FILOLOJI BILIMLERI DOKTORU UNVANINI ALMANIZDAN DOLAYI SIZI IÇTENLIKLE KUTLUYORUM. BU BAŞARINIZ, YILLARCA VERDIĞINIZ EMEĞIN, GÖSTERDIĞINIZ AZMIN VE SAHIP OLDUĞUNUZ BILGININ BIR SONUCUDUR. ALANINIZDA YAPTIĞINIZ ÇALIŞMALARLA ÜLKENIZE VE BILIME ÖNEMLI KATKILAR SAĞLADIĞINIZI BILIYORUM. SIZIN GIBI DEĞERLI AKADEMISYENLERIN VARLIĞI, GELECEK NESILLERE DE ILHAM KAYNAĞI OLACAKTIR. BU VESILEYLE, HAYATINIZDA VE KARIYERINIZDE BAŞARILARINIZIN DEVAMINI DILIYOR, SAYGILARIMI SUNUYORUM.
ZAKIR KAYA .(KHA YÖN KURUL BAŞK .)
Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” monoqrafiyası Azərbaycan elmi və ədəbiyyatı üçün müstəsna əhəmiyyət kəsb edir. Elmin bütün istiqamətlərində təsəvvüf başlıca şərtdir. Hansı prizmadan yanaşırıq, yanaşaq, təhlil zamanı təqdir olunası bütün məsamələrdə təsəvvüfün fəlsəfi çalarları özünü aydın göstərir. Elə bugünlərdə 23 ildən artıq vaxt ərzində üzərində ciddi-cəhdlə işlədiyi doktorluq işini uğurla müdafiə edən Nəzakət Məmmədlinin “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” monoqrafiyasında da təhlil əsasən özünü məhz təsəvvüf prizmasından bəyan edir. Hörmətli alimimiz bu tədqiqat işini yazmaqla həm də bir ilkə imza atıb. Belə deyək, bu vaxta qədər heç kim Fəridəddin Əttar yaradıcılığına belə geniş rakursdan yanaşmayıb. Demək olar ki, elmi müstəvilərdə bu dahi şairin ədəbi yaradıcılığı barədə məlumatlar da çox azdır və ya faktlar dəqiqləşdirilməmiş şəkildədir.
Qısa xarakteristika:
Nəzakət Fətəli qızı Məmmədli 1971-ci il dekabrın 25-də Sabirabadda anadan olmuşdur. 1989-cu ildə orta məktəbi medalla, 1994-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin il də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. 2000-ci ildə “Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 21. 02. 2002 tarixində AMEA-nın Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinə elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1.10.2010-cu ildən böyük elmi işçi, 2012-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışır.
Əttar əsərlərinin əlyazma qaynaqlarını araşdıran N.Məmmədli bu böyük mütəfəkkirin Azərbaycan ədəbiyyatına təsirini sübut edən tərcümələr üzərində iş aparmış, bu mövzu ilə əlaqədar elmi konfranslarda çııxışlar etmişdir. Onun “Şeyx Fəridəddin Əttarın həyat və yaradıcılığı”, “Şeyx Fəridəddin Əttarın “Təzkirətül-Övliya” əsəri və onun tərcümələri”, “Şeyx Fəridəddin Əttarın “Məntiqüt-Teyr” əsərinin mənbələrinə dair”, “Əttarın “Pəndnamə” əsərinin türkcə tərcümə və şərhləri” və “Şeyx Fəridəddin Əttarın “Məntiqüt-Teyr” əsərinin irfani və poetik xüsusiyyətləri” , “Şeyx Fəridəddin Əttar əsərlərinin türkcə tərcümələri”, “Şeyx Fəridəddin Əttarın “Təzkirətül-Övliya” əsərində vilayət və kəramət anlayışları”, “Füzulinin Leyli və Məcnun” əsərində irfani poetika”, “Seyid Nigari və Mövlana Cəlaləddin Rumi”, “Mövlana Cəlaləddin Ruminin “Divani-Kəbir”ində irfani və poetik xüsusiyyətlər”“ “Qayğısız Abdalın yaradıcılığında abdallığın dini-fəlsəfi əsasları”, “Təsəvvüf ədəbiyyatında Qurani-Kərim təsəvvürü və poetikası”,“Seyid Yəhya Bakuvinin Bakı əlyazması və yeni tapılan şeirləri”, “Seyid Yəhya Bakuvinin farsca əsərlərinin təsəvvüfi və özəllikləri” və s. məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
N.Məmmədli 2010-cu ildə Mir Həmzə Seyid Nigarinin türkcə “Divan”ını transfoneliterasiya edərək nəşr etdirmişdir. 2011-ci ildə “Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi” mövzusunda monoqrafiyası çapdan çıxmışdır. Həmçinin Mir Həmzə Seyid Nigarinin “Nigarnamə” əsərini və Şeyx Fəridəddin Əttarın “Təzkirətül-Övliya” əsərinin türkcə tərcüməsini tədqiqat, transfoneliterasiya və türkcə tərcümənin fotofaksimilesi ilə birlikdə nəşr etdirmişdir. 2011-ci ildə Şərafəddin Raminin “Ənisül-üşşaq” əsərini fars dilindən dilimizə çevirmiş və çapa təqdim etmişdir. Əsər 2012-ci ildə nəşr edilmişdir. 2016-cı ildə N. Məmmədlinin Füzulinin “Leyli və Məcnun əsəri – poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri” adlı monoqrafiyası, Seyid Yəhya Bakuvinin həyatı, dövrü, ədəbi və fəlsəfi yaradıcılığına həsr edilmiş “Azərbaycandan dünyaya doğan Günəş: Seyid Yəhya Şirvani və xəlvətilik” adlı kitabı çapdan çıxmışdır. 2017-ci ildə “Sevdayi və onun “Leyli və Məcnun” əsəri adlı monoqrafiyası nəşr olunmuşdur.
Nəzakət Məmmədli, həmçinin bədii tərcümə ilə də məşğul olur. O, Şeyx Fəridəddin Əttarın “İlahinamə” əsərindən hekayələr, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərinin üçüncü cildini tərcümə etmiş, “Xacə Hafiz Şirazi “divanı əsasında sufi istilahları lüğəti” adlı qiymətli təsəvvüfi lüğəti də əlyazma qaynaqlarından, farscadan dilimizə çevirmişdir. O, 2009-cu ildə böyük ingilis yazıçısı Qrem Qrinin hekayələrini ingilis dilindən, böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin italyan əsilli Amerika müğənnisi Mario Lanzanın həyatı barədə yazdığı “Dahi Lanza” romanını da rus dilindən tərcümə edərək 2012-ci ildə geniş oxucu kütləsinə təqdim etmişdir.
N.Məmmədli böyük Azərbaycan mütəfəkkiri və şairi Seyid Yəhya Bakuvinin “Mənazilül-aşiqin”, “Məkarimül-əxlaq” “Əsrare-Məratibe-qülub”,”Əsrare-vüdu”, “Adabe-vüdu vuassəlat”, “Rümuzül-işarat”, “Kəşfül-qülub”, “Əcaibül-qəlb” “Şərhe-əsmayi-Samaniyyə”, “Qisseyi-Mənsur”, “Səlavate-Nəbi”, “Qəzəliyyat” və s. əsərlərini farsca əlyazma qaynaqlarından tərcümə etmiş və bu əsərlər 2014-cü ildə nəşr edilmişdır.
N. Məmmədli 2007-ci ildə İran İslam Respublikasının Tehran şəhərində Əllamə Təbatəbai Universitetində ali səviyyə üzrə “Fars dilinin qrammatikası”, “Klassik fars nəsri”, “Xəttatlıq”, “Klassik fars şeri”, “Müasir fars nəsri”, “Müasir fars şeiri” “Bəlağət elmi ilə tanışlıq” “Fars şeirinin musiqisi ilə tanışlıq” və s. kursları, eləcə də İngiltərənin məşhur Oksford dil mərkəzində “Ümumi ingilis dili” kursunu müvəffəqiyyətlə bitirmiş və sertifikat almışdır.
Əsas elmi nailiyyətləri: Müəllifi olduğu və önsöz, tədqiqat, qeyd və izahlarla nəşrə hazırladığı kitablar:
Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi; Bakı,” Elm və təhsil” 2011(monoqrafiya),(184 səh.)
Mir Həmzə Seyid Nigari, Divan, Bakı, “Elm və Təhsil” 2010 (824 səh.)
Mir Həmzə Seyid Nigari, Nigarnamə, Bakı “Elm və Təhsil” 2012,(406 səh.)
Şeyx Fəridəddin Əttar “Təzkirətül-Övliya”, Bakı, “Elm və Təhsil”, Bakı,2011, (796 səh.)
Şərəfəddin Rami Təbrizi, Ənisül-üşşaq, Bakı, 2012, Elm və Təhsil, 240 səh.
Füzulinin Leyli və Məcnun əsəri: Poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri, Bakı, “Elm və təhsil”, 2013,(Monoqrafiya) (400 səh.)
Azərbaycandan dünyaya doğan günəş: Seyyid Yəhya Şirvani və Xəlvətilik, Bakı 2016 (monoqrafiya) (232 səh)
Azerbaycandan Dünyaya Doğan Güneş: Seyyid Yahya Şirvani ve Halvetilik, İstanbul, 2017
Sevdayi və onun “Leyli və Məcnun” əsəri, Bakı, (monoqrafiya)“Elm və təhsil, 2017 (320səh)
Tərcümə etdiyi əsərlər
Qrem Qrin, “Şəhər kənarına səfər”, “Dünya ədəbiyyatı” tərcümə toplusu, Bakı, 2004 səh. 118-129 (ingilis dilindən).
Hafiz Şirazidən iki qəzəl(şeirlə, fars dilindən), Hikmət, elmi araşdırmalar toplusu, Bakı, 2003, N 1, səh. 136-138
“Sufi istilahları baxımından Xacə Hafiz(Divanının) lüğəti,(fars dilindən) Şərq - AMEA Nizami adına Ədəbiyyat Muzeyinin tərcümə toplusu, Bakı, 2004, səh. 109-132
Şeyx Fəridəddin Əttarın “İlahinamə” əsərindən tərcümələr (fars dilindən): “Odunçu və Sultan Mahmudun hekayəsi”, “Həvva və Xənnasın hekayəti”, “Məsihlə dünyanın söhbəti”, “Ruhların cisimlərin yaradılmasından əvvəlki hekayəti”, “Mömin qadının hekayəti”, “Hikmət” elmi araşdırmalar toplusu, Bakı, 2006, N 8, səh.109-132
Seyid Yəhya əş-Şirvani əl-Bakuvi;
Nəzm əsərləri: Mənazilül-aşiqin, Məqamat,Ətvarül-qəlb, Şərhi-məratibi-əsraril-qülub, Şərhi-əsmai-samaniyə, Səlavətün-Nəbi, Qəzəliyyat, Həzrəti Əliyə həsr edilmiş iki qəsidə, Qisseyi-Mənsur(fars dilindən)
Nəsr əsərləri: Kəşfül-qülub, Əsrarül-vüdu vəs-salat, Rümuzul-işarat, Məkarimül-əxlaq, Əz təsərrüfati-Seyyid Yəhya və əz kaşifat, Əcaibül-qülubi-Şeyx Bəyazidi-Bistami
Tərcümə etdiyi kitablar
Müslim Maqomayev. Dahi Lanza, Bakı, İrfan, 2012, 392 səh.(rus dilindən)
Şərəfəddin Rami Təbrizi, Ənisül-üşşaq, Bakı, 2012, Elm və Təhsil, 240 səh.(fars dilindən)
Seyid Yəhya Bakuvi; “Risalələr” iki cilddə, Bakı, 2014 (fars dilindən)
(“Kəşfül-qülub”, Əsrarül-vüdu vəs-səlat”, “Rümuzül-işarat”, “Məkarimül-əxlaq”, “Əz təsərrüfati-Seyyid Yəhya və əz kaşifat”, “Əcaibül-qülubi-Şeyx Bəyazid Bistami”, “Mənazilül-aşiqin”, Məqamat”, Ətvarül-qəlb”, “Şərhi-məratibi-əsrarül-qülub”, “Şərhi-sualati-Gülşəni-əsrar”, “Şərhi-Əsmayi-samaniyyə”, “Bəyanül-elm”, “Salavatün-nəbi”, “Qisseyi-Mənsur”, “Qəzəliyyat”.
Nəzakət Məmmədlinin 2022-ci ildə “Ecoprint” mətbəəsində çap olunmuş 380 səhifəlik “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” kitabının elmi redaktorları filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəyli, rəyçilər filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov, filologiya üzrə elmlər doktoru, professor Ataəmi Mirzəyev və filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimlidir. Kitabda, annotasiyadan da göründüyü kimi, böyük sufi şair və mütəfəkkir, təsəvvüf ədəbiyyatının banilərindən olan Şeyx Fəridəddin Əttar Nişapurinin həyatı və yaradıcılığı tədqiq edilir. Xaqani Şirvani, Nizami Gəncəvi kimi böyük Azərbaycan şairlərinin Əttar yaradıcılığına təsiri, Füzuli, Nəsimi, Seyid Yəhya, Seyid Nigari və s. kimi Azərbaycan klassiklərinin Əttardan bəhrələnmələri sistemli şəkildə araşdırılır, Əttar əsərlərinin Azərbaycan türkcəsinə tərcümələri müqayisəli tədqiqata cəlb edilirvə ən əsası, Əttarın Azərbaycanda təsəvvüfün inkişafında və tərcümə ədəbiyyatımızın formalaşmasındakı rolundan bəhs edilir.
Nəzakət Məmmədli Azərbaycan ədəiyyatı üçün önəm kəsb edən monoqrafiyasında Şeyx Fəridəddin Əttarın təsəvvüf ədəbiyyatının ən önəmli simalarından biri olduğunu qeyd edir, vurğulayır ku, Əttar təsəvvüfi ideyaların ədəbiyyata gəlməsində mühüm rol oynamış, zəngin və çoxşaxəli yaradıcılığı ilə islam-Şərq ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir.
Dünya alimləri Fəridəddin Əttarın 1136-cı, 1119-cu, hətta 1150-ci ildə doğulması ehtimalı ilə çıxış ediblər. "Əttar" təxəllüslü, orta əsrz aid bu misilsiz şairin əzcazçılıqla məşğul olması, əttarlıq etməsi onu mühitdən bir növ təcrid etmişdir. Bu dahi sufi şairin həyatı da mənbələrdən göründüyü kimi, olduqca faciəli şəkildə başa çatmışdır.
Əlbəttə, Nəzakət Məmmədlinin “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” monoqrafiyasında onun həyatından daha çox bədii yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, Fəridəddin Əttar şeirinin müasir şeirə təsiri və s. mümkün paradoks təşkil edir. Müəllif qeyd edir ki, Fəridəddin Əttarın yaradıcılığı olduqca zəngin olub, 140-dan artıq əsəri günümüzə qədər gəlib çıxıb. Bu əsərlərin hər birində təsəvvüf elmi idrakın üstqurumu kimi çıxış edir, oxucu dərki burada həyata inam gücü əxz edir.
Belə deyək, Nəzakət xanımımn “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” monoqrafiyası bizim üçün qaranlıq qalan bir sıra məsəslələrə aydınlıq gətirir. Anlayırıq ki, Əttar heç vaxt maddiyyat düşkünü olmayıb, mənəvi dəyərlərə böyük üstünlük verib, bunu əsərlərində də geniş şərh edib.
Monoqrafiyada Əttarın ən məşhur əsərlərindən olan, "Quşların dili" və yaxud "Uçmağın məntiqi" kimi tərcümə edilən "Məntüqüt-teyr" əsəri xüsusi təhlil olunur. Nəzakət Məmmədli üzərində böyük əmək sərf etdiyi və məna və məzmunca fərləndirdiyi bu əsəsri daha çox təqdir edir, bu əsərin Azərbaycan ədəbiyyatına çox şey verdiyini vurğulayır. Alleqorik səpkidə yazılmış, dərin mistik ideya-məzmun kəsb edən 4400 beytdən artıq olan bu epik məsnəvi günümüzün Sabir şeiri qədər təsirli səslənir. Nəzakət Məmmədli qeyd edir ki, bu əsər bir çox Şərq şairlərinin yaradıcılığına güclü təsir edib. Böyük türk-özbək şairi Əlişir Nəvai bu əsərdən təsirlənərək "Lisanüt-teyr" əsərini yazıb.
Monoqrafiyadan bəlli olur ki, Fəridəddin Əttarın "Məntüqüt-teyr" əsəri sufi nümunəsidir, təsəvvüfün Vəhdəti-vücud nəzəriyyəsi kimi ehtiva edir.
Nəzakət Məmmədli adıçəkilən doktorluq işində Əttarın 6500 beytlik "İlahinamə" məsnəvisi barədə də tutarlı, sanballı fikirlər ifadə edir, bu əsərin də Azərbaycan ədəbiyyatına, Şərq şairlərinin yaradıcılığına ciddi tədri etdiyini diqqətə çatdırır.
Monoqrafiyada Əttarın aydın süjet xətti ilə seçilən "Əsrarnamə" əsəri də təqdir edilir. Hörmətli alimimiz bu əsərdə əsas olaraq göstərmək istəyir ki, Əttar zahiri bər-bəzəyin parlaqlığını insan qəlbini hörümçək toru kimi hörən cılız nüanslara bənzədir. Əslində, demək istəyir ki, kamil yaradılış olan insan, nəfsinin quluna çevrilir. Nəfsinin quluna dönən isə ilahi məqamda yerini itirir və heyvanın səviyyəsinə enir.
Nəzakət Məmmədlinin dərin izaha çəkdiyi monoqrafiyada Əttarın "Pəncnamə", "Müsibətnamə", “Xosrovnamə", "Muxtarnamə" və s. əsərləri barədə də geniş təhlil aparır, əsasən bütün əsərlərdə elmi təsəvvüfün çalarlarını təqdir edir.
Bir sözlə, Nəzakət Məmmədlinin “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” monoqrafiyası Azərbaycan elmi və ədəbi irsinin ən sanballı tədqiqat işlərindən biridir, Azərbaycan və Şərq ölkələrinin elm adamları üçün tutarlı mənbə, dərs vəsaiti kimi qəbul edilə bilər.
Hörmətli alimimiz Nəzakət Məmmədli!
Siz “Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” kimi sanballı bir monoqrafiya yazmaqla Əttar yaradıcılığına olan bütün yanlışlıqları aradan qaldırdınız, bu məzmunlu elmi işin Azərbaycan elmi və ədəbiyyatı üçün də nə qədər mühüm və vacib olduğunu təsdiq etdiniz.
Sizi təbrik edir, elmi işinizə mübarək deyir və sizə can sağlığı arzulayıram.
Hörmətlə: Şair-publisist, Prezident təqaüdçüsü Sona Abbasəliqızı
Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024