Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında noyabrın 9-da imzalanmış bəyanat birmənalı olaraq, işğalçının kapitulyasiyası, müzəffər Azərbaycan Ordusunun qələbəsi, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində suveren hüquqlarımızın tamamilə bərpa olunması deməkdir.
Bu sözləri Modern.az saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, qardaş Türkiyənin dövlət başçısının və digər rəsmilərinin böyük qürur hissi ilə Azərbaycanın Ali Baş Komandanını, ordumuzu bu böyük zəfər və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması münasibətilə təbrik etmələri, bəyanatdan dərhal sonra Ermənistanda başlayan ixtişaşlar da işğalçı ölkənin rüzvayçı məğlubiyyətə uğradığını sübuta yetirir:
"Türkiyə ilə Rusiya arasında imzalanmış Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına dair Birgə Nəzarət Mərkəzinin yaradılması haqqında Memarandumun müddəalarından da görünür ki, proses Azərbaycanın elan etdiyi prinsiplərə və şərtlərə uyğun həyata keçiriləcək və sülhməramlı missiyada qardaş Türkiyənin prinsipial iştirakı təmin ediləcək”.
Azər Kərimli sözügedən bəyanatla bağlı sosial şəbəkələrdə reallığı əks etdirməyən müzakirələr açan, ictimai rəyə narazılıq toxumu səpməyə çalışan, yaxın narahatlığını ifadə edən bir neçə qrup insan var:
"Onlardan biri ənənəvi olaraq, hakimiyyətə qarşı əks arqument tapmağa cəhd göstərən Əli Kərimli və “Milli Şura” adlanan siyasi qrupun təmsilçiləri, Azərbaycanın qələbəsindən narahat olan siyasi mərkəzlərin nüfuz müvəkkilləri, digərləri isə hər gün torpaqlarımızın azad edilməsi ilə bağlı xəbərlər almağa, sevinc və qürur hissi keçirməyə alışmış və bunun davamlı olmasını arzulayan vətəndaşlarımızdır. Birincilər heç zaman düzəlməyəcəklər. Çünki onların bir hissəsi hətta Azərbaycan Ordusu hərbi əməliyyatları dayandırmasaydı, Qarabağın Ermənistanın kapitulyasıyası bəyanatında adları qeyd olunan rayonlarını da, hətta təcavüzkar ölkənin ərazisinə keçərək, Göyçəni, Zəngəzuru da azad etsəydi, yenə hakimiyyətə qarşı ittihamlar səsləndirmək üçün bəhanə axtarışına çıxacaqdılar. Digər hissə isə sahiblərinin verdiyi təlimatlara uyğun olaraq, heç nəyin fərqinə varmadan qaralama kampaniyalarını davam etdirəcəkdilər. Bu baxımdan da onlara əhəmiyyət verməyə dəyməz. O ki, qaldı qələbə xəbərlərinin bitməməsini arzulayan, qisasdan alışıb yanan vətəndaşlarımıza, onların hisslərini başa düşmək olar. Amma onlar da bilməlidirlər ki, bütün müharibələr bu və ya digər tərəfin üstün mövqedə dayandığı sülhlə başa çatır və indiki halda üstün mövqedə dayanan, diqtə edən, qalib gələn, ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycandır. Bu isə elə böyük sevinc, qürur hissidir ki, ömrümüzün sonunadək yaşasaq da bitən deyil”.
Azər Kərimli deyib ki, torpaqlarımızın azad edilməsi prosesinin əsasən, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi oktyabr ayına, Dövlət Bayrağı Gününü qeyd etdiyimiz noyabr ayına təsadüf etməsində də böyük bir məna yükü var:
“29 il öncə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, müqəddəs bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalandırıldı. Bu gün isə Konstitusiya Günüdür. Dövlətimizin ərazi bütövlüyü Konstitusiyamızın ən ali prinsiplərindən biridir ki, hazırda buna da nail olmuşuq. Bu baxımdan, Konstitusiya gününü də daha böyük sevinclə bayram edə bilərik”.
Millət vəkili son olaraq, xalqımızı Konstitusiya Günü münasibəti ilə təbrik edib, hər birinə möhkəm cansağlığı, firavan həyat arzulayıb
TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021