Azərbaycan xalqı Qələbədən sonra, itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Prezidentin 10 noyabrdan sonra itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması da bunu sübut edir. Ölkə rəhbərinin ustad Ələsgərin 200 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyilir: “azərbaycanlıların əzəli yurdu Göyçə mahalında Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst ermənilər tərəfindən dağıdılsa da,.. milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş o irs yaşamaqdadır”.
Həqiqətən də bir xalqın mədəni varlığının və mənəvi sərvətlərinin qorunub saxlanması qayıdışın 1-ci şərtidir. Bu yerdə xatırladaq ki, böyük Üzeyirin, Bülbülün büstləri də Ələsgər kimi öz yurdundan uzaq salınmışdı.Tunc heykəllər də bizimlə birgə yüz illərin döyüşünü aparıb qalib gəlir və öz mərtəbələrinə dönürlər. Halbuki Ermənistanın Azərbaycanda doğulan tarixi şəxsiyyətləri sovet generallarıdır və onların nailiyyətləri yalnız söydükləri Stalin məktəbinə məxsusdur.
İndi 30 illik ayrılıqdan sonra çoxəsrlik tarixi irsin və milli yaddaşın daşıyıcıları olan minlərlə Göyçə sakini Müdafiə nazirinə və Qarabagda sülhyaradıcı missiyaya rəhbərlik edən Rüstəm Muradova müraciət ediblər.
Son 3 ayda azad olunan ərazilərin mədəni irsini, dini abidələrini qorumaq adı altında ölkəmizə münasibətini 180 dərəcə dəyişən UNESCO-dan fərqli olaraq, göyçəlilər doğulduqları yurdları yalnız insani duyğularla ziyarət etmək istəyirlər.
Rusiya hərbi qüvvələri mandatlarına uyğun olaraq, erməni keşişlərinin Xudavəngə- Kəlbəcər yurduna gəlişinə bələdçilik edirlər. Halbuki ziyarətçilər içərisində rahib libası altında rütbəli zabitlərin olduguna şübhə yoxdur. Lakin Azərbaycan bundan narahat deyil. Rusiya hərbi kontingenti son 3 ayda bölgədə 1419 hektar ərazini, 443 km yolu, 1361 evi 24453 partlayıcıdan təmizləyiblər.Təqdir olunacaq hadisədir. Bizim üçün müqəddəs olan torpaqlara ruzi-bərəkət deyil, minalar əkən “qədim bir xalq”ın nazirləri Ermənistandan Xankəndinə qanunsuz və təhlükəli yollarla gəldikləri halda on minlərlə irəvanlı, göyçəli, zəngəzurlu qanuni və minasız yollarla öz tarixi yurdlarına baş çəkmək istəyirlər. Mən parlament üzvü kimi, Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm.
Qoy, UNESKO öz nizamnaməsinə sadiq qalaraq, bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin! Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhəddin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir. Əgər humanitar çözüm yolları axtarırlarsa, bizim vətəndaşlarımızın müraciətlərini də təmin etmək siyasi balans yaradardı. Ermənilər bizim qayıdacağımıza əmin olduqları üçün, özlərinin olmayan torpaqlara minalar basdırmağı rəva bilib. Bizimkilər isə Göyçəni, Zəngəzuru əzəli torpaqları bildiyi üçün minalamayıb və xoş niyyətlə qayıtmaq istəyir. İndi 100 minlərlə azərbaycanlının pasportunda doğulduqları yer qrafasında bir söz yazılıb-indiki Ermənistan!
Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021Ermənilərin QARAGÖL sevdası: "Xəritə üzərində o ərazilər Azərbaycanındır" - İki müəllimin SSRİ-nin fərmanına ÜSYANI
25.05.2021Dəmir yumruğun memarı Heydər Əliyevdir
10.05.2021Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları
09.05.2021Nazilə Gültacın şeirləri - İlahi, göylərə bir yuxu göndər.
19.04.2021"Adım Ələsgərdir, Göyçə mahalım!" adlı online bədii konfrans keçirilmişdir.
19.04.2021Azərbaycan Silahlı Qüvvələrinin zabiti Orxan Məmmədovu Səlcuq Bayraktar mükafatlandırdı.
06.04.2021GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...
30.03.2021AŞIQ ƏLƏSGƏRİN “YÜKÜM” RƏDİFLİ DİVANİSİNİN AÇIQLAMASI
29.03.2021Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar
21.03.2021Aşıq Ələsgərin vəfatı
07.03.2021Xocalı soyqırımı haqqında məlumat
26.02.2021Onu anasının dolmuş gözlərində gördüm
25.02.2021Aşıq Ələsgərin kötücəsi "OSCAR"-a layiq görüldü.
23.02.2021“Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!-Zahid Oruc
23.02.2021Başın sağ olsun, Vətən!
20.02.2021Azərbaycanlı əməkdar jurnalist vəfat etmişdir.
20.02.2021Sahib Alıyev: Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm.
19.02.2021Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
19.02.2021Lirik etiraf və bədii özünüifadənin lakonik forması
18.02.2021 18.02.2021MİN BƏZƏKLİ XALIYDI GÖYÇƏ...
12.02.2021Erməni silahlıları Göyçənin Şorca kəndinin bütün kişilərini öldürürlər
09.02.2021Daun sindromlu müəllim Noelia
06.02.2021Qanun keşiyində dayanan idmançı
05.02.202140 min muzey sərvəti, 900-dən çox tarixi mədəniyyət abidəsi, 403 tarixi-dini məkan…
04.02.2021