Arxitektor və məşhur iş adamı ola bilmədilər, Vətən fədaisi oldular….

14:00 / 18.10.2020
Baxılıb: 3386

Vətən fədailəri!

Onlar mənim sinif yoldaşlarımdı..

1992-ci ildə İslam şəhid düşdü, İmran itkin…

Ruhlarına fatehə..

Unutmadıq! Özümüzdə sözümüzdə yaşadırıq!!!

Görəsən Qarabağ savaşı olmasaydı həyatlarımız necə olardı? Yəqin İslam xatirəsində yazdığı kimi arxitektor, İmran da özü dediyi kimi məşhur iş adamı olacaqdı…

Qarabağ savaşı başlayandan Qaxın iğid oğulları da səfərbər oldular. Yurdun başında bəla dolaşırdı. Hamı bir şey düşünürdü;Vətən dardadı! Elin bu başından o başına ürəklərdə yol açıldı. Səmənd atlar şahə qalxdı, igidlərin damarı oynadı. Analar bağırlarına daş basdılar. Nişanlı qızların gözlərinə kədər, gəlinlərin üzlərinə nisgil çökdü. Orda, doğma Qarabağda qan tökülürdü. İnsanlar ayaqyalın, başıaçıq canlarını götürüb dağlarla, düzlərlə qaçırdılar. Körpələrin dəhşətli baxışlarında donmuşdu Qarabağ! Anaların ahından asılmışdı Qarabağ! Qızların hörüklərində işgəncəli sızıya, namus ləkəsinə dönmüşdü Qarabağ! Erməni vandalı rəhm etmədən biçirdi zəmiləri, meşələri və insanları… Düşmənin qəh-qəhə küləklərində ovuc-ovuc sovrulurdu Qarabağ.. Tarixin ən yaralı səhifəsi olub inləyirdi Qarabağ!!! El igidləri savaşırdı mətinliklə, igidliklə. Bu savaşda qədim Qum kəndinin  cəsur oğullarından 7 nəfəri şəhid oldu, 2 nəfəri isə itkin düşdü. Parta arxasından cəbhəyə tökülüşən igid oğullardan, damarında vətən eşqli qan daşıyan vətənpərvər gənclərdən şəhidlik zirvəsinə yüksəlmiş İslam Yusifov və qızğın döyüşlər zamanı itkin düşən və taleyi bu gün də qaranlıq qalan İmran Şamxalov Daxili Qoşunların cəsur döyüşçüləri idi.

Məktəb illərinin xoş əhvalında əsər qəhrəmanlarını ideal seçərək mübariz  ruha köklənən İslam və İmran müxtəlif xarakterlərə malik idilər. İkisi də hündürboylu, yaraşıqlı idilər. Məsum çöhrələrində həya nuru yurd salmışdı. Məktəb fəalları olaraq həm dərslərinə, həm də müəllimlərin tapşırıqlarına məsuliyyətlət yanaşırdılar. İmran çox güldüyünə görə bəzən qınaq obyektinə çevrilsə də, sonda bütün sinif və müəllim də ona qoşulardılar. Böyük məsuliyyətin içində bu gün çoxunun həsəd apara biləcəyi doğmalıqla dolu bir səmimiyyət də vardı. Ümumiyyətlə, sinifimiz elə idi ki, sanki hamı bir evdə doğulmuşdu. Hamı bir-birinə o qədər doğma yanaşırdı. İslamın gözəl əl qabiliyyəti vardı. Mütaliəni çox sevirdi. Əsasən də tarixi əsərləri. Sanki o əsərlərin  içində özünü axtarırdı. Arxitektor olmaq arzusundaydı. Ən yaxın dostu İsaq İsaqovla bu barədə müzakirələr aparardı. Imran isə “məşhur iş adamı olacağam”-deyirdi. Ən çox komediya filmlərinin obrazlarını təqlid edərdi. Onun zarafatlarından heç kim inciməzdi. Sanki ömrünün qısa olacağını, bir də bu insanların arasında olmayacağını hiss edirmiş kimi gülüş planının doldururdu (əslində onun sağ qalıb-qalmaması barədə heç bir məlumat ala bilməmişik). Buraxılış ilinin sonlarına yaxın hər ikisində qəribə bir susqunluq yaranmışdı. İslam hamıdan qaçmağa başlamışdı, İmran isə uzun-uzun düşüncələrə dalırdı. Qaynar gənclik ürəyinin böyük arzulu duyğuları onların qulağına nə pıçıldasa da, əsgərlik həyatı, Vətən sevgisi ümdə idi. Qarabağ məsələsi ortaya düşəndə isə bütün sinif oğlanları səfərbər vəziyyətə gəlmişdilər. Onlar nənə-babalardan eşitdikləri, nağıl, əfsanə, tarixi kitablardan oxuduqları müharibə adlı məfhumun  soyuq dalğasının real havasını hiss edirdilər. Düşmən həmləsi və iddiası İslamın qələmindən vətən namusu kimi ağ olan vərəqə damlayaraq Qarabağın toxunulmazlığını əks etdirən bir rəsmə çevrilmişdi.

Səhranın burulğanlı tufanı erməni vandalının soyuq nəfəsilə Qarabağı hədəf almışdı. Geriyə yol yoxdu! İrəli gedirdi Vətən oğulları, Vətən eşqinə! Kökslərindəki min bir arzunu da Azərbaycan bayrağına büküb qəlblərinin bir küncünə saxlamışdılar. Artıq o arzular ikinci dərəcəli işə çevrilmişdi. İndi Vətən qayaları baş yastığı, Vətən torpağı isə yumşaq döşək idi. Gözlərdə qığılcım, qəlblərdə atəş, Vətən namusunu çəkirdi əsgər! Bəli illərlə tarixi kitablardan oxuduğumuz, dəhşətini, vəhşətini bu qədər dərindən duymadığımız müharibəni real həyatda görür, ağrılarını, acılarını yaşayırdıq. Sonu bilinməyən savaş! Əllər yalın!

Dostluğun, qardaşlığın müqəddəsliyini nəsillərə təlqin edən xalqım, illərlə dost sandığı erməni millətindən ürəyinin başına xəncər yarası almışdı. Bəxti qara gələn 70-ci illərin doğumluları! Kimi itgin düşdü, kimi şəhid oldu, kimisi qazı!

Hər bahar özü ilə gözəlliklə bərabər böyük nisgil də gətirir gözümüzə.

Şəhid məzarlarına gül-çiçəkli yol uzanır! Burda yatan qəhrəmanların narahat ruhları ziyarət olunur! Ürəyimizdə isə min bir “bəlkə”! Ömrümüzü yeyib bitirən “bəlkə”lər. Nakam talelər! Ürəklərdə başdaşı qaysaq olan yaraların qan məzarına gömülən arzuları!

Bəli! Onlar vəzifə sahibi ola bilmədilər, lakin ən böyük rütbə, ən böyük vəzifə olan  Vətən fədaisi ola bildilər! Tartixə hopdular, kitabın ən gözəl, ən duyumlu səhifəsində yer aldılar! Vətən eşqli ürəklərdə ünvan oldular! İndi İslamın uyuduğu, İmranın yurd torpağına qovuşa bilmədiyi böyük Qum kəndində yüzlərlə mübariz ruhlu İslam, İmran böyüyür. Onları örnək görərək, onları ideal seçərək!

Bir çox evdə 80-cı illərin moduna çevrilən xatirə dəftərləri var. O dəftərlərin içində neçə-neçə şəhidin, itkinin canlı xatirəsi yatır. Sətirlərdən gələn doğma səslər boğazımızda düyün olub, göz yaşını ürəyimizə axıdır!

Yazılası, deyiləsi o qədər söz var ki, ürəkdə….

Kitablara sığmasa da elin yaddaşına sığır İslam adı ilə, İmran adı ilə!

Nağıl ömürlü qəhrəmanlarımız!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!(aqsaqqallar.az)

Şərafət Şəfa


Etiket:
Xəbərlər

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024
Bütün xəbərlər