Martın 1-də Qərbi Azərbaycan İcmasında (QAİ) Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.
AZƏRTACA istinadən Goyce.az xəbər verir ki, görüşdə İcmanın sədri Əziz Ələkbərli təmsil etdiyi təşkilatın yaranma tarixi, fəaliyyəti və məqsədləri barədə danışıb. Bildirilib ki, indiki Ermənistan ərazisində son 200 ildə azərbaycanlılar müxtəlif məşəqqətlərlə üzləşiblər. Təkcə XX əsrdə azərbaycanlılara qarşı 4 dəfə deportasiya və xeyli sayda qırğınlar həyata keçirilib. Bütün bunlar rəsmi sənədlərlə təsdiqlənib.
Əziz Ələkbərli Birinci Qarabağ müharibəsində də ermənilərin azərbaycanlılara qarşı cinayətlər törətdiklərini bildirib. O deyib: “Qərbi azərbaycanlıların bir istəyi var. Öz yurdlarına qayıtmaq. Hazırda Qarabağ münaqişəsi bitib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Əgər Azərbaycan ərazisində ermənilər azərbaycanlılarla birgə yaşaya bilərlərsə, azərbaycanlılar da geri qayıdaraq Ermənistan ərazisində onlarla birgə yaşaya bilərlər. Biz insanların qayıdışını sülh yolu ilə təmin etmək istəyirik. Necə ki, Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə orada hər cür şərait yaradır, Ermənistan da azərbaycanlılar üçün bunu etməlidir. Biz beynəlxalq təşkilatlara da bu barədə müraciət etmişik. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin sənədi kimi yayılıb. Biz, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının Ermənistandakı missiyasına da müraciət etmişik”.
Əziz Ələkbərli vurğulayıb ki, Azərbaycanda bütün millətlərin nümayəndələri yaşayır. Amma Ermənistan monoetnik dövlətdir. “1988-ci ildən isə biz oradan qovulmuşuq. Orada bizim qəbiristanlıqlarımız, ata-baba evlərimiz var. Biz gedib yurdumuzu görmək istəyirik. Lakin Ermənistan bu imkanı bizə yaratmır”, - deyə o vurğulayıb.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Alberto Viyya Viyyeqas bildirib ki, dünyada sülh və bərabərlik olmalıdır. O qeyd edib ki, Meksika olaraq Azərbaycanın tarixindən xəbərdardırlar. “Dostluq qrupu olaraq İcmaya həmrəylik nümayiş etdirməyə və Meksikada Azərbaycanın səsi olmağa hazırıq", - deyə A.Viyya vurğulayıb.
O, irəli sürülən təşəbbüsləri və görüşdə haqqında danışılan mövzuları Meksika hökumətinə çatdıracaqlarını bildirib.
Görüşdə İcmanın İdarə Heyətinin sədr müavinləri, deputatlar Hikmət Babaoğlu, Ramil Həsən, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov və QAİ-ni sözçüsü Ülviyyə Zülfiqar da iştirak ediblər.
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.202460 YAŞIN MÜBARƏK!
15.01.2024AŞIQ İSLAM YUSİFOV
(1893-1968)