayıdacaqmı, bunu deyə bilmərəm. Bir az şəkili, bir az yevlaxlı, bir az bakılı qayıdacaq. Amma onlar əvvəlki kəlbəcərli olmayacaq. Ümid bir onadır ki, bəlkə dağlar insanları yenidən kəlbəcərliləşdirə. Gerçəklik odur ki, bu gün Kəlbəcərə qayıdacaq yaşlı insan qalmayıb.  Əslində bu məqaləni yazmaq səbəbim buradan başlamışdı. Demək istədiyim odur ki, əslində olan dırnağında mütləq bildirəcək. Dahi şairimiz Səməd Vurğunun təbirincə desək, qızılı udsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar. Kəlbəcərin bu gün də ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutan, Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənov,  "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin sabiq deputatı, texniki elmlər namizədi  Cavid Qurbanov, professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Texniki elmləri doktoru, professor Şahin Həsənov, AYB-nin üzvü, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi, tərcüməçi, publisist Şamil Əsgərov və daha neçə-neçə oğulları fəxarət yerimizdir. Səfir Eldar Həsənov 20 ildir ki, qlobal miqyasda Qarabağ gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Azərbaycanın milli-mədəni dəyərlərinin tanıdılması istiqamətində gördüyü işlər hər kəsə bəllidir. Millət vəkili Cavid Qurbanovun da Aşıq Şəmşir ocağının davamçısı kimi ağsaqqallara qayğısı, gənclərin təlim-təhsili, uğurlu gələcəyi naminə gördüyü işlər ümumictimaiyyətin diqqətindədir. Bu kimi dəyərli şəxsiyyətlərimizin, eləcə də İbrahim Vəliyev, İlham Məmmədli kimi dəyərli ziyalılarımızın genetik kodlarını daşıyanlar, Kəlbəcərin havasından, suyundan dadanların qanı bu qanı yerdə qoymayacağına əminəm. Digər tərəfdən sevindirici hal odur ki, Kəlbəcər elinin-obasının ağsaqqalı olaraq hər dəqiqə onların haqq-hüquqların müdafiəçisi kimi, sinəsini vətənsizlərə vətən edən, qollarını bütün kəlbəcərlilərə Dəlidağın yamacları kimi açıb hətta kəlbəcərlilərin ən sadə  məişət qayğıları ilə dolanbadolan yaşayan, el ağsaqqalı missiyasını haqqı ilə çiyinlərində daşıyan hörmətli jurnalist, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, sabiq deputat Əlövsət Ağalarov kimi Kəlbəcərin yolgöstərən ağsaqqalı var. Və bu gün ayağı o kətan torpaqdan ayrılıb asfaltda böyüsə də özü boyda kəlbəcər olan, dünya birliyi sussa da, dili bir gün olsun susmayan vəkil Əziz Qənbərov kimi gənc oğulları var bu torpağın.  

Beləliklə, onu da deməliyəm ki, doğulduğu kənddən, rayondan asılı olmayaraq hər bir azərbaycanlı həm də bir az kəlbəcərli, şuşalı, laçınlı, ağdamlı, xocalılı, qarabağlı, cəbrayıllı, zəngilanlı, ağdərəlidir. Mən də vətəndaşlıq borcumun üzük  qaşı qədərini yazmağa çalışdım. Son olaraq onu da deyim ki, mənə görə Kəlbəcərin azadlığı Şahbazla Dilqəmdən başlayır. Onların əsirlikdən qurtulduğu gün Kəlbəcərə qayıdış üçün işıq da közərəcək.

Rübabə SAHİB

Tənqidçi-publisist

Goyce.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər