Yenə bu gün Atalay Mənzərin yarasına toxunmuşdu. Atalay auditoriyanın ən romantik gənci idi. Dərsdə bütün pr və tanıtım metodlarını özünün acizanə məhəbbətinə uyğunlaşdırmağa çalışırdı. Mənzər hər nə qədər sərt xarakterli müəllimə olsa da, Atalayın 15 illik eşqinə qeyri-iradi sayğı duyurdu. Atalay da hocanın bu toleransından gənclik şıltaqlığı ilə istifadə edirdi. Əlgərəz, son günlər Mənzər onsuz da yaxınlaşmaqda olan o qaysaqlı tarixin həyəcanı içindəydi. Atalay da, - hocam, tanıtım örneğini müşteriye ek bilgi bazlı belge türü gibi sunarken kendine eminlik tripi yapmak tüm firmalarda aynı etki gösterirmi? – sorusunun ardınca yani Elife aşkımı sunarken hem de o olmadan da olur gibimi gösteriş sergilemem lazım?- deməyi Mənzərə toxundu. Dərs bitmişdi artıq. Mənzər qısa izahatla dərsi yekunlaşdırıb, auditoriya ilə sağollaşdı. Universitetin pilləkənlərini enərkən - Sariçka (əslində Sara idi adı ) bu gün işim çoxdur. Bilirsən sabah kitabımın təqdimatıdır. Özümü manipulə etməliyəm. Həm də konfransa hazırlaşmalıyam. Prənsesim sabah Londondan gələcək, onun üçün də hazırlıq görməliyəm. Axı o, çox həssasdır. Mütləq hiss etməlidir, görməlidir onun gəlişini necə dörd gözlə gözlədiyimizi. Həm də bu gün… Nəysə sabah danışarıq- deyə hövlnak telefonu qapatdı.
Qolundakı qərinələnmiş yadigar saatına baxdı. 17:43 idi. O məşum an! Hər il üzlü qonaq kimi o tarix və saatın il yarası açmış göynərtisi Mənzərin ömrünə balta vururdu. Gün dönmüşdü artıq, hava sozalırdı. Mənzərin içində elə poyraz yellər əsirdi ki, havanın fərqinə varmırdı. Barbaros bulvarı ilə üzü küçə aşağı xatirələri yelləyə-yelləyə yeridi. “15 il necə keçdi- ceyranın su içişi kimi. Amma səsi 15 desibel belə uzaqlaşmayıb qulağımdan. İlk səsini duyduğumda keçirdiyim həyacan hələ içimdə eyni ocaqla qalanır. Nə akademi təhsil, nə qatıldığım beynəlxalq elmi konfranslar, nə yazdığım tədqiqat işləri, nə də nüsxələnmiş kitablarım - heç biri lalıxlamış xatirələrimə çarə olmadı. Axı necə ola bilər ki, birinin eyni zaman dilimində varlığı və yoxluğu başqasının ürəyində pərçim düyün olsun?! Gəldin günüm gün olmadı, getdin də yerin dolmadı- gedişindən bir neçə ay sonra yazdığım bu misralar hələ də qüvvədədir. Deməli bir etalon sevmək – vaksini tapılmayan bir epidemiyaya yoluxmaq deməkdir. İnsan ayağını yorğanına görə uzatmalıdır, hətta sevərkən belə. Bu ürəkdir, ipəyi də sevər, köpəyi də tezisi ilə sevda yolçuluğuna çıxılmazmış, ay Mənzər?! Ömrünü hicaz çölünə döndərdim bir eşqin burulğanında. İndi tələbələrinə - çəkinizdən ağır birini sevməyin, ayrılığın vəbalı taleyinizi qan çanağına döndərər yoxsa - deyə tənbehləməklə özünə təskinlik vermək bihudə illəri pərdələmir! Ah…. (illərin soyuq məngənəsində ah bir zənguləyə dönür peşimanlığı ilə sarmaşıq yaşayanlara) …
Hava tamam qaraldı. Mən dənizin burnunun dibindəydim. Birdən qulağım çınladı ; - “Həyatım, yadındamı səninlə barbaros bulvarında görüşümüz?- xəyalın ağrısıyla nə qədər qıvrılar adam axı?! Gəl, gəl, gəl səhmana sal dağıtdığın taleyimin düzənini. Burnumun cılız yaddaşında can yeleyi kimi mühafizə etdiyim qoxunu illərə yavanlıq etməkdən yoruldum. Dodağının kənarıyla yanağının sərhədini qibləğah bildim hər gün namaza durdum orda bəlkə gələrsən deyə. Piltəsi quruyan çıra kimi ümidlərim də öləziyir artıq.
Gedən mütləq dönər getdiyinə, şayət gedərkən içində bir şeylər aparıbsa. Necə ki qatil cinayət yerinə mütləq baş çəkər yenidən, əgər ortada cinayət əməli varsa. – ruhumun ən sısqa yerinə bir səs sığal çəkdi bu səs sanki.
Axşamınız xeyir. Bağışlayın hüzurunuzu pozdum deyəsən - skamyada oturan adama səsləndim yaxınlaşaraq.
Əstəğfrullah! Dərdi ağzından daşana dağ da, daş da, lap elə dəniz də dərdimənddir. Sizin ününüzə Allah daha yaxşı səs verər. Bəlkə gözünə qatıb məni də eşidər. – deyə tərzini pozmadan gözü əlindəki kitabı oxumaqda olan adam mənə də qayğıyla cavab verdi.
Yaradan mənim səsimi eşitsəydi illərin yesiri olmazdım hüzurunda. Dilə asan illərimi bada verdim o göz işlədikcə uzanan Barbarosla Dolmabaxça küçələri arasında. Ağlımla ürəyimin savaş meydanı oldu bu Yıldız parkı. Neçə büküm göz yaşlarıma şahid olmuşdur bu midyeci. Zincirliquyu ilə Beşiktaşın arası ömrümün bihudə astanası oldu onsuzluğu dürtmələyə - dürtmələyə gəzdiyim. Hər dəfə Barbarosun qoxusunu Onun nəfəsinin burnumda qalan qırıntısına yabanlıq edərək tütyə kimi içimə çəkməkdən yoruldum. Hər sözüm, hər istəyim, hətta hər misram, hər hekayəm dodağı bar bağlamış gəlin kimi Onsuzluğun sancısını çəkir. Alnıma qadın simalı müharibə yazmağa gəlmişdi sanki. Özü getdi, kölgəsi əsgər şineli kimi sarılıb mənə. Axı bir kişi getmək üçün gəlməz bir qadının həyatına, bir qadın da qalmaq üçün qalmaz bir kişinin həyatında. Bu qanunauyğunluğu pozdu O. Çünki qanunlar zənginlər üçün deyil. Halbuki O Mogikan idi. Kişiliyi ilə, varlığı ilə, hər sözü-söhbəti, hər əməli ilə fenomen idi.
Xanıməfəndi, yeri dolmayan insan yoxdur adətən. Görünən o ki, siz onun yerini könlünüzdə qala divarları ilə mühafizə etmisiniz. – deyə adam müdaxilə etdi.
Adətim üzrə mən yenə ona toz qondurmadım; İndiki zamanda elə kişilər muzeylərdə eksponat kimi qorunan səhəng misalı təkəmseyrəkdir. Gecə kimi sakit, amma vahiməli idi, gündüz kimi işıqlı, həm də dopdolu idi həyat, qadın eşqiylə. Dediyini edən, elədiyini deməyən şəxsiyyət idi. İndiki modabaz kişilər elə bilirlər, dar geyinəndə xanımlara xoş gəlir, O klassik üslubu geyimində ağayana biçimdə daşıyırdı. İndi bəylər elə bilir qadın qarşısında ayaqlarını 180 dərəcəli bucaq kimi açanda, qollarını dizinə qədər uzadıb çənəsini qabağa verib, sigareti barmağında təsbeh əvəzi fırladanda bərkgedən kişiyə oxşayır və qadın da bunu “ağ adam” hesab edir. Halbuki Onun siqaret alışdırarkən çaxmağının səsi gəlməzdi, onu necə sümürdüyünü görməzdim. Aristokrat kişi biçimi vardı. İndi cibi 5-10 min pul tanıyan kimi kişilər özünü tapılmaz hind qumaşı zənn edirlər. Hansı ki, O süfrədə hər kəsə özü xidmət edərdi. Sevdiyi insanlara qarşı ən xırda detalı da unutmazdı, minlərlə işi olmasına rəğmən. Qayğısı, yükü çəkisindən qat-qat ağır idi. Mənə dağ-düyün olan odur ki, O işində də, insanlığında da gerçək bir general idi. Bircə mənə gələndə döndü canalan oldu. Öncə qadın olmağı öyrətdi mənə, sonra da qadınlıq qürurumu bombardman elədi. Gəl gör ki, heç alnımın şaxtalı, boranlı yazısında da qabar bağlamadı ona olan hisslərim. Hər kəsin eşqi mənəviyyatı qədərmiş, mənimki də bu qədərdir!..
Canalanınız kimdir bilmirəm, amma o dünyada vəbalı ağır olacağı qətidir. Əlimdən gəlsə, istərdim kömək edəm. Çünki bir axşam çağı üstü-başı elm qoxan bir xanımın dili min məzarlıq nalə çəkir özü də yabancı eynəkli birinə qarşı. Dərd adamı danışdırır - bu mənada sizi anlayıram. Mən yaxınlıqda yaşayıram. Haçansa dərdmənd axtarsanız sizi tanımayan və sözünüzü kimsəyə deməyəcək məni axtara bilərsiz deyib vizit kartını uzatdı. Mən kartı alıb illərimin Ondan qalan pansionat yadigarı çantama qoydum. Əlimdəki içində bu gün dərc olunan məqaləm olan qəzeti ona- bəyəfəndiyə verib məni burdakı – “teatrallaşmış evliliklər siyasi PR predmeti kimi” başlıqlı yazıdan tanıya bilərsiz dedim.
İti addımlarla oradan uzaqlaşdım. İllər sonra bu adam kim idi mən onunla mirvari duygularımı paylaşdım deyə düşünərək o duyğu selinin təsiri altında evə necə çatdığımı bilməmişəm. Sabah Universitetdə dərsim yox idi. Amma qəzetdə iclasımız vardı. Konfransa məqaləni də yazıb bitirməliydim. Günün ikinci yarısı da kitabımın təqdimatı idi. Üstəlik də, ilk bala növrağım Mahidevranım Londondan kursdan gəlirdi anasının təqdimatına çata bilsin deyə onu da qarşılamalıydıq. Əlaçı olduğu üçün dövlət tərəfindən 6 aylıq beynəlxalq dil kollecinə təhsil haqqı qazanmışdı. Mahidevran Onda həsəd çəkdiklərimin gerçəkləşmiş bəhəridir mənə.
Yenə təqvimdən bir gün ötüşdü yoxluğunu var deyə varlığıma toxuduğum. Və yenə də ölmədim. Yaşamaq daha böyük məsuliyyətmiş, İlahi. Bəlkə də hardasa bir yerdə izləyir məni. İtirdiyi qadının aliliyi ilə qürur duyğusunu yaşatmaq yaraşar müdrik sevdalılara. Onun alim qiyafəli əsəriyəm mən axı!
Beləcə, duyğularımın aqoniyasına dalaraq divanda sabahlamışam. Sabah oyanıb adətim üzrə televizoru açdım. Sonra hazırlanıb masaya keçdim. Yenicə çay içirdim birdən efirdə aparıcının - hörmətli tamaşaçılar, elə bu dəqiqələrdə aldığımız üzücü bir xəbərə görə eks general Yalçın Talıbzadə bu gecə İstanbul Beşiktaşda yaşadığı evdə ürək tutmasından vəfat etmişdir. Onun son bir neçə həftə öncə kanalımıza verdiyi müsahibəni sizə olduğu kimi xəbərlər proqramından sonra əməkdaşlarımız təqdim edəcək. Yaxınlarına dərin hüznlə başsağlığı verib, mərhum generala Allahdan rəhmət diləyirik – deməsi ilə dünya başıma ələndi. Sırf onun nəfəsi var deyə yaşadığım bu qürbət şəhərdə onsuzluğu düşünmək ölümü də sıfırladı gözümdə. Eşqin onsuz halı ölüb də məzarsız qalmaq kimidir. Yox! Yox! Sən mənim ömürlüyümsən- yalan xəbərdir. Telefonu götürüb kanaldakı redaktor tanışıma zəng etdim.
“Bəli, Mənzər xanım. Əfsus ki, xəbər doğrudur. Ən son axşam Barbarosu, Dolmabaxçanı gəzib gecə yarısına qədər. Evə gedəndən sonra yazı masasının arxasındaca keçinib. Önündə bir qəzet, barmağında qələm varmış son anda”- bu sözlər içimi ürpətdi. Axşamkı adamı xatırlamağa çalışdım. Amma üzünə baxmamışdım deyə yaddaşımı toplaya bilmədim. Vizitkart ağlıma gəldi. Qaçdım çantaya tərəf. Nə qədər qarderoba baxdımsa çanta yox idi. Xəyal-məyal xatırladım. Evin yaxınlığında bir qızcığaz – nə olar xala bu çantanı mənə ver deyə yalvardı. Mən də verdim.
Təqdimata az qalırdı. Mən ölümün diri üzünü ikinci dəfə yaşayırdım. Bəlkələr, kaşkilər didib-parçalayırdı can möhnətimi. Evdən necə çıxdığımı bilmədim. Qapıda məni qızcığaz gözləyirmiş – xala çantaya görə çox sağ ol, amma içində bunlar vardı deyə- ovcundakıları göstərdi. – vizitkart və ayrılığın ilk səhərində mənə özəl olaraq hədiyyə etdiyi parfümdən düşən çiçək. İlk və son yadigarlarımı aldım. Həmən vizitkarta baxdım vəəəəə…..
Təqdimat ancaq 2 ay sonra baş tutdu.
Artıq heç nə əvvəlki kimi deyildi. Hətta ayrılığın yubileylərində də yoxluğunu var kimi hiss etdirən ümid qəhətə çıxmışdı. Sən demə, ölüm ümidlərin də əzrayılı imiş. Ömürlə ölüm arasındaki ən dərin aqoniyam bu oldu. Sonrası bir topa ağaran saç, sonsuz sükut və kəpənəyin göz yaşları…
Təqdimatda redaktor tanışım məni görcək sanki sözü yarım qalıbmış kimi davam etdi sözünə: Mənzər hocam, bildiniz də, heyf generaldan. Ən çox da mənə qəribə gələn ölümündən sonra tapılan qeyd dəftərindəki son yazısıdır.; “Sən mənim ürəyimin kəpənək sığalı idin!” deyə qeyd edibmiş. Görəsən kimə yazıbmış ? İki aydır araşdırma gedir. Hamını bu sual maraqlandırır? Niyəsə sövqi-təbi, yoxsa ixtisasım gərəyimi bilmədim- bu fikirdə siyasi nota olmadığı üçün araşdırma əhəmiyyətsizdir- sərt və qəti bir cavab verdim. O gün də günüm gün olmadı, ondan sonra da…
Rübabə SAHİB
Yazıçı-publisist, AYB nin üzvü, Prezident təqaüdçüsü.
Goyce.az
Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024