Müasir cərrahiyyə həkimdən dərin nəzəri bilik və yüksək texniki hazırlıq, mürəkkəb klinik şəraitdə qısa müddətdə əsaslandırılmış qərar qəbul etmək bacarığı, möhkəm iradə və pasiyentə həssas münasibət tələb edir. Bu məsuliyyətli peşə yolunu seçən həkimlərdən biri də kökənləri etibarilə Göyçə mahalının Zod kəndindən olan azərbaycanlı cərrah Tunzalə Əbülfət qızı Bayramovadır. Onun babası Sülidin Hacıyev Zod kəndinin Hasansu məhəlləsində yaşamış, kəndin hörmətli şəxslərindən biri kimi tanınmışdır.
Tunzalə Bayramova 14 oktyabr 1993-cü ildə Azərbaycanın Xanlar şəhərində (hazırkı Göygöl şəhəri) anadan olmuşdur. O, 2017-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində “Takeda - Tibbin qızıl kadrları” (“Такеда - Золотые кадры медицины”) təqaüd proqramının qalibi olmuş, M.İ.Perelman adına cərrahiyyə üzrə ümumrusiya tələbə olimpiadalarında 2014, 2015, 2016 və 2017-ci illərdə mükafatlara layiq görülmüşdür.
2017-2019-cu illərdə Rusiya Tibbi Əlavə Peşə Təhsili Akademiyasında (ФГБОУ ДПО РМАНПО Минздрава России) “Cərrahiyyə” ixtisası üzrə klinik ordinatura təhsili almışdır. Ordinatura N.V. Sklifosovski adına Təcili Yardım Elmi-Tədqiqat İnstitutunun klinik bazasında həyata keçirilmişdir. Bu mərhələdə nəzəri biliklərin praktik vərdişlərlə uzlaşdırılması onun sonrakı peşə fəaliyyətinin mühüm əsasını formalaşdırmışdır.
Bayramovanın əmək fəaliyyəti Rusiyanın tanınmış tibb müəssisələrindən biri olan N.V.Sklifosovski adına Təcili Yardım Elmi-Tədqiqat İnstitutu ilə bağlıdır. O, 2019-cu ildən etibarən həmin institutda həkim-cərrah vəzifəsində çalışır və təcili tibbi yardıma ehtiyacı olan pasiyentlərə yardım göstərilməsi məqsədilə növbətçi cərrah kimi müntəzəm növbələr aparır. Təcili və mürəkkəb cərrahi hallarla işləməsi ona bu sahədə geniş praktik təcrübə qazandırmışdır. Klinik fəaliyyətlə yanaşı, elmi işə də diqqət yetirən həkim institutda əvvəlcə kiçik elmi işçi, daha sonra elmi işçi vəzifələrində çalışmış, müəssisənin elmi fəaliyyətində iştirak etmişdir. 2025-ci ildə onun peşəkar hazırlığı və fəaliyyətinə “Moskva həkimi” (“Московский врач”) statusu ilə qiymət verilmişdir.
Həkimin klinik fəaliyyətinin əsas istiqamətlərindən biri qarın boşluğu orqanlarının xəstəliklərinin cərrahi müalicəsidir. Bu sahədə onun icra etdiyi əməliyyatlara laparotomiya, laparoskopiya, xolesistektomiya, appendektomiya, mədə və onikibarmaq bağırsağın perforasiya olunmuş xoralarının tikilməsi, Lixtenşteyn üsulu ilə hernioplastika, videolaparoskopik hernioplastika, qarıncıq-mədəcik şuntlamasının abdominal mərhələsi və splenektomiya daxildir. Bundan əlavə, ilgəkli ileostomanın ləğvi və daimi kolostomanın formalaşdırılması kimi cərrahi müdaxilələri də həyata keçirir.
Bayramova ultrasəs və rentgen-televiziya nəzarəti altında aparılan minimal invaziv müdaxilələr üzrə də təcrübəyə malikdir. Bu müdaxilələrə qaraciyər vasitəsilə perkutan mikroxolesistostomiya, plevra boşluğunun drenajı, müxtəlif lokalizasiyalı maye yığıntılarının drenajı, drenaj borularının dəyişdirilməsi və vəziyyətinin korreksiyası, xolangiostomiya və anteqrad xoledoxolitoekstraksiya daxildir. O, həmçinin lipoma və ateromaların çıxarılması, eləcə də yaraların ilkin cərrahi işlənməsi əməliyyatlarını yerinə yetirir. Həkim ildə orta hesabla təxminən 200 cərrahi əməliyyat icra edir.
Peşəkar bilik və bacarıqların davamlı yenilənməsini fəaliyyətinin vacib istiqaməti hesab edən cərrah müxtəlif ixtisasartırma proqramlarında iştirak etmişdir. 2020-ci ildə S.P.Botkin adına Moskva Şəhər Klinik Xəstəxanasında laparoskopik cərrahiyyə zamanı intrakorporal tikiş texnikası üzrə əsas və irəli səviyyəli kurslarda, ventral yırtıqlar, perforasiya olunmuş xoralar və reflüks xəstəliyi zamanı laparoskopik müdaxilələr, habelə ultrasəs nəzarəti altında punksiya, biopsiya və drenaj kimi invaziv manipulyasiyalar üzrə təlimlərdə iştirak etmişdir.
2021-ci ildə Moskva Diaqnostika və Telemeditsina Texnologiyaları Elmi-Praktik Klinik Mərkəzində cərrahi praktikada ultrasəs diaqnostikasının əsaslarını öyrənmişdir. 2022-ci ildə akademik İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetində “Cərrahi hepatologiya” istiqaməti üzrə ixtisasartırma keçmişdir. 2023-cü ildə Moskva Səhiyyə Departamentinin Səhiyyənin Təşkili və Tibbi Menecment Elmi-Tədqiqat İnstitutunda Yaxşı Klinik Təcrübə (Good Clinical Practice - GCP) beynəlxalq qaydalarına uyğun olaraq klinik tədqiqatların təşkili və aparılması üzrə kursu tamamlamışdır. 2024-cü ildə isə Botkin xəstəxanasında “Moskva cərrahiyyə məktəbi” proqramı çərçivəsində əlavə hazırlıq almışdır.
T.Bayramovanın elmi maraqları, əsasən təcili və minimal invaziv cərrahiyyənin aktual məsələlərini əhatə edir. Onun elmi nəşrləri və konfrans materiallarında təqdim olunmuş işləri arasında pankreonekroz nəticəsində yaranmış xarici pankreatik fistulun müalicəsində yeni minimal invaziv perkutan üsula dair klinik müşahidə (S.V.Novikov, A.M.Kuzmin və başqaları ilə birgə; “Vestnik xirurqiçeskoy qastroenterologii”, 2020, № 4, s. 21-29), mədənin metastatik bədxassəli melanomasının endoskopik müalicəsi (IASGO Dünya Konqresinin tezislər toplusu, Moskva, 2018), qarın boşluğunun qapalı travması zamanı bağırsaq zədələnmələrinin diaqnostika və müalicə xüsusiyyətləri (Moskva, 2022) və psixi pozuntuları olan cərrahi pasiyentlərə təcili və planlı stasionar yardımın göstərilməsində Sklifosovski İnstitutunun müvafiq şöbəsinin rolu (Psixiatriya Forumunun tezislər toplusu, Moskva, 2023) yer alır.
Bu tədqiqat mövzuları onun klinik təcrübə ilə elmi axtarışları əlaqələndirməyə çalışdığını göstərir.
Pasiyent və həmkarlarının rəylərində Bayramova öz işini dərindən bilən, qətiyyətli və hər bir xəstəyə diqqətlə yanaşan həkim kimi səciyyələndirilir. Onun nəzakətli, qayğıkeş və məsuliyyətli davranışı, çətin vəziyyətlərdə həm pasiyentlərə, həm də həmkarlarına dəstək göstərməyə hazır olması xüsusi vurğulanır. İntizam, zəhmətkeşlik, vicdanlılıq, səbir və mürəkkəb klinik şəraitdə operativ qərar qəbul etmək bacarığı cərrahın peşəkar fəaliyyətində mühüm keyfiyyətlər kimi təqdim edilir.
Tunzalə Bayramovanın peşə yolu ali tibbi təhsil, ixtisaslaşmış klinik hazırlıq, təcili cərrahiyyə sahəsində davamlı praktiki fəaliyyət və elmi işin paralel inkişafı ilə xarakterizə olunur. Onun fəaliyyəti müasir cərrahiyyədə peşəkar biliklərin, texniki bacarıqların və pasiyentə humanist münasibətin bir-birini tamamladığını nümayiş etdirir.
Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Firdus Vilid oğlu Kərimov (Moskva şəhəri)
Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə
12.11.2026 11.11.2026Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev
11.11.2026Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
08.11.2026Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM
30.10.2026“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib
16.10.2026Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı
16.10.2026“Sındırılmış saz, yandırılmış aşıq”
10.10.2026Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub
05.10.2026Elmin və şəxsiyyətin akademiki
24.09.2026Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH
19.09.2026Adın özü bir düşüncədir
19.09.2026Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub
19.09.2026Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir
17.09.2026Göyərən qəbir
09.09.2026Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025