Toponimlərin incələnməsində söz və söz birləşmələrinin frazeoloji, morfoloji, yaxud da sintaksis təhlilini istinad nöqtəsi kimi qəbul etmək ən qüsurlu yanaşmadır. Çünki dilin inkişaf qanunauyğunluqları doqmatizmi, ehkamçılığı birmənalı şəkildə rədd edir. Bu baxımdan, "Göyçə" kəlməsinin məna tutumunu Azərbaycan türkcəsinin bugünkü reallığına istinadən incələmək cəhdi absurddur.
Mövcud "elmimiz" o qədər sərbəstlik verib ki, bu toponimin ən ucuz yozumları belə "fundamental əsas" kimi "sübutlanıb". Guya Göyçə adı o yurd yerinin füsünkar gözəlliyinə verilən "qiymətin", "göyçək mahal" təriflnin yerli dialektə uyğunlaşmış variantıymış. Başqa bir "elmi incələməyə" görə, yamyaşıl dağların əhatəsindəki gölün "göy" sularından götürübmüş bu mahal adını.
Təbii ki, bu "elmi sübutlar"ın əsas kimi qəbul edilməsi mümkünsüzdür. Ən azı ona görə ki, "göyçək yurd", "göyçək çəmən", "göyçək mahal" şəkilli söz birləşmələrinin oğuz ağzına, qədim türkcəyə heç bir aidiyyəti yoxdur. Heç eramızın birinci minilliyinin sonlarından ikinci minilliyinin ortalarına qədərki dövrə mənsub olan söz sərraflarının əbədiyaşar deyimlərində belə "göyçək" təsnifinə rast gəlmək mümkün deyil. Belə bir reallıqda "Göyçə" sözünün kökünü "gəlişigözəl deyimlər"də, yaxud "sözgəlişi mətləblər"də axtarmağa nə lüzum, nə də əsas var. Və nəinki təkcə "Göyçə" kəlməsinə, ümumiyyətlə, bütün toponimlərə münasibətdə ilkin olaraq o ifadənin dilə daxil olma tarixi dəqiqləşdirilməlidir; yalnız bundan sonra mülahizələrə, yozumlara varmaq olar.
Bəs, "Göyçə" kəlməsi dilimizə nə vaxtdan daxil olub və bu ad bir toponim olaraq, yəni coğrafı təyinat qismində ilk dəfə hansı mənbələrdə istifadə edilib?
...1951-ci ildə Göyçənin Zod kəndi ərazisində geoloji axtarışlara başlanır və zəngin qızıl yataqları aşkar edilir. Əvvəl açıq mədən üsulu ilə mənimsənilən bu sərvətin həvəsi ilə geoloqlar yavaş-yavaş yeni-yeni dərinlikləri fəth edirlər və nəhayət...l963-cü ildə təxminən 75-80 metr dərinlikdə sovet geologiya elmi həqiqi mənada "dəfinə" tapır. Geoloqlar divarları ardıc və palıd ağacları ilə bərkidilmiş hazır şaxtalarla rastlaşırlar. 1987-ci ildə "5 aprel - geoloq günü" münasibəti ilə reportay hazırlayarkən Zod Geoloji Kəşfıyyat Ekspedisiyası əməkdaşlarından aldığım informasiyadan belə məlum olurdu ki, arxeoloqlar o şaxtalar təxminən 1500 il öncəyə, yəni eramızın V əsrinin ortalarına aid olduğu barədə ilkin rəy söyləyiblər.
Amma XX əsrin 60-cı illərinin sonlarında Göyçə gölünün şimal-qərb və qərb sahillərində aparılan arxeoloji qazıntılar zamanı Ördəkli qalası ərazisindəki kurqanlardan tapılan zinət əşyalarının məhz ZOD qızılından hazırlanmasının sübuta yetirilməsi ZOD şaxtalarının tarixi barədə növbəti dəqiqləşmələrə əsas verib. Belə ki, türk sənətkarlığı üslubunda olan bu zinət əşyalarının və onların tapıldığı kurqanların eramızdan əvvəlki dövrün II minilliyinin sonlarına aid olması dünyanın ən ciddi elmi qurumları tərəfındən birmənalı şəkildə təsdiqlənib.
Təbii ki, erməni arxeoloqları bu faktları kütləviləşdirməyiblər. Çünki tapılan əşyaların erməni sənətkarlığına heç bir aidiyyətinin olmaması "böyük dövlət"in mifık ərazisi barədə erməni təbliğatının əsasında dayanan arqumentlərin əleyhinə işləyən fakt idi. Bəli, Göyçədə nəinki ibtidai insanın məskunluğunun, hətta, mədənçilik kimi mürəkkəb bir fəaliyyət növünün təşəkkül tapmasının azı 3000-3500 illik tarixinə şəhadət verən maddi sübutlar mövcuddur. Bununla belə, heç bu faktlar da Göyçədə insan məskunluğunun başlanğıcı, yaxud da "Göyçə" kəlməsinin dilimizə daxil olma tarixi kimi dəyərləndirilə bilməz...
...Göyçə kəlməsinin bir coğrafı təyinat olaraq işləndiyi yazılı abidələrdən ən populyarı, geniş auditoriyaya bəlli olanı "Kitabi Dədəm Qorqud ala lisani taifei oğuzan"dır. Dastanın məhz Göyçə və Göyçəətrafı bölgələrdə cərəyan edən hadisələrin əksi olduğu aşkar hiss edilsə də, məhz Azərbaycan sovet "qorqudşünasları" "Kitabi Dədə Qorqud"u tarix etibarı ilə İslamdan sonrakı dövrə, məkan etibarı ilə Xəzər sahillərinə "calamağa" cəhd edirlər. Belə ki, Azərbaycan sovet "qorqudşünasları" və sovetlərdən sonrakı "yazıçı-jurnalistlər"in istisnasız olaraq hamısı dastandakı "Gökçə dəniz" ifadəsindəki ikinci kəlməyə və qədim türklərdə cəhətlərin rənglərlə ifadəsinə istinadən, hadisələrin guya Xəzər sahillərində cərəyan etdiyini iddia edirlər.
Bəli, qədim türklərdə Şərqin-göy, Qərbin-ağ, Cənubun-qırmızı, Şimalın-qara kimi təsniflənməsi praktikasının mövcud olduğuna bir sıra məxəzlər şəhadət verir. Amma Şərqi Sibirdən Qərbi Avropaya qədər geniş bir ərazidə yayılmış türk ellərinin hamısının dünyanı məhz bu təsnifləmə üstündə qəbul etməsini düşünmək kökündən yanlış bir yanaşmadır. Belə bir metodologiya əsas kimi qəbul edilsə, onda birmənalı şəkildə deməliyik ki, türklər ümumiyyətlə, Qara dənizin cənub sahilləri ilə Xəzərin qərb sahilləri arasındakı arealdan kənara bircə addım belə atmayıblar. Çünki əks halda Xəzər "göy"lüyünü, Qara dəniz isə "qara"lığmı itirmiş olur. Bəli, qədim türklərdə cəhətlərin rənglərlə təsnifi bir simvolika idi. Amma bu reallığın, məsələn, altay-sibir türklərinə əsla bir dəxli yoxdur.
Türkün Qafqaza gəlişini XI əsrdən sonrakı dövrə, yəni yaxın 1000 ilə bağlamaq cəhdləri ölümə məhkumdur. Çünki oğuz türkünün Qafqazda həlledici söz sahibi olması yazılı mənbələrdə öz əksini tapmış danılmaz faktdır. Məsələn, Ənvərinin XI əsrdə türkcə yazdığı "Dəsturnamə"də VI əsr sərkərdəsi Səd Vəqqasm səfərindən söhbət açılır və onun oğuzlarla, bəli, məhz OGUZlarla görüşü belə təsvir olunur: "
...Səd ol dağa tamaşaya çıxar, bir ulu şəhrə doğru baxar.
Onda qonmuşdu OĞUZlar biədəd, obalar başdan-başa, yox ona hədd. Qara evləri ilə yüz bin artıq ev, bu cahan köhnə sarayı sanma nev...".
Eramızın VI-VII əsrlərində başdan-başa obalarla sıralanmış cahan harada ola bilərdi ki, bir dağdan baxanda hamısını müşahidə etmək mümkün olsun?! Bu sualın cavabı da "Kitabi Dədə Qorqud"dadır. Dastanda hadisələrin "qarşı yatan Qara dağlarda" baş verdiyi, Oğuzun qara günlərində dağ döşündə yandırılan tonqalların haray rəmzi olduğu, ən əsası, o tonqalların hansı obada yandırılmasından asılı olmayaraq, bütün yurdlardan seyr edilməsinin mümkünlüyü birmənalı şəkildə, açıq mətnlə təsvir olunur. Bu qəbil təqdimatla Xəzər dənizinin faktiki durumu nə dərəcədə səsləşə bilər?!
Xəzərə ən yaxın "qarşı yatan Qara dağlar"m Dərbənd ellərindəki zirvələr, yaxud Şamaxı dağları olduğunu ən doğru ehtimal kimi qəbul etsək belə, bu dağların hər hansı birində yandırılmış tonqalın bütün ətraf kəndlərdən müşahidə edilməsini reallıq kimi qəbul etmək, yumşaq desək, sadəlövhlükdür. Göyçə hövzəsinin təbii relyefl isə elədir ki, gölün hansı səmtindən baxmağından asılı olmayaraq, öndə "qarşı yatan Qara dağları", yəni "böyük dağları" görəcəksən. Yəni ki, Göyçə gölü bütünlüklə dağlarla - şimaldan və şimal-şərqdən Şahdağ, şərqdən Gəmidağ (Ketidağ), cənub və cənub-şərqdən Basatkeçən (Basarkeçər), qərbdən Göyçə (Göyəm), şimal-qərbdən Pəmbək silsilələri ilə əhatələnib.
Buludsuz-çənsiz havalarda Çalmalı dağın zirvəsindən, yaxud Şahdağdan, istərsə də Züldağ yüksəkliyindən bütün hövzədəki kəndləri seyr etmək mümkündür. Ən əsası, Göyçə hövzəsinin ən sıx yaşayış arealı olduğu tarixi faktdır: hələ XVIII əsrin əvvəllərində miqyasca müasir anlamda Azərbaycanın bir inzibati vahidi qədər olan bir ərazidə 174 kənd vardı ki, bu da çox mətləblərdən xəbər verir. Bu məsələdə qaranlıq qalan yeganə məqam Oğuz xanın real tarixi şəxsiyyət olub-olmaması və onun əsl məkanının harada yerləşməsi məsələsidir ki, buna da məxəzlər aydınlıq gətirir.
XIV əsr tarixçisi Rəşidəddin özünün "Came ət-təvarix" əsərini qədim oğuznamələr əsasında tərtib etdiyini xüsusi vurğulayır və həmin əsərin "Tarixi Oğuzan və Turkan" adlı ikinci hissəsində yazır ki, "...Oğuz Xəzər Dərbəndi üzərinə köç etdi... Şirvana və Şamaxıya elçi göndərdi. Arana və Muğana hərəkət etdi, Savalana çatdı... Yaylaqda olduqları zaman bu tərəflərdə olan bütün ölkələri ələ keçirib zəbt etdilər. Azərbaycan vilayətini də aldılar...
Azər türkcə yüksək deməkdir. Baynan da zənginlərin uluların məkanı anlammdadır...
"XVII əsr tarixçisi Xivəli Əbülqazi xan isə özünün məşhur "Şəcərəyi tərakimə" əsərində Oğuz xanın Azərbaycanı, İraqı, Suriyanı fəth etməsindən, döyüşlərdə fərqlənənlərə ad verməsindən danışır. Bu kitabda verilən məlumatlara görə, Oğuz Xan real tarixi şəxsiyyət olub və Məhəmməd Peyğəmbərdən 4000 il əvvəl, yəni eramızdan əvvəlki dövrün IV minilliyinin sonlarında, təxminən 3400-3500-ci illərdə yaşayıb. XIX əsrin görkəmli rus şərqşünası, bir çox Asiya xalqlarının tarixinə dair məlumatlar toplamış N.Y.Biçurin (İakinf) isə Oğuz Xanın tarixi şəxsiyyət olmasını birmənalı şəkildə təsdiqləyir və onun eramızdan əvvəlki III-II minilliklərdə yaşadığını göstərir.
Bəli, qədim Şərq tarixinin ən mükəmməl qaynaqlarından biri kimi dəyərləndirilən Rəşidəddin OGUZ xanın Arana-Muğana hərəkət etdiyindən, Şirvana-Şamaxıya elçilər göndərdiyindən, Xəzər Dərbəndi üzərinə köçündən, Savalana yetdiyindən, Yazər yurdu yaratdığından söhbət açır. Deməli, Oğuz Xanın konkret məkanını bu yerlərin dışında axtarmaq gərəkdir. Konkret harada? Bu sualın cavabını Əbubəkr Tehrani özünün "Kitabi-Diyarbəkriyyə" kitabında verir.
Onun bu kitabda təqdim etdiyi şəcərəyə görə, padşah Bayandur Oğuz Xanın oğul törəmələrindədir və həmin "qüdrətli padşah Bayandur xan İranı, Turanı, Rumu, Şamı, Misiri... istila etdikdən sonra Qarabağ qışlağı və Göyçə dəniz yaylasında Böyük Qurultay çağırıb..."
Oğuz xanın törəmələrindən olan Bayandur xanın Böyük Qurultayı Göyçə yaylasında və Qarabağ qışlağında çağırması Oğuz Elinin daimi məkanının məhz bu arealda olduğunu təsdiqləyən yazılı faktdır. Beləliklə, yuxarıda qeyd olunan real tarixi faktlara və yarı real, yarı mifık mülahizələrə istinadən söyləmək olar ki, Oğuz Elinin Göyçədə məskunluğunun azı 4000 illik tarixi var. Oğuz türkünün 3-5 min il öncəki dilində isə təbii ki, yuxarıda qeyd etdiyimiz kimi, "Göyçə" kəlməsi "göyçək", "gözəl yurd", "göy sulu" anlamına gələ bilməzdi.
Bəs eləsə "Göyçə" toponimi özündə hansı mənanı ehtiva edə bilərdi? Tarixi məxəzlərdə əfsanəvi Oğuz Xanın oğlanlarından birinin adının Göyxan olduğu göstərilir. Bu fakta söykənib Göytürklər barədə mülahizə yürüdənlər də var. Təbii ki, eyni ətalətlə Göyçənin adının Göyxanla bağlı olduğunu söyləmək də mümkündür. Bu çox asan yol olsa da, əslində mahiyyətdən qaçmaqdan, Göyçə sözünün həqiqi tarixi anlamından düşmənlərin xeyrinə imtina etməkdən savayı bir şey deyil.
Qədim türkdilli xalqlar kimi oğuzlar da çoxallahlı idilər və konkret əməllərin, təbii hadisələrin stimullaşdırıcısı kimi təsniflənən o allahlar ümumilikdə bir əsas Allaha tabe idilər ki, Əhməd İbn Fədlanın yazdığma görə, "Bir tenqri" (bir tanrı) anlamına gələn o əsas Allaha oğuzlar "GÖY" (səma) deyirmişlər.
"Ça", "çə", "ca", "cə" şəkilçilərinin yurd-məkan anlamına gəldiyi qədim oğuz türkcəsində yer adlarının əmələ gəlmə qanunauyğunluqlarını nəzərə alsaq, onda tam əminliklə demək olar ki, 4-5 min il öncə Misirdən Tibetə qədər böyük bir coğrafı areala mədəniyyət yaymış oğuz türklərinin leksikonunda "Göyçə" kəlməsi "Baş tanrmın yurdu", "Səmavi varlıqlar yurdu" anlamına gəlirmiş ki, bu da əslində yuxarıda qeyd etdiyimiz xüsusla, yəni Göyçə hövzəsinin Oğuz Elinin düşüncə mərkəzi, oğuz boylarının TENQRİ kimi qəbul etdikləri seçkin şəxsiyyətlərin yurdu olması barədə qənaətlərlə - konkret tarixi faktlarla söykənən ciddi elmi mülahizələrlə tam mənada uzlaşır.
Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024