KORONAVİRUSLA MÜBARİZƏNİN STRATEGİYA VƏ TAKTİKASI  

17:32 / 18.04.2020
Baxılıb: 3136

Dünya farmakoloqlarının nadir simalarından biri, Azərbaycanın baş farmakoloqu, tibb elmləri doktoru, professor, ATU-nun farmakologiya kafedrasının müdiri Musa Qəniyevin dərin elmi- praktiki əhəmiyyətə malik, heç yerdə bu cür səlis və səhih təsbit olunmayan elmi məqaləsini təqdim edirik!

Apardığım müşahidələr göstərir ki, hazırda dünyanı bürüyən və həyatı iflic halına salan COVİD19 faciəsi haqqında mütəxəssislərin fikirlərinin geniş əhali kütləsinə çatdırılması, artıq zərurət halını almışdır. Mənim bu problemin geniş təhlilinə xüsusi maraq göstərməyimin əsas səbəblərindən biri də, 2019-cu ilin may ayında Çin Xalq Respublikasının Fançenqanq şəhərində Çin-Şanxay əməkdaşlıq təşkilatının keçirdiyi Forumda əsas məruzəçilərdən biri olduğumdan, infeksiyanın başladığı müddətdən keçən dövr ərzində, bu təşkilatın kordinatoru ilə mütəmadi əlaqə saxlayaraq, COVİD19-un müalicə- profilaktikası və infeksiyadan qorunmaq üçün lazım olan zəruri tədbirlər haqqında ilkin mənbədən birbaşa məlumat almağımdır. Düşünürəm ki, bu məlumatların müəyyən hissəsinin geniş oxucu auditoriyasına çatdırılması, xalqımızın maarifləndirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edəcəkdir. Mən farmakoloq olduğumdan, ilk növbədə bu virus infeksiyasına effektiv farmakoloği müdaxilənin əsas cəhətləri, eləcə də bəzi çox zəruri bildiyim məsələlərin təhlili üzərində dayanacağam. I bölmədə müzakirənizə təqdim etdiyim bəzi məsələlər artıq sosial şəbəkələrdən insanların müəyyən hissəsinə məlum olsa da, koronavirusa qarşı farmakoloji müdaxilənin strategiya və taktikasının düzgün müəyyənləşdirilməsi üçün, onların təkrar xatırlanması lazımdır. Odur ki, çox xahiş edirəm, bu bölmədə verilən bəzi məlumatları Sizlərə məlum məsələlərin təkrarı kimi başa düşməyin.
I BÖLMƏ

KORONAVİRUS İNFEKSİYASI HAQQINDA MƏLUM HƏQİQƏTLƏR

Koronaviruslar ilk dəfə 1930-cı ildə ev quşlarında tapılmışdır. İnsanlarda isə bu virus ilk dəfə 1965-ci ildə kəskin respirator virus infeksiyasına tutulmuş şəxslərdə müəyyən edilmişdir.Tərkibində təkzəncirli RNT tipli məlumat kodu daşıyan bu virusların hazırda 40 növü müəyyən edilmişdir. Zoonoz infeksiya törədiciləri qrupuna aid edilən koronoviruslar ailəsi ilkin olaraq heyvanları yoluxdurur. İnsanlara isə bu xəstəlik infeksiyalaşmış heyvanlardan keçir. Məsələn, koronavirusun 2002-ci ildə ilk epidemiyası Afrika pişiklərindən, 2012-ci iildə 2-ci epidemiyası dəvələrdən, hazırki COVİD19 adlanan pandemiyası isə yarasalardan yayıldığı öz təsdiqini tapmışdır. Xalqımızın maariflənməsi naminə bunu söyləmək zərurətdir ki, koronavirusların heyvanlardan insanlara ilkin transformasiyasınin bir nömrəli səbəbi, bəzi ölkə xalqları arasında vəhşi heyvanların ətinin yeyilməsi, hətta "delikates"(arzulanan incə yemək) kimi tövsiyyəsi edilməsi, eləcə də xalq təbabəti vasitəsi kimi istifadə olunmasıdır (məsələn tülkü, timsah, ilan, yarasa, siçan, dağ siçanı, qunduz, porsuq və onlarla bu kimi digər vəhşi heyvanların əti).
Koronavirusların qeyd etdiyimiz məlum 40 növündən yalnız 7-si insanlarda xəstəlik törədir. Bu 7 serotipdən dördündə (229E, OC43, NL63, HUK1) koronavirus infeksiyasına yoluxmuş insanlarda çox hallarda soyuqlama əlamətləri (simptomları) müşahidə edilir. Yəni bu tipdən olan koronaviruslar digər adenovirus, rinovirus və s. infeksiyalar kimi yalnız soyudlama əlamətləri törədir, belə xəstələrə “onlar soyuqlayıb” deyirlər. Koronavirusun bu serotipləri demək olar ki, aşagı tənəffüs yollarının ağır infeksiyasına, o cümlədən pnevmoniyaya səbəb olmur. Bu hal yalnız yeni doğulmuşlarda (xüsusən vaxtından əvvəl doğulmuş), QİDS daşıyıcılarında, yanaşı xronik xəstəliyi olan və bu səbəbdən də immun sistemi zəifləmiş istənilən yaş qrupunda, xüsusən qoca (75 yaşdan 91 yaşa qədər) şəxslərdə, özü də çox nadir hallarda baş verə bilər.
Qeyd etdiyimiz 7 koronavirusun yüksək virulentlik əmsalına malik olan yalnız 3 serotipi insanlarda ağır, hətta ölümə səbəb ola bilən ağ ciyər-tənəffüs yolu infeksiyaları törədə bilir. Biz XXI əsrdə bu cür ölümlə nəticələnə bilən bir neçə epidemiyanın şahidi olmuşuq və hal-hazırda isə pandemiya halına keşmiş bu problemlə üz-üzəyik. Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm ki, sosial şəbəkələrdə bəzi şəxslər COVİD19 zamanı ölüm faizi aşağı olduğu üçün, bunun pandemiya adlandırılmasının düzgün olmadığını iddia edir və əhalini səhv məlumatlandırırlar. Belələrinə xatırlatmağı zəruri hesab edirəm ki, pandemiya əvvəllər məlum olmayan yeni bir xəstəliyin kütləvi şəkildə yayılaraq, əksər dünya ölkələrində əhalinin müəyyən faizini əhatə etməsidir. Yəni törədicisindən asılı olmayaraq, pandemiya, xəstəliyə səbəb olan amilin kontaginozluq indeksinə əsasən müəyyən olunur və Ümumdünya Səhiyyə təşkilatı (ÜST) tərəfindən elan olunur. Xəstəlikdə ölüm faizinin yüksək və ya aşağı olması pandemiya demək deyil, bu sadəcə pandemiyanın statistik letallıq göstəricisidir.
Koronavirusun atipik pnevmoniyaya səbəb olan ilk epidemiyası 2002-ci ilin noyabr ayında Çinin Quandun əyalətində baş vermişdir. Kəskin Respirator Sindrom (ing. Severe Acute Respiratory Syndrome- SARS, və ya “bənövşəyi ölüm”) adlandırılan bu yolxucu xəstəlik, qısa müddətdə Çindən digər ölkələrə də yayılaraq, ümumilikdə 8437 nəfərin xəstələnməsi və 813 nəfərin ölümünə səbəb olmuşdur (letal sonluq 9,6%).SARS-CoV virusuna sonuncu yoluxma halı 2003-cü ilin iyun ayinda müşahidə olunmuşdur. Koronavirusun bu serotipinin törətdiyi infeksiyanın radikal terapiyası, yəni spesifik dərman müalicəsi yoxdur. Xəstələrə yardım yalnız simptomatik, dəstəkləyici və sanogenetik (immunitetin gücləndirilməsi) terapiya yolu ilə aparılır. SARS-CoV virusların genomunun tam ardıcıllığının öyrənilməsi göstərdi ki, koronavirusun bu ştampları əvvəllər insanlarda olmayan koronaviruslar ailəsinə, yeni Betakoronaviruslar ailəsinə daxil olan növüdür. Odur ku, koronavirusun insanları yoluxduran və ağır fəsadlara, hətta ölümə səbəb ola bilən SARS-CoV və digər 2 virulent növünün hər birinin adı CoV (betakoronavirus) ilə tamamlanır, yəni müvafiq növlü betakoronaviruslar.
Koronavirusların 2-ci epidemiyası zamanı xəstəlik ilk dəfə 2012-ci ilin payızında Səudiyyə Ərəbistanında qeydə alınmış, 2015-ci ilin yayında isə Dünyanın artıq 23 ölkəsinə yayılmışdır. Xəstəliyin bu növü ÜST-ün virusların taksonomiyasını öyrənən qrupunun 15 may 2013-cü il tarixli qərarı ilə ilk dəfə Yaxın Şərqdə yayıldığına görə “Yaxın Şərq Respirator Sindromu” (ing. Middle East Respiratory Syndrome - MERS) adlandırıldı. Günümüzə qədər sporadik halda olsa da davam edən MERS-CoV virusunun törətdiyi infeksiya zamanı təqribən 2500 nəfərə qədər şəxs xəstələnmiş və 900-ə qədər ölüm halı qeydə alınmışdır (letal sonluq, təqribən 36%). Koronavirusun bu serotipinin törətdiyi infeksiyanın da kauzal terapiyası, yəni spesifik dərman müalicəsi yoxdur. Xəstələrə yardım SARS-CoV-də olduğu kimi yalnız simptomatik, dəstəkləyici və sanogenetik terapiya yolu ilə aparılır.
Koronavirusun hazırki pandemiyası 2019-cu il dekabr ayının sonunda Çinin Xubey əyalətinin Uxan şəhərində başlamışdır. Hal-hazırda dünyanın əksər ölkələrində iki milyondan artıq insan bu xəstəliyə yoluxmuş və onminlərlə insan dünyasını dəyişmişdir. İnfeksiyaya yoluxma halı hələ də davam edir. Bu viruslar SARS-CoV-2 və ya bu virusla ilk xəstələnmə halı 2019-cu ildə baş verdiyinə görə, COVİD-19 (CoV-19) adlanır. COVİD-19 virusu koronovirusların yeni mutasiyası (subtipi) olduğuna görə, SARS-CoV-dan aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:
a) Daha dözümludür.
b) Transmembranal reseptorlara daha asan birləşir.
c) Yoluxma (yayılma) qabiliyyəti daha yüksəkdir.
d) Letallıq əmsalı SARS-CoV-dən və MERS-CoV-dən zəifdir.
Bu infeksiya zamanı 80,9% hallarda müalicə tələb olunmur və xəstələr öz-özünə sagalır. 13,8% hallarda xəstəlik ağır keçir və oksigen terapiyası tələb olunur. 4,7% hallarda xəstələr kritik halda olur. 9 yaşa qədər uşaqlar arasında ölüm halı (mən Çini nəzərdə tuturam) qeydə alınmamışdır. Xəstəliyin atipik pnevmoniya ilə fəsadlaşması ilk dəfə 2002-ci ilin noyabr ayında Çinin Quandun əyalətində deydə alınmışdır. Ölüm faizi müxtəlif ölkələrdə fərqli olmaqla, ümumilikdə təqribən 4-4,5 faizdir. Letal sonluğa görə cinslər arasında fəqdlər mövcuddur. Kişilər arasında bu infeksiyadan ölüm faizi 2,8%, qadınlar arasında isı 1,7%-dir. Qadınlar arasında ölüm faizi premensturasiya dövrünə qədər daha az müşahidə olunur. Təbii ki, bu hal həmin yaş dövrünə qədər qadınlarda qoruyucu gözəllik hörmonu, estrogenlərin aktivliyinin yüksək olması ilə əlaqədardır. Xəstəliyin simptomları yoluxmadan təqribən 5-6 gün sonra başlayır, inkubasiya dövrü 14 günə qədərdir. Hər 5 xəstələnmə halından birində, müalicənin xəstəxana şəraitində aparılması tələb olunur.
Bu virusların təkcə SARS-CoV və MERS-CoV deyil, digər bütün məlum viruslardan əsas fərqi, ən qorxulu, arzulunmaz və fəlakətli cəhəti, yuxarıda qeyd etdiyim kimi, çox yüksək kontaginozluğa malik olması ilə yanaşı, təkrari yoluxmalar törətdiyi halda, virulentlik əmsalının heç bir dəyişikliyə uğramamasıdır. Yəni əksər virusların hər növbəti yoluxdurma halında (yəni bir xəstədən, digər şəxsə keçdikdə) virulentliyi tədricən zəiflədiyi halda, bu virislar sanki daha da virulentlik qazanır. Odur ki, bu virus infeksiyasına ən düzgün yanaşma yolu, müalicədən daha cox, profilaktik tədbirlərdir. Bunun da əsas və həlledici şərti xəstə - sağlam kontaktının aradan qaldırılmasıdır, yəni fərdi təcrid (özünütəcrid) metodudur.
Bu virus serotiplərinin koronavirus adlandırılmasının səbəbi, virusların tacı xatırladan sünbüləbənzər çıxıntılara malik olmasıdır. Koronaviruslara müdaxilənin çətinliyinin ən başlıca şərti, onların yoluxdurduğu canlı hüceyrələrə digər məlum viruslardan tamamilə fərqi yolla daxil olmasıdır. Yəni koronaviruslar hüceyrələrə digər viruslar kimi transsellülyar və ya intrasellülyar (başqa sözlə, hüceyrələrin içi və ya hüceyrəarası məsamələrdən) yolla daxil olmur. Onlar yeganə spesifik virus növlərindən biridir ki, hüceyrələrə reseptor mexanizmlərdən istifadə etməklə daxil olur. COVİD19 bu məqsədlə, hüceyrə membranının müdafiə sistemlərindən yayınmaq üçün, hüceyrəyə daxil olarkən, yayındırıcı və aldadıcı alət kimi, öz koronalarından (tacından) istifadə edir. Belə ki, canlı hüceyrənin qoruyucu sistemlərini maneəsiz kecmək üçün, təkamül prosesində, bu virusların taclarının xarici səthinə şərti olaraq SHCO14-protein (zulal) adlandırılan və canlı hüceyrələr tərəfindən qidalı mühiti kimi qəbul edilən molekullar bağlanır (SHCO14-proteinə ədəbiyatda çox vaxt sadəcə S-protein deyirlər). Bu səbəbdən də hüceyrə membranı virusun tacında olan S-protein molekullarını orqanizmə zəruri olan maddə kimi hiss edir və ona afinlik göstərməklə özünə doğru cəkir. Nəticədə viruslar taclarına birləşmiş S-protein molekulları ilə hüceyrələrin transmembran lokalizasiyalı reseptorlarına bağlanır. Bu səbəbdən də orqanizmin immun sistemi yoluxmanın başlanğıc mərhələsində tacı orqanizm üçün “zəruri amin” kimi bildiyindən, bu virusları taniya bilmir və onlarla mübarizə aparmır.
Koronavirusların hüceyrə membranından keçməsi aşağıdakı mexanizmlə baş verir:
Onlar tacında olan S-zülallarla hüceyrələrin transmembran lokalizasiyalı reseptorlarının angiotenzin reseptorları (ACE2, AT1R və ya CD147) tipinə bağlanır. Sonra koronavirus bu reseptorları hüceyrə membranından qopararaq onları hüceyrənin daxilinə sıxışdırır. Bunun ardınca virusun RNT-si də hüceyrənin daxilinə keçir. Məlumdur ki, adi halda bu reseptorlar yalnız angiotenzinçevrici ferment II (karboksipeptidaza, peptidildipeptidaza, karboksikatepsin) ilə birləşir. Angiotenzinçevrici ferment II pressor (arterial təzyiqin yuksəlməsi) effekt törətməklə, damar müqavimətinin tənzimi prosesində iştirak edir. Odur ki, ACE2 reseptorların bokatorlarından (məs. lozartan, valsartan və s.) hipertenziyalarda (hipertoniya xəstəliyi zamanı) istifadə olunur. Tədqiqatlar göstərir ki, bu reseptorların blokadası angiotenzinçevrici ferment II-nin ekspresiyasını (sintezini) artırır. Maraqlıdır ki, COVİD19-a yoluxmuş insanlarda angiotenzinçevrici ferment II-nin ekspresiyası süstləşdiyindən, ferment sisteminin requlyator tənzim mexanizmləri pozulur. Bu da AT1R reseptorlarının kəskin modulyasiyasına səbəb olmaqla, son nəticədə ağ ciyərlərin ağır fibrotik zədələnməsinə səbəb olur. Nəzərə almaq lazımdər ki, bu hal COVİD19 zamanı ağ ciyərlərin kəskin zədələnməsinin yeganə səbəbi olmasa da, əsas səbəblərindən biridir. Düşünürəm ki, klinik istifadəyə yaxın keçmişdə vəsiqə qazanmış AT1R blokatorları COVİD19-un atipik pnevmoniyanın inkişaf etdiyi və kəskin respirator distress-sindrom və ağ ciyərlərin qeyri-kordiogen ödemilə fəsadlaşan formalarında müalicə sxeminə mütləq əlavə edilməlidir. Kardioloqlar bu halın hipotenziyaya səbəb ola bilməsini söyləyə bilərlər. Xatırlatmaq istəyirəm ki, AT1R blokatorları əsasən periferik damar müqavimətinin yüksəlməsilə müşahidə olunan hipertenziyalarda və yalnəz permanent üsulla qəbul fonunda hipotenziv effekt törədir. Normotenziya halında praktik olaraq farmakoloji fəallıq göstərmir. Şübhəsiz ki, hazırda bu virusa tutulan və AT1R blokatorları alan hipertenziyalı yaşlı xəstələr varsa, belə bir monitorinqin aparılması gələcəkdə bu xəstəliyə qarşı effektiv müalicə vasitələrinin alınması istiqamətində çox müsbət hal olardı.

(məqalənin ardı növbəti II bölmədə veriləcək)

Goyce.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər