"Ermənistandan" qovulmuş Azərbaycan türklərinin sayı

14:30 / 07.05.2019
Baxılıb: 3934

"Ermənistandan" qovulmuş Azərbaycan türklərinin sayı İsrafil Məmmədov "Ermənistan" adlandırılan ərazilərdən - türklərin tarixi dədə-baba torpaqlarından deportasiya edilməsini belə dövrləşdirib:

"Birinci dövr 1905-ci il hadisələri ilə bağlıdır. Bu dövrdə ermənilər öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından çıxarmağa, qırmağa, milli soyqırıma başlamışlar. Azərbaycan türkləri ilə ermənilər arasında ilk toqquşmalar Bakı şəhərindən başlayaraq Azərbaycanın digər bölgələrinə - Şuşaya, Zəngəzura, İrəvana, Naxçıvana, Eçmiədzinə, Cavanşir və Qazax qəzalarına yayıldı".

1918-1920-ci illərdə ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırım faktları daha təkmil, daha səriştəli idi. 1918-ci ildə Zaqafqaziyada üç respublikadan biri olaraq Ermənistan 1500 il ərzində ilk dəfə olaraq istiqlal əldə edərkən nə olur-olsun, Azərbaycan və Gürcüstanın sərhədləri hesabına "böyük Ermənistan" yaratmaq iddiasına girişdi. Erməni daşnak hökumətinin ərazi iddiaları Zaqafqaziya xalqları arasında qanlı vuruşmalara, qırğınlara, qaçqınlığa gətirib çıxardı. Həmin dövrdə ermənilər Azərbaycan türklərinin başına olmazın müsibətlər gətiriblər. 1918-1920-ci illərdə türklərin soyqırımı dövründə Ermənistanın indiki ərazisində yaşayan 575 min soydaşımızın 565 mini qırılıb və qovulub. Bu rəqəmi Z.Korkordyan "Sovet Ermənistanının əhalisi - 1831-1931" kitabında təsdiq edir.

1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir az artıq Azərbaycan türk əhalisi qalmışdı. 1922-ci ildə yenidən indiki Ermənistan ərazisinə, yəni öz dədə-baba torpaqlarına 60 min azərbaycanlı qayıtdı. Həmin dövrdə artıq orada yenidən məskunlaşmağa başlayan soydaşlarımızın sayı 73 min nəfər oldu. Zəngəzur qəzasında o dövrdə 100-dən artıq kənd dağıdılmış, 50 mindən artıq azərbaycanlı Azərbaycan kəndlərinə pənah gətirmişdi. Sadə hesablamalara görə, təkcə həmin qəzada yaşayan soydaşlarımıza ümumilikdə 1 milyard manat dəyərində zərər vurulmuşdu.

1948-1953-cü illərdə Ermənistanda yaşayan soydaşlarımızın mərhələli şəkildə dədə-baba torpaqlarından deportasiya olunmasına qərar verildi. Stalin rejiminin qılıncının dalının və qabağının kəsdiyi bir zamanda 100 min Azərbaycan türkü guya "öz istəyinə" əsasən o vaxtkı Azərbaycan SSR-in Kür-Araz ovalığına "könüllü" şəkildə köçürülürdü.

Lakin bu, bir xalqın sözün əsl mənasında soyqırıma məruz qalması demək idi. Köçürülmə prosesində minlərlə soydaşımız şəraitin çətinliyinə dözməyərək məhv oldu. Nəhayət, 1988-1989-cu illərdə indiki Ermənistan ərazisindən 10 minlərlə soydaşımız soyqırıma və deportasiyaya məruz qaldı. Bu, bəşər tarixində misli-bərabəri olmayan bir cinayət aktı idi. İ.Məmmədovun fikrincə, bu sahənin tədqiqatçıları şübhəsiz, gələcəkdə sübut edəcəklər ki, 1988-1989-cu illərdə Ermənistandan qovulmuş Azərbaycan türklərinin sayı müxtəlif mənbələrdə göstərildiyi kimi 165 min, 189 min, hətta 200 min deyil, daha çoxdur.

Tərk etdikləri ərazi isə bəzən mətbuatda göstərildiyi kimi 6 min kv.km deyil, 10 min kv. km-ə yaxındır.

Goyce.az


Etiket:
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər