Erməni terror təşkilatlarının fəaliyyəti, Ermənistanın dövlət səviyyəsində terrora dəstək verməsi artıq heç kimə sirr deyil. “ASALA”, “MAQ”, “Erməni birliyi”, “Daşnaksütyun” və s. bu kimi erməni terror təşkilatları neçə onilliklərdir ki, sərhəd tanımayaraq ən qanlı terror aktlarına imza atırlar. Statistikaya nəzər salsaq, şahidi olarıq ki, təkcə “ASALA” 1970-1990-cı illərdə, 20 il ərzində 150-yə yaxın terror hadisəsi törədib.
Bu cür terror aktlarından biri də “VAN” əməliyyatı adı altında 24 sentyabr 1981-ci ildə Fransanın paytaxtı Paris şəhərində törədilib.
Həmin gin Vazgen Sislyanın rəhbərliyi ilə 4 nəfərlik erməni terrorçu qrupu Parisdəki Türkiyə konsulluğuna daxil olaraq 16 saat ərzində konsulluğun 56 əməkdaşını girov saxlayıblar.
Səhər saatlarında böyük bir ölkənin paytaxtında Vazgen Sislyan, Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyanın tapança, avtomat tüfəng və patlayıcı maddələrlə silahlanaraq heç bir maneə ilə üzləşmədən konsulluq binasını ələ keçirərək zəbt etməsi bir daha onu sübut edir ki, terror aktına əvvəlcədən ciddi hazırlıq görülüb və Parisdə terroçuların güclü dəstəyi olub.
Binanı tam nəzarətə götürdükdən sonra terrorçular öz tələblərini irəli sürüblər. Əsas tələb kimi Türkiyə həbsxanalarında cəza çəkən erməni terrorçularının və erməni “siyasi məhbuslar”ın azad olunması irəli sürülüb. Qarşı tərəf tələblərə rədd cavabı verib.
Türkiyənin Fransadakı səfiri Adnan Bulak terrorçuların tələblərini belə cavblandırıb: “Türkiyədə erməni siyasi məhbuslar yoxdur və biz terrorçularla heç bir danışıqlara getmirik. Türkiyənin sizə rəsmi bəyanatı belədir...”
İstədiklərinə nail ola bilməyən terroçular konsulluq işçilərini ölümlə hədələyəndə mühafizə xidmətinin əməkdaşı Cəmal Özən müqavimət göstərib və erməni silahlıları tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, aldığı yaradan onun həyatını xilas etmək mümkün olmayıb. Həmçinin konsul Kaya İnalı da ağır güllə yarası alıb.
Fransa xüsusi xidmət orqanları “VAN” əməliyyatına qarşı xüsusi əməliyyat hazırlayıb. Danışıqlar zamanı terrorçular yalnız bir halda konsulluğun binasını tərk edəcəklərini bildiriblər, onlar Fransa hökumətindən siyasi sığınıcaq və həbs olunacaqları təqdirdə siyasi məhbus statusu tələb ediblər.
Terroçular zərərsizləşdirilən zaman qrupun başçısı Vazgen Sislyan və Akop Culfayan yaralanıblar. Onlar bir həftə xəstəxanada xüsusi nəzarət altında müalicə aldıqdan sonra “Fren” həbsxanasına saxlanılıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başlayıb. Cinayət materialları məhkəməyə veriləndə Parisdə yaşayan ermənilər terrorçuların müdafiəsinə qalxaraq nümayişlər keçiriblər, bəziləri isə məhkəmə prosesində iştirak etməyə də nail olublar.
Təəcüblü məqam odur ki, cinayət (terror aktı) ağırlaşdırcı maddə olaraq qrup şəklində törədildiyi, hadisə zamanı bir nəfərin öldürüldüyü və bir nəfərin yaralandığı, qanunsuz silahın gəzdirildiyi, 56 nəfər konsulluq əməkdaşının 16 saat qorxu içində saxlanıldığı, konsulluq binasına maddi ziyan vurulduğu faktları təsdiq olunmasına baxmayaraq, məhkəmə terroçuları cəmi 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib və məhkəmə hökmündə terrorçular siyasi məhbus kimi qeyd olunub.
Terrorçular cəzalarını “Flori Merojes” həbsxanasında çəkiblər. 6 avqust 1986-cı ildə onlar azadlığa buraxılaraq Livana göndəriliblər. Aram Basmacyan cəzasının ilk ilində intihar edib.

Terorçu qrupun başçısı Vazgen Sislyan 1988-ci ildə Ermənistana gedib. Terrorçu hava limanında baş nazir səviyyəsində qarşılanıb. O, İrəvanda mənzil və işlə təmin olunub. 1988-1994-cü illərdə Qarabağda separatçı rejimin ordusunda ən fəal döyüşçülərdən biri olub.
Vazgen Sislyan Ermənistan rəhbərliyindən həmişə maddi və mənəvi dəstək alıb və İrəvanda Ermənistan dövlətinin büdcəsi hesabına terrorçulardan ibarət təşkilat saxlayıb və bu gün də həmin təşkilat fəaliyyət göstərir.
2016-cı ilin aprel hadisələrində də Vazgen Sislyan terrorçu dəstəsi ilə Qarabağda olub. Amma Azərbaycan ordusunun gücünü gördükdən sonra, meydanın ona məxsus olmadığını anlayan Sislyan Ermənistana qayıdıb.
Son illərdə tez-tez Ermənistannın kütləvi informasiya vasitələrinə müsahibələr verən terorçunun çıxışlarında onun siyasi proseslərə müdaxiləsi açıq-aydın hiss olunur. Həm əvvəllər Ermənistanın rəhbərliyində olan Qarabağ klanını, həm də mövcud hakimiyyəti sətiraltı tənqid edən Vazgen Sislyan bəlkə də bununla yeni terror planlarını hazırlayır. Yəqin ki, onun bu dəfəki hədəfi elə ermənilərin özü olacaq. Qarışıq Ermənistanda bu prosesin gerçəkləşməsi təbii və labüddür.
Qeyd edək ki, Vazgen Sislyan 1956-cı ildə Beyrutda anadan olub. 1979-cu ildən, 23 yaşından erməni terror hərəkatına qoşulub. 25 yaşından “ASALA”-nın terrorçu qruplarından birinə başçılıq edib.(Aron Hanukaev)
GOYCE.AZ
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025