Goyce.az saytı poliqlot, tərcüməçi, 25 dildə danışan, “20 GÜNƏ İSTƏDİYİN DİL” PROYEKTİNİN MÜƏLLİFİ Emin Qulunun müsahibəsini təqdim edir.
Dillərin kəsişmədiyi nöqtələr hansılardır?
- Bu cümləni yeddi il öncə işlətmişəm. Səbəbi isə odur ki, alimlər dünya dillərinin oxşar və fərqli cəhətlərini axtarıb ümumi qrammatika yaratmaq istəyirdilər. Mən burda yanlışlıq gördüm, öz Praktik universal qrammatikamı düzəltdim. Mənim yaratdığım qrammatika heç bir dilin qrammatikasına oxşamır. O insanın dili bir düşüncə prosesi kimi qavrayışının qrammatikasıdır. Əslində, dillərin oxşar cəhətləri də, fərqli cəhətləri də çoxdur. Önəmli olan o fərqlər deyil, onları yaradan səbəblərdir. Hər bir dilin qrammatikası min illərlə formalaşır. Həmin uzun illərdə, xalqlar arasında olan münasibət fərqli olduğu üçün, hər qramatikada da fərqlər var. Çünki millətlər dillərini qarşılıqlı, razılıqla formalaşdırmayıblar ki!! Dil toplumda formalaşır düzdü, amma bu mənada toplum və onun dilə təsiri çox mürəkkəb anlayışdır. Biz əsas dillərin özlərinin hansı səbəbdən belə fərqli olmalarını öyrənməliyik.
Dillərin sayını azaltmaq arzunuz olub. Cümləniz ikimənalı səslənir. Hər xalqı yaşadan dildir və bir dilin məhv olması, bir xalqın məhv olması deməkdir.
- Bəli, elədir. İnsan həyatında fərqli dönəmlər yaşayır və təcrübə topladıqca müəyyən yaş dövrünə qədər fikir bildirib, sonradan əvvəl dediyi fikirlə razılaşmaya bilər. Bu arzumu dilə gətirəndə otuz dörd yaşım vardı. Doqquz il bundan əvvəl. İndi elə düşünmürəm. Məqsədim əslində o deyildi. Mən sadəcə dünyada bir ümumi dil yaratmaq istəyərdim. Amma fərqli dillərin hamısının vahid bir dilə gətirilməsi, fərqli düşüncə tərzlərinin öldürülməsi deməkdir. Dil çox böyük silahdır və bir xalqın yaşadığı tarixi əks etdirə biləcək bir güzgüdür. Dillərin məhvi, rəngarəngliyi boğmaq deməkdir. Amma yenə də dünyada yeddi mindən çox dilin 2800 ölüb.
Dillər niyə ölür?
- Səbəblər müxtəlifdir! Siyasi, sosial, iqtisadi və sairə. Hər il deməzdim, hər həftə dünyada on dörd dil ölür. Get-gedə əhalinin sayı azalır və dil məhv olur. Elə dil var ki, o dildə cəmi üç yüz əlli adam danışır. Əslində, bir dili üç yüz, beş yüz adam danışırsa, o dil artıq ölü dil sayılır. Bu nisbi anlayışdı. O toplumda ki, ölüm sayı doğum sayından çoxdur, dilin məhv olmaq ehtimalı böyükdür.
Dünyada vacib olan neçə dil var?
- Vacid demək özü bir az mübaisəli məsələdir. Orta hesabla 80-90 dil var ki, bu gün bir sıra səbəblərə görə ən mühüm dil sayıla bilərlər. Bir dili ən azı otuz milyon adam danışırsa, artıq o dil vacib dildir. Elə dil var ki, cəmi üç min adam danışır, amma dil işləkdir.
Akkat, Kopt və bir çox qədim dillər var. O dilləri öyrənmisiz, yaxud öyrənməyə cəhd eləmisiz?
- Mən qədim dilləri öyrənmək məsələsinə, onun öyrənilmə prinsiplərinə bir az fərqli yanaşıram. Səbəb budur ki, o dillərin tələffüzünü bugün yazırlar, guya qədim kopt dilində sözlər belə səslənirdi. Bu bir az mücərrəd məsələdir. Düzdür, o ərazidə yaşayan tayfaların dilində beş-altı qədim söz tapa bilsən, təqribən başa düşmək olar ki, onların sait-samit sistemində səslərin tələffüzü necəydi və onunla əlaqədar olaraq qədim dillərin necə səsləndiyini təqribən bilmək olar. Amma heç kim dəqiq səslənməsini deyə bilməz. Həm də ölü dil artıq ölü dildir. Əgər yazılı abidəsi bizə məlum olan əlifba və səs düzülüşüylə deyilsə, heroqlif və ya simvollarla yazılıbsa, biz onun necə səslənməsini bilə bilərikmi? İkincisi, mən özüm keçmişdən qalan artifaktlara, dillərə, yazılmış kitablara, abidələrə bir az barmaqarası baxıram. Çünki əmin deyiləm, həqiqətən Misir ehramları dörd min bundan əvvəl tikilib, ya yox. Alternativ düşüncəm odur ki, qədim dünya tarixinin yazıldığı kimi olduğundan əmin deyiləm. Məsələn, Nizami Gəncəvi farsca yazmayıb. Türkcə yazıb! Onun əsərlərinin farscaya çevrilməsi elədə uzaq tarix deyil! Bu təkcə mənim fikrim deyil. Hətta fars alimlərinin də bəziləri belə düşünürlər! Nizami Gəncəvinin Misirdə tapılan türkcə şeirlərini oxumuşam.
Hal-hazırda Azərbaycanda sizdən çox dil bilən var?
- Dünyada var, Azərbaycanda deyə bilmərəm. Dil barədə bir məsələ də var. Üzərində işlədiyim 125 dil var. Onların birinin tam başlanğıcındayam, birinin ortasında, birinin sonundayam. Hər hansı dili rahat danışıram deməyin özü də mücərrəd anlayışdır. Məsələn, tutuaq ki, iki çinli danışır, mən başa düşürəm onları. Amma mən çincə danışanda, dilim topuq vurur. Amma mən çin dilini bildiyim 25 dilin arasında görmürəm. Kazak dilində mahnılar dinləyirəm, kinolara baxıram, başa düşürəm, danışa bilmədiyim üçün deyə bilmərəm kazak dilini bilirəm. Yapon dilinin qrammatikasından dərs keçə bilərəm, amma bildiyim dillərin arasında saymıram. Qısası, müntəzəm olaraq 125 dildir ki, üzümüzə gələn üç il ərzində bilmək istəyirəm. Çox dil bilən insana digər dilləri bilməyi vacib deyil.
Əlavə dil bilmək insana nə üçün lazımdır?
- Əlavə dil öncəliklə ünsiyyət qurmaq üçün lazımdır. İkincisi, elmi işlə məşğul olmaq üçündür. Misal üçün, mən rus və ingilis dilini bilirəmsə, dünyanın bütün elmi məqalələrini rahat oxuya bilərəm. Mən yapon dilində Eynşteyni oxumağı neynirəm? Yapon dilində küçədə özümü ifadə edə bilirəmsə, mənə kifayətdi. İspan və İtalyan dilinə marağım müxtəlif səbəblərdən lazım olduğu üçün dərindən öyrənmişəm. Amma deyək ki, bugün hind dilini öyrənmək istəyirəmsə, iki mindən artıq söz öyrənməyimin heç bir əhəmiyyəti yoxdu.
Deməli, istənilən dildə iki min söz bilib, ünsiyyət qurmaq kifayətdir?
- Bəli. İstənilən insan öz doğma dilində ömrü boyu uzağı iki mindən artıq söz danışmır. Ondan gerisi isə işlədilməyən, hərdən lazım olan bilikdir. Biz sizinlə bəyaqdan söhbət edirik. Təxminən üç yüz söz işlədərik, ya yox.
Siz həm də yazıçısınız.
- 42 romanım var. Əsas üç janrda yazıram. Belletristika, dedektiv-nəsr və elmi kitablar. Ən böyük işim, beş yüz cilddən ibarət beş sezonluq "DIVARDAKI YAZILAR" romanıdır. Hadisələr İstanbulda cərayan edir. İdeya, bir il öncə İstanbuıda dənizin kənarında olanda, ağlıma gəlib və 30 bölümünü 1 aya yazmışam, yəni günə bir bölüm. Hər bölümü 50 səhifədir (kitab olaraq 120 səhifə). Durmadan yazırdım. On gün yatmayıb yazdığım gün olub. Günə bir saat sadəcə dincəlirdim. Sonra məni xəstəxanaya aparıblar. Oturmaqdan ayaqlarım şişmişdi. Tarixi, sosial və siyasi bir əsərdir. Aya Sofya və İstanbulun fəthindən söhbət gedir, amma hadisələr müasir dövrdə baş verib. İkinci sezon, İsmət İnönü dövründə 146 Azərbaycan aydının qətliamıyla başlayır. Kitabın əsas qəhrəmanı anası türkiyəli, atası azərbaycanlı olan, amma atasıyla yaşayan Araz adlı oğlandır. Beş sezonda 200 dən artıq əsas personaj var. Roman yerin altında əcaib və mistik çalarlı bir insanın törətdikləri hadisələrdən danışır. Əsas ideya “İşıq və qaranlq”-dır. Yəni həyatın işıqda bir cür, kölgədə başqa cür olmasıdır.
Səmimiliyimə inanın, özüm yazdığım üçün demirəm, amma bu roman oxuya biləcəyiniz ən mürəkkəb detallarla və onların təsfiri ilə dolu bir romandır. Oxuyandan sonra biləcəksiz. Bu kitabı yazmaq üçün yeni ədəbi janr düşünməli oldum. Düşündüm ki, bu adi ədəbi janr olmamalıdır. Janrın adını “REALITY-BOOK” qoydum.
Digər ədəbi janrlardan fərqi nədir?
Mən istəyirdim, elə bir əsər yaradım ki, orda insanlar əsəri mənlə birlikdə yazsınlar. Elə bir şərait yaradacam ki, kitabın on bölümünü oxuyan insan, sosial şəbəkə vasitəsiylə özündən bir personaj artırıb romanın ardını yaza bilsin. Yazdığı personaj romana uyğun gəlsə, həmin insanı yaratdığı personajla kitaba salacam. Bu ədəbi cərəyanı yaratmaqda məqsədim odur ki, insanlar bir yerdə danışsınlar. Bu ideyanı tərənnüm edən başqa bir romanım var, lakin "DIVARDAKI YAZILAR", “REALITY-BOOK” janrını verdi mənə. Söhbət "Dünya evimdir" əsəridir. Əsərin qəhrəmanı 192 ölkəni piyada gəzən “yolçudur”. O hansı ölkəyə keçirsə, kitabın o hissəsini həmin ölkənin danışdığı dildə yazmışam. Kitab əlyazma variantında çap olunacaq. Əslində, kitabın adını "BƏŞƏRIYYƏTIN SƏFİRİ" qoymaq istəyirdim. Sözün açığı, çox dil öyrənməyimin səbəbi dünyadakı bütün insanları bir-bir tanımaq idi. Düzdür, mümkünsüz, nağılabənzər arzuydu, uşaq ideyası idi. Təsəvvür edirsən, dünyada bütün insanları bir-bir tanıyırsan.
Buna insanın ömrü çatmaz. Kitabınızı nə zaman oxuya bilərik?
- Oktyabrdan artıq ilk sezonu çapa vermək fikrim var. Üç hadisə Bakıda baş verir. Azərbaycan dilində yazılıb. Türkiyəlilər o hissələri bizim şivədə oxumalı olacaqlar.
Dil öyrənmək maraqlıdır, yoxsa kitab yazmaq?
- Mən dünyada kitab yazmaqdan əlavə maraqlı ikinci iş tanımıram. Bunu hər insan başa düşməz. Normal insan formatı deyil. Alimlər araşdırıblar ki, normal insan heç nə bacarmayan, çox bəsit işlərlə məşğul olan insanlardır. Digər insanlar ifratdadır. Mən başa düşürəm ki, ifratı da ötüb keçmişəm.
Yenə də dünyanın bir dildə danışmağını istəyirsiz?
- Daha istəmirəm. Bütün mədəniyyətlər yaşasın! Amma bütün bunların fonunda mən milliyətçiyəm. Dünyanı Türk dünyası görmək istəyirəm. Dünyada türklər yeganə etnosdurlar, hər şeyi qanla həll ediblər, amma qansız deyillər.
Möhtəşəm cümlədir.
- Həqiqət budur. Türklə düşmənçilik edən millətlər türklər qədər qan tökməyiblər, amma çoxları soyuqqanlı və qansızdırlar. İmperiyalar qurmuş yeganə millət kimi heç bir millətə öz dilini yeritməyib. Dünya bir gün tamamilə duracaq! Həmən gün türklər gələcək!!
Çox dil bilən, çox öyrənən insanların rahatlığı olmur. Sizin narahatçılığınız nədir?
- Mənim yatmaq problemim var. Yatmamışdan əvvəl özümü fiziki olaraq çox yoruram. Sutkanın on dörd saatı daim hərəkətdəyəm. Özümdən asılı deyil.
Mahnılar bəstələyirsiz. Hansı dildə bəstələyib oxumaq daha rahatdır?
- Daha rahatdır anlayışı düz deyil. Bir sıra dillərdə yaza bilərəm. Əgər öz ölkəndə məşhur olmaq istəyirsənsə, öz dilində oxumalısan. Dünyada məşhur olmaq istəyirsənsə, ingilis dilində yazıb oxumalısan. Yaxınlarda çıxacaq iki ROCK albomumun ikisi də ingilis dilindədir. İki fərqli xarakter yaratmışam. Əslində bunu "QARANLIĞIN SƏSLƏRİ" adlı qorxulu film ssenarim var. Albomdakı musiqiləri ssenariyə uyğun yazmışam. Orda iki fərqli rock ifaçıdan söhbət gedir. Biri ölüb, o biri onun təsirinə düşüb yeni musiqi janrı yaratmağa çalışan uğursuz bir insandır. Uğursuz adamın musiqisini tamam fərqli səslə oxumuşam. İki musiqini dinləyən dinləyici musiqiləri eyni adamın ifa edəcəyini bilməyəcək. O filmin ssenarisi üçün dörd musiqi aləti düzəltmişəm.
Özünüzü həm də rejissor kimi sınamısız. "Dönərçi" adında ilk filminiz də qorxu filmidir. Adı tamaşaçını çaşdırır. İlk baxışdan elə bilirsən komediyadır.
Belə deyək, adı satiradır. Film artıq dörd dilə tərcümə olunub. Rus, ərəb, türkiyə türkcəsinə dublaj olunub, orijinal isə azərbaycan dilindədir. İngilis dilinə də dublaj edəcəm, az qalıb. Bu mistika deyil, amma isterdim mistik olsun! Mistikani çox sevirem, ikinci film mistik qorxu filmidir.
Mistikaya bu qədər maraq hardandır?
Mistika uşaqlıqdan məni cəlb edib. Ezoterikaya marağım böyükdür. Kinoda mistik janra gələndə isə belə deyim. Yaradıcılıq üçün çox imkan olur - mistikada!! Kinomatoqrafiyanı yaradıcılıq baxımından fərqli rejissorların dünyagörüşünə görə bir neçə katakoriyaya bölmək olar. Elə rejissorlar var, deyir ki, ssenarim super olmalıdır, film pis çəkilsə də olar. Mən elə kinonu qəbul eləmirəm. Mən düşünürəm ki, kino birinci estetikadır, sonra mahiyyətdir. Adamlarsa deyir, kino birinci mahiyyət, sonra estetikadır. Qətiyyən elə deyil. Mənə roman maraqlıdırsa, kitabını oxuyaram, kino nəyimə lazımdır? Amma kino göz oxşamalıdır. Axşam kinoya baxanda birinci onun büdcəsinə baxıram. Büdcəsi iki milyondan aşağıdırsa, istəyir dünyanın ən maraqlı kinosu olsun, baxmıram. Kinonun hər kadrı göz oxşamalıdır. Kinonun hər stop kadrı rəssam əsəri olmalıdır, rəssamın tablosuna bənzəməlidir. Bunu həmişə deyirəm. Filmdə mənim üçün həyatda olmayan şeylər maraqlıdır. Mən mistikanı daha çox sevirəm. Görünməyən tərəflərə meyilliliyim uşaqlıqdan var. Birdə tarixi filmləri sevirəm. Ən böyük arzum Şah İsmayıl Xətai və Əmir Teymur haqqında tarixi fllm çəkməkdir.
Filminiz uğurlu alınsa, hər şeyi atıb yalnız rejissorluqla məşğul olacaqsız?
Mən heç vaxt heç nəyi atmıram. Xobbi anlayışını da sevmirəm. Məşğul olduğum hər bir iş sevdiyim işdir və hər birinə diqqət ayırıram. 2008-ci ildən bu ilə qədər yazdığım "SIMASIZ BÜT" romanım var. Bitirməyimə bir-iki səhifə qalıb. Ömür boyu bizə öyrədiblər ki, insanın bir məsləyi olar və özünü o məsləyə həsr edər, qurban edər. İnsan məsləkləri özünə qurban edər, özünü qurban etməz.
Kitabın mahiyyəti budur ki, baş qəhrəman Nizami Gəncəvinin ruhuyla görüşür, Nizami sual verir ki, nəylə məşğulsan? Cavab verir ki, hər şeylə. Deyir, olmur axı elə, həyat bir dənədir. Cavab verir ki, mən məşğul olmaq istədiyim və sevdiyim bütün sahələri bir gündə xəyalımda yaşıyıram. Bir günün içində bir ömürə bərabər bir hadisə yaşayır. Nizami Gəncəviylə sonunda epiloqda da görüşürlər. Ümumiyyətlə, yaşadığım dünyanı tamamilə tanımaq istəyərəm. Kim istəyər ki, yüz otaqlı evi olsun, onun ancaq iki otağını tanısın?
Bu söhbətlər danışmaqla birməyəcək!
Söhbətləşdi: Şəfaqət Cavanşir
GOYCE.AZ
1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.202460 YAŞIN MÜBARƏK!
15.01.2024