Şair dostum, ustadım
Telman Hüseyn Anadilin
80 yaşına təbrik əvəzi
... Dünyada iki döngə olduğunu bilirdim - biri sağa, o biri sola. Amma daha bu qədər döngə olduğunu illər ötdükcə görməyə və anlamağa başladım.
Onunla tanışlığımızı xatırlayıram: mənim ömrümün gənclik (hərbi xidmətdən yenicə qayıtdığım), onun həyatının cavanlıq döngəsi idi.
Sonralar müxtəlif döngələrdə yollarımız qovuşdu. Bir gözəl və müdrik şair olaraq ona yaxınlaşır, təzə şeirlərimi qorxa-qorxa diqqətinə çatdırırdım. Bu arada döngələr çoxalır və sayı unudulurdu. Onun sərt düzəlişləri ilə rastlaşır və "özümü düzəltməyə” çalışırdım.
Sonrakı döngələrdə (az zaman fərqi ilə) şair kimi, insan kimi də sevdim onu. Və özümə ustad kimi qəbul elədim.
Onun üçün yolların eni, uzunu ömrün ölçü vahidi deyil. İllər aşırımındakı mənalı döngələrlə ölçülür ömrün mənası. Qəfil sevinclə (və bədii kədərlə) tarixləşir ömrün dolayları. Göz yaddaşımızda, səs yaddaşımızda, sabahlarımızın çaparı yuxularımızda qalır. Davamlı hönkürtülərin üstündən qanadlı qəhqəhələrin döngələrində rahatlanırsan:
"Mənə bəd xəbəri qəfil verməyin
Kədərin ağlayan dili olaram
Mənə şad xəbəri qəfil verməyin,
Qəfil bir sevincdən dəli olaram.”
Onu nə zaman görsən həzin addımlarının "yol xəritəsinə” çevrilən alın qırışlarını bürüyən ömür döngələrini rahatca müşahidə eliyə bilərsən.
O "xəritədən” acılı-şirinli xatirələrin döngələri özü sənə "gəl-gəl” deyir. Səni uzaqlara millənən, sonsuzluğa yüyürən yollar həsrət dumanına bələyər, sehirli ağuşunda gizləyər.
... Ömrünün şah döngəsindən qədim İrəvanın Vedi rayonunda keçib—1941-ci ildə. Bu dünyaya gəlişi ilə doğmalarını sevindirib.
Həyatının ən məşəqqətli, ən ürək dağlayan döngəsi (1941-1945) II Cahan müharibəsindən dönməyən atası Canbaxış kişinin ömür kitabının sonluğu döngəsidir. Bu əbədi ağrıları Əlahəzrət Sözün sehirli qanadlarında yaşatmalı idi. Yaşatdı da:
"Döyüşlərdə başa çatan ömrünün,
Davamıyam, sonrasıyam atamın
Zəfər səsi, səadəti, murazı
Qələbəsi, "ura”sıyam atamın.”
Bərdənin Otuzikilər kəndinə gələnnən sonra başlandı şair ömrünün məhsuldar və rəngarəng döngələri. "Təzə tanışlarım”, "Məni bağışla”, "Üşüyən nəğmə”, "Payın çox olsun dünya”, şeirlər və poemalar, "Çığırğandan gələn səslər” və "Ağ dəftər” xatirələr kitabları onun yazıçı və müəllim-pedaqoq, həmçinin bir sevgili insan kimi varlığının mütləqləşdirdi.
... Şənbə, bazar günlərində şair Telman Hüseyn Anadili kəntdən gətirən yola çıxırıq ki, onu görək, onunla dərdləşib təzələnək. Onun dalğalı, bəyaz saçlarını, dərdin bozartmaq istədiyi gözlərini görək. Qışda canımızı isidən, yayda sərinlədən səsini eşidək.
Şairi yamanca "söhbətə tutduq”. Az qala zarafata salıb desin ki:
"Mən yol adamıyam
məni bağışla (yın)!”
...Həmişə ondan ayrılanda arxasınca xeyli məlul-məlul baxıram. İçimdəki qüssələr boğazıma tıxanır. Və birdən bu baxmaqlardan qorxuram... tez də dönüb Allaha baxıram...
Bu yaxınlarda (bu ilin fevralında) gözəl şairimiz Telman Hüseyn Anadili bir qədər aralıdan—ömrünün 80-ci döngəsində gördüm. Səsim çatan qədər dedim: "Əziz dostum, ustadım 100-cü döngədə görüşənədək!”
Böyük sevgilərlə,
Sizin Rizvan Nəsiboğlu.
TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021