Hamının yanında davaya çağırmışdı, getməsəydim, sonra məktəbdə adıma söz çıxardı, illah da, Səlbinin gözünün içinə dik baxammazdım. Amma o alçaq özüylə iki nəfər də gətirmişdi. Çatan kimi ağzımı açmağa da qoymadılar, saldılar məni ayaqlarının altına. İki gözüm bəs eləmirdi dalbadal təpikləri izləməyə.
Hay-hayım gedib vay-vayım qalanda dedim ki, kişiliyiniz çatırsa tək-tək gəlin. Onlar da dübarə tək-tək gəlib palaz kimi çırpdılar məni. Çulumu güclə götürüb cumdum evə. Böyük qardaşım halımı görüb əlindəki baltanı oduna sapladı, – Ədə, səni kim bu kökə salıb?! – gözləri hədəqəsindən çıxmışdı yazığın. – Dağbəyi! – bir az da ağlamsındım. İkimizin də Səlbiyə aşiq olduğunu kimsə qulağına çatdırmışdı. Məni verdi qabağa, söyə-söyə dalımca ağzıköpüklü yüyürdü qoca çinarın yanına. Getməmişdilər, şaqqanaq çəkib gülürdülər. Bizi görcək təzədən üstümüzə yeridilər. Nurlanın söyüşü ağzından çıxar-çıxmaz ikimizi də ot xorumu kimi bürmələyib yan-yana qoydular, təzədən “nə yemisən-turşulu şilə!”. O gün yerli-dibli nəhs gəlmişdi... Evə çatanadək Nurlan məni yolboyu o ki var sillə-şapalaq elədi, – Niyə üç nəfər olduqlarını demədin mənə?!.. – durduğu yerdə onu zibilə saldığım üçün cıqqırımı çıxara bilmirdim. Elə bil üstümüzdən tank keçmişdi. Ah-ufla yolağadan qol-boyun həyətə girəndə dədəm gördü halımızı, – Bo!.. İt cumub ə sizə, bu nə haldı?! – tərs kimi də çomağı əlindəydi. Nurlan məni keçi qiymətinə satdı dədəmə... Əlqərəz, iki şığal da dədəm yun kimi çırpdı məni, – İtin küçüyü, çobanın oğluna nə yaraşır “zavmaq” qızına vurulmaq?! Başına yetim-yesir qızı qəhətdi?! Sənin eşqə düşən vaxtındımı, a itdən süd əmən?! Kitab oxu, kitab! Oxu, adam ol, qurtar canını çobanlıqdan!..
* * *
Oxudum və dədəmin dediyi adamlardan oldum. Çıxdım kənddən. İşi tərs gətirən indi şəhərə mənim yanıma cumur. Bir gün Dağbəyi də minnətə gəldi. Kənddə acından köpük qusurmuş. Şəhərdə uçuq-salxaq daxmada kirayənişin qalırmışlar. İş istəyirdi məndən. Səlbidən dörd uşağı vardı, hələ arsız-arsız üzümə irişdi ki, beşinciyə də hamiləymiş arvadı. O danışdıqca məni necə təpiklədikləri kino lenti kimi gözümün qabağında canlanırdı. Bəlkə də Dağbəyi ovaxtkı davamızı unutmuşdu, amma mən bir zərrəsini də unuda bilmirdim o qaramat günün. Onu bağban işinə götürdüm. Hər səhər qabağımda ikiqat əyilməyi ürəyimə yağ kimi yayılırdı. Tez-tez pəncərədən boylanırdım ki, işdən sivişib kölgələnməsin, qoy günəş onun keçəlini daha çox döysün. Anası şəhərə gələndən sonra Səlbini də idarəyə xadimə götürdüm. Səlbi hər dəfə “Allah atana rəhmət eləsin, sən olmasaydın uşaqlarım acından ölərdi” deyəndə ona qarşı kinim bir az səngiyirdi. Amma bir gün Dağbəyi kənddəki həmin ayrılmaz dostlarını da ərklə otağıma gətirəndə bildim ki, yox, unutmayıblar məni döydüklərini. Dostlarını otaqdan qovdum, amma həmin gündən başladım Səlbinin işində qüsurlar tapmağa. Dağbəyinin yanındaca arvadını quru yuyub yaş sərirdim. Bircə dəfə kişiliyi çatmadı ki, sözümü çöndərsin, cavabımı versin. Əksinə, döşəməsiləni götürüb dəhlizi özü silirdi. Gül kollarını axşam işdən çıxanda tapdalayırdım, sabah isə yapışırdım Dağbəyinin xirtdəyindən. Alçaldıqca alçaldırdım, rəzil günə salırdım onu. Bir ara üç gün işə gəlmədi. Soruşdum, Səlbi dedi ki, qəssab işləyir. Ərinmədim, qəssabxananın sahibini tapdırdım və işdən qovdurdum onu. Dalınca da sifariş göndərdim ki, gəlib qancığını da götürüb rədd olsun yanımdan. Suyu süzülə-süzülə gəldi, amma gözünün mütüyünü tökə-tökə yalvar-yaxar elədi ki, işdən qovsam birdəfəlik batacaqlar və kəndə dönməyə məcburdular. Heç onları gözümdən iraq qoyarammı, kəndə geri dönmələrinə dözərəmmi! Dağbəyi adlı o alçağa həyatı zəhər eləmək boynumun borcudur. Məndən çəkəcəkləri hələ qabaqdadır...
Goyce.az
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025