“Sərhədləri boyunca Türkiyədə, Gürcüstanda, İranda və Azərbaycanda yaşayanlar Azərbaycan türkləridir”
Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Qarabağı azad edir. Qarabağın bütün rayon və kəndlərinin işğalçılardan təmizlənərək azad olunacağı şübhəsizdir.
Ermənistanın əlində Qarabağdan başqa da Azərbaycan torpaqlarının olduğu bəllidir-Zəngəzur, Göyçə mahalı. Qarabağ işğaldan azad edildikdən sonra bu torpaqlarımızı da ermənilərdən geri ala bilərikmi? Zəngəzurun, Göyçənin, Mehrinin Azərbaycana birləşdirilməsi nə zamansa reallaşa bilərmi və hazırkı geosiya vəziyyət buna imkanlar tanıyırmı?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, ermənilər özlərini nə qədər fəda etsələr də tarixi dəyişdirmək iqtidarında ola bilməzlər. Bütün dünyada hər kəsin bildiyi həqiqət odur ki, bugünkü Ermənistan bizim əzəli ata-baba torpaqlarımızda yaradılıb. Bir millət kimi harada olmalarından asılı olmayaraq şeytana əngəl ola bilən bu məxluqların torpaqlarımıza gəlməsi tarixi o qədər də böyük deyil. Hətta İrəvanın bəlli səbəblərdən onlara bəxş edilməsi də tarixi bir həqiqətdir: “Ermənistan adlı qondarma dövlət bu gün dörd tərəfdən Azərbaycan türklərinin əhatəsində yaşayır. Onların sərhədləri boyunca Türkiyədə, Gürcüstanda, İranda və Azərbaycanda yaşayanlar Azərbaycan türkləridir. Biz milli alicənablığımıza uyğun olaraq zamanında bu yaramazlara öz evimizin içərisində yaşam yeri verdik. Onlar isə zaman-zaman nankor xislətlərini ortaya qoydular. Öncə Ermənistan dövləti yaradıb sonradan Zəngəzurun bir hissəsini ”mədəni" işğal etdilər, bundan sonra Azərbaycanla Naxçıvanı birləşdirən Mehrini sovetlər birliyinin erməni rəhbərlərinin əli ilə Ermənistana birləşdirdilər. Sovetlər birliyi dağılmaq ərəfəsində və o, dağıldıqdan sonra Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal etdilər. Səksəninci illərin sonlarında onlar “miatsum” deyəndə şəxsən mən mətbuat səhifələrində çıxış edib, bunun müqabilində Zəngəzurun Azərbaycana qaytarılması məsələsinin gündəmə gətirilməsini təkid etmişdim. Lakin bu, o, vaxtkı Azərbaycan siyasi rəhbərliyinin qətiyyətinə uyğun olmayan bir məsələ idi. Əslində Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı erməni planı Moskvada Ulu Öndər Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra başladı. Təbi ki, qorxaq ermənilər Heydər Əliyev kimi bir nəhəngin qarşısında at oynada bilməzdi. Onlar, sadəcə olaraq, özlərinin tülkü xislətlərinə uyğun olan məqamı seçdilər. Ancaq yanıldılar. Heydər Əliyevin yenidən Azərbaycana qayıdıb, qüdrətli Azərbaycan qurmaq planını ortaya qoyması və bu planın İlham Əliyev tərəfindən son 17 ildə uğurla reallaşdırılması bizi bugünkü qalibiyyət zirvəsinə ucaltdı".

Fikrət Yusifov
F.Yusifovu sözlərinə görə, sovetlər birliyi dağılmağa başladığı vaxtdan etibarən ermənilər “böyük Ermənistan”la bağlı məsələlərin sürətlə reallaşdırılmasının vaxtının çatdığına özlərini inandırmışdılar. Lakin onlar çox ciddi yanlışlıqlara yol verdilər. Bir çox məqamları doğru-düzgün dəyərləndirə bilmədilər: “Bu yanlışlıqların sırasına bir nəzər salaq:
- Ermənilər Heydər Əliyev kimi bir nəhəngin Azərbaycanda yenidən hakimiyyətə qayıdacağını görə bilmədilər;
- Onlar Azərbaycanda neft bumunun olacağını və bu faktorun güclü Azərbaycan qura bilməkdə rolunu dəyərləndirə bilmədilər;
- Yüz ildən sonra Türkiyənin bölgənin geosiyasi məsələlərin həllində yenidən dünyaca böyük bir qüdrət sahibi olacağını hesablaya bilmədilər;
- Onlara Azərbaycan torpaqlarında “ev kirayə etmiş” Rusiyanın gerçək siyasətini dəyərləndirməyi bacarmadılar.
Ermənilər tarix boyu anlaya bilmədilər ki, onlar Rusiyaya nə üçün lazım idilər. İndi bu “lazımın” vaxtı bitdi və ona görə Rusiya bu artıq yükü boynundan atmaq qərarı verdi".
F.Yusifov fikrinə davam edərək dedi ki, Zəngəzur və Göyçənin də azad olunması üçün geosiyasi əlverişli zamanın gələcəyi şübhəsizdir: “Biz zamanı yetişdikcə digər ata-baba torpaqlarımızı da Qarabağı bu gün işğaldan azad etdiyimiz kimi işğaldan azad edəcəyik - bu bizim haqqımızdır. Başlanğıc üçün Naxçıvanla quru yolumuzu birləşdirən Mehrinin geri qaytarılması baş tutmalıdır. Çünki bu ərazi ermənilərə vaxtı ilə sovetlər ittifaqında yüksək vəzifə tutmuş bir yaramaz erməninin qərarı ilə verilib. Mehridən sonra şərait yetişdikcə digər torpaqlarımız da geriyə qayıdacaq. Mütləq qayıdacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025