Ən ucalardan biri idi Ulu Göyçəyə açılan Eldar İsmayıl adlı dünya... Vaxtilə bu pəncərə mənim üçün Atam idi, Anam idi, əmilər, dayılar... Vətən, torpaq qeyrətli Göyçə Oğulları- Göyçə deyib yandılar, yaxıldılar, elə o yanğılarla da yanıb getdilər.
Eldar İsmayıl, “dön bir Səməndər quşuna” deyərək elə özün də səməndərə döndün, Vətən- Göyçə deyərək alovlandın, ahın Vətənsevərləri və Özünü yandırdı...
Qərbi Azərbaycan- Göyçəyə açılan bu pəncərələri nəzərdən keçirdikcə uzaq minilliklərdən gələn bir böyük ziyalı Ordusu- aydınları görürəm.
Əslində Eldar İsmayıl yaradıcılığı Onun özünün ifadəsidir, cəmiyyətə, İnsanlığa özünün təqdimatıdır. Dədəm Qorquddan başlayan Ozan Heydər, Şah İsmayıl müridi Miskin Abdal, Ağ Aşıq, Ustadlar – Dədə Alı, Dədə Ələsgər, Növrəs İman, Zodlu Abdulla, Həsən Xəyallı, Bəhmən Qarayev, Xəstə Bayraməli, Aşıq Əsəd, Aşıq Nəcəf, Aşıq Əli Mazanoğlu, Aşıq Məhərrəm, Aşıq İmran, Aşıq Fətulla, Aşıq Hacı kökləri ilə Göyçəyə bağlı olan Aşıq Ədalət, saz- söz xəyallı Aqil İman, Sərraf Şiruyə, İsmixan Didərgin və s...başlayan yeni Göyçəli dünyanın Göyçə adlı Pirin- Ocağın daha bir saz, söz xridarıdır Eldar İsmayıl Böyüktürk !
Yaradıcılığında tez- tez andığın səməndər quşu yəqin çoxlarınıza məlumdur – səməndər quşu öz eşqi, amalı, əqidəsi uğrunda odlar- alovlar içərisində yanır, yanır, lakin heç vaxt sönmür, nəhayətində ruhu göylərə- ucalıqlara qalxır. Və Vətəndə Vətənsizlik, Vətəndə Göyçəsizlik həsrəti ilə qovrulub sonda bir Səməndər quşuna döndü... Və uçdu Vətən sarı –
Göyçə sarı ! Və yenə də Özün dedin,
“ Dön bir Səməndər quşuna “...
Onu da dedin ki, :
Mən Vətənin nə işinə yaradım ?
Bir ovuc torpağam, qoy çıxım gedim ...
Bu nə fəryad idi, bu nə atəş idi, Özünlə, Öz Vətən sevginlə baş- başa qaldın... nəhayətində səməndərə dönüb Göyçə- Ağbulaq sarı uçdun, uçdun...
Fevralın əvvəlində danışdım Onunla, telefonla. Göyçəyə aid bir neçə sualım vardı, cavablandırdı, sonda isə dedi ki, bunlar geniş mövzulardı, sönra ətraflı danışarıq. Pünhanın ifasında bir video da göndərmişdi...
Nə deyim, sizi bir Göyçəli, bir şair, bir Azərbaycan sevgili, Türkçü- Türançı olaraq tanıyırdım, bir şəxsiyyət, bir Vətən sevgili İnsan kimi tanımaq nə qədər gözəldisə, belə bir Şəxsiyyəti itirmək özü də bir o qədər ağırdır.
Eldar İsmayıl dünyasını ilkin olaraq “ Ulu Göyçə “ poemasından sevmiş və vurğunluğum o dərəcədə güclü oldu ki, ... “GÖYÇƏ adlı İLAHİ sevgi” publisistik yazım həmin o vurğunluğun nəticəsi idi. Onun sadə, şirin, xoş olduğu qədər də fəlsəfi könül dünyası məni sadəcə olaraq heyran etmiş və heyrətləndirmişdi.. Əlbət ki, Onun özü bu yazıma çox yüksək qiymət vermişdi. Hətta onu da dedi ki, çoxları yazıb haqqımda, ancaq belə dəyəri mən ancaq sizin ruhunuzda gördüm, çünki, sizdə bir Göyçəli olaraq mənim ruhumu duymusunuz. Və onu da qeyd edim ki, Eldar müəllim mənim atam, tanınmış jurnalist, ictimai xadım, maarif- təhsil işçisi İsmayıl Əliyevlə həmkar olmuş, uzun illər dostluq etmişlər, məhz o nöqteyi- nəzərdən mənə dedi ki, səndə olan bu istedad, analitik düşüncə, analiz etmə - bütün bunlar genindən gəlir. Göyçə mahalında deyil, hətta Azərbaycanın özündə belə İsmayıl Əliyev qələminə çatan olmayıb, olubsa da çox azdır. Ruhları şad olsun !
Mən Eldar müəllimin titullarını sadalamaq fikrində deyiləm, ehtiyac da yoxdur, o atəşin məhəbbət- özü də insanın doğulduğu torpağa, Ocağına məhəbbət- bu hər şairə , hər insan oğluna müyəssər deyil. Sizi bu xalqa sevdirən də məhz dürüstlüyünüz, doğru yolunuz, Uca Türkün müqəddəs adına olan ehtiram və doğulduğunuz obanın, mahalın heç bir qarışığı olmayan, kökündə- genində Türk adının ucalığına olan ehtiram, öz Ata- Anasına olan sevgi, Ağbulağa olan vurğunluq- torpağının hər daşında, hər qarışında, tikanında, cığırında sevgi görən, məhəbbət pıçıldayan yanğılı bir ürək idi...Və bu qədirbilməzlər dünyasına Vətən, Göyçə deyib keçdi Eldar İsmayıl adlı möhtəşəm bir dünya.
Getdiyi o dünya, ruhunun dolaşdığı Göyçə- Eldar müəllim bütün Xoşbəxtliyini qoyub gəldiyi dünyasına qovuşdu.:
Ana faciəsi, atamın dərdi,
Ömrümü- günümü qana döndərdi...
Həyat həm şirindi, həyat zəhərdi
Elə də bəxtiyar deyiləm, bacı...
Beytdəki son cümlə məni yaman tutur, kim bəxtiyar olub bu dünyadan...Əfsanələrə bənzər bir həqiqət danışım Sizə, deyilənlərə görə Nuh Peyğəmbər 700 qocaman il yaşamışdır, və özünə balaca bir daxma tikmişdir, hətta daxma o qədər balaca imiş ki, o yatarkən ayaqları daxmadan çölə çıxarmış... Bu dünyadan köç edərkən demiş ki, “bilsəydim ömür belə qısa, dünya belə fanidir, heç bu daxmanı da tikməzdim “. İbrətamizdir, nəticə sizlərin ixtiyarına ! Mənəviyyatla, milli ruhla yaşayan bir dünya idi Eldar İsmayıl, maddiyyət əsiri olmadı heç vaxt!
Milli ruhumuz, nəhayətində qəlbimizə, könlümüzə hakim kəsildi, ruhumuzun qaynaq olduğu torpağa yönəltdi bizləri...
Sözünün- başı əzəli Göyçə- Ağbulaq olan şair, Göyçə elə Göyçək deməkdir, Ağ- bulağ (q), ağ sular, müqəddəs sular, ağ- bəxt, tale, ... Göyçək Göyçənin Ağ- bulağ taleli möhtəşəm şairi, hərə bu dünyada bir cığır, bir iz qoyur, sizli- bizli yükümüz ağır oldu, Vətəndə Vətənsiz olduq, Vətəndə Göyçəsiz olduq...
Eldar İsmayıl bəşəri şairdir, fəlsəfi şairdir, ruhu, qəlbi ucalıqlardan qidalanan, Göyçə adlı ilahi yurdun fəlsəfi dünyasından, Miskin Abdal, Dədə Alı, Dədə Ələsgər adlı Ocaqlardan qaynaqlanan ruh sonda gözəlliklər yaratdı, Azərbaycanın bütövlüyünü tərənnüm etdi, Türk- Turan birliyinə çağrışlar etdi və Özü də Eldar İsmayıl Böyüktürk olaraq türk ellərinə salam verdi. Dədə Ələsgərin 200 illiyi ilə bağlı fevralın 19-da xalqımızı təbrik etdi və...
Ulu Göyçə ululardan ulusan,
Çəmənlisən, çeşməlisən, sulusan,
Ələsgərin gövhəriylə dolusan,
Dünya boyu bu xəzinən var olsun,
Bar gətirsin, bəxtin sənə yar olsun!
Və bu təbrikdən cəmi bir gün sonra Eldar İsmayıl adlı dünya haqq dünyasına qovuşdu.
İçərisində Göyçə boyda həsrət, nisgil gəzdirən şair əslində elə bu dərd- nisgili ilə də Göyçənin canlı obrazını yaradır, bu Ulu yurdu görməyənlər belə “Ulu Göyçə, de yatanlar ayılsın “ poeması ilə o diyarı qarış- qarış gəzir, tarixi məkanlara, adət- ənənələrin, böyük- kiçikliyin məkanı olan bu müqəddəs mahalda, sərin bulaqları, uca dağ zirvələri, Göyçə dənizini belə görmək- duymaq deyil, lacivərd sularını belə gözü yumulu görə bilirsən. Nə təəəssüf ki, bu günlər erməni vandallrının ayaqları altında tapdalanan Ulu yurdumuzun, çox tez bir zamanda azadlığa qovuşacağına inanıram.
“Milli ruhum düşüncəmi yönəltdi” – bunu deyən Eldar İsmayıl ruhu türkün ruhu idi, o ruhu oyatdı, “didərginlik” taleyimi ağlatsa da, çırpınıb ayaqları üstə durdu Şair !
Əhrimənlər yurd- yuvamı boş qoydu,
Süfrəmizə zəqqum dadan aş qoydu.
Didərginlik taleyimə baş qoydu,
Mən bu yolda ömür verdim, gün verdim !
Eldar İsmayıl təkcə şair deyil, əməkdar jurnalist, ürəyi Vətən eşqi ilə yanan tarixçı, vətəndaşdır, şeirləri axıcı, heyranedici olsa da əsasən Vətən adlı sevgidən qaynaqlanır Onun könül dünyası. Əgər bir istəkliyə şair dili ilə söz deyirsə, yenə də sonda Vətən eşqi dayanır, Çünki, “bütün sevgilər- eşqlər bitsə də, bitməz Vətən eşqi”. Məhz bu gözəlliklərinə görə sevdim Onun sonsuz ümmüna bənzər yaradıcılığını. Və bu gözəl Şairin “Ulu Göyçə “ poemasına həsr etdim “ GÖYÇƏ adlı İLAHİ sevgi”- adli publisistik yazımı. Nə gözəl ki, Pressaz.az saytı verdi bu yazını, oxudu, çoxda bəyənmişdi. Özü mənə bildirdi ki, mənim haqqımda çox yazılar yazılıb, ancaq ən gözəllərindən hesab edirəm bu yazını. Sən məni həqiqətən heyrətləndirdin, yenə təkrarladı, - Atandan, ruhundan gəlir bu talant. Nə deyim, ruhu şad olsun. Onu da qeyd etdi ki, kitab çıxaracağam, sənin bu yazını ora salacağam. ..
Eldar İsmayıl həm də bir tarixçi kimi Göyçənin tarixinə nəzər salır, erməni faşizmin saxta tarixini ifşa edən yazıların, tarixi romanların müəllifidir.” Mənim üçün ermənistan yoxdu, yox”... Basarkeçər Vardenis oldu, İrəvan Yerevan adlandı, ... əslində ermənistan deyilən dövlət yoxdu, yox !
Ədalətin Günəşi çoxdan qürub etmişdir, həqiqət üzərində nadanlıq qalib gələrkən...lakin ümid sonda ölür.
Lakin... Tanrının hikmətindən kim baş aça bilər... Sən bizdən daha xoşbəxtsən, Ustad, ruhun azadlıqda, Göyçə səmalarındadır, Atalı- Analı dünyandasan. Əsərlərində tez- tez vəsf etdiyin Ağ- bulaq(x), yəni Cənnətdən axan sular.Ağ- bulax, haqdan yanan Nur və Ağ Sular, Ana südü kimi halal, təmiz !
“GÖYÇƏ adlı İLAHİ sevgi “ dedim Sizə Eldar müəllim, ümmansız yaradıcılığınıza, sonsuz Vətən sevginizə, Göyçəli dünyanıza əhsən.
Hardasan elə dünyanda da Xoş- bəxt Ol. Göyçəli dünyan var olsun! Ruhun şad, Məkanın Cənnətdir. Cənnət olan o məkan Ulu Göyçədir.
Xatiriniz dünyalar durduqca yaşayacaq...
MƏLAHƏT İSMAYILQIZI
AYB- nın və AJB_ nın üzvü, “
“Qızıl Qələm “media mükafatı laureatı,
Tədqiqatçı- publisist, yazar.
ŞAİR SALMAN QARALAR
22.09.2023Qərbi Azərbaycan İcmasından
21.09.2023BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
14.09.2023RƏŞADƏTLİ RƏŞADƏT
13.09.2023HƏSRƏTİN POETİK QEYDLƏRİ
13.09.2023ƏLLİ YAŞIN İŞIĞINDA
09.08.2023ZOD
06.08.2023DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN
27.07.2023SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI
04.07.2023NƏRİMANLI (HÜSEYNQULUAĞALI)
20.06.2023QƏRİB MƏZAR
13.06.2023SARIYAQUB
06.06.2023TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022