Famil Hüseynovun “Ana gördüm gözü yaşlı” kitabından qeydlər)
Müəllif bu kitabında 1968ci ildə, Kislovodsk şəhərində evində kirayə qaldığı bir erməninin dəhşətli etirafları haqqında yazır.
“... Mən və həyat yoldaşım putyovkasız getdiyimiz üçün kirayədə qalmağı təklif etdilər. Bir nəfər qadın təmiz Azərbaycan dilində bizə müraciət edərək onların evində qalmağı təklif etdi. Özü də güzəştlə. Bizi aparan qadın erməni imiş. O, bizi böyük bir mülkə gətirdi. Qadın burada ancaq özü və birdə illər boyu yataq xəstəsi olan həyat yoldaşı ilə yaşadığını bildirdi. O günün axşamı mən xəstə ilə görüşə getdim. O məni görəndə çox sevindi. Və mən hiss etdim ki, o, mənə nə isə demək istəyir. Ancaq çətinlik çəkir. O, təmiz, aksentsiz, Azərbaycan dilində Nizaminin, Füzulinin qəzəllərini, hətta Cavidin gözəl-gözəl beytlərini deyirdi. Oturub saatlarla ona qulaq asmaqdan doymurdum. Özüm özümü lənətləyirdim ki, mən niyə bu cür hazırlıqlı deyiləm. Artıq mən dözməyib soruşdum:
- Siz bu cür gözəl danışığı, bu cür qəzəlləri hardan bilirsiniz?
- Mən məktəbi türkcə qurtarmışam. Quranı da yaxşı oxuya bilirəm.
O yenə gözlərini dikib nə isə demək istəyirdi. Sözünü saxladı, bir qədər xəyala getdi. Gözündən yaş tökülərək, boğuq bir səslə tarixi və insanları lənətlədi. Artıq mən söhbəti davam etdirməyib xudahafizləşdim. Adətim üzrə axşam yenə xəstəni yoxlamğa getdim. O məni gözləyirmiş kimi sevinclə oturmağımı xahiş etdi. Çox narahat idi. Nə isə demək istəyirdi. Lakin elə hiss edirdi ki, kimsə eşidə bilər. Yastığının altından əskiyə bükülmüş pasport çıxardıb mənə tərəf uzatdı və dedi: - Bu yaxınlarda ölüb gedəcəm, bu sirri ilk dəfədir ki, sənə açıram. Qoy gora rahat gedim, bilim ki, heç olmasa, mən heç bir alçaqlıq etməmişəm. Ancaq mən doğulduğum günə, mühitə lənət yağdırıram.
Pasportunun bir tərəfi türkcə yazılmışdı. Atasının adı, familiyası, doğulduğu yer: Ermənistan SSR. Spitak şəhəri, 1914cü il. Səfərov Aydın İbrahim oğlu.
Mən artıq dəli olmuşdum. Demə bu əzab çəkən insan bizim Azərbaycanlı imiş. Mənim buna heç bir şübhəm qalmamışdı. O, diqqətlə üzümə baxıb dedi:
- Yox, siz fikirləşdiyiniz kimi deyil. Mən həqiqətən erməniyəm. Özü də qatı ermənipərəst daşnak partiyasının üzvüyəm. Gənc yaşlarımızda ikən bizim uşaqbeynimizi korlayıb, sizə, sizin millətə qarşı kin-küdurət yaratmaq üçün tam şüurumuzu, əqlimizi alıb sizə nifrət hissi ilə böyüdüblər. Bunu mənim deməyim çox vacibdir.
Bizim Spitak şəhərində xüsusi, tam qapalı məktəb vardı. Adını “Erməni xalqının xoş gələcəyi ” adlandırırdılar. Bütün ətraf mühitdən ayrılmışdıq. Heç kəslə əlaqə saxlamır, hətta ata-ana nəvazişindən belə uzaq olmuşuq. Bizi 5ci sinifə qədər oxutdurdular. Ermənilərə qarşı Türklərin etdiyi soyqırımları, türklərin vəhşi kimi uşaqları necə diri-diri ocaqda bişirmələrini, onları vəhşi kimi yediklərini, erməni qızlarından növbə ilə öz şəhvətlərini söndürmək üçün istifadə etmələrini elə əyani sürətdə bizə izah edirdilər ki, biz bəlkədə həmin vaxtlar küçədə bir türk görsəydik, onu tikə-tikə doğrayıb qanını içsəydik, yenə də ürəyimiz soyumazdı. Artıq bizə erməniliyimizi dərk etdirdilər. Gələcəkdə türklərdən necə qisas almaq lazım olduğunu öyrətdilər. Sonra isə həmin məktəbin binasında bizi Türk məktəbinin 1-ci sinifinə qoydular. Bizə şəriət dərsləri deyir və müsəlman adət-ən-ənələrini mükəmməl öyrədirdilər və deyirdilər ki, əgər bunları yaxşı öyrənib özünüzü müsəlman kimi aparsanız, onda həmin türklərdən ata-babalarımızın qanını ala bilərik. Hətta bizi gecələr uçuq evlərdə tikə-tikə doğranmış adamların yanına aparıb deyirdilər: “Baxın görün sizin ata-babalarınızı türklər necə doğrayıblar ”. Onları görəndə biz alovlanıb yanırdıq. Ürəyimizdə nə vaxt böyüyüb Bakıda-Azərbaycanda o qanları necə alacağımız barədə fikirləşirdik. Mənim ən böyük dəhşətli günüm, kaş o günü görməyəydim, ata-ana nəvazişindən məhrum olan günüm idi. 7 yaşımda, yəni 1921ci ildə mən bu nəvazişdən məhrum idim. Hər gecə ata-anamı xəyalımda canlandırırdım. Lakin mənim o dəhşətli anlarım sizlərə, yəni türklərə nifrətimi artırırdı.
1928-ci il 14 yaşında ikən bir payız axşamı bizi bir neçə nəfərlə, yeni, yəni türklərin növbəti vəhşilikləri ilə bağlı səhnəyə baxmağa aparmışdılar. Birdən 7 yaşa qədər ata-ana nəvazişi gördüyüm bir ev, bunun divarları qan içində, anamın, atamın meyidləri bir tərəfdə, bacımı işgəncə ilə öldürdüklərini gördükdə mən özümü saxlaya bilməyib yıxıldım. Gözümü açanda artıq özümü çarpayıda, başımın üstündə isə mənə dərs deyən müəllimimi gördüm. Mən evimizə gedirəm-deyə nalə çəkdim. Onlar isə mənə əhəmiyyət verməyib dedilər: - Bax görürsən, türklər bizim başımıza nələr gətirir? Artıq məndə türklərə qarşı o qədər nifrət yaranmışdı ki, dözə bilmirdim. Ancaq onlar bizə özümüzü sakit aparmağı tövsiyyə edirdilər. Hətta müsəlman adəti ilə bizi sünnət də etdirdilər. Artıq biz orta məktəbi qurtardıq. Bizə türkcə yazılmış pasport verib Bakıya instituta daxil olmağa göndərdilər. Artıq mən nəfəs belə ala bilmirdim, cünki harda bir türk gördüm - özümdə belə olmurdum. Çox asanlıqla qəbul imtahanlarını verib oxumağa başladım. Bizə xüsusi göstəriş verməli idilər. Yəni hansı təxribatları və kimin üzərinə dirənməyi, yaxud hansı müəllimin Sovet hakimiyyətinin əlehinə danışmasını. Əlbətdə mən və bir neçə “türk” (bəlkə də onlar da bizim məktəbin yetişdirmələri idi) bir neçə ziyalının üzünə durduq. Onlar elə birdəfəlik getdilər.
Müharibə başlandı. Lakin bu dövrdə heç bir türk tapılmadı ki, bizə deyilən kimi qan içən olsun. Hamısı bizə qayğı ilə yanaşır, xeyirdə-şərdə hamı bir-birinin əlindən tuturdu. Bunları hiss etdikcə məndə başqa fikirlər yarandı və uşaqlıqda aldadıldığımızı dərk etdim. Qəfil müharibə başlandı və Bakıdan müharibəyə yola düşdüm. Mənə tez-tez göstəriş gəlirdi ki, hansı türkü “vurmalıyam”, hansına şər atmalıyam. Nəhayət, Həzi Aslanovun briqadasına apardılar və dedilər ki, Həzi Aslanovu vurmalısınız, hamımız əmrin icrasına razılıq verdik. Ancaq oğul, bax bu oxuduğum Quran haqqı onu biz vurmadıq. Ancaq Daşnaksutyun partiyası həmin məktəbin başqa məzunlarından birinin əli ilə Həzi Aslanovu öldürə bildilər. Mən 1947-ci ilədək Bakını və onun sadə qəlbli, hər şeyə tez inanan qayğıkeş insanlarını qoyub buraya gəldim. Ancaq etdiyimiz o pisliyi, ata-anamı, bacımı Daşnaksutyun partiyasının əməlləri ilə öldürməkləri məni məni əbədi yorğan-döşəyə saldı. Mən çətinliklə də, olsa yenidən öz ata-baba familiyama qayıtdım. 1965-ci ildən pasport aldım. Avanesyan Qurqen Samveloviç. İndi ürəyimi açıb sizə dedim. Sizin millətin içərisində elə adamlar var ki, həmişə sizə qəbir qazır, sizin aranıza həmişə nifaq salır. Siz isə sadəlövh adamlarsınız, belələrinə inanıb arxasınca getsəniz, yenə 1905-18-20-ci illərin bəlalarına düçar ola bilərsiniz. Artıq ölsəm də, heç nədən narahatçılığım ola bilməz. Erməninin bu cür danışığını kimdənsə eşitsəydim, bəlkə də, inanmazdım. Boş şeydir - deyə onlara fikir verməzdim. Həmişə mənə deyirdilər ki, milli məsələyə toxunmayın, güclə qulağımız dincəlib. Nəhayət, son hadisələr göstərdi ki, həmin Spitak məktəbinin törəmələri öz rollarından çox məharətlə istifadə edib bizi tora salıblar... ”.
P.S. Görünür azərbaycan türkünün faciələrinin kökündə bir çox qaranlıq məsələlər var ki, bunlar hələ indən belə başımıza gələcək faciələrin də bünövrəsini qoyur. (carcı.az)
BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024