İnsan həyatı boyu çox insanlarla üzləşir, ünsiyyət qurur və ya qurmaq istəmir. Onların içində elə kəslər olur ki, ünsiyyət yaxınlığından şəxsiyyət yaxınlığına keçə bilirsən. Sonradan bu, “dostluq” deyilən və böyük mənası olan münasibətlər müstəvisinə keçə bilir. Möhsüm Qədiroğlu Aslanov ünsiyyətdə olduğu çox insana dost ola bilib. Hətta ondan daha yaxın münasibətlər yarada bilib. İndi Möhsüm Qədiroğlu haqqında “o, mənim əsl dostumdur” deyə bilən insanlar çoxdur! Lakin Möhsüm Qədiroğlunun 50 yaşında ancaq şəxsi münasibətləri ilə məhdudlaşmaq heç doğru deyil. Çünki o, sözün həqiqi mənasında həm də sosial fəallığı olan, mənsub olduğu milləti və vətəndaşı olduğu dövləti üçün çalışan bir şəxsdir! Möhsüm Qədiroğlunun həyatının bu aspekti maraqlı faktlarla zəngindir.
Onun iki təhsili var. BDU-da jurnalist, Taras Şevçenko adına Kiyev Milli Universitetində dövlət qulluqçusu ixtisaslarına yiyələnib. Bu, yalnız statistik fakt deyil, Möhsümün şəxs kimi təkamül xəttidir. Tərcümeyi-halından bir parçadan o xətti aydın görmək olar: “...1994-cü ildən 2002-ci ilədək “Azərbaycan Dövlət Teleradio Verlişləri QSC”-nin xəbərlər redaksiyasında redaktor vəzifəsində fəaliyyət göstərib. 2002-ci ildən 2019-cu ilədək həmin qurumun mərkəzi Kiyev şəhərində olmaqla Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Ukraynada Ukrayna Azərbaycanlıları Konqresinin, Belarus Respublikasında Belarus Azərbaycan İcmaları Konqresinin, Moldova Respublikasında Moldova Azərbaycanlıları Konqresinin qurulmasında və formalaşmasında, o cümlədən sözü gedən ölkələrdə Azərbaycan Gənclər Birliyinin yaradılmasında yaxından iştirak edib. Azərbaycan həqiqətlərinin Ukrayna və Şərqi Avropa ölkələrinin İctimaiyyətinə çatdırılmasında səmərəli fəaliyyət göstərib. 2003-cü ildən başlayaraq “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin, BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının əsas təşkilatçılarından biri olub”.
Bu parçadakı faktlarda Möhsüm Qədiroğlunun peşəsi ilə milli kimliyini və vətəndaşlığını maksimum dərəcədə bir-biri ilə əlaqəlindirən vətənsevər olduğu aydın görünür. Jurnalist kimi AZTV-yə işlədiyi sahə üzrə çevik və maraqlı infomasiyalar hazırlamaq onun fəaliyyətinin yalnız bir fraqmentidir. Bu informasiyaların hər birində Azərbaycan dövləti və cəmiyyəti üçün əhəmiyyəti, qiyməti və dəyəri olan məqamların ifadə edilməsinə xüsusi önəm verib. Həmin informasiyalarda ulu öndər Heydər Əliyevin siyasi liderliyi, dövlət quruculuğunun uğurları, Prezident İlham Əliyevin dövlət başçısı kimi həyata keçirdiyi uğurlu siyasətin məziyyətləri başlıca yer tuturdu. Möhsüm Qədiroğlu bunu Vətən sevgisi və millət təəssübkeşliyi ilə edib və indi də etməkdədir. Yuxarıdakı parçada onun Ukrayna, Belorus və Moldovada yaşayan zərbaycanlıların təşkilatlanmasında çox fəal rol oynadığı yer alıb. Möhsüm Qədiroğlu həmişə bu istiqamətdə fəaliyyətdən danışanda ulu öndəri nümunə kimi göstərir və qürur duyduğunu açıq deyir.
O, Heydər Əliyevin böyük lider ustalığı və güclü məntiqlə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması zərurətini insanlara izah etdiyindən fəxarətlə bəhs edir. Möhsüm yalnız sözdə “Prezidentin əsgəri” olduğunu deməyib, o, əməlində bunu sübut edib. Sübutmu? Buyurun, tərcümeyi-halından növbəti parça: “Ukrayna və Şərqi Avropa ölkələrində fəaliyyət göstərdiyi illərdə onun ssenarisi əsasında Ukraynada və Moldovada “Heydər Əliyev İki Əsrin Fenomeni” sənədli filmləri (1-ci və 2-ci hissə), Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev İnsanlığa Bağışlanan Ömür”, “Oddan Doğulan Xalq”, “Azərbaycan - Minilliklərin tarixinə yeddi günlük səyahət”, “Qarabağ tarixin burulğanında” və bir sıra sənədli filmlər çəkilərək Azərbaycan, Ukrayna və Moldovanın dövlət televiziyalarında efirə verilib”.
Bəli, həmin filmlərin hansı zəhmət bahasına hazırlandığının şahidiyik. M.Qədiroğlunun bu fəaliyyəti erməniləri çox qıcıqlandırmışdı. Hətta onun ssenarisi ilə çıkilmiş “Qarabağ Tarixin Burulğanında” filmi Ukraynanın Dövlət Televiziyasında efirə getdikdən sonra Ermənistan Xarici İşlər Nazirliyi Ukrayna dövlətinə rəsmi etiraz notası göndərmişdi. Üstəlik, bu azərbaycanlı jurnalist-vətənsevər Xocalı soyqrımının və Qarabağ həqiqətlərinin aktiv şəkildə Şərqi Avropada yayılmasında və Ermənistan səfirliyi önündə etiraz aksiyalarının əsas təşkilatçılarından biri olduğu üçün təzyiq hədəfinə çevrilmişdi. Xocalıda ermənilərin törətdikləri vəhşiliklərin açıq şəkildə və obyektiv olaraq dünya ictimaiyyətinə çatdırılması informasiya savaşında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu həm Ermənistanın aqressiv və antihumansit siyasətinin beynəlxalq aləmdə bilinməsi, həm də Azərbaycanın ədalətli mövqeyinin dünya tərəfindən qəbul edilməsi üçün Prezidentin qarşıya qoyduğu vəzifələrdən biridir. Uzun illərdir ki, rəsmi İrəvanın və erməni diasporunun iştirakı ilə dünyanın müxtəlif ölkələrində “erməni soyqırımı” təbliğatı aparılır. Bunun nəticəsində dünya ictimaiyyəti sanki Türkiyə və Azərbaycan tərəfinin səsinə laqeydlik göstərirlər. Buna görə də Prezident İlham Əliyevin informasiya hücumunu önə sürməsi çox əhəmiyyətli bir addım idi. Möhsüm Qədiroğlu peşəsi və tutduğu vəzifə imkanları daxilində bu istiqamətdə əlindən gələni əsirgəməyib. Bu baxımdan Xocalı soyqrımı ilə bağlı Şərqi Avropa ölkələrində tədbirlərin və etiraz aksiyalarının təşkil edilməsi və bir sıra filmlərin çəkilməsi, stendlərin hazırlanması, azərbaycanlı gənclərlə təbliğat işlərinin aparılması bunun konkret nümunəsidir.
Əlbəttə, Xocalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasının rəsmi İrəvan üçün nə dərəcədə zərbə olduğunu ermənilər bilirlər. Bu səbəbdən də hər yerdə və bütün səviyyələrdə buna maneçilik etməyə çalışırlar.
Eyni zamanda, yuxarıda vurğulanan layihələr Ukrayna, Belorus, Moldova və Azərbaycan arasındakı tarixi-mədəni əlaqələrin inkişaf etdirilməsində, informasiya mübadiləsinin daha da güclənməsində müsbət rol oynadı. Təsadüfi deyil ki, Möhsüm Aslanov (Qədiroğlu) bu filmlərinə görə Ukraynanın “Qızıl Pero”, Moldova Respublikasının “Dostluq Medalı”, Belarus Jurnalistlər İttifaqının “Fəxri Diplomu”-na və Azərbaycanda “Qızıl Qələm” mükafatlarına layiq görülüb”. Biz türklərin yaxşı bir deyimi var: “bütün bunları Möhsüm öz gücü ilə alıb”! Hazırda Azərbaycan və Ukraynanın Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Möhsüm Qədiroğlu Respublika qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi mübiri kimi eyni qərarlılıq, zəhmət və qətiyyətlə fəaliyyətini davam etdirir.
Əlbəttə, hər insanın öz həyat tarixçəsi vardır. Yolu adam özü seçir. Seçimin doğru olub-olmadığını isə ancaq həyat göstərir. Lakin bir insan yalnız özünü, ailəsini və yaxınlarını deyil, millətini və vətəndaşı olduğu dövləti də ömür yolunun sevdası kimi “özü”ndə daşıyırsa, onun qiymətini tarx verir. Yük ağırdır, təbii. Hər çiyin ona dözməz, hər ürək o ritmdə döyünməz. Xüsusilə, fürsətçilərin, karyeristlərin və ən əsası isə xarici düşmənin heç bir mübarizə meyarı gözləmədiyi bir dövrdə o yükü daşımaq heç asan deyil və hətta məcarasız ötüşmür! Bütün bunlara rəğmən Möhsüm Aslanov iradəsindən dönməyərək “Prezidentin əsgəri” olmaqdan qürur duyur!
Onu deməliyik ki, bizim Möhsümü təntənəli şəkildə təqdim etmək fikrimiz qətiyyən yoxdur. Məsələyə müasir tarixi mərhələdə azərbaycanlı jurnalistin şəxsi və ictimai maraqları uyğunlaşdırması, milli təəssübkeşliklə vətənsevərliyi və vətəndaşlığı birləşdirə bilməsinin sosial-psixoloji məna yükü prizmasında baxmağın faydası vardır. İndi bizim cəmiyyət üçün dövlətçilik şüuru o qədər aktual olub ki, hər bir vətəndaşın buna münasibəti əhəmiyyətlidir. Vətənsevərlikdən və dövlətçilikdən danışanda istənilən sahədə və istənilən vəzifədə iş başında olanların fəaliyyətinin əhəmiyyətini anlamaq gərəkdir. Bu bağlılıqda M.Qədiroğlu peşə fəaliyyətində milli mövqeyi ilə vətəndaşlığına nə dərəcədə yüksək qiymət verdiyini təsdiq edib. Bu yolda ona yeni uğurlar arzu edirik!
Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru.
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024