Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya

10:38 / 30.11.2020
Baxılıb: 3110

Biz işğaldan azad olmuş Qarabağda rekonstuksiya işləri aparmayacayıq. Biz sıfırdan inşa ediləcək bir bölgə yaratmalıyıq. Onun infrastrukturundan başlamış onun iqtisadiyyatına qədər hər şeyi yenidən başlamalıyıq. Bu start xəttində köhnə və haldan düşmüş iqtisadiyyat üzərində nəsə inşa edilməyəcək. Heç nəyi olmayan bir yerdə yeni iqtisadiyyat qurmalıyıq. Haradan başlamlı sualında bizim konseptual yanaşmamız olmalıdır.

Birinci, atmalı olduğumuz addım 27 il ərzində Qarabağda dağıdılmış iqtisadiyyatın söhbətlərinə qayıtmalıyıq. Ziyan vurulmuş və illərlə davam etmiş bu dağıntıların iqtisadi miqyasını geri almaq haqqında düşünməliyik. Bizim Ermənistan dövlətindən etdikləri bu işğalçılıq nəticəsində iqtisadi təzminat davası açmalıyıq. Bunu isə haradan başlamlıyıq sualına gəlib işilib qalmamalıyıq.

Qarabağda işlərə start verməmişdən öncə biz bu illər ərzində ölkə iqtisadiyyatına dəymiş zərərləri qruplaşdırıb beynəlxalq məhkəmələrə daşımalyıq. Onu məhkəmə predmeti edəndən sonra burada quruculuq işlərinə start verməliyik.  Mənim bir iqtisadçı kimi düşüncəm bundan ibarətdir ki, biz burada 2 fəaliyyəti əlaqələndirməliyik. Daha doğrusu 2 istiqamətli suala cavabı özümüz üçün müəyyənləşdirməliyik:

Beynəlxalq hüququn bu istiqamətdə tələbi və ona müraciətin formalarını müəyyənləşdirməli;

İqtisadiyyatdan başlamış insanların mənəvi-psixoloji durumuna vurulmuş zərərlərin hesablanması metodologiyasını müəyyənləşdirməli;

Beynəlxalq hüquqa görə zərərin ödəmə formaları

Beynəlxalq aləmin öz dili və üslubu var. Beynəlxalq hüququn isə özünün istinad edə biləcəyi müddəlar və hüquqi açarlar var. Beynəlxalq hüquq da vurulmuş zərərin ödənməsini aydın olaraq təsbit edir. “Beynəlxalq hüquqzidd əməllərə görə dövlətlərin məsuliyyətləri” adlı sənədin 31-ci maddəsində göstərilir ki, məsuliyyət daşıyan dövlət vurduğu zərəri ödəməlidir. Daha sonra isə bu hüququn 34-cü maddəsində zərərin formaları təsbit olunur. Yenə də beynəlxalq hüquq istinad etsək, məlum olacaq ki, dəymiş zərərin ödənmə forması kimi əsasən 3 formada mümkün ola bilər: restitusiya, kompensasiya və satisfaksiya.

Restitusiya – əsirlikdə saxlanılan həmvətənlərimizin azad edilməsi, orada vaxtı ilə yaşamış vətəndaşlara onlara məxsus əmlakının qaytarılması, həmin bölgələrlə bağlı vaxtı ilə qəbul edilmiş qərarların ləğv edilməsi kimi çoxsaylı kompensasiya formasıdır.

Kompensasiya – bölgəyə vurulmuş ziyanın maddi qarşılıq əvəzində ödənməsi forması hesab olunmaqla indiyə qədər əldən verilmiş ziyanları da əhatə edir.

Satisfaksiya – dövlət olaraq qarşı tərəfdən üzr istəməsi və etdikləri əmələ görə məsuliyyət daşımış şəxslər haqqında hüquqi ölçü götürməsini özündə ehtiva edir.

Bu ödəmə formalarından (kompensasiya və restitusiya) istər ayrılıqda, istərsə də bir yerdə tətbiq edilə bilər. Bu maddə BMT-nin 16.12.2005 tarixdə qəbul edilmiş beynəlxalq hüququn və insan hüquqları içərisində beynəlxalq normaların pozulmasına dair qətnaməsində qeyd edilir. 

Qarabağa görə Azərbaycana dəymiş zərər

Dəymiş zərərlərin təsnifatı çoxvektorludur: (ı) ən dəyərli resurs olan vətəndaşlarımızın həyatlarına, psixologiyalarına dəymiş ziyanlar, (ıı) sənayeyə, aqrar sektora və ümumilikdə istehsala dəymiş ziyanlar, (ııı) ekologiyaya vurulmiş ağrımza yaralar və onların təsirlərinin qiymətləndiirlməsi, (ıv) dağıdılmış infrastrukura dəymiş milyardla ziyanlar və s.

Biz işğal altında olan Ermənistana təzminat davası açmalıyıq. BMT 2000-ci ildə yaydığı hesabatına görə, bu müddət ərzində Azərbaycana 53,5 mlrd. dollar həcmində zərər dəymişdir. Söhbət yalnız 7 il ərzində ölkəmizə dəymiş zərədən gedir. Torpaqlarımızın işğaldan azad olunduğu 2020-ci ilə qədər olacaq hesablamalarda deməli bu itkilərimizin miqyası daha böyük olacaq.

Dünya təcrübəsində həm dövlətarası, həm də vətəndaş müharibələri zamanı dəymiş iqtisadi zərərin çeşidli yollarla hesablanması metodları var. Hörmətli həmkarım Qubad bəyin təklif etdiyi metodlar sırasında sintetik-kontrol metodu var. Bu metodun tələblərinə görə, işğal altında olan bir rayonun əhali sayı, ÜDM və digər parametrlərinə uyğun gələn Azərbaycanın tərkibindəki bir rayonla müqayisə edib, müəyyənləşdiririk ki, bu rayonun illik gəliri nə qədər olub. Və sonda həmin rəqəmi 27 ilə vurmaqla bu rayona vurulmiş iqtisadi zərərləri hesablamaq olar.

Bu hesablama nəticələr əsasında müəyyən olunsa ki, həqiqətən Ermənistan Azərbaycana 10 milyardlarla ölçüləcək həcmdə kompensasiya ödəməlidir, onda xarici borcu ÜDM-nin 60%-i keçən, valyuta ehtiyatları 2,6 mlrd.dollar həcmində olan dövlət bunu necə ödəyə biləcək? Ən çətin və aktual sual da elə budur.

Bu yollardan biri də kontribusiya yoludur. Müəyyən dövrlərdə sülh sazişindən sonra dəymiş zərərin həcmi hesablanarkən, onu ödəyə bilməyən qarşı tərəf maddi ekvivalent kimi ona məxsus əraziləri mübadilə predmeti kimi təklif edə bilər. ABŞ 1803-cü ildə Luiziana ştatını Napoleon Bonapartdan satın alaraq, hər hektar ərazi üçün cəmi 7 sent ödəmişdi. Azərbaycan da ona dəymiş zərər müqabilində torpaq da istəyə bilər. Biz o zaman Zəngəzuru seçərik. Zəngəzurun qaytarılması həm kompensasiya forması olmaqla, həm də tarixi ədalətsizliyin təntənəsi ola bilər.(yenisabah.az)

Məhəmməd Talıblı


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər