Alt-üst olan erməni arqumentləri
Qərb mətbuatında Dağlıq Qarabağ məsələsi ilə bağlı ingilis və alman dillərində gedən materialları izləməyə çalışıram. Təəssüf ki, Qərb mediasında ermənilərə xüsusi simpatiya var. Bu, açıq və net şəkildə ortadadır.
Ancaq bəzən istisnalar da olur. Belə birisi ilə qarşılaşdım. Son dərəcə mükəmməl bir məqalə idi. Yazıda ermənilərin Dağlıq Qarabağın işğalına bəraət qazandırmaq üçün uydurduğu bütün arqumentlər sadalanmış və elmi şəkildə, beynəlxalq qanunlara əsaslanaraq alt-üst edilmişdi. Düşünün ki, müəllif İrəvan xanlığından tutmuş çar Rusiyasının Osmanlı Türkiyəsindən və İrandan Qafqaza köçürdüyü ermənilərin sayına qədər hər şeyi ortaya qoymuşdu. Etnik balansın süni şəkildə dəyişdirilməsinin siyasi səbəbləri aydın şəkildə incələnmişdi.
Elə bil ki, məqaləni bir azərbaycanlı yazmışdı. Müəllifin kimliyi ilə maraqlandım. Məlum oldu ki, yazı, həqiqətən də, azərbaycanlının qələmindən çıxıb.
Asif Məsimov
Söhbət açdığım məqalə “Der Freitag” (Cümə günü) adlı qəzetdə gedib. Bu qəzet paytaxt Berlində 1990-cı ildən çap olunur. Məqalənin müəllifi isə Asif Məsimovdur. O, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər üzrə ixtisaslaşıb. Hazırda Berlinin Humbold Universitetində doktoranturada oxuyur.
“Der Freitag” qəzetinin bir özəlliyi var. Bu qəzet oxucularının şəxsi rəylərinin qəzetdə çap olunmasına imkan yaradır. Görünür, soydaşımız bu imkandan yararlanmağı bacarıb. Deyim ki, “The Guardian”la tərəfdaşlıq edən bu qəzetdə müəllifin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xeyli yazıları gedib. Əlbəttə, bu, son dərəcə müsbət hadisədir və Azərbaycanın dövlət maraqlarının təbliği baxımından xüsusi önəm daşıyır. Qərbdə təhsil alan hər bir soydaşımız bu kimi imkanlardan maksimum dərəcədə yararlanmağa çalışmalıdır. Nə yazıq ki, bu baxımdan ermənilər bizdən ciddi şəkildə irəlidədirlər.
Xocalı faciəsinin ildönümünə həsr olunmuş məqaləsindən söhbət açan müəllif vurğulayır ki, həmin qətliama görə Ermənistan silahlı qüvvələri, bütövlükdə isə bugünkü erməni cəmiyyəti məsuliyyət daşıyır:
“Bir azərbaycanlı bir erməni ilə qarşılaşan kimi hər iki tərəf Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mübahisəli arqumentlər irəli sürür. Qonşular, millətlər, ümumiyyətlə, insanlar arasında müharibə və ya münaqişə həmişə faciəlidir. Müharibədə qalib gələn olmur. Hər bir tərəf nəsə bir şey itirir”.
Deyim ki, Qərb auditoriyası xeyli fərqlidir. Bu auditoriyaya dəyərlər sistemini bilmədən nəsə yazmaq ciddi xətalara tuş gəlmək riski yaradır. Bu baxımdan müəllif peşəkarlıq nümayiş etdirir. Eyhamla bildirir ki, Almaniya mediasının Dağlıq Qarabağ probleminə yanaşması onu bezdirib, çünki bu yanaşmada müəyyən bir qəlib var. Ortada olan yanaşmaya etiraz edən müəllif öz yanaşmasını masaya yatırır. Nəticədə alman oxucusu tamam fərqli bir mənzərə ilə qarşılaşır.
Soydaşımız “Argumentationen Armenien vs. Aserbaidschan” (Azərbaycana qarşı Ermənistanın arqumentləri) adlı məqaləsində yazır ki, dünya nizamı kontekstində "Dağlıq Qarabağ bölgəsi kimə məxsusdur" sualına cavab tapmaq üçün bu tip münaqişələrin həllində istinad edilən beynəlxalq sənədlərə nəzər salmaq lazımdır:
Vestfal sistemi (1648) - Avropada 30 illik müharibənin başa çatmasından sonra qəbul olunmuş sənəd. Həmin müharibə katoliklərlə protestantlar arasında olub. 10 milyondan çox insan qətlə yetirilib. Vestfal sisteminin bir çox müddəaları indi də qüvvədədir.
Pentarxiya (1815) - Avropa konserti (Concert of Europe), yaxud Vyana Sistemi. Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən I Dünya Müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem.
Versal-Vaşinqton sistemi (1918) - Versal sülh müqaviləsi – Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsdiq edən müqavilə. Versalda (Fransa) Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il 28 iyunda imzalanmış, 1920-ci il 10 yanvarda qüvvəyə minmişdir.
Yalta və Potsdam beynəlxalq münasibətlər sistemi (1945) - 1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) görüşü oldu. Yaltada qəbul olunmuş sənəd.
Bəzən Soyuq Müharibənin bitməsindən (1991) sonra yaranmış yeni dünya nizamından da söhbət açırlar. Müəllif vurğulayır ki, 1918-ci ilin mayında üç Qafqaz dövləti (26 may 1918-ci ildə Gürcüstan və 28 mayda isə Ermənistan və Azərbaycan) müstəqilliyini elan edib.
Bundan əvvəl "Ermənistan", "Azərbaycan" və "Gürcüstan" adlı dövlət olmayıb. Bolşeviklərin bu üç Qafqaz respublikasını ilhaq etməsi onların tarixində yeni bir fəsil açdı. Bütün xalqlar birdən-birə “qardaşlaşdılar”. “Xalqlar dostluğu” ermənilərin 1960-cı illərdə Dağlıq Qarabağ və Naxçıvanla bağlı sovet Azərbaycanına qarşı iddialar qaldırana qədər cazibədar görünürdü.
“Dağlıq Qarabağ bölgəsinə baxsaq, bu ərazi I və II Dünya Müharibələrindən sonra Azərbaycanın tərkibində olub. Erməni tərəfinin separatizmi bütün mümkün vasitələrlə əsaslandırmaq cəhdləri yuxarıda vurğuladığımız beynəlxalq sənədlərə və hüquqa ziddir”, müəllif belə yazır və ermənilərin növbəti arqumentinə keçir:
"Sovet respublikaları müstəqillik əldə etdilər, Dağlıq Qarabağ da bu hüquqdan istifadə etdi”, deyirlər. Beynəlxalq hüquq bu problemi daha yaxşı başa düşməyə kömək edir. 1977-ci ildə Sovet İttifaqında müəyyən düzəlişlərlə yeni və son konstitusiya qəbul edildi. Bizi xüsusilə Dağlıq Qarabağa təsir edə biləcək 72 və 86-cı maddələr maraqlandırır. 72-ci maddəyə görə İttifaqa daxil olan Respublikaların Sovet İttifaqından ayrılmasına icazə verildi və bu hüquq yalnız respublikalara aid edildi. Dağlıq Qarabağ o dövrdə yalnız muxtar bölgə hesab olunurdu. 86-cı maddəyə görə isə Sovet İttifaqına daxil olan respublikalarının ərazi dəyişikliyi onların razılığı olmadan həyata keçirilə bilməzdi.
Erməni tərəfi iddia edir ki, Dağlıq Qarabağ erməniləri bir xalq olaraq öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Ancaq "Dağlıq Qarabağ erməniləri" adını daşıyan millət yoxdur. Dağlıq Qarabağ xalqı azərbaycanlılar və digər azlıqlar kimi ermənilərdən ibarətdir. Öz müqəddəratını təyinetmə hüququndan istifadə edən erməni xalqının Ermənistan adlı dövləti var. Öz müqəddəratını təyinetmə hüququ da bir dövlətin ərazi bütövlüyünə tabedir. Bu məqam Helsinki Yekun Aktında da birmənalı şəkildə qeyd olunub. Ermənilər beynəlxalq qanunların üstündən özbaşına xətt çəkə bilməz. Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvləri olaraq hər iki dövlət beynəlxalq hüquqa hörmət etməlidir. Elə bu səbəbdən də BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan bölgələrindən qeyd-şərtsiz çıxarılmasına və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmasına çağırış edən dörd qətnamə qəbul edib”.
Müəllif çar Rusiyası tərəfindən Qafqaza təşkil olunmuş erməni köçündən də söhbət açır.
Yazır ki, 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisində süni şəkildə "erməni bölgəsi" yaradıldı. Bundan sonra yeni fəth edilmiş əraziləri xristianlaşdırmaq üçün Osmanlı Türkiyəsindən və İrandan sistemli şəkildə ermənilərin köçürülməsinə rəvac verildi və ermənilər həmin ərazilərdə məskunlaşmağa başladı. Ermənilər məskunlaşana qədər keçmiş İrəvan xanlığında milli tərkib təxminən belə idi: 50.000 müsəlman və 20.000 erməni. Naxçıvanda isə 17.000 müsəlman və 2.700 erməni yaşayırdı. Mənbələr göstərir ki, yalnız 1828-1830-cu illər arasında İrandan təxminən 40.000 və Osmanlı İmperiyasından təxminən 84.000 erməni indiki Ermənistan və Dağlıq Qarabağ ərazisində yerləşdirilib. Çar Rusiyası sonrakı illərdə bölgəni erməniləşdirməyə davam etdi:
“Bu məlumatlar indi bu mövzunu araşdıran alman jurnalistlər üçün material ola bilər”, həmyerlimiz bu məqama xüsusi diqqət çəkir.
Asif Məsimov yazır ki, ermənilərin Dağlıq Qarabağla bağlı başqa bir arqumenti odur ki, Stalin bu ərazini Azərbaycana verib.
Bəzi yazarlar konkret sübutu olmayan bu arqumentə istinad edirlər. Həqiqət isə belədir: 5 iyul 1921-ci ildə bolşeviklərin Qafqaz Bürosunun iclası keçirildi. Orada Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına qərar verildi. Dağlıq Qarabağ isə geniş muxtariyyət aldı. Konfrans iştirakçılarından dördü bu yanaşmanı məqbul saydı, üç iştirakçı isə buna səs verdi. Yəni bu qərar heç bir halda Stalinə bağlı deyil.
1918-ci ilin mart-aprel aylarında Azərbaycanın bir neçə şəhərində erməni daşnaklar və bolşeviklər tərəfindən müsəlmanlar və dağ yəhudilərinin qətliam edilməsi faktı barədə alman oxuculara məlumat verən müəllif Sumqayıt və Bakıda baş vermiş pogromlara da toxunur:
“Sumqayıtda baş vermiş qarışıqlıq zamanı 26 erməni və 6 azərbaycanlı öldürüldü. Bu qarışıqlığın əsas təşkilatçılarından biri isə Eduard Qriqorjan adlı bir erməni idi. Ancaq erməni tərəfi bu faktı gizlətməyə çalışır”.
Müəllif Sumqayıtda baş verənlərin Xocalı hadisələri ilə müqayisə etməyin əleyhinə çıxır.
Çünki Sumqayıt hadisələri Sovet İttifaqı dönəmində olub. Xocalı qətliamını isə müstəqil Ermənistan dövləti törədib. Sumqayıt hadisələri zamanı onlarla insan ölmüşdü, Xocalı soyqırımı isə yüzlərlə insanın qətlinə gətirib çıxardı. Mülki insanları qətlə yetirən hərbi cinayətkarlar isə müstəqil Ermənistan Respublikasında ən yüksək vəzifələrə sahib oldular:
“Əlbəttə ki, bir empatik insan olaraq, hər bir ermənin qətlinə görə kədərlənirəm. Burada heç bir güzəştdən söhbət gedə bilməz. Səhvlərimizi qəbul etməliyik. Ermənilər də Xocalı soyqırımına görə üzr istəməlidir. Azərbaycanlılar da erməni qurbanlarının yaxınlarına başsağlığı verməlidir”.
Məqalənin sonunda müəllif son qənaətini açıqlayır:
“Nə qədər ki, erməni qoşunları Azərbaycan ərazisindədir, Azərbaycandakı məcburi köçkünlər evlərinə qayıda bilmir, dünya birliyi və media bu problemə ikili standartlar prizmasından baxır, bölgəmizdə əmin-amanlıq olmayacaq...”
Elbəyi Həsənli, Sürix
P.S Məqalənin müəllifi Asif Məsimovla əlaqə saxlamağa çalışacağıq. Şübhəsiz ki, 2016-cı ildən Almaniyada yaşayan alimin fikirləri oxucularımız üçün maraqlı olardı.
https://www.freitag.de/autoren/masimov/argumentationen-armenien-vs-aserbaidschan
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024