E. İ. Böyüktürkün əziz xatirəsinə
Azərbaycan Türk mədəniyyətinin qaymağı hesab olunan Ulu Göyçə həm də saz- söz, şeiriyyət sənətinin səltənətidir.Göyçəninmi, yoxsa Azərbaycanınmı yaddaşıdır Eldar İsmayıl! Daha dürüst desək, türkün min illiklərə enən, neçə- neçə min illiklərdən gələn qan yaddaşıdır- o yaddaş ki, halallq, əzəmət, cəsarət, mərdlik kimi ülvi dəyərlərdən doğulmuşdur: “Ulularımızın əməlləri yaddaşa, kökə, baba əxlaqına çağırır bizləri-E. İSMAYIL.
Dədəm Qorqud soy soylayıb Ayğırda,
Qopuz tutub, boy boylayıb Ayğırda,
Salur Qazan oy oylayıb Ayğırda,
Qaraca Çoban burda sapand tutubdu,
“Qılınc Qaya” o sapanddan qopubdu.
Eldar İsmayıl torpaqla, Vətənin daşı- çınqılı ilə nəfəs alan böyük şairimizdir.
Onu uzaqdan- uzağa tanıyırdım. Sevgim və vurğunluğum Ulu Məmməd Araza elə köklənmişdi ki, Ondan çıxa bilmirdim. Əlbəttə bu mənim qüsurum deyildi, sadəcə Məmməd Arazın Vətən- ocaq duyğulu ilahidən- nurdan yaranmış yaradıcılığı idi. Dövranın gedişi mənim kimi çoxlarını“Vətən, Vətən” deyə düşüncələrə boğdu. Qarabağ başda olmaqla 50%-dən artıq yurd, ocaqlarımızın- Vətən torpaqlarının erməni gədalarının ayaqları altında tapdanmasına hansı qeyrət yiyəsi dözə bilərdi?...
Göyçə kimi bir Cənnət itirəsən, ilahi məkan itirəsən... sonda isə sakitcə evində oturub gözləyəsən ki, torpağım nə vaxt yağılardan azad olunacaq?!.
Söz mətəli deyil Eldar İsmayıl, sözllər deyil, hikmətlər axır Onun qəlbindən, köksündən, o hikmət ki, əsası qanımızdan, genimizdən, Uca Türk adından- Göyçə ruhundan gəlir:
Ulu Göyçə, bir qopuzun tufanı,
Çənlibeidən dönüb tökər dumanı...
Səndə yaşar Dədəm Qorqud imanı!
Bu gözəl, Ulu Şəhriyar ruhlu şairin yaradıcılığı haqqında çox eşitmişdim. Eyni zamanda vurğunu olduğum şairimiz Z. Yaqubun “Göyçə dərdi” poeması da məni çox kövrəltmişdi...
Lakin “Ulu Göyçə, de yatanlar ayılsın” poemasını oxuyur, oxuduqca isə yenidən O gözəl diyarı, O cənnətməkanı qarış- qarış gəzirəm. Təkcə tanış məkanlar, tanıdığım insanlar, bizlərə xas həyat tərzi deyil, o yerlərin şirin ləhcəsi, lətifələri, arxaik sözləri, sinələri folklorla, minilliklərdən axıb gələn dəyərlərlə dolu olan bir mahalın bizlərdən necə “ucuz” qoparıldığına dönə- dənə ağlıyıram... Şair tərəfindən o yerlərin lirik təsviri, daşı, suyu, torpağı, havası- o yerlərdəki min- min gözəlliklər sanki məni yenidən vurur. Bu Vətən ətrini mənim kimi minlərə köksünə, ruhuna ötürən isə, bizləri yenidən Göyçəli dunyaya aparan Eldar İsmayıl Böyüktürk yaradıcılığıdır. Uzun hörüklü yatmış gözəli xatırladan Göyçə gölünün (bizlər ona dəniz deyərdik) firuzəyi rəngi- mavi gözləri gözlər önündə bir daha canlanır. Tarixi məkanlar, etnoqrafiyalar, övliyalar- şəxsiyyətlər məkanı, üsyankar ruhlu- türk xislətli, cahillikdən- cəhalətdən uzaq bir mahal... Şair ilkin halda Şəhriyarı yad edir:
Ulu Göyçə, Heydər baba handadı...
Məhəbbəti, sədaqəti candadı,
Bu həsrətin giziltisi qandadı,
Ayrılığın fərağından dad elə!
Gəl bu yerdə Şəhriyarı yad elə!
Ata- Analarımızı torpağa gömdük. Yurdumuzu, ocağımızı, torpağımızı, daşlarımızı, cığırlarımızı belə kitablara köçürdük, misralara çevirdik...Bəlkə... bəlkə ürəklərimiz sakitləşə, bəlkə “ürək- vicdan” yükündən azad ola bilək...
Lakin bu yükdən- Qarabağ yükündən, Şuşa kimi gözəldən, Göyçə kimi əfsanəvi diyardan, saz- söz sənətindən, övliyalar məskənindən, ocaq- pirlərdən, ən nəhayətində yaralarından qan axan Xocalı faciəsindən intiqamımız alınmadıqca azad ola bilməyəcəyik...Ruhlarımızın sakitliyi isə intiqamlarımızın alınacağı gündür.
Qərbi Azərbaycan, Ulu Göyçə mahalının neçə-neçə minilliklərdən bu yana yetirdiyi sazlı-söhbətli dünyanın daha bir istedadlı, zəhmətkeş oğludur Eldar müəllim. Elə birisi ki, yeni söz demir, daha doğrusu, içindən gəlir Göyçə sevgisi, sevgi dolu harayı- üsyanı! Ana torpağın halallıq ətrindən doğan bir hayqırışdır, siyasət dünyasına, var-dövlət hərisliyinə bir etiraz, bir üsyan, bir bağırışdır. Göyçə adlı ilahi vergidən qaynaqlanıb Eldar İsmayıl dünyası. O dünya ki, halallıqdan, işıqdan, nurdan, bərəkətdən yoğrulub onun mənəviyyat aləmi. Dünyanan ən gözəl, ən ilahi Yer üzüydü Göyçək Göyçə. Uca dağ zirvələrindən dünyaya yaşıl- mavi gözlərlə rəngarəng baxışlar idi Göyçəli dünya.:
Ulu Göyçə, nə mənalı yaşardıq,
Örkən tapıb kəmər kimi qurşardıq,
Yoxuşların donqarınıdan aşardıq,
Kəmənd atsaq dırmaşardıq qayaya!
Zirvələrdən boylanardıq dünyaya!
Məhz elə Göyçə adlı zirvədən dünyaya baxdıq deyə başımıza bu işlər gəldi. Humanistliyimizdən, xeyirxahlığımızdan, mərhəmətimizdən...Göyçə adlı ulu bir yurdun övladlarıydıq bizlər. Dünən də xoşbəxt idik Göyçə adı ilə, bu gün də, yarın da!
Bəlkə də Onun yaşadığı dünyanı yaşamışam deyə ruhu ruhuma bu qədər yaxındır. Eldar müəllimin yaradıcılığında bilmirəm hansı səmtə üstünlük verim. Böyük Azərbaycan sevdalı- Ulu Göyçə sevgisinə, yoxsamı torpaq aşiqliyinə, Ata- Ana sevgisindən qaynaqlanan Ulularımızın uyuduğu məkanın övliyalığına, bəlkə də içində daşıdığı, bu günlər çoxlarımızı qovuran itirilmiş yurdlarımıza- cənnət məkanlarımıza Aşıqlik yanğısı! O yanğı ki, Azadlıq meyarına söykənir. O yanğı ki, Yaşamaq – Anlamaq yanğısı deyilir adına!
Göyçənin tarixi yatır Onun yaradıcılıq dünyasında, istər şeiriyyat aləmində, istərsə də sənəd və faktlar əsasında yazılmış tarixi roman və nəsr əsərlərində. Duyduğum və anladığım o ki, Göyçəli doğulmaq da, Göyçəli olmaq da bir xoşbəxtlik imiş. Bəlkə də elə Tanrının böyük lütfi imiş. Bu gözəl poemada təsvir edilən şəxsiyyətlər, məkanlar, yer adları necə də əziz, necə də doğmadır:
Göz önündə “Qara Quzey” örüşü,
Qartallarla palıdların görüşü,
“Korabulağa” ağır ellər gəlişi,
Abbas kişi bir gün elsiz olmayıb!
Onsuz burda şir də çəhlim salmayıb!
Bu misralarda haqqında söhbət açılan kişi mənim Ana babam Abbass Yusif oğlu Əhmədovdur. Göyçənin mərd, çörək verən kişilərindən biri olub. Uzun illər Qərbi Azərbaycanda məsul vəzifələrdə çalışmışdır.
Tarixi məkanlar, tanış adlar, cığırlar, izlər- elə bil ki, üz tutub gəzirik- bütün Göyçə mahalını.Və mahalda yerləşən kəndlərin adları, hər kəndin isə özünəməxsus xarakteri. Bu yerələri gəzib dolaşdıqca isə içimizdəki nisgil azalmaq əvəzinə daha da artır: Ulu Göyçədən Ulu Şəhriyara göndərilən SALAM məni həm kövrəldir, həm də ki,... həm də ki, “Heydərbabaya Salam” xəyalımı uzaqlara- Göyçəli günlərə aparır:
Bizdən də mümkünsə, bir yad eylə,
Açılmayan ürəkləri şad eylə... S, M, H, Şəhriyar
Eldar müəllimin göndərdiyi Salam isə məhz sazlı- sözlü olmalıdır, lap elə Göyçənin özü kimi sazlı- söhbətli olmalıdır, çünki, Göyçə təkcə aşıqlar yurdu deyil- Aşiqlər məkanıdır, Dədə Ələsgər sədalı, Aşıq Alı soraqlıdır! Miskin Abdal ovliyalığı, Seyid Bayram Ağa Ocaqlı, Mir Yaqub Ağa sədalı müqəddəs məkandır Göyçə. Bu Aşıqlar- Aşiqlər yurdunun şeiriyyət ruhlu Ozan Heydər ruhlu- Vətən sevdalı oğludur Eldar İsmayıl. :
Ulu Göyçə, Şəhriyara saz göndər,
Salamımı bir məktuba yaz göndər,
Şah dağından Savalana buz göndər
Ürəklərdə bir istilik, sərinlik.
Məhəbbətdə dəryalarca dərinlik...
Eldar İsmayıl adlı yurdsevər, Vətənsevər, millətsevər bir insanın Göyçə adlı dərdi bu gün təkcə o yurdun övladlarını- oğul, qızlarını deyil, Qarabağ daxil olmaqla 52% torpaqlarını, ocaqlarını itirmiş 50 milyonluq Azərbaycan türklərinin dərdi- səri, ağrısı- acısıdır. Ha tərəfə dönsən, yatanda belə, duranda belə, yuxularımızda belə yurd adlı həsrəti unuda bilmirik, unutmaq deyilən bir məfhum əslində varmı?.. “Ulu Göyçə, de, yatanlar ayılsın” adlı gözəl poemasında Göyçədə qalan, yaşanmamış nakam sevgimizi, bu nakam istəyimizi obrazlı qaydada bu acı həsrətimizi müəllif necə də gözəl ifadə edir:
Ulu Göyçə, saza od ver, köz saxla,
Mən gəlincə Oğuzlardan iz saxla.
Bir ad deyim, dəftərinə yaz, saxla,
Millət ünlü bir ozandı bu Eldar!
Göyçə adlı dərd qazandı bu Eldar!
Onun yaradıcılığ o qədər şaxəli, hərtərəflidir ki, heç bilmirəm hansı səmtdən boylanam, hansı prizmadan yanaşam. Lirik, kövrək, həsrət duyğulu - Vətən ətirli dünyasınımı sevəsən, yoxsa bu günkü bəşəriyyəti sarmış erməni faşizmi, daha dəqiq desək xaç- hilal müharibəsinin, var- dövlət hərisliyinin torpaq iddiası altında İnsanlığa qənim kəsilmiş alver dünyasınımı?!.Yoxsa tarixin gedişatını döndərən, uzun zaman erməni gədalarına qan udduran Azərbaycan- Göyçə sevgili Oğullarınınmı qeyrətinə qəhərlənəsən...
Vətəndaş mövqeli, Azərbaycan- Göyçə sevgili Eldar İsmayılın yaradıcılıq dünyası olduqca geniş, əhatəlidir ki, bu Böyüktürkün yaradıcılığının bütün istiqamətləri Azərbaycanın sabahı naminədir. Və hanki tərəf olur- olsun O- Eldar İsmayıl Azərbaycanın, Göyçək Göyçənin dəyərli oğullarından biridir. İçərisində gəzdirdiyi, əsərlərində minbir məhəbbət və ehtiramla vəsf etdiyi Azərbaycan- Göyçə sevgisi Onunla yaşayır və hər birimizi təkrar- təkrar o gözəl, o ilahi yurda dönməyə çağırır.:
Dünya boyda bu ad sənin olmasa,
Koroğlunu haraylaram qisasa!
Bu torpağı yağılardan almasa,
Türk oğluna Türk demərəm onda mən
Yaşamaram bu şərəfdə, şanda mən!
Ulu bir millətin böyük şairi- Onu Vətən, yurd, torpaq həsrəti nə qədər sarsıtsa da Azərbaycan sevdalı şair nikbin olduğu qədər də narahatdır. Sevgili Azərbaycanın sabahından - türkün sabahkı taleyindən narahatdır. Ul Göyçə onun şair yaradıcılığının istinad nöqtəsi olsa da, şair Böyük Azərbaycan uğruna çarpışır. O taylı- bu taylı Vətən deyir. Təbrizi haraylayır, Göyçəni soraqlayır. Şah İsmayıl ruhlu oğulları səsləyir. Azərbaycanın belə bir ağrılı günündə əslində belə bir insanın varlığı sadəcə və sadəcə bir tapıntıdır...
Ulu Göyçə zaman gəlib yetirər,
Arxalılar arxasını itirər,
Türk övladı haqq- hesabı bitirər.
Əndər- döndər ola bilməz bu qisas!
Qiyamətə qala bilməz bu qisas!
Gözəl şairimiz sanki folklordan, özü də Göyçə folklorundan bir qala qurur, layla çalır bizlərə, həsrət dolu ürəklərimizə su səpir: “Qisas qiyamətə qalmır”, mənim Xanım Anam Süsənbər Xanım da bunu gözəl ifadə edərdi” Ağ qoçun qisası qara qoçda qalmır”.
Eldar müəllim Göyçə mahalının, ümumən isə Qərbi Azərbaycan bölgəsində, o cümlədən Göyçənin özündə pirlər, övliyalar məskəni, müqəddəs ocaqlar məskəni olduğunu əsərində gözəl bir dillə nəql edir. Bilmirsən ustad Şəhriyarı oxuyursan, yoxsa ustad Eldar İsmayıl Böyüktürkü... Bax bunlardır türkün ruhu, bunlardır Göyçənin mənəviyyat dünyası. :
Miryaqubun çinar boyu, qaməti,
El içində heyrət yüklü şöhrəti,
Haqq yolunda qılınc kimi söhbəti.
Müqəddəsdi Onun tanrı duası...
Qulağımda “Allahu – Əkbər” sədası!
Öz dininə sevgi, müqəddəslərimizə ehtiram, böyüklərimizə hörmət kökümüzə bağlılıq, doğulduğumuz torpağa İlahi Aşiqlik- gəl bir Göyçək Göyçəni sevmə, mümkün deyil axı. Bu Vətən sevgisi məni dəli etdi Eldar İsmayıl yaradıcılığında. Ata- Anasına, babası İsmayıla- böyüklərinə olan nizam , intizam, ən ümdəsi isə Göyçə adlı dünyası məni məftun etdi. Bəlkə də dəli etdi...
Ulu Göyçə, nələr olub yaşında,
Min bir hikmət torpağında, daşında...
Tarix yaşar “Qara Quzey” başında.
Əsərin gözəlliyi təkcə sadalananlar deyil, “Kitabi Dədə - Qqorqud” dastanında təvir edilən ulularımızın təkcə məzarlarına deyil, eyni zamanda onların at minib ov ovladığı, Şöylü Məliklərə qarşı qılınc qurşadıqları, düşmən qarşısında hansı vəchlə olur olsun əyilməməyi, baş əyməməyi bir daha təlqin edir bizlərə. Halallıqdan yoğrulan Göyçək Göyçənin aldığı nəfəs, havası, suyu, daşı, torpağı belə minilliklərdən dünyaya Ulu Türkün yurdu kimi bəyan edir.Və bütün bunları bizlərə yaşadan şair- söz sərrafı ustad Eldar İsmayıldır. Sözü və əməlləri böyük olan Böyüktürk obanı, mahalı qarış- qarış gəzir, ruhumuzu ölməməyə, düşmən tapdağında inləyən torpaqlarımızı azad etməyə səsləyir bizləri. O səs ki, “Bütöv Azərbaycan olmalıyam Mən “deyir. Daşına, çınqılına deyil, hətta çöllərdə bitən boz tikanına qurban Vətən! Onun yaradıcılığının hər bir sətrində, hər bir sözündə sanki mahir bir rəssam fırçası gəzişir və təbiət lövhələri, füsunkar Göyçə gölü, “Qoca Dağ”dan əsən yellər, sərin sulu bulaqlar, arx kənarı bitən yarpızlar, dağların lilparı, bənövşə, nərgiz ətirli dağ yamaclarının Vətən- torpaq ətri gəlir. O ətir ki, adına Vətən ətri deyilir. Bütün bunları gördüm Eldar İsmayıl yaradıcılığında.
Hər bir insan övladının içində hər zaman bir nisgil gəzər, o nisgilin bir adı Vətənsə, bir adı ucalardan- uca ANA kəlməsidir. Şəxsən mənim özümün də yaralı, ağrılı yaramdır
Ata- Ana kəlməsi. Bu iki varlığın nə demək olduğunu çoxlarımız- qananlar, anlıyanlar çox gözəl bilir. Bu gözəl şairimizin nisgilli ürəyində Vətənlə yanaşı qoşa dayanır müqəddəs ANA kəlməsi. :
Ulu Göyçə, mahal- mahal dolanım,
Baciların can oduna qalanım,
Qoy Analı günlərimə boylanım...
Anam dursa, Atam hələ yaşardı!
Fərəhimiz yenə aşıb- daşardı.
İçimdən bir fəryad qopur, bizlər də hər zaman düşündük ki, əgər Anamız sağ olsaydı Atamız yaşayardı hələ...Çünki İnsanlar zamanlarından çox öz Ata- Analarına bənzəyirlər.
İncə bir məsələni də qeyd edim ki, təkcə bu poemasında deyil, ümumən Onun bütün yaradıcılığında Ana xətt kimi Göyçək Göyçənin obrazı gözlər önünə sanki ustad bir mahir rəssam əli ilə sərilir, lap elə bil bir güllü- çüçəkli çəmənzar kimi, lap elə Göyçək Göyçənin özü kimi...Lap elə Göyçənin minbir naxışlı xalı- xalçaları kimi, gəbə, kilimləri kimi.
Eldar müəllim kimi şairlərin- ruh, mənəviyyat İnsanının yaradıcılığı haqqında saatlarla söz söyləmək, qalın- qalın kitablar yazmaq mümkündür. Poetika dünyasında yaratdığı əsərlər, bəli məhz əsərlər sanki müsiqidən yoğrulub, hətta ən sadə insan belə onun yaradıcılığında gizlənən musiqi ritmini çox asanlıqla duyur nədi, hətta zümzümə belə edirsən:
İnsan nəfsi, qapı döyən sərt külək,
Başqa gözdə tir gəzməyə yox gərək...
Bir haqlıya peşəm deyil yox demək,
Şərəf duyub həqiqəti sevirəm!
“Mənim dünyam” adlı 2017- ci ildə nəşr olunan şeirlər kitabı diqqətimi elə çəkdi ki, ilk zamanlar heca vəznindən ustalıqla istifadə edərək, yaratdığı həzin, poetik nümunələr insanı- səni, məni ancaq vurğun edə bilər. Mayası, qayəsi, amalı doğma torpağı ilə nəfəs alan şairimiz- axı o da özlüyündə bir İnsandır. Ancaq həqiqəti deyən, doğruya söykənən, dürüstlüyü özünə əqidə seçən bir Böyüktürkdür... Bax elə bu yerdə məni lap elə ağladırsan, vallah ağladırsan... inan özümü- öz Göyçəli, Ata- Analı dünyamı tapıram bu sətirlərdə “Qoy çıxım gedim”(2017), :
Torpağımız gündən- günə azalır,
Mən Vətənin nə işinə yaradım...?
Bir ovuc torpağam, qoy çıxım gedim!
Ey Göyçək Göyçənin Göyçə ruhlu oğlu, getməyə belə tələsmə, onsuz da bizlərin hamısı bu dünyada qonaqdır. Əbədi olan isə Vətənimizdir. O Vətəni bütöv etməyə isə Eldar İsmayıl kimi oğullara hələ çox-çox ehtiyac duyulacaq. “Həsrətlə andığım Göyçə yuxumu”...(Mənim dünyam- 2017), yox Göyçə sevgili şair, Göyçə yaşadığımız ən göyük, ülvi sevdamız olan həqiqətdir, gün gələcək biz Cənnəti təkrar qazanacağıq:
Topa buludları çiynimə yığıb,
Laləni, nərgizi qoynuma yığıb...
Yarpızın ətrini köksümə yığıb,
Baldırğanlı sudan dadmağa gəldim!
Su gələn arxa bir də gələr Eldar İsmayıl. Tanrı böyükdür, nə etdiyini bilir, bəlkə də, elə bu da, bu millətin bir sınağıdır. Söyüd ağacına daş atmırlar, “bar verən ağaclar daşlanır”. Yolun sonu İŞIQDIR, nurdur!
Mən sadəcə Eldar müəllimin təkcə “Ulu Göyçə, de, yatanlar ayılsın” poemasına, bir qədər isə lirik mənəviyyat- şeiriyyət aləminə baş vurmağa çalışdım. Təbii əsər özlüyündə bir dünyadır, o dünya ki, mənim Göyçəli dünyamdan xəbər verir. O dünya ki, adına Göyçək Göyçə deyib Ulu Dədəm Qorqud. Ruhum yenidən təzələndi. Bu gözəl dünyanı- Göyçəli dünyanı mənim kimi minlərə yaşatdığına görə Azərbaycan ruhlu- Göyçə xislətli ULU ŞAİR sağ ol, var ol! Gün o günlərdən olsun ki, göy gözlü- mavi gözlü Göyçədə görüşək... Amin!
Bu tükənməz, Göyçənin dumduru bulaqları kimi axdıqca axan şairin təkcə bu poeması belə Onun Azərbaycan ədəbi mühitində ən uca yerlərdən birində dayanmağı deməkdir.:
Bəd əməl hər kəsi günaha bağlar,
İmanı Eldarı ALLAHA bağlar... (Mənim dünyam)
Maraqlıdır 80-ci illərin ortalarında yazılan bu əsər nə qədər aktualdır, nə qədər də müasirdir. Xüsusən Vətən torpaqlarımız əldən gedəndən sonra çoxları o Vətənin- Ana ocağının nə demək olduğunu daha dərinliyi ilə anlamağa başladılar. Ana ocağından- Ana qucağından isti Vətən yoxdur!
O ki, ola Göyçək Göyçə...
R. S. Bu gözəl şairimiz, istər tarixçi kimi, istər publisist, istərsə də ustad bir ozan kimi gördüyümüz Eldar İsmayılın hərtərəfli yaradıcılığı daha bir söz söylədir mənə; Ulu Şəhriyar Cənubi Azərbaycandan bizə boylanaraq “Heydərbabaya Salam”la bütün türk- müsəlman aləminə qardaşlıq salamı verdi. Ustad Eldar İsmayıl Böyüktürk isə Ustad Şəhriyarın layiqli davamçısı kimi Göyçək Göyçə adlı bu Salamı bütün türk ellərinə ləyaqətlə çatdırdı...
Sonunu Ö. F. Nemanzadəyə xas sözlərlə bitirmək istədim: “İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür”.
Gəlin bir qədər özümüzü sevək, olanlarımıza, daşımıza, cınqıllarımıza deyil, hətta qanqal bitən boz çöllərimizə dəyər verək. Nə qədər gec deyil... R. S . Nə qədər ağrılı olsa da Vətən sevgili Böyük şairimiz artıq bir Səməndər quşuna çevrilib Vətən sarı- Göyçə sarı uçdu, gedişi isə... yaradıcılığı ilə nisgilli ürəklərə bir məlhəm olan Eldar İsmayılın gedişi, Vətən- Göyçə sarı olsa da ürəklər dağladı. Çox atəşin ürəklərə qor düşdü, Bu xalq Sizi unutmayacaq Türkün Qocaman- Nəhəng şairi. Məkanın Cənnətdir. İnanıram ki, ruhun Göyçə səmalarında, öz Ata- Ananın məzarı başında öz Göyçək Göyçəndəsən . Bax, elə bunlara görədə Siz bizdən daha Xoşbəxtsiniz...
Mən Vətənin nə işinə yaradım,
Bir Ovuc torpağam,
Qoy çıxım gedim !
Siz çıxıb getməyin gedişatı ilə bu Vətəni bir Ovuc torpağa dönüb bir daha böyütdünüz. “Böyük Azərbaycan olmalıyam Mən “ deyərək, hayqıraraq Azərbaycan adlı bu gözəl məmləkəti dünyaya bir daha bəyan etdiniz. Ruhunuz şad, məkanınız Cənnət qoxulu Göyçə övladı, Ağ- bulağın ağ sularına qovuşdunuz, durna olub Ana məzarına qondunuz, Sən bizlərdən daha bəxtiyarsan, çünki, ruhun Vətən Azərbaycan qədər sevdiyin Göyçə səmalarında gəlimli- gedimli dünyanın baş- ayaq işlərini seyr edir...
Məlahət İsmayılqızı
Şair-publisist, tədqiqatçı
AYB-nin, AJB-nin üzvü
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024