QƏLBİNDƏ GÖYÇƏ, AZƏRBAYCAN SEVGİSİ YAŞADAN DÜNYA ŞÖHRƏTLİ ELM FƏDAİSİ Xalqımız bu gün öz tarixinin ən məsul dövrlərindən birini yaşayır. Yer üzündə yeni bir nazamlanma gedir. Uzun müddət bəşəriyyətin xilası kimi görülən dəyərlərin bir çoxu öz əvvəlki mahiyyətini itirməkdə, yeni dəyərlər sistemi formalaşmaqdadır. Belə bir zamanda hər bir xalqın gələcək taleyi, indiki dövrdə atdığı addımlarda, öz potensialını nə səviyyədə üzə çıxarmasından, dünyanın qabaqcıl, mühüm təcrübələrindən, nailiyyətlərindən nə dərəcədə istifadə etmək bacarığından çox asılıdır. Artıq tarixi təcrübə, məntiq onu təsdiq edir ki, o xalqlar öz gələcəkləri üçün daha etibarlı fundament yaradır ki, onlar elmin, elmi kadrların imkanlarından daha səmərəli istifadə edir, öz mədəniyyətlərinin, mənəvi sərvətlərinin potensialının hərəkətə gətirilməsində elmin köməyindən daha çox bəhrələnir. Bunu intensiv inkişafda olan bir çox ölkələrin təcrübəsindən aydın görmək olar. Elə bir təbii sərvətləri olmayan Sinqapur indi öz sürətli inkişafı, hərtərəfli tərəqqisi ilə hər kəsdə heyrət doğurur. Ölkəmizin möhkəm özüllər yaratmaq, sürətli inkişaf edərək gələcəkdə dünyanın ən qabaqcıl ölkələri sırasında yer tutmaq üçün olduqca böyük imkanları var. Vətənimiz bir vaxtlar yer üzünün inkişafına yön vermiş Bəhmənyar, Nizami, Sührəverdi, Tusi kimi onlarca alimlər yetirmişdir. Elə tək ötən əsrdə Y. Məmmədəliyev, H. Abdullayev, L. Zadə, Ə. Cavan, K. Kərimov, A. Çayxorski, A. Mirzəcənzadə, R. Əliyev kimi dünya şöhrətli alimlərimiz böyük elmi nailiyyətlər qazanmışlar. Bu estafet davam etməkdədir. İndi həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən alimlərimiz müasir elmin inkişafında olduqca əhəmiyyətli rol oynamaqdadırlar. Ölkəmizin elm aləmində nüfuzunu qaldıran alimlərimizdən biri də bu günlərdə 75 illik yubileyini qeyd etdiyimiz, dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində yüksək elmi nailiyyətlər qazanmış Sovet, Rusiya və Azərbaycan alimi, hörmətli professorumuz Ələddin Allahverdiyevdir.
Ələddin müəllimi mən hələ 1966-cı ildən, tələbəlik illərindən tanıyıram. O zaman mən Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində birinci kursda oxuyurdum, Ələddin müəllimsə üçüncü kursda. Elə dərsə başladığımız sentyabr ayından necə deyərlər, bir “od-alov olan” bu oğlanın tələbələrin, bütün fakultənin, universitetimizin diqqət mərkəzində olduğuna hamımız şahid olduq. Bu bəstəboy, gur qara saclı oğlan demək olar ki, fakultəmizin hər tərəfindən görünürdü. Əlacı idi və olduqca fəal idi. Elə bu fəallığa görə fakultəmizin komsomol komitəsinin katibi idi. Yaşlı nəsl bilir ki, o zaman komsomol komitəsinin katibi olmaq nə demək idi. Əvvala bu vəzifəyə ancaq və ancaq qabiliyyətli, zəkalı, nümunəvi davranışa malik olan gəncləri seçirdilər. Onların həm də təhsil müəssisələrində xüsusi, mühüm səlahiyyətləri vardı. Tədris prosesinin daha keyfiyyətli getməsi üçün ciddi fəaliyyət göstərirdilər. Onların tələbələri həm səfərbər etmək, həvəsləndirmək sahəsində, həm də onların hüquqlarını qorumaqda əvəzsiz xidmətləri olurdu. Ələddin müəllim o zaman öz fəaliyyəti ilə müsbət mənada universitetdəki bütün komsomol təşkilat katiblərindən seçilirdi. Biz bunu ümumuniversitet tətbirlərində hiss edirdik və onunla fəxr edirdik. Elə həmin il, dərs ilinin axırında onu bir əlaçı tələbə kimi təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə göndərdilər. Bu, o zaman hər bir tələbə üçün olduqca böyük uğur, fantastik dərəcədə bir xoşbəxtlik sayılırdı. Həmin tələbələr öz ölkələrinin fəxri hesab edilirdi. Ələddin müəllim ona göstərilən bu etimadı çox layiqli şəkildə doğrultdu. Moskva Dövlət Universitetində də əlaçı bir tələbə oldu. Ona görə də təhsili başa vuranda onu həmin universitetin əyani aspiranturasında oxumaq üçün saxladılar. Bu da fövqalədə bir hadisə idi. Hər əlaçı tələbəni də Universitetdə saxlayıb aspiranturada oxumağı məsləhət görmürdülər. Onun bu uğuru o dövrdə xalqımızın mühüm uğurlarından biri idi. Tezliklə aspiranturanı da vaxtında bitirib nəzəri və tətbiqi mexanika sahəsində SSRİ – nin ən gənc və istedadlı alimlərindən biri oldu.
SSRİ – nin olduqca nüfuzlu, mühüm bir elm mərkəzi olan Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutunda əmək fəaliyyətinə başlayan Ələddin müəllim ciddi bir alim kimi tanındı, institutda “Riyazi modelləşdirmə” şöbəsinin müdiri kimi vəzifəyə yüksəldi. Bu da xalqımızın bir mühüm uğuru idi. Mən özüm o zamanlar Moskvada əyani aspiranturada oxuyurdum. Elmi – tədqiqat institutlarında şöbə müdiri vəzifələrində xeyli erməni alimləri olsa da azərbaycanlının hansısa bir elmi tədqiqt institunda şöbə müdiri olması nadir hadisələrdən biri idi. Ötən əsrin axırlarından başlayaraq o artıq elm aləmində həssas mexanizmlərin yaradılması sahəsində istedadlı bir alim, perspektivli professor kimi tanınırdı. Ələddin müəllim bir sıra beynəlxalq, ümumittifaq elmi konfrans, simpozium və qurultaylarda 60-dan çox, o cümlədən 12 sifarişli, plenar məruzələrlə çıxış etmişdir. Onun elmi rəhbərliyi altında azərbaycanlılar da olmaqla xeyli alimlər komandası yetişmişdir. Ələddin müəllimin ixtiraları, elmi əsərləri, ideyaları elektron (xüsusilə mikro- və akustoelektronikada), müdafiə və tibb sənayesi müəssisələrində, dünya okeanının və kosmik fəzanın tədqiqatında (sualtı qayıqlarda və tədqiqat gəmilərində, süni peyklərdə və kosmik gəmilərdə) geniş miqyasda istifadə olunmaqdadır. Professor Ələddin Allahverdiyevin adları çəkilən sahələrdə əldə etdiyi bir neçə mühüm elmi nəticələrini xüsusi qeyd etmək lazımdır. O əvvəlcədən müəyyən olunmuş, xüsusi tələb olunan ayrı-ayrı fiziki xarakteristikalara, minimum kütləyə və ya həcmə malik olan, pyezoelektrik ötürücülərin optimal formasını müəyyən etmək kimi texniki nöqteyi-nəzərdən çox mühüm olan məsələni nəzəri cəhətdən həll edən ilk alimdir. Bu tipli məsələlərin uğurlu həllinə o riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini ilk dəfə tətbiq etməklə nail olmuşdur. Bu məsələlərin həlli kosmik obyektlərdən müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran vacib elmi-texniki məlumatların uçuşları idarəetmə mərkəzinə verilməsi üçün pyezoelektrik ötürücülərin yaradılmasında xüsusi rol oynamışdır. Onun elektroelastiqiyyət nəzəriyyəsinin iki və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq etməsi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda “kənar effekti”nin (“краевой эффект”) mövcudluğunu da nəzəri cəhətdən ilk dəfə professor Ələddin Allahverdiyev aşkar etmişdir. O, SSRİ – nin müdafiə sənayesi sahəsində çox mühüm əhəmiyyət daşıyan, yuxarıda adını çəkdiyimiz “FONON” institutunda uzun illər boyu riyazi nəzəriyyə sahəsində aparıcı rol oynamışdır. Müasir texnikanın müxtəlif sahələrində xüsusi əhəmiyyət daşıyan bir sıra texniki problemlərin həlli məhz onun riyazi təfəkkürünün, məsləhətlərinin və bilavasitə işirakının hesabına mümkün olmuşdur.
Ciddi elmi fəaliyyəti hesabına Ələddin müəllim daima diqqət mərkəzində olmuşdur və bu ona müxtəlif sahələrdə olduqca mühüm vəzifələr tutmağa, yeni elmi uğurlar qazanmağa imkan yaratmışdır. 1994-95 – ci illərdə Rusiya ilə Amerikanın birgə yaratdığı "Green Star İnternational" şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini, 1995-1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru vəzifəsində olarkən olduqca ciddi uğurlara nail oldu. Ələddin müəllim 1996-cı ildə, dərs ilinin əvvəlindən Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində çalışmış, 1997-1999-cu illərdə həm də iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuşdur. 2000 - ci ildən isə həmin Akademiyanın birinci, tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisadiyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş xeyli monoqrafiya, dərslik və dərs vəsaitləri hazırlayıb nəşr etdirmişdir. O, məxfi elmi - texniki işləri də daxil olmaqla 450-dən çox əsərin müəllifidir. Bu illər ərzində o, eyni zamanda Rusiya Federasiyası Ali Məktəblərinin təhsil üzrə prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamentinin koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin Akademiyanın Tədris-metodika Şurasının sədri vəzifələrini də yerinə yetirmişdir. İndiki vaxtda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəridir. Ələddin müəllimin elmi, pedaqoji fəaliyyəti dəfələrlə beynəlxalq səviyyədə çox yüksək nüfuza malik olan mükafatlarla təltif olunub. Məmnuniyyətlə o mükafatların bir neçəsini burada qeyd etmək istərdim. O “Moskvanın 850 illiyi” dövlət medalı, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı, 1975, 1977 və 1980-ci illərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nin təsis etdiyi “Əməkdə fərqlənməyə görə” döş nişanlarına, "Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi" adına və döş nişanına, 4 il dalbadal (2001-2004) Moskva Hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdiyi "Moskva Qrantı" müsabiqəsinin laureatı adına və pul mükafatlaırna layiq görülmüşdür. Tibbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi Diplomu ilə (həmmüəllifləriylə birgə hazırladığı pyezokeramik ötürücü süni orqanların yaradılmasında uğurla tətbiq olunmuşdur), SSRİ-nin və Rusiya Federasiyasının digər çoxsaylı fəxri fərmanları və diplomları ilə təltif edilmişdir.
Professor Ələddin Allahverdiyev 2019-cu ildə iki, olduqca nüfuzlu mükafatla, Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin görkəmli alim-mexanik, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor, fizika-riyaziyyat elmləri doktoru, 4 Lenin ordeni laureatı, bir neçə Dövlət mükafatı laureatı Xəlil Raxmatulin adına, Rusiya kosmonavtika federasiyasının Sosialist Əməyi Qəhrəmanı, general-leytenant, Lenin mükafatı laureatı, professor, texnika еlmləri doktoru, kosmik proqramlar üzrə Dövlət komisiyasının sədri Georgi Tyulin adına medallarla təltif olunub. Ələddin müəllim həm də bir gözəl ailə başçısı, valideyn kimi də nümunəvi insandır. Xalqımızı o uzaq ellərdə olduqca layiqli şəkildə bir xanım, alim kimi tanıdan, M.V.Lomonosov adına MDU-nun məzunu, kimya elmləri namizədi Məhsəti xanımla birlikdə boya başa çatdırdıqları oğlu Toğrul bəy və qızı Aytən xanım hər zaman - həm orta məktəbdə, həm də ali məktəbdə dərs əlaşısı olmuşlar. Oxuduqları Universitetləri qırmızı diplomla bitirmişlər. İndi hər ikisi öz sahələrinin çox yüksək səviyyəli mütəxəssisləridirlər. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan Toğrul bəy Niderlandda məşhur “Eurasian Resources Group” kompaniyasında icraçı direktor, Aytən xanım Qətərin paytaxtı Dohada plastik cərrah kimi fəaliyyət göstərirlər. Ələddin müəllim artıq 54 ildir ki, Azərbaycandan kənarda yaşayır. Uzun illər vətəndən çox-cox uzaqda, tamamilə başqa bir mühitdə, elmlə, təşkilati işlərlə ciddi şəkildə məşğul olan başqa bir insan tanımıram ki, öz ana dilində Ələddin müəllim qədər səlis danışsın, milli koloritlə, bədii obrazlarla səlis yaza bilsin, doğma Azərbaycanını sevsin, onun tarixini, milli-mədəni dəyərlərini bilsin, gözəlliklərini duysun, qəlbində gəzdirsin, onları təbliğ etsin. Öz milli musiqimizə, aşıq sənətinə və poeziyasına, folklorumuza, adət-ənənələrimizə bu qədər bağlı ola bilsin. Hətta qardaş Türkiyəyə gedənlər belə əksəriyyəti 2-3 ildən sonra qarışıq sözlərlə danışır, yazanda xeyli səhvlərə yol verirlər. Təsadüfi deyil ki, Ələddin müəllim Vətəndən kənarda yaşadığı uzun illər boyu daim Nəbi Xəzrinin bu poetik sətirlərini Quran ayəsi kimi təkrar etdiyini deyir:
Könül ayrılmayır öz baharından,
İlham baharından, söz baharından.
Deyirəm, Vətənin bircə qış günü,
Yaxşıdır qürbətin yüz baharından.
Ələddin müəllim azərbaycanın bütün dövrlərinin poeziyasını dərindən bilir. Onunla söhbəti Dədə Qorquddan, Nizamidən, Nəsimidən, Füzulidən başlayıb, bütün görkəmli söz adamlarımıza, Aşıq Alıya, Aşıq Ələsgərə, S. Vurğuna, R.Rzaya qədər davam etmək, sonra ən gənc şairlərimizə qədər keçmək olar. Hər birinin yaradıcılığı haqda çox samballı fikirlər eşitmək olar. Ələddin müəllim özü də ilk gənclik illərində şeirlər yazıb. Bu şeirlər mərkəzi qəzetlərdə də dərc olunub. Amma sonradan müxtəlif səbəblər üzündən nadir hallarda qələmə əl atıb. Onunla aşıq musiqisinin, muğamın ən incəliklərinə qədər təhlillər aparmaq, klassik qərb musiqisinin dərinliklərinə getmək olar. Üzeyir Hacıbəylini sonsuz məhəbbətlə sevir. Ələddin müəllim saz, qara zurna, qarmon musiqi alətlərində çalınan oyun havalarımızın sədaları altında o qədər gözəl rəqs edir ki! Hətta bu 75 yaşında da onun rəqsi hər kəsi heyran edir. Düzü, qabaqlar mən onda bu keyfiyyətləri görəndə təəcüblənirdim. Amma onunla söhbətlərimizdə, verdiyi müsahibələrdə doğulduğu, yeniyetməlik yaşlarına qədər yaşadığı, sonralar böyük bir məhəbbətlə tez-tez baş çəkdiyi Göyçə mahalına nə qədər vurulduğunu gördükcə ona bu qabiliyyətin, qüdrətin hardan gəldiyini anladım. Doğrudur, hər kəs öz doğulub, boya-başa çatdığı yerləri sevir, tez-tez xatırlayır. Amma Ələddin müəllimin Göyçəyə məhəbbəti tamamilə başqa bir məhəbbətdir, müqəddəs məhəbbətdir. O Göyçədən danışanda sanki dua oxuyur, ibadət edir. O torpağın dağından, düzündən, buludlarından, sularından, doğulduğu Kəsəmən kəndindən, o yerlərin camaatının mehribanlığından, Oğuz ruhundan elə bir həyacanla danışır ki! Özünün “A Göyçə” şerində yazdığı kimi:
Cismim qucağından uzaq olsa da,
Hicran qəm sazında hava çalsa da.
Ələddin yad eldə yuva salsa da,
Daim səninlədir könlüm, a Göyçə,
Səndən başlayıbdır talem, A Göyçə!
Bu ilin əvvəlində o məni əsasən göycəlilərin iştirak etdiyi, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı yaradılmış “Dədə Ələsgər Ədəbi Məclisi”nə dəvət etdi. Buna görə ona minətdaram. Bu Məclisdə mən həqiqətən də Göyçə əhalisinin, Aşıq Ələsgərin, aşıq poeziyasının, xalqımızın müdrikliyinin ruhunu hiss edirəm. Göyçəni daha yaxından tanıyıram. Əvvəldən də bilirdim, indi daha çox hiss edirəm ki, Göyçə yer üzünün ən gözəl, ən müqəddəs məkanlarından biridir. Bu yerlərdə Misgin Abdal, Ağ aşıq Allahverdi, şair Məmmədhüseyn, Ustad Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman kimi milli ruhumuzun memarlarının yetişməsi, ötən əsrdə Aşıq İmran, Aşıq Müseyib, Aşıq Qara, Aşıq Hacı, Aşıq Rza kimi aşıqların təmsil etdiyi Göyçə Aşıq məktəbinin formalaşması təsadüf deyil ki! İnsan bədənində hər orqanın öz funksiyası var. Bir xalqın da yaşadığı məkanların hər birinin öz qüdrəti, öz əhəmiyyəti var. Qarabağ muğamın beşiyi olduğu kimi, Göyçə də aşıq musiqimizin beşiyidir. Milli ruhumuzun öz oksigeninin axıb gəldiyi bir yerdir. Orada əsrlər boyu yaşayan baba-nənələrimizin müqəddəs ruhlarının dolaşdığı məkandır. Göyçə də Qarabağ, Şuşa qədər, bəlkə onlardan da artıq bir məbədgahımızdır. Ona görə də o yerlərin düşmən caynağında qalmasına heç cür yol verə bilmərik. Bu gün Ələddin müəllim dünya elmində xüsusi nüfuzu olan elm fədaisi olmaqla bərabər, doğma Göyçəsinin ən hörmətli, hamı tərəfdən qəbul edilən ağsaqqallarından biridir. O bu ağsaqqallıq missiyası ilə də Göyçə torpaqlarının qaytarılması, Göyçə mədəni irsinin layiqli şəkildə təbliği, inkişafı üçün əlindən gələni edir.
Professor Ələddin Allahverdiyevi 75 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm, ömrünün davamının uzun, sağlam, yeni uğurların fərəhi içində keçməsini arzulayıram!
Əhməd Qəşəmoğlu
şair-sosioloq
TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021