Göyçə Mahalı Daşkənd kəndi

16:00 / 13.03.2023
Baxılıb: 668

1918-ci ildə ermənilər öz mənfur niyyətlərini reallaşdırmaq üçün Göyçədə qətliamlara rəvac verəndə Daşkənd ən çox zə­rər çəkən yurd yerlərindən biri oldu. Həmin ilin noyabr-dekabr ayların­da daşnakların Göyçəyə ilk basqını zamanı Basarkeçər nahiyəsində dağı­dılan 30 kənddən biri də Daşkənd idi. Bu tarixi fakt Daşkənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyükəli Hacı Mirzə Ələkbər oğ­lunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 23 yanvar 1919-cu il tarixli ərizələrində tam təfsilatı ilə əks olunub. 

Basarkeçərdən (indiki Vardenis şəhəri) 8 kilometr cənub-şərqdə, də­niz səviyyəsindən 2144 metr yüksəklikdə yerləşən bu kəndin ərazisində­ki heyrətamiz ölçülü oğuz məzarları, eramızın I-Il əsrlərinə aid edilən ovalvari qalanın və V-VI əsrlərə aid məbədin bünövrə qalıqları Daşkən­din azı 2000 illik tarixinə, bu obanın Göyçənin ən qədim və ən böyük yaşayış məskənlərindən biri olduğuna şəhadət verən maddi sübutlardır.

1555-ci ilə dair sənədlərdə Daşkənd Səfəvi Azərbaycan dövlətinin Qara­bağ (Gəncə) bəylərbəyliyinin inzibati bölgüsünə daxil olan kəndlərdən biri kimi səciyyələndirilir. 1578-ci ildə Osmanlı sultanı III Murad Səfəvi­ləri yenərək Göyçənin şərq sahilindəki kəndlərin bir qisminə nəzarət im­kanı əldə etdikdən sonra tətbiq edilən yeni inzibati bölgüyə əsasən, Daş­kənd bir inzibati vahid olaraq İrəvan əyalətinin Ordubad qəzasının Zar nahiyəsinin ərazisi kimi təsniflənmişdir ki, bu barədə də 1590-cı ildə tər­tib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nin 326-cı səhifəsində məxsusi qeydlər aparılmışdır.

1595-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə isə Daşkəndin zemaət, yəni, yüksək titullu dövlət məmurunun məsrəflərinin ödəyicisi qismində Həsən Hüseyn oğlu adlı şəxsin istifa­dəsinə verildiyi; eyni zamanda Əli Nağıəli oğlu adlı başqa bir şəxsin həm Zar, həm də Daşkənd kəndlərindən timar qismində Ödənc aldığı barədə məlumatlar əks olunub. Daşkəndin bu statusu XVII əsrin 30-cu illərinə qədər davam edib. 1723-cü ildə osmanlılar Göyçə hövzəsinə ikinci dəfə və bütünlüklə nəzarət imkanı əldə etdikdən sonra kənd İrəvan əyalətinin Zarzəmin nahiyəsinin inzibati bölgüsünə daxil edilib. Amma... Bu dövrə qədər Daşkənd mahalın ən güclü sufi ocaqlarından, şiə təlimi mərkəzlə­rindən biri kimi şöhrətləndiyi üçün, əhali osmanlı əsgərinin dini zərpinli qəzəbindən ehtiyatlanaraq kəndi tərk etmişdir və bu tarixi gerçəklik rəsmi sənədlərlə təsbitlənmişdir.

1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 118-ci səhifəsində Daşkənddə heç kimin yaşamadığı və onun ərazisinin xaç şəklində sultanın mülkiyyətinə keçirildiyi barədə qeydlər aparılıb. Kənd əhalisi öz yurduna bir də XVIII əsrin 70-ci illərində, səfəvilərin və osmanlıların hegemonluq iddiaları səngiyəndən sonra qayıtmışdır.

Erməni mənbələrinin özü də bu qədim yurdun tarixən sırf türk kəndi olduğunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, yeni yaradılmış erməni vilayətinin idarəçiliynə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında 43- cü sırada Daşkəndin adı yer alıb və müəllifin verdiyi məlumata görə, 1831-ci ildə burada 357 nəfər türk yaşayırmış. Erməni tarixçisi Z. Kor-kodyanın “Sovet Ermənistanının əhalisi 100 ildə: 1831-1931” kitabında rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Daşkəndin türk əhali­sinin sayı 1873-cü ildə 560 nəfər, 1897-ci ildə 1004 nəfər, 1916-cı ildə 1954 nəfər olmuşdur. 1918-ci ildə ermənilər öz mənfur niyyətlərini reallaşdırmaq üçün Göyçədə qətliamlara rəvac verəndə Daşkənd ən çox zə­rər çəkən yurd yerlərindən biri oldu.

1918-ci ilin noyabr-dekabr ayların­da daşnakların Göyçəyə ilk basqını zamanı Basarkeçər nahiyəsində dağı­dılan 30 kənddən biri də Daşkənd idi. Bu tarixi fakt Daşkənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyükəli Hacı Mirzə Ələkbər oğ­lunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 23 yanvar 1919-cu il tarixli ərizələrində tam təfsilatı ilə əks olunub. Amma o faciə­nin miqyası nə qədər böyük olsa da, bu 30 kəndin əhalisi qışın boranında dağlarda nə qədər itki versələr də, qısa müddətdən sonra mütəşəkkil şə­kildə öz ocaqlarına qayıtmışdılar və Azərbaycandan köməyə ümid edə­rək, mübarizələrini davam etdirirdilər. Nə yazıq ki, gözlənilən kömək ol­madı...ADR-in “mili hökuməti” Göyçəni və göyçəliləri taleyin ümidinə buraxmışdı. Baxmayaraq ki, o zaman Göyçənin şərq və şimal-şərq sahil­ləri rəsmən Azərbaycan Demokratik Cümhuriyyətinin inzibati ərazisi he­sab olunurdu.

1919-cu il aprelin 13-20-də daşnakların Göyçəyə növbəti basqısı zamanı 22 kənd yenidən dağıdıldı, 15 min əhali Cavanşir qəzası­nın dağlıq ərazilərinə qaçmaq məcburiyyətində qaldı. Dağlıq zolağın V sahəsinin müsəlman əhalisi üzrə müvəkkil İ.Sultanovun bu faciə barədə verdiyi məlumatda ("Azərbaycan" qəzeti 19 may 1919-cu il) dağıdılmış kəndlərin siyahısında birinci sırada yenə də Daşkəndin adı gəlir. Erməni­lərin Daşkəndə qarşı bu dəfəki aqressivliyi isə səbəbsiz deyildi. Aprel qırğınlarından əvvəl daşnaklar Zod yaxınlığında ciddi məğlubiyyətlə üzləşmişdilər və Andronikin sağ əli sayılan Sulikovun başının kəsilmə mərasimində iştirak edənlərdən birinin daşkəndli Aşıq Nəcəf olduğu ba­rədə şaiyələr erməniləri təbdən çıxarmışdı.

Əslində isə Aşıq Nəcəf hə­min mərasimdə sadəcə bir el ağsaqqalı kimi iştirak etmişdi. Və həmin məclisdə Qaraqoyunludan Aşıq Əsəd də iştirak edirdi. Ermənilər üçün, təbii ki, bu tə­fərrüata varmaq lazım deyildi: onlar Aşıq Nəcəfi hədəf seçmişdilər və mahalın ən keçərli söz sahibi olan bu nurlu şəxsiyyəti məhv etməkdə is­rarlı idilər. Məhv etdilər də. Hiylə ilə danışığa dəvət edərək onu da, Sə­mənd ağanı da qətlə yetirdilər. Aprel qırğınlarında artıq Aşıq Nəcəf sağ deyildi, amma bu da daşnakların ürəyini soyutmamışdı, onlar bu haqq aşığının nəslinin qanına susamışdılar...Kənd əhalisinin yarısı qəfil hücum zamanı qırıldı, təxminən 300 nəfər diri-diri yandırıldı və quyulara doldurularaq, üstləri torpaqlandı.

1922-ci ildə kəndə qayıdanların sayı cəmi 882 nəfər, yəni 1916-cı ildəki əhalinin 40 faizi həddində idi ki, bu da Daşkəndin 1919-cu ildə yaşadığı faciənin miqyasını tam mənada təsəvvür etməyə imkan verir. 1931-ci ilin rəsmi statistikasına görə isə kənd əhalisinin sayı 1230 nəfər olmuşdur. Bu cür sürətli artım və kəndin sürət­lə abadlaşaraq aparıcı yurd yerlərindən birinə çevrilməsi erməni millətçilərini əndişələndirməyə bilməzdi. Odur ki, 1948-1953-cü il deportasiya­ları zamanı Daşkəndə xüsusi diqqət yetirildi və kəndin əhalisinin yarıdan çoxu məcburi qaydada köçürüldü. İndi Azərbaycan Respublikasının Bər­də rayonunda həmin köçkünlərin binələşdirdiyi və kompakt şəkildə məskunlaşdığı bir kənd var: Yeni Daşkənd kəndi. 1979-cu il siyahıyaalınma­sının rəsmi nəticələrinə görə isə Basarkeçər nahiyəsindəki Daşkənddə 1973 nəfər türk yaşayırdı. 1988-ci il faciələri zamanı kənd üç şəhid ver­di: 1916-cı il təvəllüdlü Safoy İsmayıl oğlu Babayev, 1928-ci il tə­ vəllüdlü Sultan Həsənov və 1930-cu il təvəllüdlü Zeynalabdi Əliyev al­dıqları xəsarətlər nəticəsində dünyalarını dəyişdilər. Sağ qalan əhali isə kütləvi şəkildə deportasiyaya məruz qalaraq, əmlakları və kolxozun mülkiyyəti hökumət tərəfindən talan edildi.

Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Daşkənd toponimi “Hayrk” sözü ilə əvəzlənmişdir.
Daşkəndin ünlü yetirmələri:
Hacı Kərim Hacı Mustafa oğlu. 1820-1892-ci illərdə yaşamış, dövrünün tərəqqipərvər ziyalılarından biri olmuş, öz vəsaiti ilə Daşkənd­ də dini təmayüllü məktəb açmışdır.
Hacı Mirzə Ələkbər. Ali ruhani təhsili almış, Göyçə mahalının dini ayinlər üzrə müvəkkili olmuşdur. 1900-cu ildə təxminən 55-60 yaşların­ da vəfat etmişdir.
Aşıq Nəcəf. Dədə Ələsgərin şəyirdi, Göyçə oğuz dərvişləri məktəbi­nin ən kamil müridlərindən biri olmuş, erməni təcavüzünə qarşı döyüşlər­ də xüsusi fəallıq göstərmişdir. 1919-cu ilin martında Basapkeçərə danı­şığa dəvət olunan türk nümayəndə heyətinin tərkibində hiylə ilə əsir alın­mış, Novruz bayramı günü xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Böyükəli Hacı Mirzə Ələkbər oğlu. Daşkənd mədrəsəsində və Kə­vər rus-tatar gimnaziyasında təhsil almışdır. 1918-1920-ci il qırğınların­dan sonra Göyçəyə qayıtmamış, Şəmkirdə məskunlaşaraq partiya-sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır.

Həsən Xəyallı. 1902-ci il də anadan olub, məhşur el qəhrəmanı dayısı Hacı Rəhimdən dini təhsil almışdır.Ötən əsrin otuzucu illərində bir müddət Daşkənd kənd sovetinin katibi vəzifəsində işləmişdir.Din xadimi, görkəmli söz ustadı kimi xalq arasında geniş şöhrət qazanmışdır. 10 aprel 1966-ci ildə doğma kəndində vəfat etmişdir.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı  Sərəncam imzaladı

16.11.2022

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

11.10.2022

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

30.06.2022

Ələddin Allahverdiyev – 75

28.05.2022

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

04.03.2022

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...

19.02.2022

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

29.01.2022

Müəllimlərim haqda xatirələrim - Musa Kərimov 

17.01.2022

Səksəninci döngə

27.12.2021

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

24.12.2021

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

05.12.2021

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

24.11.2021

AŞIQ ABBASƏLİ NƏZƏROV

22.11.2021

Altmış ilin sözə dönən anları 

27.09.2021

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
   

25.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

08.09.2021

UĞUR ƏNGƏL TANIMIR

07.09.2021

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz  Turğay Değrimencidir.

30.08.2021

Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır

07.08.2021

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

06.08.2021

"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

17.07.2021

Azərbaycan təbiəti və Aşıq Ələsgər

08.07.2021

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

30.06.2021

Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti

08.06.2021

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

07.06.2021

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...  

26.05.2021
Bütün xəbərlər