Müasir onkoloji cərrahiyyə tibbin ən mürəkkəb və məsuliyyətli istiqamətlərindən biridir. Bu sahədə uğurlu nəticələr əldə etmək dərin nəzəri bilik, uzunmüddətli klinik təcrübə, yüksək cərrahi hazırlıq və müasir müalicə texnologiyalarına bələdlik tələb edir. Xüsusilə qarın boşluğu və kiçik çanaq orqanlarının mürəkkəb onkoloji xəstəliklərinin müalicəsində cərrahın peşəkar təcrübəsi, multidissiplinar yanaşma bacarığı və elmi-tədqiqat fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, tibb elmləri namizədi, onkoloji cərrah Ramiz Kamrəddin oğlu Vəliyevin peşəkar fəaliyyəti diqqətəlayiqdir.
Ramiz Vəliyev 1983-cü il yanvarın 17-də Moskvada anadan olub. Əsli, kökləri Qərbi Azərbaycanın Göyçə mahalındakı Zod kəndinə gedib çıxır. O, tanınmış nəslin davamçısı - Seyid Qasımın nəvəsi, onkoloji ortopediya və onurğa cərrahiyyəsi üzrə tibb elmləri doktoru Aslan Vəliyevin qardaşıdır.
İnsan öz kökünü xatırlayanda keçmişə qayıdır, həm də haradan gəldiyini dərk edir. Kök yaddaşı şəxsiyyətə mənəvi dayaq verir, ona ruhsal dünyasında yer tapmağı öyrədir. Qərbi Azərbaycanla soy bağı uzaq məsafələrdə böyüyən nəsillərdə də qədim mədəniyyət hafizəsini yaşadır və insana öz mənsubiyyət şüurunu qorumağa imkan verir.
Ramizin Tibbə marağı və seçdiyi peşəyə bağlılığı onun gələcək həyat yolunun əsas istiqamətini müəyyənləşdirib. 1990-2000-ci illərdə Moskvanın 1579 nömrəli orta məktəbində təhsil alıb. 2000-ci ildə N.N.Piroqov adına Rusiya Dövlət Tibb Universitetinə daxil olub, 2006-cı ildə həmin ali təhsil müəssisəsinin Müalicə işi fakültəsini bitirərək həkim ixtisasına yiyələnib.
Peşəkar formalaşmasının növbəti mərhələsi onkologiya sahəsi ilə bağlı olub. 2006-2008-ci illərdə N.N.Bloxin adına Rusiya Onkologiya Elmi Mərkəzində onkologiya ixtisası üzrə klinik ordinaturada təhsil alıb. 2008-2011-ci illərdə isə həmin elmi-tibb müəssisəsində əyani aspiranturanı davam etdirərək elmi-tədqiqat istiqamətində bilik və bacarıqlarını inkişaf etdirib. 2015-ci ildə “Biliopankreatoduodenal zonanın xərçəng xəstələrinin cərrahi müalicəsinin yaxın və uzaq nəticələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. Bu tədqiqat onun mürəkkəb onkoloji xəstəliklərin cərrahi müalicəsinə elmi yanaşmasının formalaşmasında mühüm mərhələ olub.
Ramiz Vəliyevin əmək fəaliyyəti 2003-cü ildən başlayır. 2011-2017-ci illərdə N.N.Bloxin adına Rusiya Onkologiya Elmi Mərkəzinin “Radiocərrahiyyə” cərrahi şöbəsində həkim-onkoloq kimi fəaliyyət göstərib. Bu dövrdə müxtəlif lokalizasiyalı bədxassəli şişlərin cərrahi müalicəsi üzrə praktiki təcrübə qazanıb, mürəkkəb klinik halların idarə olunmasında iştirak edib.
2017-ci ildən 2021-ci ilin yanvar ayınadək həmin mərkəzin 50 çarpayılıq “Radiocərrahiyyə” şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifədə yalnız klinik fəaliyyətlə kifayətlənməyərək təşkilati-idarəetmə və elmi-tədqiqat işlərinə də rəhbərlik edib. Cərrah-onkoloqlar və radioterapevtlər daxil olmaqla 30 nəfərədək həkimdən ibarət kollektivin fəaliyyətini əlaqələndirib.
Şöbənin klinik və elmi-praktik fəaliyyəti onkoloji xəstəliklərin müxtəlif istiqamətlərini əhatə edib. Burada süd vəzi xərçəngi, ginekoloji bədxassəli şişlər, proktoloji və uroloji onkoloji xəstəliklər, mədə-bağırsaq traktının şişləri, eləcə də qeyri-orqan mənşəli retroperitoneal törəmələr üzrə müalicə və elmi araşdırmalar aparılıb. Şöbədə cərrahi müalicə istiqamətində 700, şüa müalicəsi istiqamətində isə 500 xəstə qəbul edilib. Müalicə prosesində yeni metodların işlənib hazırlanmasına və klinik praktikaya tətbiqinə xüsusi diqqət yetirilib.
Şöbənin elmi-praktik fəaliyyətinin əsas istiqamətlərindən biri cərrahi müdaxilələrin müxtəlif şüa terapiyası üsulları ilə birləşdirilməsi olub. Bu çərçivədə orqanqoruyucu və funksional baxımdan qənaətcil əməliyyatların təkmilləşdirilməsi, interstisial, intrakavitar və applikativ braxiterapiya metodlarının tətbiqi, süd vəzi xərçəngi, qarın boşluğu və kiçik çanaq orqanlarının şişləri zamanı intraoperativ şüa terapiyasından istifadə diqqət mərkəzində saxlanılıb.
Bununla yanaşı, qarın boşluğu və kiçik çanaq orqanlarında genişləndirilmiş və kombinə olunmuş əməliyyatların aparılması, rekonstruktiv və bərpaedici cərrahiyyə metodlarının inkişaf etdirilməsi, şüa terapiyasından sonra çanaq orqanlarında zədələnmələr yaranmış xəstələrin cərrahi müalicəsi də şöbənin mühüm fəaliyyət istiqamətlərini təşkil edib.
2021-ci ilin yanvarından etibarən Ramiz Vəliyev A.S.Loginov adına Moskva Klinik Elmi Mərkəzində çanaq orqanlarının onkocərrahiyyəsi üzrə 30 çarpayılıq şöbəyə rəhbərlik edir. Şöbənin strukturuna Ginekoloji laboratoriya və 2 nömrəli Onkocərrahiyyə şöbəsi daxildir. Burada hər il müxtəlif mürəkkəblik dərəcəsinə malik 1000-dən çox cərrahi əməliyyat həyata keçirilir. Bu göstərici şöbənin yüksək klinik fəaliyyət intensivliyini, mürəkkəb onkoloji patologiyaların müalicəsində iştirakını və cərrahi imkanlarının genişliyini əks etdirir.
Ramiz Vəliyevin peşəkar fəaliyyətinin əsas istiqaməti mürəkkəb onkoloji xəstəliklərin cərrahi müalicəsidir. O, mədə, mədəaltı vəzi, nazik və yoğun bağırsaq üzərində aparılan onkoloji əməliyyatlar da daxil olmaqla, onkoloji cərrahiyyənin müxtəlif növlərinə yiyələnib.
Ginekoloji onkologiya sahəsində uşaqlıq cisminin və uşaqlıq boynunun bədxassəli şişləri zamanı standart, eləcə də genişləndirilmiş və kombinə olunmuş cərrahi müdaxilələr həyata keçirir. Düz bağırsaq və sidik kisəsi xərçənginin müalicəsində də mürəkkəb əməliyyatların aparılması üzrə təcrübəyə malikdir. Yumurtalıq xərçəngi zamanı ilkin və təkrar sitoreduktiv əməliyyatlar onun klinik fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Xüsusilə kiçik çanaq orqanlarının və qarın boşluğunun qeyri-orqan mənşəli şişlərinin cərrahi müalicəsi onun ixtisaslaşdığı mürəkkəb sahələr sırasındadır. Bu patologiyalarda şişin yerləşməsi, ətraf anatomik strukturlarla münasibəti və böyük qan damarlarına yayılma ehtimalı əməliyyatın planlaşdırılmasını və icrasını çətinləşdirir. Vəliyev belə hallarda rekonstruktiv-plastik cərrahiyyə üsullarından istifadə edir. Onun təcrübəsinə qan damarlarının rezeksiyası və protezləşdirilməsi, müxtəlif lokalizasiyalı şişlər zamanı damar sistemində yaranan şiş tromblarının çıxarılması kimi yüksək mürəkkəblikli müdaxilələr də daxildir. Bu tip əməliyyatlar yalnız onkoloji cəhətdən radikal yanaşma deyil, həm də orqanizmin anatomik və funksional bütövlüyünün mümkün qədər qorunmasını tələb edir. Buna görə də cərrahi qərarların düzgün planlaşdırılması, anatomik biliklərin dərindən mənimsənilməsi və multidissiplinar komanda ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Həkimin elmi fəaliyyəti də klinik təcrübəsi ilə paralel inkişaf edib. O, bir ixtiranın patentinin və müxtəlif tibb jurnallarında dərc olunmuş 56 elmi məqalənin həmmüəllifidir. Elmi nəşrləri və tədqiqat fəaliyyəti onun onkoloji cərrahiyyədə mövcud müalicə yanaşmalarının təhlilinə və yeni metodların tətbiqinə verdiyi töhfəni əks etdirir. Elmi göstəricilərindən biri olan Hirş indeksi 4-dür.
Müasir onkologiyada cərrahi müalicənin inkişafı yalnız fərdi cərrahın təcrübəsi ilə deyil, həm də ixtisaslaşmış klinik mərkəzlərin imkanları, elmi əməkdaşlıq və qabaqcıl tibbi texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Bu baxımdan, Ramiz Vəliyevin gələcək peşəkar planları onkoloji cərrahiyyə sahəsində uzunmüddətli klinik fəaliyyətin davam etdirilməsi ilə əlaqədardır.
O, onkoloji xəstəxanada çalışmaq, mürəkkəb cərrahi əməliyyatlar həyata keçirmək və öz klinik təcrübəsini yeni tibbi kollektivlərdə tətbiq etmək arzusundadır. Eyni zamanda, konsultasiyalar keçirmək və mürəkkəb onkoloji əməliyyatlar aparmaq üçün qısamüddətli ezamiyyətlərdə iştirak etməyə açıqdır.
Ramiz Vəliyevin peşəkar yoluna nəzər saldıqda, onun fəaliyyətində üç mühüm istiqamətin - fundamental tibbi təhsil, elmi-tədqiqat fəaliyyəti və mürəkkəb klinik cərrahiyyənin vəhdət təşkil etdiyi görünür. İllər ərzində qazandığı təcrübə, rəhbərlik etdiyi ixtisaslaşmış şöbələrin klinik fəaliyyəti, elmi nəşrləri və rekonstruktiv onkoloji cərrahiyyə sahəsindəki bacarıqları onun peşəkar portretini formalaşdıran əsas amillərdir.
Onkoloji cərrahiyyədə uğur təkcə əməliyyatın texniki baxımdan yerinə yetirilməsi ilə ölçülmür. Burada əsas məqsəd xəstənin həyatını xilas etməklə yanaşı, mümkün olduqda onun həyat keyfiyyətini, orqan funksiyalarını və sosial aktivliyini qorumaqdır. Bu məsuliyyətli missiyanın həyata keçirilməsi isə elmi bilik, peşəkarlıq, dəqiqlik və davamlı inkişaf tələb edir. Ramiz Vəliyevin çoxillik fəaliyyəti məhz bu prinsiplər əsasında formalaşmış peşəkar yolun nümunəsidir.
Ramiz Vəliyev kimi uğur qazanmış alim və ziyalıları tanımaq nə üçün lazımdır? Bilik özlüyündə qəlbi saflaşdıran və insanı ucaldan vasitədir. Biliyin dəyəri əxlaqda, əməldə və xidmətdə ölçülür. Bu baxımdan, belə şəxsiyyətləri tanımaq bilik ilə əməlin birləşdiyi canlı nümunəyə baxmaq deməkdir. Birincisi, bu tanışlıq örnək verir. Çünki təbabət cəmiyyətdə fərz-i kifayə (ortaq borc) sayılır. Dünyanın ən mürəkkəb əməliyyat otaqlarında illərlə çalışan həmvətən cərrah gənclərə göstərir ki, ləyaqət səbir, intizam və başqasının əzabına qarşı dərin məsuliyyətlə qazanılır. Əməlsiz bilik isə artıq yükdür. İkincisi, bu, şükr etməyi öyrədir, üçüncüsü isə özünüdərkə aparır. Kökə bağlılıq yalnız əxlaq və xidmətlə təsdiqləndikdə mənəvi dəyər daşıyır. Bu tanışlığı sadəcə qürur hissi ilə məhdudlaşdırmaq düzgün deyil, çünki belə tanışlığın əsl bəhrəsi tərbiyədir.
Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Firdus Vilid oğlu Kərimov (Moskva ş.)
Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə
12.11.2026Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev
11.11.2026Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
08.11.2026Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM
30.10.2026“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib
16.10.2026Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı
16.10.2026“Sındırılmış saz, yandırılmış aşıq”
10.10.2026Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub
05.10.2026Elmin və şəxsiyyətin akademiki
24.09.2026Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH
19.09.2026Adın özü bir düşüncədir
19.09.2026Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub
19.09.2026Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir
17.09.2026Göyərən qəbir
09.09.2026Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025