ŞAİR SALMAN QARALAR

20:33 / 22.09.2023
Baxılıb: 3350

Salman Qaralar (Balakişiyev) 01.11.1959-cu ildə Kəlbəcər rayonunun Daşbulaq (Kilsəli) kəndində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi əla, 1981-ci ildə ADPU-nun (V.İ.Lenin adına APİ-nin) filologiya fakultəsini 3 fəndən yaxşı, qalan fənlərdən isə əla qiymətlərlə bitirmişdir. 1981-1984-cü illərdə Kəlbəcər rayonunun Qanlıkənd kənd, 1984-1988-ci illərdə Göygöl (Xanlar) rayonunun Nadil (Nadel) kəndində müəllim işləmişdir. 1988-2007-ci illərdə Balçılı kənd 2 nömrəli tam orta məktəbin direktoru olmuşdur. 2007-ci ildən Göygöl RTŞ-nin müdir müavini işləmişdir. Regional Təhsil İdarəsi yaradıldıqdan sonra müavin ştatı ləğv edilmiş, baş məsləhətçi kimi fəaliyyət göstərmişdir.

Təhsil sahəsində 42 illik fasiləsiz fəaliyyəti dövründə əldə etdiyi uğurlardan bir hissəsi aşağıda göstərilmişdir.
1. Müəllim işlədiyi məktəblərdə Azərbaycan dili və ədəbiyyatın tədrisini maksimum səviyyədə həyata keçirməyə çalışmış, tədrisə aid məqalə və təkliflər yazmış, səsi-sorağı yaxşı gələn şagirdlər yetişdirmişdir.
2. O, Balçılı kənd 2 nömrəli məktəbinə direktor təyin olunanda məktəb üzrə 9 sinif komplektində 149 nəfər şagird təhsilə cəlb olunmuşdu. Direktor vəzifəsini təhvil verəndə isə 22 sinif komplektində 336 nəfər şagird var idi. Məktəbin hal-hazırda istifadə olunan binasını Ali Dövlət orqanlarına müraciət etməklə sovxozun islahat komissiyasından o, almağa nail olmuşdur.
3. 1990-2007-ci illərdə Məntəqə Seçki Komissiyasının sədri, 2007-2019-cu illərdə MnSK-da YAP-ın səlahiyyətli nümayəndəsi, təhkimçi olmuşdur.
4. Təhsil Nazirliyinin 09.03.1999-cu il 115 nömrəli əmrilə “AXC və müstəqil Azərbaycan Respublikası” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Həmin il Salman müəllimin şagirdi Muxtarova Mərdanə respublika turunda III yerə layiq görüldü. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu bu tipli yazı-müsabiqələr o vaxtdan hər il keçirilir. Sonrakı illərdə də məktəb və rayon üzrə müsabiqəyə onun hazırladığı şagirdlər müntəzəm olaraq respublika turunda fəxri yerlər əldə etmişlər.
Son illərin statistik rəqəmləri beledir: 2021-2022-ci tədris ilində “Düşünən oxucu” müsabiqəsində Balakişiyeva Səma Nemət qızı, “Ən yaxşı təqdimat” müsabiqəsində Göyüşova Nərmin Əliəsgər qızı respublika turunda I yerə layiq görüldülər. 2022-2023-cü tədris ilində “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika turunda Yusibova Səkinə Əli qızı III yeri tutdu.
5. 1974-cü ildə ilk məqaləsi Kəlbəcərdə çıxan “Yenilik” qəzetində çap olunmuşdur. Sonrakı dövrlərdə də müxtəlif mətbuat orqanlarında, o cümlədən “Xalq qəzeti”ndə, “Azərbaycan müəllimi” qəzetində tədrisə, ədəbi-bədii hadisələrə, şəxsiyyətlərə aid məqalələr yazmışdır.
6. Təhsil sahəsində müəyyən islahatların aparılması, müvafiq qanunların qəbul edilməsi üçün Ali Dövlət orqanlarına, o cümlədən Elm və Təhsil Nazirliyinə vaxtaşırı yazılı təkliflər göndərmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olduğu il münasibətilə hər il keçirilən inşa yazı müsabiqəsinin formatının təkmilləşdirilməsi haqqında 2013-cü ildə H.Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya və Təhsil Nazirliyinə yazılı təklif göndərmişdir. 2014-cü ildən inşa yazı “Ən yaxşı təqdimat” şəklində məktəblərə göndərildi. Bununla belə, bu düzəlişin yalnız Salman müəllimin təklifi əsasında olduğunu iddia etmək doğru deyil.
7. AzTV, İTV kimi televiziya, müxtəlif radio kanallarında çıxışları, şeirləri səsləndirilmişdir.
8. Müxtəlif elektron saytlarda məqalələri dərc olunmuşdur.
9. Rəyçisi, redaktoru, ön söz müəllifi olduğu kitablar:
a) C.Baxışoğlu. “Oğullar böyüyür papaqlar altda”.
Bakı-2008. Redaktor, ön söz. Səh.10-17.
b) C.Baxışoğlu. “Sazlı-sözlü dünyam”.
Gəncə-2014. Redaktor, ön söz. Səh. 5-10
c) C.Baxışoğlu. “Nağıllaşan babalar”. “Orxan”, Bakı-2018.
Redaktor, ön söz: “Babalardan nəvələrə”.
ç) H.Hüseynli “Əhli-beyt(ə) aşıqi Dədə Ələsgər”
Bakı-2022. Rəyçi: S.Balakişiyev.
d) M.Sarıqaya. “Göyçə həsrətli bir ömür.”
“Elm və təhsil.” Bakı-2023. Ön söz.
10. Məqalə və şeirlərimin çap olunduğu kitablar:
a) “Pəncərə” almanaxı. I bölüm. Bakı. Səda-1998. Səh 50-51.
b) “Pəncərə” almanaxı. II bölüm. Bakı. Səda-1998. Səh 21-24.
c) “Şəfəq” almanaxı. III bölüm. Bakı. Səda-1999. Səh 93-95.
d) “Şəfəq” almanaxı. V bölüm. Bakı. Səda-1999. Səh 62-65.
e) Maqsud Hacıyevə həsr olunmuş kitab. Şeir.
f) “Ömrün yetmişindən yüzünə doğru”. B.Vətənoğluna aid kitab. Şeir.
g) V.Bayramov. “Bilməz idim ayrılıq var”.
h) V.Bayramov. “Yurd ağrısı”. “Araz”. Bakı-2012. Səh.62-63 yazı, şeir; səh. 129-134. “Ayrılıqdan doğan ağrılar”.
i) M.Dilbazi Poeziya Məclisi. “Öz içimdən yanan bir ocağam mən”. Bakı. “Elm və təhsil”.-2022. Səh. 196-207. “Heydərbabadan Aveyə”.
j) “Azərbaycan kəlağayısı min illərin yadigarı” “Elm və təhsil”. Bakı-2022. Səh. 68-74 məqalə; səh. 140. Şeir.
k) M.Sarıqaya. “Göyçə həsrətli bir ömür” “Elm və təhsil”. Bakı -2023. Şeir.
11. Salman Qaralar haqqında bu və ya digər dərəcədə bəhs olunan və yazılar olan kitablar:
a) M.Novruzov. “Təhsilimizin uca insanları” Bakı-2001. Səh. 64-66.
b) A.Ələkbərova. “Milli təhsilimizin inkişafı yolunda”. “Elm və təhsil”. Bakı-2020. Səh 17-21.
c) Nağdəli Keştəkli. “Dədə Ələsgərin fəlsəfi dünyası”. Bakı, “Şərq-Qərb”-2021. Səh 20.
d) “Salman Qaraların söz dünyası”. Sumqayıt-2014. “Köksüz qayalar”a həsr olunmuş məqalələr toplusu.
12. Salman Qaraların müəllifi olduğu kitablar:
a) Repressiyaya məruz qalmış sənətkarların həyat və yaradıcılığının öyrədilməsi. Bakı-1992. Metodiki tövsiyə.
b) Salman Qaralar. “Köksüz qayalar”. Bakı-2013.
c) Salman Qaralar. “Şəhid torpaqlar”. Bakı-2019.
d) AMEA. Folklor İnstitutu. “Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti”. Beynəlxalq Elmi Konfransın materialları.
Bakı şəhəri, 24-25 may 2021-ci il. Səh. 401-412.
e) Salman Qaralar “Adım Ələsgərdi”. Elmi – publisistik tədqiqat əsəri. Çapa hazırlanır.
13. Salman Qaraların təltifləri.
a) Rayon səviyyəsində YAP-dan, İcra Hakimiyyətindən, Həmkarlar təşkilatından təltifləri var.
b) 1999-cu ildə Təhsil Nazirliyi tərəfindən “İlin müəllimi” diplomuna layiq görülmüşdür.
c) 2001-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərman”la təltif olunmuşdur.
d) 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin 03.10.2011-cil tarixli 1754 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı almışdır.
e) 2019-cu ildə Təhsil Nazirliyinin 30.09.2019-cu il K-1471 nömrəli əmri ilə “1 dərəcəli Dövlət qulluqçusu” dərəcəsi almışdır.
Yuxarıda göstərilənlərdən əlavə onu da qeyd edim ki, 1993-cü ilin mart ayından YAP-ın üzvüdür, bir müddət YAP Göygöl Rayon Təşkilatında Siyasi Şuranın üzvü olmuşdur. YAP Göygöl Rayon Təşkilatı üzrə Təhsil sektorunda ərazi partiya təşkilatının sədridir.
Ailəlidir. Üç övladı, 7 nəvəsi var. Hər üç övladı ali təhsillidir.


Etiket:
Xəbərlər

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025
Bütün xəbərlər