Ermənilər yüzilliklər boyu Osmanlı imperiyasında öz dini etiqad azadlığını qoruyub saxlamış, heç bir ayrı-seçkiliyə məruz qalmamışlar. Onların problemləri Avropanın katolik və protestant missionerlərinin Osmanlıya ayaq açmasından sonra genişlənməyə başlamışdır.
Yezuitlər, kaputsinlər, dominikanlar, fransiskanslar, Müqəddəs Lazar Qospitalyerlər ordeni, karmelitlər, unitaryanslar, yevangelistlər və s. missioner, əslində Osmanlının daxilində Avropanın gizli kəşfiyyat təşkilatları funksiyasını icra etmişlər. Yezuitlər 1534-cü ildə İqnat Loyola tərəfindən Fransada əsası qoyulandan cəmi dörd il sonra 1538-ci ildə Osmanlı imperiyasına fransızların köməyi ilə soxulmağı bacardılar. Həmin dövrdə özünün ən parlaq dövrünü yaşayan Osmanlı imperiyasına nüfuz etmək Yezuitlərin əsas məqsədlərindən biri idi. Bu, Papanın gizli katolik ordusu idi və Osmanlıya qarşı bu dəfə Səlib yürüşünü aşkar yürüşlərlə deyil, müxtəlif dini-missionerlik missiyası altında yaymağa qərar vermişdi. Sonralar Sultan III Əhmədin maarifçiliyə maraq göstərməsi nəticəsində onlar Osmanlı tarixində təxribatlara yol açan fəaliyyətlə məşğul olmağa başladılar. Onların əsas məqsədi imperiya daxilində xristian təbəələrə təsir etməkdən ibarət idi.
1688-ci ildə Yezuitlər ordeni Ərzurum ermənilərinin bir hissəsinə katolikliyi qəbul etdirdilər. 1699-1701-ci illərdə Osmanlıda Fransanın səfiri olmuş Şarl d'Arjantey Markiz de Ferriol İstanbul erməni patriarxı və yerli katolik yepiskopun birləşməsi haqda sənəd imzalayaraq, onu Papaya təqdim etməyi planlaşdırmışdı. Lakin Yezuit ordeninin başçısı Brakone buna mane oldu və aranı qatdı, müqavilə etibarsız sayıldı. Erməni patriarxının cəzalandırmaq üçün sədrəzəm Çorlulu Əli paşaya rüşvət verdiyi iddia olunur. Nəticədə Konstantinopol erməni patriarxı Avetik Yevdokasi Yedikule zindanına atılmış, sonra Tenedos adasına sürgün edilmiş və iki aydan sonra əfv edilmişdir. Daha sonra patriarx fransız səfirin adamları tərəfindən oğurlanaraq 1706-cı ildə Marselə qaçırılmış, oradan XIV Karl və Roma papasının əmrinə əsasən Normandiyadakı Mon Sen-Mişel monastırına, daha sonra isə Bastiliya qalasına həbs edilərək beş il orada dustaq kimi saxlanılmışdır. Göstərişli şəkildə katolikliyi qəbul etdirdikdən sonra o, bir neçə günlüyə azadlığa buraxılmış və ona Parisdəki Müqəddəs Məryəm ana kilsəsində moizəçi olmasına imkan yaradılmışdır. Bir neçə aydan sonra başabəla patriarx vəfat etmişdir. Fransa səfirinin bu gizli əməllərinin üstü açıldıqdan sonra katolikliyi qəbul etmiş Karapet Çömçəoğlu və şair Komitas Vardapet Kömürçüyanın başları vurulmuş, onları katoliklər dərhal əzabkeş elan etmişlər. Bu hadisə bir daha onu göstərir ki, Roma papası və katolik Avropa Osmanlı imperiyasının təbəəsi olan erməniləri öz məqsədləri üçün istifadə etmişlər. Osmanlı imperiyasını parçalamaq üçün onlar imperiyadakı azsaylı xristian əhalisindən öz məqsədləri üçün istifadə etmişlər. Əslində xaraktercə fitnə-fəsada meylli ermənilər özləri də həvəslə bu təşəbbüslərə qoşulmuş, Osmanlı dövlətinə içəridən xain zərbə planlarının vurulmasında böyük dövlətlərin aləti olmaqda canfəşanlıq göstərmişlər. Onlar öz məqsədlərindən asılı olaraq gah avropalı katolik missionerlərlə, səfirlərlə müttəfiq olmuş, gah da onlarla ittifaqı pozaraq aralarında nifaq yaranmışdır.
1831-ci ildə Konstantinopolda erməni katolik icmasının əsası qoyuldu. Yuxarıda qeyd etdiyimiz kimi fransız səfirləri Osmanlıdakı ermənilərə katolikliyi qəbul etdirib sonradan onlardan müxtəlif məqsədlərlə istifadə işində xüsusi fəallıq göstərmişlər. Konstantinopol patriarxlığı ermənilər üçün təkcə dini yox, həm də siyasi-ideoloji mərkəz idi və onun ələ keçirilməsi həm də patriarxlıqda toplanmış böyük sərvətlərə sahib olmaq demək idi. Erməni mənbələrinin yazdığına görə "Amazqyans" təşkilatı məhz Osmanlı imperiyasındakı katolik missionerlərə və Roma Papasına qarşı mübarizə aparmışlar. Osmanlı sarayında yüksək vəzifə tutan katolik Ovsep Vardan Paşa antikatolik istiqamətdə əsərlər yazmağa başlamış, öz adını gizlətmişdir. Ermənilərin Osmanlı ordusunda xidmət etməsi məsələsi uzun müddət müzakirə mövzusu olmuş, lakin sonradan ermənilərin qəzetində belə fikirlər əsasında məsələyə bu tezislə son qoyulmuşdur: "Silah böyük dövlətin əlində (yəni Osmanlının) böyük işlər görməyə qadirdir, kiçik və zavallı əllərdə isə (yəni ermənilərin) o heç bir işə yaramır və təhlükəlidir"! Məhz avropalı missionerlərin fəaliyyəti nəticəsində Osmanlı imperiyasındakı ermənilər katolik və qriqoryan olaraq aralarında gərginlik yaranmışdır. Erməni patriarxları Osmanlı sarayı ilə sıx əlaqələrə malik idilər, istədikləri zaman sultanın hüzuruna çıxmaqla öz erməni icmalarının problemlərini onun diqqətinə çatdıra bilirdilər.
1877-ci ildə sultan Əbdülhəmid Yıldız sarayında Nerses Varjapetyanı qəbul edərək onu Osmaniye ordeninin birinci dərəcəsi ilə təltif etdi. Hər hansı məsələnin müzakirəsi üçün isə Osmanlı sədrəzəmləri patriarxları saraya çağırmayaraq, özləri onların yanına gedirdilər. 1910-cu ildə patriarx İzmirlyanın dəfnində bütün xarici diplomatlar iştirak edirdi. Osmanlı imperiyasında erməni sözünün yerinə qeydiyyat kitablarında qriqoryan sözü yazılırdı. 1908-ci ildə xristian, 1913-cü ildə isə patriarxlıq belə bir fərman aldı ki, ermənilər camaat (icma) statusundan millət statusuna keçirilir. 1914-cü ildə erməni patriarxı Tələt paşa ilə görüşüb ona ermənilərə məclisdə neçə deputat yerinin verilməsini müzakirə etdi, onların problemlərini çatdırdı. Ermənilərə qarşı qanunsuz hərəkətlərə yol verənlər cəzalandırıldı. Erməni yevangelistlərlə işbirliyində olan Amerika və İngiltərə diplomatları Osmanlı sarayında həmin ermənilərin orden alması üçün rüşvət verir, müasir dildə desək onların lobbiçiliyini həyata keçirirdilər. Protestant missionerləri Osmanlı imperiyasına 1819-cu ildə nüfuz etməyə başlayaraq, Amerikanın müstəmləkəçilik siyasətinin həyata keçirilməsində iştirakçı olmuşlar. İstanbul erməni patriarxı Matfey katolik və protestant missionerləri lənətləsə də, gizlində onlarla işbirliyini davam etdirmişdir. Həmin dövrdə artıq Osmanlı imperiyasının günəşi qürub edirdi və güclü Avropa dövlətlərinin missionerlərinə müqavimət göstərməkdə çətinlik çəkirdi. Missionerlər erməni əyalətlərində çoxsaylı məktəblər açaraq və erməniləri ələ alaraq onları öz tərəflərinə çəkməyi bacarmışdılar.
ABŞ-ın Board adlı üç kilsəsinin ittifaq missionerləri xüsusilə fəallıq nümayiş etdirirdilər. Onlar artıq aşkar şəkildə Osmanlı imperiyasının daxili işlərinə müdaxilə edirdilər. Romanın Osmanlı imperiyasında missioner missiyası nəinki katolikliyin təbliğatı, Osmanlının xristian əhalisini nəzarət altına almaq kimi məkrli planlar həyata keçirməklə məşğul idi. Hələ 1650-ci ildə Milanda erməni katolik təşkilatı yaradılmışdı. Onların məqsədi Osmanlı imperiyasının bir neçə yerə parçalanmasında fəal iştirak etmək idi. 1669-cu ildə İstanbuldakı məhəllələrin birində Fransa kralı XIV Lüdoviqin əmrinə əsasən, baş nazir Jan Batist Kolber Gənc linqvistlər və ya erməni məktəbi yaratdı. Məktəbin idarə olunması kaputsinlərə həvalə olunmuşdu, nəzarəti və himayəçiliyi isə Fransanın Osmanlı imperiyasındakı səfiri həyata keçirirdi. 1700-cü ildə Venesiyada Müqəddəs Lazar adasında erməni katolik Mxitaristlər birliyinin əsası qoyuldu, daha sonra Müqəddəs Anton ordeninin tərkibinə daxil oldu. 1700-1720-ci illərdə belə bir məktəb Parisdə açıldı və orada erməni missionerlər hazırlanmağa başladı. Erməniləri bu gün də Avropa ölkələrinin himayə etməsi gördüyümüz kimi yüzilliklər boyu davam edən bir prosesdir və bu gün də həmin missiya davam edir.
Təsadüfi deyil ki, Yezuitlər ordeninin üzvü olan Roma Papası Fransisk 24 apreldə çıxışlarının birində 1915-ci il hadisələrini təhrif edərək, onu "XX əsrin ilk soyqırımı" adlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq məsələsindən danışarkən çıxışlarında tez tez Amerikada yaşayan yevangelistlərin adını çəkir və onları ara qızışdırmaqda ittiham edir. ABŞ-da sayı 50 milyon olan xristian yevangelistlər Bibliya əfsanələrinə əsaslanaraq, İsraili dəstəkləyirlər. Onlar müqəddəs saydıqları kitabı belə təfsir edirlər ki, guya bütün dünya Hanaan torpağının İsrailə verilməsini qəbul etməlidir. Belə olarsa İsa Məsih tezliklə zühur edər və dünyada ədalət bərqərar olar. Yevangelistlər bu mövqelərini Bibliyada Allahın İbrahimlə sövdələşməsi, onun iki oğluna - İsmayıl və İshaqa müxtəlif nemətlər verməsi ilə əsaslandırırlar. Guya Allah İbrahimə və onun ailəsinə sərvətlər bəxş etməyi vəd edərək, İshaqın nəsli olan yəhudilərə Hanaan torpaqlarını - bugünkü İsraili və Dəclə çayına qədər olan əraziləri vəd etmişdir. Gördüyümüz kimi Türkiyənin xristian klubu olan Avropa Birliyinə qəbul edilməməsi, Papanın ermənilərin saxta "soyqırım" iddialarını qəbul etməsi, ABŞ Konqresində uydurma "soyqırım" qətnaməsinin qəbul edilməsi və yəhudi lobbisinin ona dəstək verməsi Türkiyənin İsraillə münasibətlərinin pisləşməsinə cavab, ABŞ-ın Yaxın Şərqdə yeni dünya nizamı yaratmaq istəməsinə Türkiyənin müqavimət göstərməsi, Ermənistanla sərhədləri bağlı saxlamasına görə bu gün də xristianların müsəlman Türkiyəyə qarşı məkrli planlarının davam etdiyini sübut edir.(correkt.az)
Nəzakət Məmmədova
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024