BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - Əvəz Musa oğlu Aslanov

17:04 / 13.04.2020
Baxılıb: 4296

Min rəhmət söylərəm kamil ustada,
Ərz etdi dərsimi düzünə yazdım.
Köçməsin ünvansız türfə gözəllər,
Vəsfini mehparə üzünə yazdım.

Kökü safsa, bəhrə verər əsl dən,
Bir şeyxi xürrəməm pakı nəsildən.
Zaman keçər xata umma əsildən,
Təmənnasız nəğmə yüzünə yazdım.

Əhval tutdu Alı asman zəmindən,
Kənar qaçdım xilqət əqli kəmindən.
Məğrurlar dönəndə mətləb cəmindən,
Yüz cavab hər kəlmə sözünə yazdım.

Bu yazını yazmamışdan öncə AŞIQ ALI, USTAD ALI, TƏBİB ALI, TƏCNİS ALI adı ilə şöhrətlənən BÖYÜK USTADIN sözlərinin dəryalardan dərin hikmətinə ehtiyacım yarandı. Aşıq Alı hikmətinin hər işin başlanğıcında ən gözəl yol göstərən olmasını bütün ömrüm boyu yaşayıb, görmüşəm.

Böyüklərin həyat fəlsəfəsindən təam edərək düşüncələrimin sayəsində ortaya çıxan silsilə yazılarımla bir təmənnam var. Qoy bu yazı qatarı tarixdə qalsın, gələcək nəsillər, əslinin-kökünün kimliyini görsün, tanısın, unutmasın, ucalıb- böyümək, adı şərəflə çəkilən insanların sırasına qatılmaq üçün hansı təbiətə malik olmağın yolunu öz dərrakələrinə həkk etsinlər. Növbəti yazımın nümunəvi şəxsiyyətlərimizdən biri insan kimi dünyaya gəlib, insan xisləti ilə gözəl və mənalı, mənəvi dəyəri dəfinələrin dəyərindən qat-qat böyük olan, ləyaqətli ömür yaşayıb, mübarək şəkildə də əbədiyyət dünyasına köç etmiş, rəhmətlik ƏVƏZ MUSA OĞLU ASLANOV haqqında olmağından fərəh hissi keçirirəm.
Əvəz Musa oğlu Aslanov ANAMIN dayısı, müəllimim, qudamız, ictimai xadim kimi tanıdığım çox dəyərli, kamil insanlarımızdan biri kimi qalıb yaddaşlarda. Axirətədək müəllimlik haqqı var boynumda, onun və digər müəllimlərimin ustadlığının bəhrəsidir ki, əlimə qələm alıb yaddaş kitabımı varaqlamaqla onların xatirələrini yad edir, rəhmətlə anıram.

Min rəhmət söylərəm kamil ustada,
Ərz etdi dərsimi düzünə yazdım.

Kamillik Allaha ən yaxın olan mərtəbələrdəndir, ustadlığa, böyüklüyə açılan yolun dəyərlərindəndir. Əslində böyük insan, böyük şəxsiyyət, böyük nərimanlı ismi ilə təqdim etdiyim hörmətli insanlarımızın böyüklüyünü dəyərləndirmək qədər dərin təfəkkürə malik olmadığımı da anlamamış deyiləm. Böyüklük kəmiyyət göstəricisidir. O şeyi böyük hesab edirik ki, onun həcmi böyük olsun. Bəzən elə olur ki, həcmi bəlli olmayan məfhumlar da böyük kimi ifadə olunur. Məsələn, Aşıq Ələsgər yaradıcılığının ruhu çox böyükdür! Miskin Abdal böyük təfəkkürə malik, müqəddəs ruhlu insan olub! Əcaba ruhun və təfəkkürün böyüklüyünü ölçə bilən nəsə varmı?
- Təbii ki, yoxdur.
Amma insan fitrətində bu amillər böyük əlamətlər kimi görülür. Böyüklüyə zəmin yaradan böyümə halı yalnız Allaha tərəf olan inkişafda təşəkkül tapır. Bütün varlıqların hacətləri, istəyi, ehtiyacı səmadan, sonsuz göylərdən gəlir deyə üz tutanda , əl açanda ərşə doğru əl açırıq, bir dua etdikdə qeyri -ixtiyarı halda üzümüzü səmaya doğru tuturuq. Böyüklüyə, əzəmətə, möhtəşəmliyə göylərdə tapınırıq.
Ağac ucalır, böyüyür bar verir, dəyər tapır. İnsan da belədir ucalmasa, böyüməsə, bar verməsə dəyər tapa bilməz. Gövdəsi və budaqları ucalan, böyüyən ağacın kökü də inkişaf edir, torpağın alçaq qatlarına doğru yönəlir. Həmən bu kök alçağa doğru böyüməsə, gövdə yüksəyə doğru böyüyə bilməz. Gövdənin inkişafı kökün yerin təkinə tərəf böyüməsinin nəticəsində mümkün olur. Məntiq qanunu ilə bu timsalda alçalmaq da yaxşı əlamət kimi təzahür edir!

- Xeyr! Bu delə deyil. “Dərin kökə malik”, “əsilli- köklü”, “ot kökü üstə bitər”, “kökləri tarixin dərinliyindən gəlir” kimi fəlsəfi kateqoriyalarda dərinlik məfhumu öz gerçək və lokal fəlsəfi mənasını ortaya qoyur. Torpağa bağlılıq dərinləşdikcə heç nə alçalmır, qüdrət, qüvvət yaranır. Rişəsi dərin olan bütün nəsil–köklər də tarixin bütün dönəmlərində, bütün ictimai formasiyalarda möhtəşəm sülalələr kimi izzət sahibi olmuşlar.
Xalqın, millətin, insanın soy-kökü nə qədər dərinlikdə olsa, əzəməti də o qədər böyük olur. Hər bir cinsin öz kökü və kökünün bağlana bildiyi dərinliyi var. Materiya daxilində cisimlər biri-birindən uzunluq, böyükük ölçüləri ilə fərqlənirlər. Böyüklük mənalarını məcazda dağlara bənzətməklə ifadə edirik. İnsan nəzəri böyük obyektləri yaxından dəqiq sezmək imkanına malik olmadığından, dağların əzəmətini duymaq üçün onlara bir qədər aralıdan baxmaq lazım gəlir. Sən demə, həyat da belə imiş, kimki yaşayır, sənə yaxındır, böyüklüyünü lazımınca dərk edə bilmirsən. Elə ki o səndən uzaqlaşdı, başlayırsan onun qüdrətinin dəyərini dərk etməyə. Bu mənada mən özlüyümdə əziz müəllimim Əvəz Aslanov haqda fikirləşdikcə də eyni mahiyyətlə qarşılaşıram...


Böyük idi, ona görə ki, böyük kölgəsi vardı. Bütün həyat ölçülərini dəqiq arşını ilə ölçüb tənzimləyə bilirdi. Əl tutardı, səbəb olardı, can yandırardı. Allah bu gözəl bəndəsinə özünəməxsus tərzdə təqdir olunan xasiyyətlər vermişdi. O, mənim düşüncəmə görə yaşadığı dövrün sivilizasiya həddini xeyli irəliləmişdi. Zatının bacarıqlı və fəhmli kodlarla uzlaşmış soydan gəlməyi onun zirəng insan olmağına dəlalət edirdi. Ata-ana tərbiyəsindən tam bəhrələndiyi, onların halallığını ala bildiyi üçün həyat onun üzünə gülmüşdü. Övlad da valideynin mənəviyyat dünyasında yetirdiyi bağ-bağatın bir barıdır.
Ağac öz tərbiyəsində bağbana müqavimət göstərə bilməz, bağbanın onu necə bəsləməsindən asılı olmayaraq gilas ağacı ancaq gilas yetirəcək, cünki azad böyüyər. İnsan da öz tərbiyəsində azaddır, əsasən əsl-zatının zahiri, psixoloji- mənəvi dəyərlərini daşıyacaq. Qəlbi hansı qəlbə uyğundursa onu da seçəcək, o istiqamətdə inkişaf edəcək. Kimisi yaxşılığını böyüdərək ömür sürəcək, kimidə pisliyini.
İnsan qəlbini, amal və məfkurəsini zorla hansısa istiqamətə yönəltmək mümkün deyil. Bu fitrət Allahın seçib bəxş etdiyi ilahi zənginliyin əlamətlərindəndir. Sevimli müəllimim Əvəz Musa oğlunun barəsini bu ifadələrlə yaraşdırmaq istəyirəm  Ona görə ki, bu İnsan ömür boyu ayrı-ayrı ömürlərin dəyəri, möhtəşəmliyi üçün yaşadı, çalışdı. Öz soy-kökünün dəyərini tanıtdı, el-obasını , millətini xalqını ən uca səviyyədə təmsil edib, mübarək ömür yaşadı. Əvəz müəllim ömrünü yaşadı!
O, bizə dərs keçərkən, maraqlı dərs aparar, bəzən fərqli tərzdə heyrətamiz davranış və ifadələriylə çaşqınığımızı artırardı. Təlqin etdiyi mənəviyyat dərslərinin nəticələri mənim qavradığıma görə belə idi ki; insan kamillik yolunda buxovlanmasında yox, kamilliyi özü seçməsində kamil olur!

Onun təlimlərinin xülasəsini arabir qavradığım tərzdə kitabın arxasına qeyd edirdim. Onun yol göstərənliyindən gəldiyim qənaətin birini də tarix kitabımın arxasına yazmışdım. Müəllimliyin özəlliyi insanın təzkiyə və tərbiyəsində kamilliyə doğru həvəsi oyadan bütün şəraiti yaratmaqdan ibarətdir. "Elm öyrədilməz, elm öyrənilər" düşüncəsi onun səlis izahının nəticəsi kimi ortaya çıxırdı. "Müəllimin vəzifəsi gəlib dərsini vicdanla keçməkdir, öyrənmək isə sizin öz öhdənizə qalır" deyərək, şagirdlərin oxumağa həvəsini artırardı. Yadımdadır ki, bir dəfə dərsə uşaqların çoxu hazırlaşmamış gəlmişdi. İki-üç nəfərədən soruşdu, narazı qaldı. Məndən də soruşdu, cavaba başlayan kimi gördü ki, mən də zəif hazırlaşmışam, daha doğrusu, tənəffüsdə oxumuşdum, çatdıra bilmədim, dərs uzun idi.(Onu da qeyd edim ki, Göyçə mühiti hafizələri o qəfər möhkəmlənidrirdi ki, tənəffüsdəcə oxuduğumuz dərslərlə çoxumuz ali məktəbə qəbul olduq).
Heç nə demədi, yan cibindən iki dənə “Qara qum” şokolatı çıxartdı onları yedi, sonra o birisi yan cibindən qoz, fındıq, badam ləpəsi, kişmiş çıxardıb yedi. Bizim də ağzımız sulanır... O zamanlar hər adamın cibində də, evində də belə nemətlər ancaq bayramlarda olardı. Sonra qalxdı ayağa, heç kimə heç nə demədən uşaqların birinin qulağından tutur bir dövrə vurur, qızların birinin hörüyündən dartır bir dövrə vurur, birinə qoz vurur, gah ayaqqabısının daban hissəsini qaldırıb partaların üzərinə vurmaqla qeyri-adi hərəkətləri ilə bizi sıxıntıda saxlayır və çaşdırırdı.
Dərsin sonuna yaxın bir səmimi söhbət etdi ki, uşaqlar, əgər dərsinizi oxumursunuzsa müəllimə deyil, özünüzə hörmətsizlik edirsiniz. Onsuzda mən aylıq maaşımı alacam. Amma oxuyun ki, zəlil yaşamayasınız, adam kimi təmiz geyinib, təmiz işləyib, təmiz yaşayasınız. Mən onun bu töhmətindən çox utandım və tərlədim. Beləliklə qənaət etdim ki, insan özü üçün təkamül şəraiti yarada bilər. Təkamül yolunun bütün üfüqlərini bizə göstərməyi hər zaman ilk müəllimlik borcu sayanlardan biri idi Əvəz müəllimim!

Dövrün İsgəndəri olsan da əgər,
Zülmətdə ustadsız eyləmə səfər.

Təkamülün ali mərtəbəsini ustadsız keçmək olmaz. Dədə Ələsgər boyda DƏDƏ fövqəlşüurluğu, Aşıq Alı boyda söz ümmanı təhtəlşüurluğu, Ağ Aşığın sərhədsiz təfəkkürə və təxəyyülə, Miskin Abdalın İlahi vergiyə malik olmasına rəğmən, yenə də daim əsərlərində ustad rolunun mühümlüyünü vurğulaşmışlar. Ən böyük alimlər, müctehidlər, ariflər Peyğəmbərlərin elmindən bəhrələniblər deyə böyüklük siması qazanıblar. Peyğəmbərlər isə lövhi- məfhuzda Allahın (c.c.) təsbit etdiyi elm çeşməsinin suyunu içərək ali məqam sahibi olmuşlar. İnkişafda bütün istiqamət Allaha doğru yönəldiyi halda elm də, bilik də, bacarıq da bərəkətlənər, şərəf, şöhrət gətirər, müqəddəs qapılardan keçib yaşatmağa açılar. Bu şərəf yolunun mayakları olan müəllimlərimizdən biri də məhz Əvəz müəllim olmasından məmunluq duyub, onun Ruhuna dualar edirəm.

Hər dərsinə başlamazadan əvvəl dərsə aid olmayan mövzu açar, insan təkamülünə mane ola biləcək daxili və xarici faktorları dəf etməyin yollarını göstərərdi. Onun dəyərli fikirlərini tutan tuturdu, tutmayan da təəssüf ki, o cür ümmanlarımızın Behişt bağlarının təravəti ilə ətirlənmiş bəhrəsindən bəhrələnə bilmədi.
Bağ demişkən, Əvəz müəllimin həyətyanı sahəsində gözəl bir bağı var idi. Adla idi o bağ, mismilliyinə, və səliqəliliyinə görə tam fərqli bir mənzərə yaratmışdı. Bağın meyvələri sanki, Göyçə torpağının bütün gücünü özünə çəkmişdi. Aralıdan beş yüz metrə qalmış Əvəz müəllimin bağının ətri gəlirdi. Üstəlik bağın mühafizəsini o qədər dəqiq fikirləşmişdi ki, Baleylinin ən cüvəllağı uşağı olsa belə, o bağa girib oğurluq edə bilməzdi. Heç risk edə də bilməzdi, bağ elə qurulmuşdu ki, çəpərdən içəri atılan yalnız qapıdan çıxmalı idi. Qapının da açarı Əvəz müəllimin icazəsi olmadan üzə çıxası deyildi. Bir ana bələkdə olan övladını necə əzizləyirsə, o cür əzizləyirdi o bağı. Calaqlı meyvələr yetişdirirdi ki, gəl görəsən. Üç yüzdən çox ağacın bir dənəsinin bir budağı da qurumurdu, ona görə ki, heç kimin nəfsini bağının üzərində qoymazdı. Bağın meyvələri yığıldımı, bütün qohum, qonşu, dost, yoldaş, olana, olmayana pay tutardı. Hətta qohumlara - Zoda da göndərərdi. O, almalar yetişməmişdən əvvəl satlıq hissənin müştərisi əlində pul qapını kəsdirərdi ki, almanı başqa heç kimə verməsin.
Məktəbdə yetişdirdiyin şagird də bağbanın əkdiyi ağac kimidir, gərək qulluğunda durasan, gecə- gündüz həşaratlardan qoruyasan. Əsas odur ki, yetişdirməyin yolunu biləsən, təkamül yoluna çıxartmağı bacarasan, Əvəz müəllim o işi ali səviyyədə bilirdi. Təkamül yoluna girdinsə gərək sərbəst qədəm olasan. Təkamül yolunda səhvə düçar olan insan nə vaxtsa üzücü peşmançılıq çəkəcək. Qurtuluş və səadət yoluna çıxmaq üçün Əvəz müəllimin fikirlərinə çox ehtiyac vardı. Ona görə onunla mənəvi yaxınlıqdan zövq almamaq mümkün deyildi. Az danışar, fikirlərini təsirli izah edərdi. Danışığında Göyçə leksikonundan fərlilik vardı, sırf Azərbaycan dilinin qrammatik ifadələrini işlədər, bəlağətini hamı ilə rəsmi tərzdə sərgiləyərdi.
Erkən vaxtlarından elm öyrənməyə, təhsil amağa üstünlük verməklə o zamankı insanların qabaqcıl nümunələrindən biri kimi tanınırdı. Ağacın üst meyvələri dadlı oduğu kimi, ailədə də uşaqların üstün cəhətləri ilə fərqlənəni Əvəz müəllim olmuşdur deyə hamıya şirin gəlirdi. Cılız bədən quruluşu olmasına baxmayaraq o, ən ağıllı fikirlər söyləməklə ailədə və eldə əsas adamların birinə çevrilmişdi. Orta məktəbi yüksək səviyyədə bitirmişdi.
İnsan üçün Allaha yaxınlıq kamiliyin zirvəsidir, Rəbbani bir ehtiyacdır. İnsan çatmamazlıqlarını vicdana çevirdikcə Allaha yaxınlaşır. Bütün insanlar fitrətən kamillik istəyində olurlar, insanlıq çərçivəsi daxilində naqisliyi sevmək mümkün deyil. Qüdrət və güc kamilliyin nümunələridir, bu fəlsəfəni erkən yaşlarından dərk edən Əvəz müəllim gözəl Ağsaqqal kimi tam öhdəliyini yerinə yetirirdi. Zəifliyi və acizliyi insan üçün nöqsan sayardı. Hər kəs istəyir ki, həyatı firəvan olsun, bədbəxtlik, uçrumda olmaq istəyi insan üçün yaddır, bütün bəşəriyyət səadət, qəlbin rahatlığı və sakitlik üçün ehtiyaclıdır. Bu ilahi hikmət nümunələrini hafizəsinə necə gözəl aşılamışdı!

Əvəz müəllim özü və zürriyyəti üçün ehtiyaclarını artıqlaması ilə ödəyə biləcək qədər maddi imkana da sahib idi. Nəğd pulunun miqdarını deyə bilmərəm, amma bir 48 vərəqlik dəftərin vərəqlərinin o üzü, bu üzü yazılmış dolu sayı qədər istiqrazı var idi. Hər ay da xeyli miqdar uduşu olurdu. Onun istiqrazlarını yoxlamaqda ən etibarlı adamı kürəkəni Baris müəllim idi. “Pravda” qəzetində mart ayının istiqraz uduşu çıxmışdı. Yoxlamışdılar bu dəfə bir o qədər istiqrazdan heç bir dənəsi də uduşa düşməmişdi. O anda belə ifadə işlətmişdi ki; ” Daha mənim qismətim kəsildi, həyatım tamama yetir artıq!” İnsan talehinin yazısını necə oxuya bilirmiş, mən hələ də məəttəl qalmışam!
Aprel ayının birinci ongünlüyü idi, eşitdik ki, Əvəz müəllim ağrıyır, rayona xəstəxanaya aparıblar. İki gün orada qaldı, müalicə aldı, üçüncü gün axşamüstü elektrik üzqırxanı ilə üzünü qırxıb, sonra xəstə olmasına baxmayaraq səliqəsini pozmadan üzqırxanını səliqəli şəkildə şotka ilə təmizləyib yerinə qoyur. O, daim üzünü elektrik üzqırxanı ilə gündəlik qırxardı . Sifətini təraş etdikdən sonra buyurub ki, Becana deyin gəlsin, icazə alsın, məni aparın evimə. Elə də ediblər. Gecə evinə gəlib bütün uşaqlarını çağırıb halallaşıb: “Mən xoşbəxtəm ki, heç kimə pislik etmədim, balalarımın əlini çörəyə çatdırdım, heç kimə də borcum yoxdur!” deyib. Bütün balalarının adına ayrı -ayrı ehtiyatda saxladığı maddi vəsaiti və digər əşyaları çatdırıb hamısına. Halallaşdıqdan sonra çıxıb bağını gəzib. Evə dönərkən həyat yoldaşı Səlvinaz xalaya üzünü tutub ki, sabah bu evdə yığıncaq olacaq, hazırlıqlı ol! Ondan sonra yerinə uzanıb və ruhunu mübarək şəkildə təhvil verib!
İnsanların dünyaya gəlişi fərqli olduğu kimi də fərqli formada gedişi olur, amma belə hazırlıqlı tərzdə az-az adam köçür bu dünyadan. Bax, bu da Böyüklüyün bir işarəsidir.
Əvəz müəllim ömrü boyu bədbəxtliyə sürükləyən nəfsani hisslərin yerinə Allahın iradəsini mehvər seçərək, elm və agahlıq içərisində yaşamış, heç vaxt qəflətdə olmamışdır. Baxmayaraq ki, insan maddi yönümünə daha çox diqqət edir, nəinki mənəvi. O, bu düşüncədə olan adam idi ki, bütün fəsadların əsası qəflətdir, insan qədər yalnız insan ucala bilər, insan qədər də yalnız insan alçala bilər. Ona görə də ucalıq mərtəbəsini əsas tutaraq yaddaşlarda dərin rəğbət izi buraxdı. O boyda böyük maddi imkanla xüşü-halını tərk etmədi, qəlbini yaradan qarşısında sındırıb, kövrək və qohumcanlı yaşadı. İndiki dövrdə sərvət sahiblərinin bir qismi az qalır ayağının altını görməyə çətinlik çəksin. Əyyamın üzü belə də olur, bu görkəm bizim aldığımız tərbiyəyə yaddır.

Hörmətli Əvəz müəllim Aslanov orta təhsilini bitirdikdən sonra İrəvan pedaqoji texnikumunda orta ixtisas təhsilinə yiyələnmiş, daha sonra isə Azərbaycan pedaqoji İnstitutunu bitrimişdir. Bundan sonrakı dövrlərdə o, gənc nəslin tədris tərbiyəsində müstəsna xidmət göstərərərək müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Şərəfli əmək fəaliyyətinə görə dəfələrlə xüsusi dövlət mükafatları, fəxri fərmanlarla mükafatlandırılmış, SSRi müəllimlər qurultayına nümayəndə seçilmişdir.
Son zamanlar məktəbdə həftənin iki günü olurdu. Rayon mərkəzində inzibati işdə -“MAARİF” şöbəsində də işləyirdi. Məktəbdə dərsini bitirdikdən sonra saatlarla davam edən şahmat oyununa başlayırdı. Nə vaxt ki, müəllimlər odasının qapısı açıldıqda tüstü dumana qarışdı, bilirdin ki, Əvəz müəllim Mamed müəllimlə şahmat oynayır. Hər xod edəndə bir siqaret yandırırdılar. Şəhadət barmaqları siqaretin tüstüsü ilə elə boyanmışdı ki, sanki xına qoymuşdular.
Əvəz Aslanov ictimai- siyasi, milli məsələlərdə çox böyük Türk izi qoymuşdir. İkinci dəfə ermənilər tərəfindən Nərimanlı kəndinin adını dəyişdirmək təşəbbüsünün qarşısını təkbaşına almışdır. O, ermənilərin kəndimizin adını dəyişmək təşəbbüsü ilə çıxış etdiyi zaman vəziyyətin ciddiliyini başa düşərək, Nərimanlı müəllimləri adından Kəlbəcərdən SSRİ Ali Sovetinin Rəyasət Heyətinə teleqram gönrədərib etiraz etmişdir. Düzdür, buna görə onu çox incitdilər, amma Tapdıq Əmiraslanovun köməkliyi ilə daşnakların planı iflasa uğradı, bir daha Nəriman Nərimanovun adını daşıyan kəndin adı saxlanılmağa müvəffəq olundu. O, “9 may Qələbə günü “ münasibətilə Kremlidə keçirilən bütün hərbi paradlara dəvət alaraq SSRİ-nin ən yüksək rəhbər heyətinin sıralarında paradda iştirak edirdi. Əvəz Aslanov Leninqrandın fəxri vətəndaşı adını almış azsaylı müsəlmanlardan biri idi.

МАТЬ-РОДИНА ЗОВЕТ!
(Öz söyləmələrindən)
1939 cu ildə SSRİ Finlandiya müharibəsinə yola düşən Əvəz Aslanov Pedaqoji texnikiumu təzə bitirmişdi. Bu müharibə təzəcə qurtarmışdı ki, beynəlxalq sferada vəziyyət dəyişdi, İkinci Dünya Müharibəsinin başlanacağı qaçılmaz oldu. Belə şəraitdə hərbçilərin təxris olunması məsələsi dayandırıldı və Əvəz Aslanovun olduğu briqada Leninqrada təxliyyə olundu.
Artıq İkinci Dünya Müharibəsi başlamışdı. Viborq yaxınlığında hərbi hissədə xidmətini davam etdirən Baleyli Əvəz Aslanovun igidliyindən çox bəhs olunur, onun döyüş imkanları komandanlıq tərəfindən geniş təhlil edilirdi. Almanlar yavaş- yavaş SSRİ-nin sərhədlərini keçərək irəliləmişdilər. Artıq onlar Leninqrada çatıb, şəhərin girişindəki körpünü əla almaq üzrə idilər. Stalindən əmr gəlmişdi, ki, nəyin bahasına olursa-olsun Leninqradı vermək olmaz! Bu halda general və zabit heyəti toplantı keçirib müdafiə planı qurmağa başladılar. Müdafiənin əsasını şəhərə giriş körpüsündən keçidin dayandırılmaması təşkil edirdi. Əgər almanlar körpünü tutsalar şəhərlə əlaqə tam kəsilir və Leninqrad təslim olurdu. Bu taktiki vəziyyətdə ən güclü manevr edə biləcək hərbçilər lazım idi. O nəhənglikdə olan SSRİ ordusunun üzünü ağarda biləcək yeganə adamın-baş serjant Əvəz Musa oğlu Aslanov olduğunu komandanlıq çox gözəl bilirdi. Generala məruzə olundu ki, bu işi yalnız və yalnız baş serjant Aslanov edə bilər. Tapşırıq əmri gəldi. Gecə necə olursa-olsun körpü partladılmalı, almanların şəhərə girişinin qarşısı alınmalı idi. Aslanov döyüş tapşırığını aldı, özündən başqa on bir nəfər də əsgərlərini götürüb çıxdı naryada. Leninqrad və ətrafının relyefinə yalnız xəritədə bələd olan baş serjant Aslanov özü iki nəfərlə almanlara ən yaxın mövqeni seçdi, dörd nəfərə körpünün qarşı keçəcəyini, altı nəfərə isə üst tərəfi mühafizə etməyi tapşırdı. Baş serjant Aslanov bədəncə çox zərif idi. Körpü dirəklərinin arası ilə elə professional, nəfəsini çəkmədən irəlilədi ki, alamanlar onun yaxınlaşmasını bir zərrə də olsun hiss etmədi. O, təkbaşına alman əsgərlərinə 5-10 metrlik məsafəyə qədər yaxınlaşdı. Onun dəstəsi öz mövqeyini seçib Əvəz Aslanovun əmr işarəsini gözləyirdi. Almanlar yerə uzanıb, siqaretə dəm verib bir-birinə ötürürlər, deyib-gülür, zarafat edir, gah da qışqırırdılar. Daha deyən yox idi ki, Musa oğlu Aslanov bu dəqiqə hamısını burnunuzdan tökəcək. Baş serjant Aslanovdan döyüş işarəsi gələn kimi qeyri-bərabər qüvvələr arasında savaş qızışır. Əvəz Aslanov qartal kimi şığıyaraq əlbəyəxa döyüşdə iki alman əsgər və zabitini yerə sərir. Sonra isə əsgərləri ilə bərabər qəhrəmanlıqla almanların bütün heyətini məhv edir və iki nəfəridə əsir götürərək hərbi hissəyə qayıdır. Səhərisi gün bütün sovet ordusu Göyçədən Leninqrada gedərək rəşadətlə döyüşən, leninqradın canını qurtaran baş serjant Əvəz Aslanovdan danışırdı. Qəzetlər “Za boevıye masterstvo” sərlövhəli yazıda Əvəz Aslanovun təkbaşına 30 alman əsgərini məhv etdiyini yazmışdı. Əvəz Aslanovun gözü açıqlığı sayəsində bütün müfəssəl kəşfiyyat materialları toplanmış və qarşı tərəfin hücüm planı ifşa olunaraq, Leninqrad şəhəri təslimiyyətdən qurtarılmışdır.
“Za Rodinu” cəbhə qəzetinin demək olar ki, bütün nömrələrində baş serjant Əvəz Aslanovun igidliyi, rəşadəti haqda yazılar gedirdi. Onu Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul etdilər və bir neçə ən ali orden və medallara layiq gördülər. Ordudan vətənə, doğma kəndi Nərimanlıya qayıdan Aslanov Əvəzin sinəsini ən ali orden və medallar bəzəmişdi.
Kənddə bircə dənə bilyard masası var idi. Oda Bəylər Aslanovun eyvanında qurulmuşdu. Rəhmətlik Səfiyar Musayev hər yay Nərimanlıya gələrdi və Əvəz müəllimlə bilyard oynayardılar. Bizim kənd əhlinin o zamanlar bilyard oynamağa həvəsi yox idi. Amma Əvəz müəllim çox gözəl və sərrast oynayırdı. Bəzən Səfiyar müəllimlə Əvəz müəllimin oyunlarına azarkeşlik edirdim, onların oyunları, söhbətləri, mübahisələri çox maraqlı idi.

Dənizin torpağın gölün dilini,
Eşidir hal əhli, bilir hal əhli,
Deyirlər dilimiz, gözlərimiz var,
Di gəl bunu duymaz qeylü-qal əhli.

Əvəz müəllim maddi keyfiyyətlərdən çox, mənəvi keyfiyyətləri üstün sayırdı. Onun mərifəti təsəvvürünü maddi ünsürlərdən uzaqlaşdırmışdı. Ona görə də, həm pürkamal idi, həm əhli hal idi, həm də AĞSAQQAL idi. Qiylu-qaldan tamamilə uzaqlaşmışdı, hər şeyi iradla yox, imanla yoluna qoyurdu!
A köhnə KİŞİLƏR, köhnə KİŞİLƏR!

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN
HACI ABBAS ƏLİ OĞLU BAĞIROV
HƏKİM-PROVİZOR
TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU
QƏLƏBƏ TİBB MƏRKƏZİ MMC-NİN DİREKTORU


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər