Zodun qədim tarixinə şəhadət verən maddi dəlillərlə yanaşı çoxsaylı yazılı məlumatlar da mövcuddur.
Göyçə gölünün şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şəhəri) 10 km. şimal-şərqdə, dəniz səviyyəsindən 2016 metr hündürlükdə qərarlaşmış bu kənd ümumən oğuz türklərinin ən qədim yaşayış məskənlərindən və Göyçənin tarixində müstəsna rolu olmuş kəndlərdən biridir. Kəndin coğrafi mövqeyindən irəli gələn strateji əhəmiyyəti və ərazisindəki zəngin qızıl yataqlarının açıq mədən üsulu ilə işlənmə imkanları hələ ta qədimdən bu yerə marağı artırmışdır.
XX əsrin ortalarında burada aparılmış qazıntılar zamanı aşkarlanmış şaxtaların eramızdan əvvəlki birinci minilliyin ortalarına aid olması, Göyçə gölünün cənub-qərbində arxeoloji tədqiqatlar zamanı aşkarlanmış, eramızdan əvvəlki III-II əsrə aid bəzək əşyalarının məhz ZOD qızılından hazırlanmasının elmi cəhətdən sübuta yetirilməsi Zodun azı 3000 illik tarixinə şəhadət verən maddi sübutlardısa; kənd ərazisindəki III-V əsrlərə aid yurd yerlərinin və oğuz məzarlığının xərabəlikləri Zodun hələ 1500 il öncə sənaye və mədəniyyət mərkəzi rolu oynamasını, müxtəlif yerlərdən müxtəlif məqsədlərlə gəlmiş insanların kəndə yaxın ərazilərdə məskən salaraq, burada yaşayıb-yaratmasım təsdiqləyən faktlardır. Zodun qədim tarixinə şəhadət verən maddi dəlillərlə yanaşı çoxsaylı yazılı məlumatlar da mövcuddur.
428-ci ilə aid olduğu artıq elmi təsdiqini tapmış sənədlərdən birində Göyçə gölü hövzəsindəki ZOD XANƏDANI-ndan söhbət açılır. Hansı yollasa Matenadarana düşmüş bu sənəddə Zod dövlətinin kiminsə nəzarətində olması barədə bircə kəlmə belə qeyd olunmasa da, erməni tarixçiləri həmin Zod xanadanının Arşakilər hakimiyyəti dövründəki inzibati vahidlərdən biri olduğu barədə iddia irəli sürüblər və o iddiaya görə, güya o tarixi sənəddə “SOTK” kəlməsi müəllifin xətası ucbatından “ZOD” kimi işlənib. İddianın absurdluğu elə özündən bəllidir: V əsr müəllifi o zaman dövləti olmayan bir millətin-ermənilərin “tarixi adları”nı hansı məntiqlə təhrif etməliydi və ümumiyyətlə V əsr müəllifi XIX-XX əsrlərdə cərəyan edəcək siyasi proseslərə hansı əsasla müdaxilə etməliymiş.
Belə bir fikri söyləmək xəstə təxəyyül təzahüründən savayı bir şey deyil... Və ermənilərin nə danışmasından, nəyi necə yozmasından asılı olmayaraq əlahəzrət fakt bütün əsassız iddiaları yenmək qüdrətindədir. Zod məsələsi də bu baxımdan istisna təşkil etmir. Zodun müasir coğrafi ərazisindəki qədim məzarlıq oğuz kultunun, III-IV əsrlərə aid məbəd alban mədəniyyətinin, Х-ХII əsrə aid sənduqələrin qalıqları islam mədəniyyətinin izlərini yaşadır. Amma bu ərazilərdə erməni mədəniyyətinin izinə işarə ola biləcək bir nişanə belə yoxdur...
1555-ci ilə dair yazışmalarda isə Zod kəndi Səfəvi-Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi təsniflənir. 1578-ci ildə Sultan Ill Murad Səfəviləri yenərək Azərbaycan torpaqlarının bir qismini, o cümlədən Göyçə hövzəsinin şərqindəki kəndlərdən bir neçəsini ələ keçirdikdən sonra tətbiq edilmiş inzibati bölgüyə əsasən Zod kəndi Ordubad qəzasının Zar nahiyəsinin ərazisinə daxil edilmişdi ki, bu tarixi reallıq da 1590-cı ildə tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nin 326-cı səhifəsində müvafiq qeydlərlə təsdiqlənir.
1595-ci il tarixli “İrəvan əyalətinin icmal dəftərindəki qeydlərdən isə bəlli olur ki, Sultan III Muradın hakimiyyəti illərində Zod kəndi timar qismində, yəni dövlətin səlahiyyətli nümayəndələrinin gəlirlərini təmin edən vergi ödəyicisi qismində Vəli Bayram oğlu, Əhməd İlyas oğlu, Əli Mustafa oğlu, Hacı Abdin oğlu adlı şəxslərin istifadəsinə verilibmiş. Əlavə olaraq, Damğa və Cahanşah kəndlərindən vergi alan Dürri İsgəndəroğlu adlı şəxsin gəlirlərinin bir qsmi də Zod kəndinin vergiləri hesabına ödənirmiş. Timar şəkilli verginin 20000 ağça həddində olduğunu və həmin dövrdə 3-4 kəndin bir timarı ödədiyini nəzərə aldıqda qətiyyətlə demək olar ki, XVI əsrin sonlarında Zod kəndi Göyçə hövzəsinin ən iri və ən abad yaşayış məskəni imiş.
1723-cü ildə osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən sonra tərtib olunmuş və 1728- ci il aprelin 12-də Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində aparılmış qeydlərdə isə Zod kəndi İrəvan əyalətinin Məzrəə nahiyəsinin inzibati vahidlərindən biri kimi təsniflənir və onun birbaşa sultan xəzinəsinə xas şəkilli Ödəncinin 7214 ağça həcmində müəyyənləşdirildiyi göstərilir.
Erməni mənbələrində isə Zodun adına ilk dəfə XIX əsrin əvvəllərin də, 1828- ci ildə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. Rəsmi məlumatlara görə, Zod həmin vaxt, əhalisinin etnik tərkibi etibarı ilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588, 1914-cüildə 1988 nəfər olmuşdur.
Maraqlı cəhət isə odur ki, Zodun inkişafı təkcə əhalinin say artımı ilə səciyyələnmirdi. Hələ 1885-ci ildə Zodda mədrəsə ilə yanaşı müasir tipli məktəb fəaliyyət göstərirdi və bu məktəbin bütün xərclərini öz üzərinə götürmüş Səmənd ağa kəndin yüksək dini təhsillə yanaşı avropa təhsili almış ziyalılarının-Mirzə Əsgər, Mirzə Bəylər və Hacı Əliş Ağanın təqdimat verdiy istedadlı gənclərin Rusiyanın və Avropanın ən mötəbər ali təhsil ocaqlarında oxumasına şərait yaradır, onların təhsil məsrəflərini ödəyirdi. Elə həmin nurlu şəxsiyyətlər “Mola Nəsrəddin” dərgisinin Göyçədə yayılmasını da təşkil etmişdilər.
Təbii ki, ermənilər bu cür hər tərəfli inkişafın, XX əsrin əvvəllərində Zodun ümumən Nor-Bayazit qəzası türkləri üçün mədəniyyət mərkəzinə və qeyri-rəsmi inzibati mərkəzə çevrildiyinin fərqində olmaya bilməzdilər. Odur ki, 1918-ci ildə Göyçədə qətliamlar planını həyata keçirmək niyyətinə düşən ermənilər Zoda xüsusi diqqət yetirdilər. Amma Andronikin ən məhşur sərkərdəsi Sulikovun 1918-ci ilin dekabrındakı həmləsi bir nəticə vermədi, Zod mərdliklə müqavimət göstərdi. Həmin döyüşlərdə ermənilər yüzlərlə itki versə də, Zodun özünümüdafiə batolyonundan cəmi bir nəfər-Məcid Süleyman oğlu şəhid oldu, 4 nəfər isə ağır yaralandı.
Bundan az sonra Səmənd Ağanın təşəbbüsü ilə Göyçə kəndlərinin özünümüdafiə dəstələrinin gücləri birləşdirildi. Ermənilər 1919-cu ilin martında Zoda növbəti həmlə zamanı Göyçə kəndlərinin birləşmiş qüvvəsi ilə üz-üzə qaldılar və... Sulikov öldürüldü, yüzlərlə daşnak qırıldı, qalanlar isə qaçıb dağıldılar. Bu döyüşdən sonra ümumən Göyçəni itirmək təhlükəsinin reallığını duyan ermənilər həmişə olduğu kimi hiyləyə əl atdılar və danışıq təklifi ilə Basarkeçərə dəvət olunmuş Səmənd Ağa namərdcəsinə qətlə yetirildi. Səmənd Ağa itkisindən sonra Göyçə müdafiə dəstələri arasında rabitə bir növ pozuldu və bu fürsətdən istifadə edən ermənilər aprelin 13-20-si aralığında Göyçə kəndlərinə, xüsusən də Basarkeçər nahiyəsindəki 22 kəndə divan tutdular.
Həmin döyüşlərdə Zod kəndinin 200 sakini şəhid oldu, sağ qalanlar Kəlbəcərə çəkilərək oradan əsasən Cavanşir qəzasının sərhəd kəndlərinə və Cəncəətrafı kəndlərə səpələndilər. 1922-1926-cı illər də kəndə qayıdan qaçqınların sayı rəsmi statistikaya görə 1325 nəfər olsa da, 1931-ci ildə Zod əhalisinin sayı artıq 1599 nəfər idi. Və elə həmin dövrdən etibarən Ermənistanın bolşevik-daşnak hökumətinin Zoda qarşı repressiyalarının yeni gizli dalğası başladı və bu məkrli oyun 1988-ci ilə qədər fasiləsiz olaraq davam etdi.
XX əsrin otuzuncu illərində Zodun nüfuzlu adamlarının böyük qismi, 100 nəfərdən çox savadlı adam müxtəlif bəhanələrlə həbs olunaraq sovet repressiya maşınının məngənəsində məhv edildi. 1945-ci ildən sonra isə qızıl mədənlərinin işlənməsi bəhanəsi ilə Zodun qarışıq yaşayış məntəqəsinə çevrilməsi yönündə məqsədyönlü iş başladı. 1948-1953-cii illərdə İ.Stalinin havadarlığı ilə Ermənistan türklərinə qarşı həyata keçirilən deportasiya zamanı Zod əhalisinin yarısı Azərbaycan SSR-in Xanlar və Daşkəsən rayonları ərazisinə köçürüldü, əvəzində isə Zodun ərazisində yeni salınmış qəsəbəyə 1000 nəfər erməni və rus yerləşdirildi. Amma Zodun əzəli sahiblərinin mütəşəkkil müqaviməti öz sözünü dedi və 70-ci illərin sonunda artıq Zod yenə də sırf türk kəndlərinin siyahısında idi. Bu zaman artıq Zodun türk əhalisinin sayı 4137 nəfərə çatmışdı və kənddə iki orta məktəb, bir texniki peşə məktəbi, iki fabrik filialı, məişət xidməti mərkəzi, avtomat telefon stansiyası, 10-na qədər müxtəlif təyinatlı mağaza, mədəniyyət evi, klub, xəstəxana, iki aptek fəaliyyət göstərirdi.
1988-ci ildə Ermənistan hökuməti rəsmi Moskvanın birbaşa hərbi yardımı ilə Zod kəndini bir həftə ərzində talanlara məruz qoydu və kənd əhalisi məcburi qaydada Azərbaycan SSR ərazisinə deportasiya edildi. Bu hadisələr zamanı Zod bir şəhid vermiş- 58 yaşlı kənd sakini Qocayev Teymur Ələsgər oğlu aldığı xəsarətlərdən həlak olmuşdur. Ermənistan Respublikası parlamentinin 9 aprel 1991 -ci il tarixli qərarı ilə Zod kəndi “Sotk” adlandırılmışdır.
Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL
“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY
04.10.2023BABACAN
03.10.2023Xankəndidə torpaq satan dəli qadın
23.09.2023ŞAİR SALMAN QARALAR
22.09.2023Qərbi Azərbaycan İcmasından
21.09.2023BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
14.09.2023RƏŞADƏTLİ RƏŞADƏT
13.09.2023HƏSRƏTİN POETİK QEYDLƏRİ
13.09.2023ƏLLİ YAŞIN İŞIĞINDA
09.08.2023ZOD
06.08.2023DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN
27.07.2023SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI
04.07.2023NƏRİMANLI (HÜSEYNQULUAĞALI)
20.06.2023QƏRİB MƏZAR
13.06.2023SARIYAQUB
06.06.2023TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022