Sosiologiya elminə görə, fərdlər dünyaya gələndə heç bir sosial status daşımazlar. Yəni sosial duyğu və düşüncələrindən heç birini özləri ilə gətirməzlər dünyaya. Məsələn, dil, din, əxlaq, estetika, siyasət, hüquq, iqtisadiyyat sahəsinə aid heç bir duyğu və düşüncə fərdlərlə birlikdə doğulmaz. Hamısı sonradan, tərbiyə yolu ilə cəmiyyətdən alınır. Bunları uşaqkən hansı cəmiyyətdən götürmüşüksə, daima həmin cəmiyyətdə yaşamaq istəyirik.
(Ziya Gokalp)
Bu gün yaşadığımız cəmiyyətdə həm maddi, həm də mənəvi çətinliklərlə kifayət qədər qarşılaşırıq. Hər gün eşitdiyimiz xəbərlər, sanki qəddarlıq yarışmasında birincilik uğrunda mübarizə getdiyi təəssüratı yaradır. Bir-birindən qorxunc, əsassız cinayətlər gündəlik həyatımızın bir hissəsinə çevrilib. Buna yol açan səbəblər hansılardır? Getdikcə dərinləşən mənəviyyatsızlıq, cəmiyyəti bürüyən etinasızlıq robotlaşan və manqurtlaşan insan tərəfindən artıq normal qarşılanır. Çünki bir manqurtun mənəvi dünyası yoxdur. Manqurt üçün kök də yoxdur, özgə və özününkü də yoxdur, sadəcə özü var. Mənəvi dəyərlərə önəm verməyən, öz kiçik məqsədləri üçün yaşayan bir tip. Üstəlik bu tiplər yaşadıqları həyat tərzini daha doğru sayıb başqa türlü düşünənləri bəyənmirlər.
Halbuki gedən proseslər böyük zaman kəsiyində baş verənlərin məntiqi nəticəsidir. Fikrimcə, tariximizi doğru bilsək, problemlərimizin çoxu öz-özünə çözülər. Bəzən düşünürəm ki, niyə indiki gənclik tariximizə, milli kimliyimizə ironiya ilə baxır? Gəldiyim nəticə budur ki, onlar belə yetişdirilirlər. Tariximizi bilsələr, düşünsələr, beyinlərində olan yanlış bilgiləri silsələr, doğru yol tapacaqlar.
Türkün tarixini bilmək hələ pafosla “dünyanı fəth etmişik, 16 imperatorluq yaratmışıq” və sair bu kimi fikirlər deməklə bitmir. Türkün kimliyi bildiyimiz savaşçı obrazı ilə də tamamlanmır.
Türk kimdir?
Türk həqiqətən savaşçı olub, nəhəng əraziləri istila edib, xalqları öz hökmranlığı altına alıb. Lakin heç vaxt maddi və mənəvi dəyəri olan heç nəyə toxunmayıb, dağıtmayıb. Bütün xalqlara, onların dini etiqadlarına hörmətlə yanaşıb. V əsrdə Xəzər xaqanlığını yaratmış türklər orta əsrlərdə tolerant bir dövlət qurublar. Rus tarixçisi M. Artamonov qeyd edir ki, Xəzər imperatorluğunda hətta qulların belə hüququ tapdanmırdı. L.Qumilyov da eyni sözləri göytürklər haqqında yazırdı, İstemi xanı məharətli və bacarıqlı bir siyasi xadim kimi təqdim edirdi, onun istila etdiyi xalqlarla gözəl davrandığını deyirdi. Matriarxatın uzun sürdüyü türk cəmiyyətində qadına münasibət bütün xalqlara örnək olacaq səviyyədə idi. Lakin türklər islamı qəbul edəndən sonra qadının cəmiyyətdəki yeri dəyişdi. Böyük ideoloq, türkçülüyün atası Əhməd bəy Ağaoğlunun da fikrincə, islamın ən qüsurlu tərəflərindən biri qadına münasibətdir. Türkün qadına münasibəti və islamın qadına münasibətindəki fərqi Ağaoğlu bu cür açıqlayırdı: "Boğucu hərəm havası içində keçən tənbəl və sırf heyvani bir həyat qadının fiziki inkişafına imkan vermədiyindən irqin fiziki çöküşünə də yol açmaqdadır". Fiziki çöküş mütləq mənəvi çöküşə də yol açır. Bu proses dünyaya baxışımızda və əxlaqımızda ciddi çatlar əmələ gətirdi. Uzun əsrlər təhsildən, sevməkdən, hətta rahat nəfəs almaqdan (örtüksüz) mərhum edilən türk qadınının verdiyi tərbiyədə də qüsurlar olmalı idi. Acınacaqlıdır ki, XX əsrdə öz hüququnu bərpa edən türk qadınlarının əksəriyyəti (Türkiyə Cumhuriyyətinin vətəndaşları istisnadır) sovet ideologiyasına tuş gəldilər.
Qeyd etdiyimiz kimi, qədim türk cəmiyyətində qadına münasibət ən üst səviyyədə olub. Belə ki, başqa xalqlar təzə doğulan qızları diri-diri basdıranda türklər qızın doğulmağını bayram eləyirdilər.
Türk tarixi haqqında yazan bütün müəlliflər qeyd edir ki, türk cəmiyyətində qızlar sevib- seçib sonra evlənirdilər. Bu faktların hamısı Kitabi -Dədə Qorqudda da müəyyən qədər öz əksini tapıb. Hətta islama qədərki və islamın ilk gəldiyi illərdə öz yaxın qohumu, xüsusən də, ata qohumu ilə evlənmək yasaq idi və ölümlə cəzalandırılırdı.
Bunu ərəb səyahətçisi İbn Fadlan da oğuzlar haqqındakı qeydlərində yazıb. Müasir tibb də sübut edir ki, yaxın qohumların evlənməyi, xüsusən də ata xətti ilə yaxın qohumların evliliyi sağlam nəslin yetişməsi üçün təhlükədir. Bu gün "qırağa çıxmayım, özümünkünü alım" prinsipi ilə yaşayan azərbaycanlılar fiziki məhdudiyyətli uşaqların bu qədər çox doğulmağına təəccüblənirlər. Halbuki öz qədim adətlərini bilsəydilər, qədim türklər kimi sağlam olardılar.
Amma qüsur təkcə fiziki tərəfimizdə deyil. Dünyagörüşümüzdə də ciddi nöqsanlar var. Dünyaya tanrının yaratdığı yer kimi baxan türklər burda yaşayan xalqları dininə və cinsinə görə bölməyi ağıllarına belə gətirmirdilər.
Bəli, türkün üstün tərəfi savaşçı olması deyildi. Onun üstün tərəfi dövlət idarəçiliyində, cəmiyyətdə dinindən, cinsindən, hətta sosial statusundan asılı olmayaraq hər kəsin haqqını tanıması idi.
Lakin bütün bunlar çox az öyrənilir və az təbliğ edilir. Baxmayaraq ki, türklərin bir etnos kimi yaşı min illiklərə söykənir, türkçülük bir elm kimi XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmağa başlayıb. Əsası Ziya Gökalp, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçura və başqaları tərəfindən qoyulub. Sonralar bu xətt yalnız Türkiyə dövlətində davam etdirilib. Digər Türk dövlətləri isə sovet işğalı altında olduğuna görə proses yarımçıq qalıb.
Ancaq bizim ən ciddi problemlərimizdən biri o oldu ki, iki böyük türk dövlətində millət termininə düzgün tərif verilmədi. Türkiyədə yaşayan bütün xalqlar ümumi olaraq türk, Azərbaycanda isə azərbaycanlı adlandırıldı. Faciə ondaydı ki, əsli türk olmayan xalqlar özlərinin milli kimlik məsələsində türklərdən bir addım öndə idilər. Onlar həmişə özlərini türklərdən fərqləndirir və əsl adlarını qoruyub saxlayırdılar.
Bəs əsrin əvvəlində qurulmuş iki böyük türk dövlətində yaranan milli ideoloji problemlərin kökündə nə dururdu? İlk öncə Türkiyə Cumhuriyyətindən başlayaq.
Osmanlı imperiyasının yerində çiçəklənən Türkiyə Cumhuriyyətində türkçülük siyasi məfkurə kimi sərbəst idi və onun ideoloqları da geniş imkana malik idilər. Buna baxmayaraq, Türkiyədəki türkçülüyü sağlam adlandırmaq çətindi. O, tam mənası ilə Ziya Gökalp və Əli bəy Hüseynzadənin tezislərinə söykənməyən məfkurədir. Bunun da öz kökləri var. İş ondadır ki, Osmanlı imperiyasında ümmət millətdən üstün tutulurdu. Müsəlman olan hər kəs ümmət idi və bu ümmətin içində türk kimliyi əriyib gedirdi, hər kəs özünü osmanlı sayırdı. Yusuf Akçura yazırdı ki, "Osmanlının sosial həyatında millət məsələsi lazımi səviyyədə təhlil edilib aydınlaşdırılmamış, millət kəlməsinə açıq bir məna verilməmişdi." Ona görə də cumhuriyyət qurulandan sonra əvvəllər özünə osmanlı deyən hər kəs indi də avtomatik türkəm dedi. Beləliklə də bu qarışıq toplum Türk adlandırıldı. Fərqlənənlər yalnız Türkiyə Cumhuriyyətinin xristian vətəndaşları idi. Məhz, bu səbəbdən də Türkiyədə türkçülük islam dəyərləri üzərində inkişaf etdi. Ona görə də bu günkü türk miliyyətçilərini təmsil edən MHP-nin mənzərəsi islamçı AKP-dən ciddi fərqlənmir.
Azərbaycanda isə türkçülük ideologiyasına tapınanlar bunu çox dar və məhdud çərçivədə bəyan edə bilirdilər. Amma bütün hallarda onların yolu daha sağlam və daha düzgün idi. Sovet işğalı Azərbaycanda türkçülük ideologiyasını və məfkurəsini daha amansız şəkildə məhv etdi. Bir xalqa qarşı soyqırım etmək üçün milyonları öldürməyə gərək yoxdur, onun düşünən beynini məhv etmək yetərlidir. Əhməd Cavad və Hüseyn Cavid kimi ideoloqlar repressiya qurbanı oldular. Türkçülük siyasi məfkurə kimi rəsmən kommunizm rejiminin düşməni elan edildi. Üstəgəl, 37-nin repressiyaları ölkədə olan bütün türkçü ideoloqları bir-bir dənlədi.
Böyük, savadsız kütlə iyrənc bir ideologiyanın altında "savadlandırılmağa" başlandı. Milli məfkurənin ideoloqları - Ziya Gökalp, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspirali, Yusif Akçuranın əsərlərindən xəbərsiz olan bu insanlar milli kimliklərini itirdilər. Müsəlman qövmü, ümmət kimi anlayışların yerinə bu dəfə də kommunist və sovet insanı anlayışı gəldi. Əsarəti və cəhaləti rədd edən sovet ideologiyası manqurtlaşmış ziyalı obrazı yaratmağa başladı. Təkcə dini yox, milli adətlərə də qadağalar qoyulurdu. Bizə göstərilən örnək artıq ərəblər və farslar yox, "böyük rus xalqı" idi.
«Biz niyə indi beləyik?» sualı bu günün yox, uzun illər məruz qaldığımız amneziyanın nəticəsidir. Milli kimlik məsələsindəki boşluq sovetlər dağılandan sonra özünü daha çox büruzə verdi. Xalq hərəkatının cəmiyyətdəki rolu azaldıqca yeni islamçılar boş qalan meydanda at oynatmağa başladılar. Və biz yenidən qayıtdıq cəhalət iyi gələn ümmət məsələsinə. Lakin cəmiyyətin problemi tək islamda və ya qeyri dinlərdə deyil. Nə zamana kimi milli məfkurə xalqın ziyalıları tərəfindən cəmiyyətə lazım olan səviyyədə çatdırılmayacaq, təbliğ edilməyəcək, bu kimi neqativ hallar davam edəcək. Gah xristian missionerləri meydanda at oynadacaq, gah sünni-şiə qarşıdurması baş alıb gedəcək, gah da havadan kommunizm qoxusu gələcək. Və bütün bu mənfi halların nəticəsi kimi biz qarşımızda öz milli kimliyinə ironiya ilə baxan, irreal "dünyəvi, bəşəri" ideyaların daşıyıcıları olan indiki gəncliyi görəcəyik. Bu prosesdən də elə ən çox itirən, məhz, həmin gənclik olacaq. Zənnimizcə, türkçülük məfkurəsi kifayət qədər güclü bir ideologiyadır və gəncliyi arxasınca apara bilər. Bir zamanlar bizə ümidlə baxan Əli bəy Hüseynzadə kimi biz də eyni ümidlə gələcəyə baxırıq.
Sizlərsiniz ey qövmi-macar, bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan!..
Bir dindəyiz biz, həpimiz hak-pərəstan;
Mümkünmü ayırsın bizi “İncil” ilə “Quran”?
Çingizləri titrətdi bu afaqı sərasər,
Teymurları hökm etdi şahənşahlara yeksər.
Fatehlərinə keçdi bütün kişvəri-qeysər!
(Əli bəy Hüseynzadə)
Anar Əsədli
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024