Demək, doğruymuş, – insan bəlli yaşa çatandan sonra başlayır yaşadığı ömrü ərəb yazıları kimi tərsinə oxumağa... Bu aralar mənim də yuxuma yaman tez-tez girir otaqları iç-içə olan kənd evimiz. Yalan olmasın, hər gün internetə girib “kosmos”dan Qubadlıdakı uzun-şüllə evimizə baxıram, o illərin şirinliyinə dalıram... Dədəm iki ildən bir balaca xosma qaralayıb qatırdı evin bir ucuna. Qınamıram, böyük külfət idik... Evimiz aynabənddən başlayırdı, üç yataq otağından keçib kitabxanada bitirdi. Kişi axırdan-axıra nə qərara gəldisə, kitabxanadan eşiyə bir qapı açdı və evin ucuna növbəti yataq otağını da yamayıb dedi ki, – Ta bəsdi, bu da oldu gəlin otağı... Altı qardaşımın dördü bu axırıncı otaqda ata olub, ikinci övladı dünyaya gələndən sonra isə sərçə balasını fərləndirən sayaq üzüsulu ocaqdan ayrılırdı, otağı verirdi özündən sonrakı qardaşa. Mənim yatağım hələ ikinci otaqda idi və qardaşlarım hər yanımdan ötəndə başıma sillə-çırtma vurub yuxudan oyadırdılar. Cırnatmaqdan xoşları gəlirdi, belə əzizləyib sevirdilər məni. Baxmırdılar mal nabatından gəlmişəm, yorğun-arğınam, yuxu gözümdən tökülür... Otağımın kəlləsində dünya xəritəsi, çarpayımın yanında nənəmdənqalma qəribə çeşnisi olan kilim asılmışdı. Bu kilim mənim cehizliyim sayılırdı. Donqar çeşnilərin mənasını axıradək anlamadım – nə dəvəyə oxşayırdı, nə də gül-çiçəyə. Kilimi toxuyanın adı sapla toxunmuşdu üstünə – “Dilbər 1936”... Evlənməyə namizəd qardaşın cehizlik par-parçasıya anam çarpayımın altını doldurmuşdu və güvə düşməsin deyə vaxtaşırı naftalinləyirdi. Alışa bilmirdim naftalin qoxusuna, Allaha yalvarırdım ki, mənim də növbəm tez çatsın axırıncı otağa... İyirmi yeddinci il ötür, amma otağımdakı kilimin, çarpayımın altında buğlanan naftalinin qoxusu hələ də burnumdadır. Gecələr yuxum qaçanda o vədə əhəng suvağı eşən barmağımın ucu birdən elə göynəyir ki... Gözümü tavana zilləyib kənddəki bacanı axtarıram – alüminium “raskladuşka”nın profilindən olan antenamızı düzəltməyə çıxdığım həmin bacanı... Elə bilirəm ki, tavandan yuxarıda yenə Bərgüşadın şehindən mamır bağlamış sınıq-salxaq asbest şiferli damımızdır, çıxsam, samanlıqda qışa tədarük gördüyümüz alma, üzüm, heyva tapacağam...
O evin divarlarında “yad qızı”nı doğma bacıdan əziz etmək sehri vardı. Gəlinlərimizi qardaşlarımdan da çox sevirdim, çünki onlar insanı sevməyin yönünü-yöntəmini daha yaxşı bilirdilər. İki qardaşım və üç gəlinimiz mənə orta məktəbdə dərs deyib. Gəlinimiz Zümrüdə dərsdə “bajı” deyəndə nəvazişlə başımı sığallayıb qulağıma pıçıldayırdı, – “Bajı” yox, qadan alım, dərsdə “müəllimə” demək lazımdır... – amma yenə də ona “müəllimə” deməyə utanırdım... Necə ki, su içən adamı ilan vurmaz, o sayaq da evdə əlinə kitab alanı bir işə buyurmazdılar. Biri əlibıçaqlı cumsun sənin başını kəsməyə, cəld tərpənib əlinə kitab aldınsa, qurtardı, sənə zaval yoxdu! Daha onun haqqı çatmaz sənə güldən ağır söz desin. Yoxsa, adamı namaz üstdə xırpxalamaq kimi yekə günah olardı! Bu hökmün ədalətinə o qədər sığınmışam ki... Düyəmiz dadanmışdı kolxozun yoncalığına, doymayınca axşam evə gəlməzdi. Bilirdim ki, əvvəl-axır itiyi axtarmaq mənim boynumda qalacaq, amma yenə də dirənirdim. Zeynəbin konserti bitər-bitməz söhbət gəlirdi düyənin üstünə. Xəlvətcə sivişirdim öz otağıma, ayağımı ayağımın üstünə aşırıb rahatca uzanırdım yerimə və “Ədəbiyyat müntəxabatı”nı alırdım qucağıma. Əvvəlcə dədəm gedirdi, sonra növbəylə Hacı, Muxtar, Fətəli. Hamısı əli ətəyindən uzun, düyəsiz qayıdırdı evə. Mal-heyvanın dilindən anlamadıqlarına görə dədəmin yanında ürəyimdən tikan çıxarırdım. Kişi çarəsiz gəlirdi otağıma, – Dərslərini bitirdinsə, gedib düyəni tapardın... – elə mən də bunu gözləyirdim. Dərhal Dostəlini çəkirdim kişinin yanına, dədə sərçə kimi cöjüyürdüm üzünə, – Söz ver ki, sabah məndən dərs soruşmayacaqsan! Yoxsa canavar sürüsü iki saata düyənin tikəsini də qoymaz qala! – kaş bu anda üzümdəki bicliyi görəydiniz...
– Yaxşı, get tap gətir... – başqa əlacı da yox idi. O vədələr düyə məndən çox qiymətliydi, Muxtarın toyunda məni kəsəsi deyildilər ki... Elə bil düyəni öz əlimlə cidarlamışam – gedirdim “Örən”ə, qamışlığın ortasındakı dəj yoncalıqdan düyəni tapıb qatırdım qabağıma. Evə girən kimi dədəm deyirdi, – Gözünüzə işıq verin, fərasət yaşda deyil, başdadır! – fərəhdən az qalırdım ağlayam. Kaş bircə dəfə şəstinə sığışdırıb bağrına basaydı, öpəydi. Öpməzdi!.. Gecənin şəriksiz qəhrəmanı kimi duvarda barmağımla oyduğum dəliyi bir az da eşib genəldir, sonra yuxuya gedərdim... Amma bu zövqü sabah Dostəli burnumdan fitil-fitil gətirirdi! Sinifə keçib oturan kimi jurnalı açırdı, – Abdullayev Rəşid, çıx dərsini danış... – adımın jurnalda birinci olmağına elə acığım gəlirdi ki... Ürəyimdə hayqırırdım ki, – “Bu xəyanətdir!” – suyum süzülə-süzülə çıxırdım yazı taxtasının qarşısına. Ona boylanırdım. Baxmırdı üzümə. Sanki axşam heç bir razılaşma-zad olmayıb. Naəlac başlayırdım yadımda qalanı üdüləməyə:
Padişahi-mülk, dinarü dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
ııı.., ıııı, ııııı......
Dolaşıq val kimi bir az da “ııı”ldayıb yeyəcəyim sillələrə özümü hazırlayırdım, – “Ölmək ölməkdi, ta xırıldamaq nədir!?”. Ağrısını aldığımın da əli elə bil zindandı. Əlqərəz, məsələ dönüb olurdu, – “Nə yemisən? Turşulu şilə!”... Evə qayıdan kimi keçirdim hücuma, – Adam verdiyi sözü tutar! Bir də düyəniz-xötəyiniz itsin, axtarmağa getsəm, heç dədəmin oğlu deyiləm! – evin sonbeşiyi olmaq möhtəşəm təsadüfdür!.. Dədəm burda keçirdi qardaşımın tərəfinə, – Əziyyət çəkib vaxtında mal-heyvanı tövləyə yığeydin, yanağın da qız yanağı kimi belə qızarmıyeydi... – hələ bu azmış kimi dəstə-ittifaq hirsimdən ağlamağıma gülürdülər...
Çoxdandır özümü inandırmışam ki, evimizdə erməni Qurgenin ailəsi yaşayır. “Qurgen kirvə” çağırıram onu. Anası onu mənim otağımda dünyaya gətirib. Qurgen ilk gözünü açanda otağımdakı dünya xəritəsi və kilimi görüb. Mən o evdə cəmi on səkkiz il yaşadım, Qurgen isə iyirmi yeddinci ildir evimizin sahibidir. Heç otağımdakı dünya xəritəsinə də toxunmayıb, amma tiftiklənmiş kilimimi ayaqaltına sərib. Kilimin yerinə ailəvi şəkillərini asıb. Şəkil hin tərəfdəki xar tutun altında çəkilib. Tut ağacımız nə qədər qocalıbmış, İlahi... Qurgenin bir oğlu var, axırıncı otağımızda yatır. Kitabxanamızın yola baxan iki pəncərəsindən birini Qurgen daşla hörüb. Əhənglənmiş fasadda təkpəncərəli kitabxanamız aralıdan mayıf qoca kimi görünür. Erməni də olsa, Qurgen pis adama oxşamır. Deyir ki, ev-eşiyindən nigaran qalma, nə vaxt gəlsən, öz evindir, şəpir-şüpürümü də yığışdırıb gedəcəyəm. Hətta bir dəfə cürətimi toplayıb ona dedim ki, kirvə, gəlirəm, boşalt evimi. Aman Allah, evimiz hikkəsindən necə silkələndi!.. Daş divar dil açıb od püskürdü üstümə, – A biqeyrət, indiyədək hansı cəhənnəmdəydin, nə haqla onu qovursan!? Divarlarımı suvayıb, otaqlarımı əhəngləyib, damın şiferlərini dəyişib, bəs sən neyləmisən bu otuz ildə!? – təəccübdən əlim ağzımda qaldı. Zavallı Qurgen gözlərini döyə-döyə bir evə baxdı, bir mənə...
Aylardır evimi dilə tuturam, yumuşaltmaq istəyirəm, amma alınmır. Deyirəm ki, – Ocağın sonbeşiyiyəm, sən mənə dədə-babamdan qalıbsan, səni sevə-sevə nəvələrimə çatdırmalıyam”. Başa sala bilmirəm ki, bu otuz ilin boşluğu içimdə qabırğama bağlanmış it kimi dayanmadan hürür, içalatımı gəmirir. Göz yaşı çoxdan qurumuş kabus evimiz birucdan üstümə bağırır, – Gəlmə, biqeyrət! Rədd ol burdan, bu ev Qurgenindir! İtini apar başqa yerə bağla! – erməniyə qahmar çıxır... Hardasa, haqlıdır... Dədəm sağ olsaydı, bəlkə də evimiz bu qədər qudurmazdı. Nə də olsa, onu atam min əziyyətlə, alın təriylə tikmişdi. Amma mən? Mənim haqqım çatırmı Qurgenə, – “Çıx burdan, bura mənim evimdir!” deməyə? Nolsun ki, mən evimizi istəyirəm, axı evimiz məni istəmir!..
Oyrəli Dostəli soruşur ki, – Evimizin ən çox nəyini qəribsəmisən? Deyirəm: – Axırıncı otağını, mənə qismət olmayan bəy-gəlin otağını... Doluxsunur. Qurgendən söhbət açıram, deyir, – Kaş evimiz yerlə yeksan olaydı, qurgen-murgen öz murdar nəfəsiylə isitməyəydi evimizin divarlarını...
Dəli şeytan ağlıma pıçıldayanda ki, – “Axı nə var o evdə?! Səhər naxır-axşam axur. Yenə it zülmü çəkmək üçünmü darıxmısan?!” – baxıram, yox.., məni oraya dartan başqa şeydir. Mən o evi təzədən görməliyəm! Mən gəncliyi yaşamadan – uşaqlıqdan birbaş qocalığa adlamışam. Evim mənə gəncliyimi yaşamaq üçün lazımdır. Onun mayıf gözünün içinə baxaraq bütün hirsini-hikkəsini boşaldanadək susub dinləyəcəm. Qoy mənə itin sözünü desin, amma üzünə çırpacağam ki, gündə birinə qucaq açan o da biqeyrətdir! Mən qorxağamsa, o da Qurgenin başına uçmadığı üçün qorxaqdır! Yetər ki, mənə olan nifrətini içindən boşaltsın, qovsun Qurgeni həyətimizdən. Məni sevməsə də, istəməsə də olar, yetər ki, vaxtilə yağış yağanda döşəməsinə qazan-qablama düzməkdən kələyim kəsilən otağımı son dəfə görüm. Ondan sonra daşı daş üstdə qalmasın, uçsun başıma sevimli evim! Onsuz da Allahın daşı çoxdan təpəmizi yarıb, dədəmin hördüyü ən yekə daş düşsə neyləyəcək...
Rəşid Bərgüşadlı
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024