Bu təsbehlər mənim müəllimim Qənbər müəllimin xəttinə oxşayır.
Mənsub olduğum ailənin, içərisində boya-başa çatdığım elin-obanın, müəllimlərimin, nəhayətdə isə ULU və Münəzzəh olan Allahın xatirinə bir sıra mənfi həyat obrazlarından tövbə edib, 32 yaşımın tamamından sonra ibadətə meyl göstərməyə başladım.Təşəkkürlərim sonsuzdur Aləmlərin Rəbbinə ki, bu yola sövq olunmağımda rəhmini məndən də əsirgəmədi. Bizim ibadətimizin bəzəyi qəlbimizdə daim pünhan olaraq gəzdirdiyimiz müqəddəs yerləri ziyarət etmək istəyimizdir. O yerlər ki, ən ümdə duaları oralarda edərik, hacətlər qapısı bilərik həmin getdiyimiz qapıları. Necə ki Allah c.c. Məidə surəsinin 35-ci ayəsində göstərir ki; “Allaha vəsilə ilə yaxınlaşın!” Biz də vəsilə olaraq Əhli- beyt qapısını tanımışıq. Bu o qapıdır ki, dünyaya göz açan hər bir övladına savadı və zəkası dərin olan Baley oğlu Əli Molla dilində də daim zikr olunmuşdur.
Günlərin bir günü VIII imamımız olan İmam Rza ə.s. ziyarət etmək üçün vətəndən üz tutdum üzü Xorasana tərəf. Yolum uğurlu oldu, bərəkətlə gedib çatdım mənzil başına, iki gün orada tək qalıb, ziyarətimi etdim. Bakıda eşitmişdim ki, Məşhədi ziyarət edəndən sonra orada dəftər var, gedib müraciət edirsən, hədiyyə və diplom verirlər. Artıq səhərisi gün qayıtmalıyam geri, düşündüm ki, gedim diplomumu da alım, qayıdanda mənim yanıma gələnlərə sevinc və şərəf hissi ilə göstərərəm ki, Məşədi diplomum da var! Bəli, getdim bir diplom, bir dənə də Qurani-Kərim verdilər mənə. Bunları aldığım zamanı xatırlaya bilmirəm, hansı hallar keçirdiyim də yadımda deyil, amma dəftərdən çıxdıqda boyca məndən kiçik olan, yaşca da kiçik olardı bəlkə, bir nəfər mənə yaxınlaşdı ki, qardaş, Azərbaycandan gəlmisən? Dedim, bəli. Bu qardaşla tanış olduq, sevindim ki, nə yaxşı oldu bu adam farsca bilir, mənə ziyarətdən sonra təbərrük almağım üçün köməklik edər. Elə də oldu, getdik İmam Rza bazarına pay-püşt almağa. Öyrəndim ki, bu qardaş tələbədir, burada gəlirlər zəvvarlara köməklik göstərirlər, zəvvarlar da onların cibinə puldan-paradan qoyur. Beləcə yarıac, yarıtox dolanırlar.
Əlimdə çantam, lazım olan əşyaları almaqla çantamın yükünü tutmağımdayam. Növbə gəldi 20-25 ədəd təsbeh almağa. Təsbehləri seçərkən bu yanımda olan qardaş dedi ki, gəl bu sıradakı təsbehlərdən alaq, hər on dənəsini alana bir ədəd də ehsan verirlər. Baxdım gördüm yan tərəfdə bir top təsbeh asılıb, bunların üzündən içimə sanki nur doldu. Dedim, bu təsbehlərdən alacam! Yanımdakı qardaş soruşdu ki, niyə bu birilərdən almaq istəmirsən!? Dedim, bu təsbehlər mənim müəllimim - Qənbər müəllimin xəttinə oxşayır! Adam sual etdi ki, bunun mənası nədir? Mən kövrək və aqilanə tərzdə ona başa saldım ki, mənim əziz bir müəllimim var, adı da Qənbərdir. Biz kəndimizdə orta məktəbdə oxuyarkən o, bizə fizika dərsi keçirdi. Onun qara, üzərində də iki dairəvi qızılı xətt çəkilmiş mürəkkəbi qurumayan avtomat qələmi vardı. Uzun və yaraşıqlı barmaqları arasında bu qələmi elə səlis tutardı ki, yazdığı yazılar eyni bu təsbehin muncuğu kimi düzülərdi, elə bu təsbehə oxşayardı. Mənim həyatımda, elmlənməyimdə Qənbər müəllimin müstəsna ustadlıq izi var. Bu yanımda olan tələbə çox tutuldu, gözlərindən sanki ulduz çıxdı, parlaqlaşdı və yaşardı! Alverimizi edəndən sonra ona pul vermək istədim, israrla "siz ki, öz müəlliminizə belə sidq -ürəklə bağlısınız, mən sizdən pul götürməyəcəm" dedi. Lakin bu mümkün deyildi, mən ona görüm-baxım etdim.
Sonralar mən yenə də həmin oğlanla Vətəndə görüşdüm. Görüşən kimi o, ilk olaraq "Qənbər müəllim necədir?" soruşdu. Gülə- gülə üzündən öpdüm ki, şükür yaxşıdır!
İndi Sizə söhbət edim təsbeh alverindən sonrakı onun başına gələnlərdən. Bu tələbənin oxuduğu məktəbdə hər imtahanda bir inşa, sərbəst iş verirlərmiş! Hərəyə də ayrı-ayrı bir mövzudan. Buna düşən mövzu təsbeh zikri haqda olubmuş.Təsbehin muncuq sayları, təsbeh zikrlərinin mahiyyəti, ilk təsbeh necə və nədən hazırlanıb, təsbehin xarakterizə olunan digər xüsusiyyətləri haqda yazıb və mənimlə bazarda olan söhbəti də yazısına əlavə edib. Qeyd edib ki, Azərbaycandan gələn zəvvar təsbeh alarkən; “bu təsbehin muncuqları, mənim Qənbər müəllimimin xəttinə oxşayır!” deyərək təbərrük üçün aldığı təsbehlərı oxşaması hafizəmdə dərin iz buraxmışdır, heç vaxt bu hadisəni unutmayacam. Həmin məsələni də yönəldib öz ustadına ki, müəllimin yazısı da, sözü də təsbeh zikrinin fəziləti kimi müqəddəsdir. Bu inşa onun oxuduğu məktəbdə ən yüksək qiymətə layiq görülüb, əlavə müavinət də veriblər bu tələbəyə. Mənim ziyarətimin qəbuluna, Azərbaycan əhlinin salamatçılığına məktəbdə olanların hamısı salavat göndərib!
Ondan bəri xatirimdədir ki, müəllimə izzət qoyulan yerdə böyük bərəkət nazil olar! Ona görə də müəllim haqda hədislərdə də çox dəyərli mənalar vurğulanır. İstənilən bir müəllim surətcə gözəl adam olmasa belə, yenə də hamıdan gözəl görünür, nurlu görünür, çünki öyrədəndir deyə, Allah c.c onu öz nuruna bələməyi vəd edib.
İstər zahiri, istər batini səliqə insana diqqət və hörməti artıran xüsusi nizamdır. Açığı deyim yaşadığımız məntəqə kənd yeri idi, bəzən nə qədər təmiz və səliqəli geyinsən də ayda-ildə bir dəfə əyninin harasındasa bir ləkə ola bilərdi. Amma Qənbər müəllimdə bu yox idi. Xarakterində də, libasında da İlahi paklıq vardı, bir-birini tamamlayan dəsti-xətt vardı.
Nə əyin-başında, nə şəxsiyyətində, nə vicdanında, nə savadında, nə qonşuluğunda, nə qohumluğunda, nə inzibatçılığında qüsur tapmaq olmazdı heç vaxt. Onun köynəyinin qollarının düymələri bağlanan yeri içəridən elə təmiz olardı ki, illər ötürdü mən nədənsə onun köynəyinin bu hissəsini seyr etməyə maraqlı idim, görəsən nə vaxtsa çirkli görmək mümkündürmü, çoxunda azacıq da olsa nəsə olurdu, amma Qənbər müəllimdə heç olmadı. Hər mənada təmiz adam kimi gördük biz ONU, təmizlərdən də təmiz.
Sənin yarın bizim Baleylidir
Ailəmizdə və kənddə hamının məxsusən Qənbər müəllimə göstərdiyi hörmət ayrı çalarlara malik idi. Adamın bütün varlığı fəzilət və elm ümmanıdır. Mən şəxsən onun Fizika dərsi keçəcəyini öyrənəndə nə qədər sevindim, İlahi! Evdə qürurla deyirdim ki, Qənbər müəllim bizə dərs keçəcək! Əslində bu, məndə də var deyə, “öyünmə” əlamətindən qaynaqlanırdı. İnsanların arasında olur belə hallar, çox vaxt xoş bir rəqabət, yəni mən səndən əskik deyiləm! Bəli, bəli Qənbər müəllim mənə də dərs keçirsə, deməli mən səndən əskik deyiləm!
Sinifə daxil oldu! Ciddi görkəmi, nurani siması, düz və şəstlə yerişi ilə daxil olmağından sonra, zəhmindən başladı ürək döyüntülərim artmağa ki, birdən nəsə soruşar bilmərəm bu ölümdən betər olar mənim üçün. Jurnalı qoydu müəllim stolunun üzərinə. Əlini salıb qoyun cibindən rəngli avtomat qələmini çıxardı. Zərif görüntülü, uzun və səliqəli düzülüşlü barmaqlarının arasında qələmini elə tutdu ki, əlifba dərsi keçərkən yazı üslubunda qələmin tutulması qaydasının şəkili vardı hazırlıq dəftərində, eynilə həmin görüntü idi. Jurnalı açaraq tarixi və keçirilən dərsi yazmağa başladı. Aramla, səbr və səhmanla elə gözəl yazırdı ki, elə bil jurnalın üzərinə ləl düzürdülər. Ağappaq, toppuş əlləri, heç vaxt uzun olmayan dırnaqları gigiyenik nümunə simvolu idi. Dərsi başa saldı, gələn dəfəki dərsin tapşırığını verdi, dərsimiz bitdi. Mən onun eşqinə dərsimi çox gözəl oxuyurdum ki, razı qalsın. Kasıb balasının yaxşı oxuduğunu görəndə çox rahat olanlardan biri idi əzizim Qənbər müəllim. Bir dəfə mənə dedi ki, yaxşı oxuyursan, oxu, sənin dədən kənddə ən halal adamdır! O sözlə də həyatıma halallıq yolu çəkildi, haramdan qorxuya qapandım! İki rübü bitirəndən sonra gördü ki, mən həm zəhmətlə böyüyürəm, həm ailəmizə kömək edirəm, həm də yaxşı oxuyub, özümü tərbiyəli aparıram, mənə dedi ki, sənin yarın bizim Baleylidir. Bu sözü Qənbər müəllim kimi dahidən eşitmək instituta qəbul olmaq qədər sevindirici idi. Çünki Qənbər müəllimin hər hansı bir adamı özünə yaxın tutması üçün ali tələbləri var idi.
Bizim məktəbin məzunlarının bütün sahələr üzrə əli çörəyə çatanların ruzisinin içərisində Qənbər Bayramovun sonsuz zəhməti danılmazdır. Hamı onu çox sevir, çox əziz bilir. Bu dərəcə Allah təalanın bu əziz bəndəsinə verdiyi hikmət sayəsində qazanılmışdır. Bizə dərs keçən müddətdə, adətən dərslərini hər gün birinci saata salırdı. Doqquzun yarısı dərs başlayardı, ona on beş dəqiqə işləmiş bitərdi, ona iyirmi beş dəqiqə işləmiş isə avtobus geri - rayona qayıdardı. O, bu avtobusla ikinci iş yerinə - rayon qəzeti redaksiyasına gedərdi.
SSRİ JURNALİSTLƏR İTTİFAQININ ÜZVÜ
Qənbər Əli oğlu Bayramov SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Sovetlər dönəmində bu vəsiqəni almaq çox- çox çətin idi. Hər adama verməzdilər, həmin postlara sovet ideologiyasının nəzəri və praktiki əsaslarını daim inkişaf etdirə biləcək düşüncəli adamlar seçilirdi. Qənbər müəllim “Vardenis “qəzetinin redaktor müavini, redaktoru vəzifələrini yerinə yetirən çox hörmətli ictimai-siyasi xadim kimi ölkədə böyük nüfuz sahibi idi. Rayon aktivlərinin, respublika ali rəhbərliyinin, SSRİ rəhbərliyinin tanıdığı və etimad göstərdiyi bir dərəcəyə çatmaq Ermənistanda türk olanlara yasaqlanmış kimi idi. Bu baryerləri yalnız savad və düşüncə tərzinin dərinliyi ilə keçmək mümkün idi. Qənbər müəllim elminin, düşüncəsinin genetik ağılının gücü ilə bu baryerləri mahir ustalıqla aşıb keçdi.
Mən jurnalistika sahəsinə çox hörmətlə yanaşıram. Qənbər müəllimin SSRİ dönəmində bu sahənin ən ali mərtəbəsinə vəsiqə qazanmağına baxmayaraq, mən əziz müəllim Bayramov Qənbəri daim MÜƏLLİM kimi görüb, tanımaq əzmində olmuşam. Müəllimlik o qədər əzəmətli bir peşədir ki, bütün dahiləri müəllim yetişdirmişdir və yetişdirir, onu ustadlıq səviyyəsində, az dərəcəsində bacaranlar seçilmişlərdir, belə şəxsiyyətlər gördükdə sanki adam qıymır ki, bu dərəcədə müqəddəsliyi nə iləsə əvəzləyəsən. Bu nöqteyi- nəzərdən hörmətli Qənbər müəllim Allahın özünün müəllim kimi seçib yetişdirdiyi şəxsiyyət olduğuna görə daim mənim nəzərimdə və hamının gözündə ən ali müəllimlik səviyyəsinin zirvəsindədəir.
Belə səviyyə ancaq Qənbərdən çıxar
Biz institutun yataqxanasında bir neçə qohum tələbələr eyni otaqda qalırdıq. Tələbəlik illərinin gözəl və təravətli çağları idi. Hamımız da digər müəllimlərimiz kimi çox hörmətli müəllimimiz Qənbər Bayramovun əməyinin bəhrəsi olaraq Tibb İnstitutuna qəbul olmuşduq. Tibb institutunun stomatologiya fakültəsini qırmızı diplomla bitirmiş, mərhum xalam oğlu İbrahim Əliyev mütəmadı olaraq bizə gələr, qonaqlıq verər, bir miqdar da xərclik qoyar gedərdi. Yeyib- içmək məclislərimizi mən şeirlərlə, İbrahim isə mənalı və gözəl həyat olayları söyləməklə bəzəyərdi. Günlərin bir günü İbrahimdən soruşdum ki, bu qədər savadın var, niyə ən yüksək qiymətlərlə müalicə-profilaktika fakültəsini yox, stomatologiyanı seçdin? Tibb institutuna ən yüksək hazırlıqlı uşaqlar adətən müalicə-profilaktika fakültəsinə sənəd verirdilər.
Rəhmətlik İbrahim söyləməyə başladı ki, kənddən Bakıya gələndə hara sənəd verəcəyimi müəyyən etməmişdim. Heç bir hazırlıq keçmədən orta məktəb hazırlığı səviyyəsində gəlmişdim instituta sənəd verməyə. Bizim kəndçilərdən Alatavada olanlar var idi. Onların yanına getmək istəyirdim ki, görüm hara verim sənədlərimi?! Tramvayla gəlib Semaşkonun yanından dönəndə, gördüm xeyli adam toplaşıb, tramvaydakılar da deyirlər ki, sənəd qəbuludur instituta. Dedim burada düşüm görüm, bura haradır? Bakının günəşi döyüb başımı şişirtmişdi. Elə bir yer axtarırddım ki, sənədlərimi tezcə verim canım qurtarsın! Baxdım gördüm hər yerdə insanlar uzun növbəyə dayanıb, amma bir yerdə növbə azdır. Dedim elə bura yaxşıdır, burayaca verim sənədlərimi. Sonralar bildim ki, həmin yer stomatologiya fakültəsinin sənəd qəbulu imiş. Sənədlərimi verdikdən bir neçə gün sonra gəlib imtahan cədvəlimi götürdüm. Fizika imtahanım idi. İmthahan başladı və biletimi çəkdim, suallara baxdım ki, hamısını bilirəm, hazırlaşmadan oturdum müəllimin qarşısında cavab verməyə. İmtahan komissiyasının sədri universitetdən (Azərbaycan Dövlət Universiteti) gəlmişdi.
Cavab verib qurtarandan sonra soruşdu, haralısan?
- Ermənistalıyam.
- Nərimanlı kəndindənsən eləmi?
- Bəli!
Bu zaman həmin professor qayıtdı ki, belə səviyyə yalnız və yalnız Qənbərdən çıxa bilər!
Nərimanlı kənd orta məktəbində direktor
1986-cı ildən SSRİ miqyasında orta təhsil müəssisələrində dəyişikliklər, islahatlar başladı. Bizim kənddən demək olar ki, Göyçə mahalının bütün kəndlərində müəllimlər işləyirdi. Nərimanlı məktəbi adla idi. Həmin ildə Qənbər müəllim Nərimanlı kənd orta məktəbinə direktor təyin olundu. Əvvəllər məktəbimizdə fəallar qrupu fəaliyyət göstərmişdir. Hörmətli və əziz Qənbər Bayramovun təşəbbüsü ilə fəallar qrupunun yeni tərkibi müəyyən olundu. Mən fəallar qrupunun sədri seçildim! Drektor müavini, dərs hissə müdiri, bir neçə müəllimlər, fəal şagirdlər, həmkarlar ittifaqının sədri fəallar qrupunun üzvləri idilər. Təsəvvür edin, şagird sədrdir, orta məktəb rəhbərliyi isə üzvlər! Sonralar mahiyyətini başa düşdüyüm uzaqgörən bir stimul imiş bu! Bu vəzifə mənim 15-16 yaşlarımda mənə verilmiş olan, ömrüm boyu da ondan yüksəyini tanımayacağım ən yüksək vəzifə və etimad idi. İdarəçiliyi, alim yanında olanda danışmağa söz tapmağı buradan öyrəndim, əzmkarlıq, yaradıcılıq, səy və bacarıq öyrəndim. Bu gün alim adı almağımın da, ictimai mövqeyimin də rüşeymi həmin andan cücərməyə başladı.
Məktəbimizin direktoru hörmətli Qənbər Bayramov bütün dövrlərdə, habelə rəhbər vəzifələrdə işlədiyi dövrlərdə ayrıseçkilik və qərəzçilik deyilən bütün məfhumlardan uzaq yaşayıb öz ləyaqətli ömrünü. Təkcə mənə deyil, hər bir şagirdinə ona uyğun olan, onun qavrayacağı tərzdə elm verməyin, mayak olmağı ən ali pedaqoq səviyyəsində ortaya qoymuşdur.
Hörmətli Qənbər müəllim ciddi görkəmə malik olsa da , gözlərindən süzülən gülüş və təbəssüm ilahi bir görkəm verir onun simasına. Həmişə düz yeriyib, başını düz tutub, sağa-sola döndərməyib, baxılası bütün nəsnələr özü hərlənib gəlib onun baxış diapozonuna düşüb.
Mən və bütün məktəbimizin məzunları belə kişilərin təlim-tərbiyəsindən çıxmağı şərəf bilirik!
Əllərinizdən dönə-dönə öpürəm, ƏZİZ MÜƏLLİMİM QƏNBƏR BAYRAMOV!
Hacı Abbas Əli oğlu Bağırov
Həkim, provizor,
Tİbb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024