GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

18:32 / 25.05.2023
Baxılıb: 1534

 

Basarkeçər kəndindən 15 km. şimal-qərbdə, dəniz səviyyəsindən 2059 metr hündürlükdə yerləşən bu kəndin cənubundakı məzarlıqda 1988-ci ilə qədər toxunulmamış qalan X-XII əsrə aid məzarlıq sənduqə­lərinin qalıqları bu obanın azı 1200-1500 illik tarixinə şəhadət verən mad­di sübutdur. Erməni mənbələrində isə kəndin adna ilk dəfə yeni yaradıl­mış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin İ. Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir.

1831-ci ilə dair sənədlərdə bu kəndin 251 nəfər türk əhalisinin olduğu göstərilir. Sonrakı 90 il ərzində kənd sürətlə inki­şaf etmiş və rəsmi statiistikaya görə kənd əhalisinin sayı 1873-cii ildə 593, 1886-cı ildə 905, 1897-ci ildə 1132, 1916-cı ildə 1232 nəfər olmuş­ dur.

1919-cu il qətliamları zamanı mahalın ən iri yaşayış məntəqəlrindən biri kimi Şişqaya xüsusi diqqətdə olmuş, ermənilər əsas qüvvələrini bu kəndə yönəltmişlər. Aprelin 13-dən 18-nə qədər davam edən döyüşlər zamanı Kor Tanrıverdinin başçılıq etdiyi özünümüdafiə qüvvələrinin müqavimətini qıra bilməyəcəklərini yəqin edən ermənilər hiyləyə əl at­mışlar.

Rusların vasitəçiliyi ilə danışıq aparmaq barədə razılığa gəlinmiş, kəndin ağsaqqalları və əsas döyüş qüvvələri məscidə yığıldıqdan sonra erməni-rus hərbi birləşməsi qəflətən hücuma keçmiş və məscidi yandır­mışlar.

Həyatını qurtarmaq istəyənlər və köməyə gələnlər gülləbaran edildikdən sonra kənd məhlə-məhlə talan edilmiş, qaçmağa imkan tap­mayanlar ya qətlə yetirilmiş, ya da ermənilərin əlinə keçməmək üçün öz­lərini öldürmüşlər. Sağ qalanlar Şahdağ silsiləsindən keçərək Gəncə qə­zasının beşinci sahəsinə və Cavanşir qəzasının dağlıq zolağına səpələnmişlər.

Şişqayanın 1919-cu il aprelin 19-da yaşadığı faciənin miqyasın tə­səvvür etmək üçün, 1922-ci ildə doğma ocağa dönənlər barədə rəsmi sta­tistikaya baxmaq kifayətdir: cəmi 461 nəfər, yəni kəndin 1916-cı ildəki əhalisinin üçdən biri. Amma bu faciə belə şişqayalıların vətən sevgisini zərrəcə azaltmadı və onlar doğma yurdu qısa müddətdə abadlaşdırmağa müvəffəq oldular.

1926-cı ildə kənd əhalisinin sayı 612, 1931-ci ildə isə artıq 863 nəfər idi. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə Şişqayada yaşayan türklərin sayı 3800 nəfər idi və kənd o zaman üçün artıq nəinki mahalın, ümumən respublikanın ən abad yaşayış məntəqələrindən biri kimi səciyyələndirilirdi. Kənddə mədəniyyət evi, məişət xidməti mərkəzi, bir neçə sənaye malları və ərzaq mağazası, xəstəxana, poliklini­ka, əczaxana, avtomat telefon stansiyası və idman klubu fəaliyyət göstərirdi.

1988-ci ildə Ermənistan hökumətinin rəsmi Moskvanın dəstəyi ilə həyata keçirldiyi qətliamlar zamanı Şişqaya 6 şəhid vermiş 1933-cü il tə­ vəllüdlü İbrahimov Əziz Cabbar oğlu, 1935-ci il təvəllüdlü Əliyev Meh­ralı İbrahim oğlu, 46 yaşlı Züleyxa Əsədova, 1942-ci il təvəllüdlü Zeyna­lov İlyas Əmirxan oğlu, 24 yaşlı Əliyev Yunis Tahir oğlu və 15 yaşlı Əliy­ev Şahin Qabil oğlu həlak olmuşlar.

Kəndin sağ qalan əhalisi isə doğma yurdu yenidən tərk etməyə məcbur olmuş və Şişqaya kolxozunun bütün varidatı, o cümlədən əhalinin əmlakı Ermənistan dövləti səviyyəsində mənimsənilmişdir. Ermənistan Respublikası parlamentinin 9 aprel 1991- ci il tarixli qərarı ilə Şişqaya toponimi “Qukariç” sözü ilə əvəzlənmişdir.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023
Bütün xəbərlər