1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

18:39 / 07.05.2020
Baxılıb: 3340

Bu gün Azərbaycan tarixinin ən qalmaqallı şəxslərindən olan Mircəfər Bağırovun anım günüdür. Goyce.az saytı Kulis.aza istinadən bu münasibətlə onun haqqında bizə az bəlli olan faktları təqdim edir.

Mircəfər Bağırov ilk təhsilini mollaxanada alıb. Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin edirlər. Mircəfər bu kənddə bir ilə yaxın müəllim işləyir. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edir. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənir.

***

Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü ildə anadan olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir.

Bağırov Quba qəzasının valisi Əli Zizikskinin yanında müavin kimi işlədiyi dönəmlərdə daşnaklara qarşı döyüşüb. Rudenkonun apardığı məhkəmə prosesində də Mircəfər Bağırova verilən maddələrdən biri Qubada millətlərarası münaqişədə iştirakla bağlı olub.

***

Böyük bacısının nəvəsi Məmmədtağı Bağırov deyir ki, o dövrə qədər Mircəfər Bağırovun qoruya bildiyi ziyalıların içərisində Üzeyir Hacıbəyov, Mikayıl Rəfili olub: “Əgər Hüseyn Cavid Müsavat Partiyasının üzvü olsaydı, onu güllələyəcəkdilər. Müsavat Partiyasının üzvü olmayıb. İttihamda onun Müsavat Partiyasına rəğbət bəslədiyi qeyd olunub. Bu səbəbdən sürgün edilib. Ancaq Mircəfər Bağırovun Hüseyn Cavidə hörməti olub, 1937-ci ilə qədər onu qoruyub. Mən sənədlərə istinad edirəm. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus idi. Həmin binada bir neçə nəfər yaşayır. Onların hamısını oradan çıxarırlar. Hüseyn Cavid Mircəfər Bağırova məktub yazır ki, xahiş edirəm, burada yaşayım, çünki eyvana çıxanda Xəzəri görürəm, ilham alıram. Mircəfər Bağırov Hüseyn Cavidə həmin binada yaşamağa icazə verir. Yəni Mircəfər Bağırov Cavidin xətrini istəyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib”.

Deyilənə görə, Bağrovun sonradan təəssüfləndiyi ölümlərdən biri Mikaıl Müşfiqin ölümü olub. Müşfiqin ölümündən bir müddət sonra o, belə deyib: “O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı.”

***

37-ci il repressiyasından Mircəfərin qoruduğu insanlardan biri də Mirmövsüm ağa olub. İddia olunur ki, Mirmövsüm ağanın evində anti-sovet təbliğatı aparılıb. Mirmövsüm ağaya görə Bağırovun bacısı Məsumə qardaşından, yəni Mircəfər Bağırovdan xahiş edib. Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsum ağadan əl çəkiblər.

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər. Ona 10 gün ev dustaqlığı veriblər.

***

Bağırov böyük oğlunu çox sevib. Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Ancaq atası Mircəfər Bağırova məktub yazıb bildirib ki, əziz ata, mən camaatın gözünə baxa bilmirəm, xəstə deyiləm, icazə verin, hərbi xidmətə gedim, mən sənin, xalqımızın adını uca etməliyəm. Cahangir yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedir. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb.

Mircəfər Bağırovun oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. O vaxt SSRİ Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırova zəng edib ki, oğlun həlak olub, ona Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı adı verilib. Mircəfər Bağırov deyir ki, xahiş edirəm, oğluma Sovet İttifaqı Qəhrəmanı adı verməyin. Həzi Aslanovun köməkliyi ilə onun oğlunun tabutu Bakıya göndərilib. Əslində, tabutun içərisində heç nə olmayıb. Yazılıb ki, bunu açmaq olmaz. Yasamal qəbiristanlığında dəfn mərasimi olub. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.

***

1932-ci il avqustunda Bağırovun ikinci evlilikdən olan oğlu Cen dünyaya gəlir. Cen professor, elmlər doktoru olub. 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə onun bir oğlu olub, adını Mircəfər qoyub. Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olub və velosipeddə gedərkən qəza nəticəsində həlak olub.

Mircəfər Bağırovun ilk sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova olub. O, 3 dəfə ərdə olsa da, Bağırova heç vaxt "hə" cavabı vermir. Buna görə, Bağırov onu həbs etdirir və sonuncu dəfə "hə" cavabını almaq istəyir. Bu dəfə də “Yox” söyləyən Qayıbovanı güllələyir və hər kəsin qarşısında hönkür-hönkür ağlayır.

***

"Dağlar qızı Reyhan" mahnısının real qəhrəmanı Reyhan adlı xanım olub. 1918-ci ilin mart soyqırımlarında toy günü onun həyat yoldaşı ermənilər tərəfindən öldürülür, özü isə zorlanmasın deyə ayaqyoluna girib üstünə nəcis yaxır və qurtula bilir. Başına dəstə toplayaraq Qubada Gəlinqaya adlı yerdə erməniləri darmadağın edir. Sonradan 1928-ci ildə antisovet damğası vurularaq, güllələnməyə göndərilərkən Mircəfər Bağırov onu müdafiə edir. Adı və soyadı dəyişdirilən Reyhan xanım Krıma monastra yerləşdirilir.

Azərbaycan radiosu Türkiyə və İran üçün verilişlər verməyə başlayır. Bu verilişlərin keyfiyyətinə, siyasi ideoloji xarakterinə şəxsən Mircəfər Bağırov özü nəzarət edir. Birinci verilişdə Sara xanım və Xan Şuşinski çıxış etməliydilər. Sara xanım “Kürdün gözəli” mahnısını ifa etdikdən sonra Mircəfər Bağırov onu yanına çağırır. “Qızım, daha nəyi oxuyacaqsan?”, - deyə sual edir. Sara xanım “Qubanın ağ alması” mahnısını” cavabını verir. Bu cavab Mircəfər Bağırovun xoşuna gəlir və ona deyir:

- Qızım, sənin adın əcnəbi adlara oxşayır. Deyəcəklər, yəqin, bu qız yəhudidir. Bəlkə, adını dəyişək?

22 yaşlı Sara çəkinmədən, fikirləşmədən hamının yanında “Ata-babanın qoyduğu adı dəyişməzlər” deyə cavab verir.

***

Bağırov 1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilmiş və rəsmi məlumata görə hökm yerinə yetirilmişdir. Mircəfər Bağırovun məhkəməsi indiki "Şəhriyar" klubunda keçirilib. Onun məhkəməsini Nürnberqdə SSRİ-nin nümayəndəsi olan prokuror Rudenko aparırdı.

Şahidlərin sözlərinə görə, Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur; müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyir. Məhkəmə heyəti Bağırova icazə verir. O, gözətçilərin müşayiəti ilə qəbiristanlığa gedir, oğlunun məzarını oxşayaraq, onunla danışmağa başlayır. Qurumuş dodaqları ilə oğlunun başdaşından öpür. Bu an onun gözlərindən axan yaş məzarın sinədaşına tökülür. Ani bir səssizlik hökm sürür. Bu səhnədən qəhərlənən hərbi konvoyun azərbaycanlı üzvləri rus komandirlərdən Bağırova mane olmamalarını xahiş edirlər. Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda o, oğlunun göz yasları ilə islanmış sinədaşından öpərək dərindən ah çəkir və: “Sənin yanında ölmək mənə qismət olmadı“, deyərək, gözlərini oğlunun məzarından çəkməyərək oradan ayrılır.

***

Mayın 5-də hökm icra olunur və Mircəfər Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunur. Onun bacısı nəvəsinin sözlərinə görə, sonradan Bağırovun məzarındakı qalıqlar toplanılaraq vəsiyyətinə əsasən oğlu Cahangirin yanında basdırılıb.

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər