Mərhəmlik və mərhəmət nümunəsi

15:00 / 09.10.2023
Baxılıb: 1864

Şəmsi - Təbrizinin gözəl bir deyimi var:”Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içərisində yer almağınızdır”


Yer üzünün əşrəfi olan insan yalnız həya hissləri ilə yaxşılığa yollar açar, pislikləri dəf edər, çox dərdləri sağalda bilər. “Özümdən eyib etməz, başqasından ayıbdır” düşüncəsi ilə formalaşar həya, özünü qeyrilərin yolunda fədakarlığa cəlb etməkdən yoğrular həya, Yaradanın yolunda qürbət qəsdi qoyulduqda varlığa paklıq gətirər həya. Bu nöqteyi- nəzəri Həzrət Əli ə.s müdrik kəlamlarından biri ilə əsaslandırmaq yerinə düşər. "Həya-bütün yaxşılıqların açarıdır."

Görkəmli həkim-pediatr Ələmdar Mədət oğlu Cəfərov həya içərisində əsil insan surəti ilə yaşadığı layiqli, mübarək ömrünü saysız-hesabsız yaxşılıqlarla zinətləndirib. Gecəsini, gündüzünü, rahatlığını, səhhətini həyasının təsiri, abırının hakimliyi ilə körpə balaların sağlamlığı yolunda xərcləyib. Onun xurmayı gözlərində, nurlu baxışlarında, ərkanlı davranışında, əfsun səsində, həzin danışığında, ecazkar gülüşündə, müqəddəs simalara xas olan zahiri və batini aləmində həya ilə zənginləşmiş ömür xəzinəsinin gövhəri, ləl-cəvahiratı ərşə işıq saçır.
Ələmdar həkim hər zaman sevinci, xoş niyyəti, yaxşılıqları, sevgini, mərhəməti artırmaqla ömür sürmüşdür. O, gözəl bilir ki, cəmiyyətin buna ehtiyacı var, bu ehtiyacı ödəmək isə əsil insanlığa xas olan mərdlik fitrətidir, mərdanəlik xislətidir. Ədəbdir- ağılın ifadəçisi, ədəbi qədər kamallı, kamalı qədər şərəfli, şərəfi qədər zəki, zəkası qədər qiymətli ömür yollarının yolçüsü olan möhtərəm Ələmdar Doktorumuz haqda fikri bildirmək asan deyil, habelə asan olmadığı qədər də qürurvericidir. Ona görə ki, əzəmətli bir şəxsiyyət haqqında fikir yürüdərkən gərək onun səviyyəsini tam ifadə edə biləsən. Bu xüsusda əziz oxuculardan ola biləcək xətalarım üçün əvvəlcədən üzrxahlıq edirəm.

Ələmdar Mədət oğlu Cəfərov Azərbaycan Tibb İnstitunu bitirdikdən Kəlbəcər rayonunun işğal olunduğu vaxtadək(1993) yorulmaz əmək fəaliyyəti ilə Kəlbəcər rayon Uşaq Xəstəxanasının baş həkimi işləmişdir. 1993 ci ildən mərhumə Akademik Adilə Xanım Namazovanın rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetinin Uşaq xəstəıliləri kafedrasında palata həkimi kimi tibb fəaliyyətini mütəşəkkil şəkildə davam etdirmişdir. Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibətilə Möhtərəm, Müzəffər Prezidentimiz İlham Heydər oğlu Əliyevin imzası ilə “Tərəqqi “ medalı ilə təltif olunmuşdur.
Cəfərov Ələmdar həkim mənəvi dünyasını ləyaqət, sədaqət, mərhəmət, məhəbbət, cəsarət, qeyrət ritualları ilə bəzəməklə, onun da ornamentlərini dərin təfəkürün, idrakın, səlis təxəyyülün formulları ilə cilalalmışdır.

Konfutsinin təbirincə; “hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir.” Dünyada hər hər fərdin öz yolu , öz istiqaməti var. Harada qeyrət və kişiliklə ölçüyə gələn insanlıq izi varsa, orada Ələmdar həkimin yerişinin ləpiri var!
Bəzən el arasında “filan həkimin əli yüngüldür” deyimi ilə rastlaşırıq. Əlbəttə bu deyim minilliklərin sınanmış hikmət süzgəcindən süzülüb gəlib. Müqəddəs kitabımız Qurani- Şərif Allahın Adəm ə.s yaratdığı zaman öz nəfəsilə üfləyib, cismini ruhu ilə birləşdirərək onu diri halına gətirdiyindən xəbər verir. Bu Tanrı qüdrətinə bəndələr Adəm ə.s. törəmələridir fəlsəfəsilə baxsaq, hər bir bəndənin üzərində Uca Yaradanın nəfəsi olmasının isbatını taparıq. Bəndəlik haqqını ləyaqətlə yerinə yetirən həkim- Ələmdar Cəfərov cismi ilə ruhunu bir- birinə bağlayan İlahi nəfəsin münəzzəhliyini qoruyaraq, Allah rizasını qazanmaq istiqamətinə yönəltmiş bu məfkurəsilə də həm Xaliq, həm də məxluq yanında hörmət və izzət sahibi kimi, fövqəlşüur meyarlarla, sakral qanunlarla seçilmişlər sırasına qatılmışdır.

Şəmsi- Təbrizinin gözəl bir deyimi var:”Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içərisində yer almağınızdır.” Minlərin duasında yer alıb, yüz minlərlə ürəklərdə özünə ehtiram səltənəti və məhəbbət xanimanı quran gözəl insan-Ələmdar həkim peşəsinin ülviliyi ilə şəxsiyyətinin müqəddəsliyini birləşdirərək, sayılıb-seçilən insanlar sırasında ön cərgəyə çəkilmiş, yüksək dərəcəli qayğıkeşliyilə minlərlə körpələrin həyatını qoruyub, saxlayıb ürəklərdə şərəfli yer almış, sənətinin mükəmməlliyi və körpə övladların sağlamlığının keşiyində sədaqətlə dayanmağı ilə el-obanın əzizi qismində ünlü mənlik sahibi tək əsil kişi ömrü qazanmışdır. Onun haqqında ürək sözlərimi dil döndükcə yazsam da zahiri və batini nəcibliklərinin hamsını tam ifadə etmək mümükünsüz görünür.

Bu böyük şəxsiyyətə Ələmdar adının qoyulması təsadüfü deyil. Valideynin övladına belə bir ad seçməsi, iman əhlinin qəlbində yaşayan sevdanın təzahürüdür.
Əl- Həkim, Əş- Şafi Xilqət aləmini yaradanın məlum sifətlərindəndir. Uca Allah həkim timsalında “şəfaverən sifətləri”nin təcəlla etdiyi nurlu bəndələrin səfinə qatmışdır Ələmdar həkimi. Çöhrəsinin nurundan həkimlik şəfası saçılan qəlblərin daşıyıcıları-Allahın müqəddəs sifətlərinin daşıyıcılarıdır, həmin sifətlər ki, aləmlər içrisində rəhmət və mərhəmət konturlarını müəyyən edir.
İnsan dünyaya gəlməmişdən öncə onun üçün yazılıb qoyulmuş hansısa alqoritmlərləmi yaşayır, yoxsa həyatını, tale yazısını öz əməllərilə qurur!? Hələlik bunları mütləq mənada təsdiq edən bir dəlil, yaxud mənbə mövcud deyil. Fəqət bütün uğurlara yalnız Allahın təqdir etdiyi yolda bərəkətın, izzətin, şöhrətin və hörmətin inşa etdiyi səadət yolunda çatmaq olar.
Ələmdar həkimin şəxsində Ustad Aşıq Alının bir kəlamının izhar etmək yerinə düşər.
“...Bir adamı Allah sevsə, görərsən hər yan sevər ”
Dünyada Ələmdər həkim kimi bəndələrin olması onların valideynlərinə, şəxsinə, ailəsinə, zürriyyətinə, həmçinin cəmiyyətə Xudavənd-aləmin mərhəmət əlamətlərindəndir.

Doktor Cəfərov yaxşılıqları ilə Allahın sevgisini qazanmaqla, izzət pərdəsinə bürünərək “hər yanın sevgisi”nə layiq olmağı ilə bahəm, vaqif olduğu elmin bərəkəti sayəsində neçə-neçə övlad analarının ürəyini sevindirməklə, əbd olduğunu isbata yetirmiş şəxsiyyətlərdəndir.
Qartalların tək bir qanad çalmaqla yüksəldiyi zirvələrin ruzigarından yaranıb onun simasının məğrur quruluşu, əlinin şəfasından, mübarək nəfəsinin bərəkətindən sağaltdığı min-min uşaqların əksəriyyəti sağlam böyüyüb, cəmiyyətimiz üçün faydalı şəxsiyyətlər kimi yetişmişlər. Ələmdar kimi həkimləri tarixlər boyu ləngərli kişilər Loğman, el atası, el dostu kimi təqdim etmişlər.
Hamıya mərhəm olan müqəddəs həkimlik peşəsində səciyyəvilik var. Heç bir mütəxəsisə müraciət edərkən ona həkim kimi xitab olunmur;- göydə Allahı, yerdə səni deyib gəlmişik. Sənətinin iffətini qoruduğu üçün, heç zaman Allah Ələmdar həkim onun üstünə pənah gətirənlərin yanında naümid qalmayıb, bütün xəstələri şəfa tapıb.

Həkim adı içərisində ömrünü özün üçün yaşamamaq kimi şərəf və bu şərəfi qazanmaqdan ötəri böyük məsuliyyət var. Tibb sənətinə yiyələnmək üçün bəlli bir təhsil alınır, həkimlik adı qazanılır bunlar öz yerində. Bəzən fikirləşirəm ki, adamlıq, adam kimi adam olmaq özü də bir sənətdir. Gərək onu da bacarasan. O sənət oxumaqla deyil, əsildən- nəsildən, gendən -qandan gələn formullarla formalaşır. Həkimlik sənəti adamlıq sənəti ilə tən olduğu halda İlahi şəfa lütfünün daşıyıcılığı yaranır. Nəfsin yanında şəfa ola bilməz! Nəfsinin qulu olmadan halal ömür yaşamaq hər adama nəsib olmaz. Ələmdar həkimə bu halallıq nəsib oldu.
Yaranmışlara nəzər etdikdə bütün canlıların balası özündən gözəl görünür. “İnsan ən gözəl biçimdə yaradıldığı” halda, görün onun balası nə qədər gözəldir!? Hər kəsə canından ötə bir can var, o da övlad- bala canıdır. Körpələrin məsum canının, onların səhhətinin qorumasının etibar edildiyi ülviyyətlə dolu bir ömürə sahiblənmək Ələmdar Həkim Cəfərovun tale yazısıdır. O, ünvanına üz tutan bütün insanların inam və etibarını sədaqətlə qoruyub. Möcüzəli əlləri ilə körpə balaların gələcək yollarına sağlamlıq və xoş əhval işığı saçmaqla qaranlıqdan aydınlığa çıxarıb, onların səhhətində yaranmış müşgülləri unutdurub.

Ələmdar həkimin qəlbi Tanrının istəyi ilə nurlanıb, şəfaət mələkləri ilə eyni timsalda dayanaraq insanları naümidliklərin cəngindən alıb, hər yanına gedənə dava -dərman olub. Əlacsız qalmış canların qurtarmasında, bir an içərisində yüz manevrdən ən uyğun olanı seçməklə, olumla ölüm fərmanı arasında gedən həyati prosesləri olum və yaşamaq istiqamətinə məharətlə yönəltməklə özünün övliya simasına malik olduğunu təsdiqləyib. Qəlblərin ümidi ona yetişməklə işıqlanıb, onun gəlməyilə sitəm və qüssələr pərən -pərən düşüb. Ələmdar həkimin seçimləri yanan qəlblərin suyu, donan qəlblərin hərarəti olub. Onun həyatının ümdə məqamları körpələrin rahatsızlığı ilə mübarizədə sonsuz stress və həyəcanlarla ölçülür. Özü üçün deyil övladların xoşbəxt gələcəyi üçün çarpışıb bütün ömrü boyu.
Çox vaxt həyacan fiti çalan kütlə qatarının övlad sıxıntısını nurani nəfəsi ilə ani zaman kəsiyindəcə yox etməklə həyatın baş verə biləcək dəhşətləri qarşısında cüssəsini, elmini, biliyini, təcrübəsini sipər edib. Bu qatarın istəklərini yerinə yetirməklə, onların ruhundan qopan şirin arzuların karvanı ilə azad asimanlara yüksəlib. Təsəvvür edin, bayaq acı duyğular içərisində çarpışan ürəklər, Ələmdar həkimin gəlişi ilə şirin arzular dəryasına qərq olur!!! İlahinin yaratdığına verdiyi ən parlaq məqamlardan birinə sahiblənmiş müdrikliyi ilə ucadır Ələmdar həkim!

Körpələrə dərman yazmaq, acı dərmanı onlara qəbul etdirərək sağlıq yoluna çıxartmaq o qədər də asan deyil. Ələmdar həkimin əlində acı dərman şirinləşər, bal kimi qəbul olunar, boğazdan süd kimi asanlıqla keçər və həyatı qurtarar, bunlar mötəbərlik, müqəddəslik deyil nədir, bəs!?
Onun yazısında bir möcüzə var, qələmi ilə aydın və gözəl dəst- xəttlə yazılan dərmanları uşaqlar anlamadan, dərk etmədən belə, həvəslə qəbul edirlər, sanki nəfəsinin xeyir-duası qarışıb dərmanların içərisinə.
Uşaqlarla davranışında hər sözü təravətə dönər, kəlimləri çiçək açar, onun nurlu baxışları ağlayan körpələri dərhal sakitləşdirər, doğmalaşdırar. Adətən uşaqlar həkim gördükdə qorxu və həyacan keçirər, amma Pediatr Ələmdar Həkimin çöhrəsindəki qeyri adi ziya ANA doğmalığı ilə ovundurar körpələri. Hər kəsə mərhəm olmaq, hər evin doğmasına çevrilmək, hər ümidə çıraq yandırmaq adi və sıradan olan nemət deyil.

Ələmdar Cəfərovun həkimlik arzularının formalaşmasında onun doğulub, boya- başa çatdığı mühitin, böyüdüyü Kəlbəcər kimi Cənnət məkanın təbiətinin, uşaqlığının keçdiyi Behişt ətirli Göyçə ab-havasının mühüm təsiri olmuşdur. Saf və zəngin, qaymaq kimi sular, dağlar, dərələr, yallar, yamaclar, quzeylər, güneylər, əyriclər, arxaclar, zirvələr, talalar, sıldrımlar və bunlara əsararəngiz gözəllik verən, kəhkəşanlıq yaradan əlvan gül- çiçəklər elə özləri bir təbib idi. Belə bir təbiət harmoniyası içərisində böyümək humanistlik, xeyirxahlıq, insana sədaqət, həyata qədir-qiymət hisslərini aşılayırdı. Dağlarla “həmsöhbət olmağın” özü ucalığa, vüqara, əzəmətə, səsləyirdi insanı. Həmin mühitin təsirinin Ələmdar həkimin bir ləyaqət timsalı olmağında, onun ucalığında rolu danılmazdır. Sıldırımlı, sərt dağ yamaclarında, sıx meşələrdə, dərələrdə bitən ağacların torpaq üstə zoğlanan, pöhrələnən çoxşaxəli köklərinə baxanda bu möhkəmliyə, bu dəyanətə heyran qalırsan. Bu cür möhtəşəm təbiətdə böyüyən insanın da beləcə köklər üzərində torpağa bağlılığı təbiət hadisəsidir. Ələmdar Mədət oğlunun İnsanlıq formulu boyüdüyü mühitin saf sularının zənginliyindən rişələnib. Halal nəsil-kök, möhkəm iman, əqidə, köhnə kişilərin tərbiyəsi də məhz belə mühitdə yaranır.

El arasında “min dərədə dava”, “dərd birdirsə, dərman min birdir” deyimlərini eşidib, mənasını təhlil edərək böyümək istər-istəməz insanı təbiətlə dostlaşmağa sövq edir. Bu dostluğa köklənmək, şəfaət vəsiləsi olmaq sevdası Günəş sönməzliyinə bənzətdi hörmətli Ələmdar həkimi. Min dərdin davasını bilməyilə Loğman, el həkimi, el adamı, elin təbibi kimi tanındı.
İbn Sinanın dediyi “Həkim şahın baxışına, qızın əlinə, ilanın müdrikliyinə və aslan ürəyinə malik olmalıdır” müdrik kəlamın hikməti Ələmdar həkimin təbiətinə tam müvafiqadir. O, şahlar kimi hökmlü, tədbirli və qərarlı müayinələri ilə, xəstələrlə təmasında pozitiv enerjili zərif, həm də xəfif mübarək əllərininin hissiyatı ilə, ani momentdə mücərrrəd təfəkkürdən ayrılıb, zərurui istiqamətə varmaqla, gözə görünən və görünməyən risklərə getməklə təkmilləşərək, püxtəliyə sahib olmuşdur. Kamil adam heç vaxt şəxsi maraqlarını ictimai maraqlardan önə çəkmir. Ələmdar həkim bütün nəcib keyfiyyətləri ilə məşhur ingilis alimi Karleylin “Həyat, əslində iddialardan əl çəkmək anından başlayır. Sən öz ididalarını sıfra bərabər et və onda bütün dünya sənin ayaqların altında olacaqdır” fəlsəfəsinə mütənasib qaydada ictimai maraqları şəxsi maraqlardan daim öndə tutduğundan, kamillik səviyyəsinə çatmaqla dünyanı ayaqları altına aldı.
Bəzən ötən illərin qazancı bəlli itkilərə də səbəb olur. Ömür qazancı savablarının sayı bilinməyən dərəcədə çox olsa da, həkim öz ömrünü başqalarının ömrü yolunda şam kimi əritməklə, şəxsi sağlığını el yolunda fəda etməklə yaşlanır.

İnsan sağlamlığı bir çox hallarda şəxsin özü tərəfindən olan etinasızlıq, biganəlik səyəsində təhdidlə üz- üzə qalır. Bu vəziyyətdə həkimin işi ona üz tutanların həm səhvlərinin, einasızlığının yükünü çəkmək olur, həm də xəstəliklərin yaratdığı fəsadları aradan qaldırmaq. Əməyinin nəticəsi müsbət olduqca həkim çöhrəsinin nuru, təbəssümü çoxalır, qayğı dolu sifət cizgilərinin sayı artır, çöhrəsinin ziyalı qırış qatları müdriklik işığı saçır. Bu mənada təcrübəli, peşəkar həkim, bacarıqlı səhiyyə təşkilatçısı, Ələmdar Cəfərovun keçdiyi ömür yolu- yolların ən şərəflisidir.
Özü üçün yaşayanlar adi adamlardır onlar həqiqi bəxtiyarlığa çata bilməzlər, xoşbəxtliyə- həqiqi bəxtiyarlığa çatmaq üçün özünlə bərabər, başqalarını da yaşatmağa çalışmaq lazımdır. İnsanlara olunan yaxşılıqlar içərisində onların can sağlığını qorumaqdan, xoşbəxtlyə çatdırmaqdan ümdə heç nə ola bilməz. Əsil xoşbəxtlik həyatı mənalı, xeyirli və dəyərli yaşamaqla ölçülür. Bütün xoşbəxliklərin mənbəyi məhz sağlamlıqdır. Hərgah körpəlikdə və uşaqlıqda keçirilən xəstəliklərə sonacan düzgün dava-dərman olunarsa, səadət yolu işıqlanar, əksinə naşı təbibə urcah olduqda, bu bir ömür insanı təqib edən təhdidə yol açar. Sağlam ruh sağlam bədəndə olar deyiblər. Pediatrya elə bir sahədir ki, burada yalnız xəstəliyin müalicəsi deyil, həm də xoşbəxt gələcəyin taleyi həll olunur. Neçə -neçə ömür qapısının səadətə açılmasına vasitəçi olmağı ilə məhşurlaşan Ələmdar həkimin ömür yolları- daim ziya ilə bəzənmiş yollardır. Vətənə gərəkliliyi, insanlara sağlıq və rahatlıq bəxş etməyi, körpələrin səhhətini qoruyb saxlamağı, Onun Tanrı nümayəndəsi olmağının daha bir əlamətlərindəndir.

Ömür yollarının hamarından da, eniş yoxuşundan da dəyanətlə keçib insanlıq simasını doğrultmaqla, ona üz tutanları intizar və qüssələrdən uzaqlaşdırmışdır. O, keçdiyi yollardan şərəf və ləyaqət izi silinməyən, az -az rast gəlinən simalardandır. Hər kəs öz taleyi ilə gəlir dünyaya. Körpə uşaqlara körpəlik etmək taleyi də Ələmdar həkimin parlaq ömür yazılarından biridir.
İnsanlığın dəyər və mahiyyəti əməllərdə, həyat fəaliyyətində , mənəvi keyfiyyətlərdə təcəssüm olunur. Həkimlik fəaliyyəti idrakın dərinliyi sayəsində özünü doğrulayan fəaliyyətdir. Dərrakəsi, ağıl və biliyi sayəsində zirvələşən Uca dağların oğlu Ələmdar Cəfərov həyatda layiqli yerini tutmaqla uca mərtəbələrdə insanlıq öz statusunu müəyyənləşdirmişdir.
Böyük Yunan mütəfəkkiri Diogen bir dəfə günorta vaxtı “Əsl insan axtarıram” deyərək əlində çıraq tutub küçələri dolaşırmış. Onu görənlər təəccüblə baxsa da bu fikirin mahiyyəti aşağıdakı misralarla tamamlanır.
...Bu dünyaya milyon oğul-qız gəlir,
Sevinc gəlir, kədər gəlir, naz gəlir,
Əsil insan az yaranıb, az gəlir,
Vaxtsız ömür insanlara qıymasın!
Qiymətli nə varsa (qızıl, gümüş, brilliant) qənaətlə tapılır, təbiət onu az yaradıb. Qiymətli adamlar da belədir, daim cəmiyyətin və həyatın dayağı olublar, dünyanın yükünün sinələrində saxlayıblar və azdırlar. Ələmdar həkim çağdaş dünyamızda alicənablığı ilə san çıxaran, ad eyləyən, az-az tapılan şəxsiyyətlərdəndir.

Azərbaycan xalqı tarixin bütün dönəmlərində öz qiymətli şəxsiyyətləri, mərd insanları ilə qürur duyub, onları başının üzərində saxlayıb, öz milli sərvətləri sırasına daxil edib. Ələmdar həkim də yeri başımız-gözümüz üstündə olan qənimətlərimizdən biridir. Bu cür insanlar xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində qoruyub, həyatda kişi kimi yaşayaraq ləyaqət və şərəf timsalı olduqlarını sübut ediblər.
Ələmdar həkim sadə olduğu qədər zəngin, mənalı ömrünü ərənlərin milli təfəkküründən gəlmiş prinsipallıqla, çətinliklərə sinə gərməklə, mərdliklə mühafizə edərək, hər kəsin qəlbindən doğan xoş hisslərə yiyələnmiş Kişidir.

Ürəyinin yağını, könlünün hərarətini bölüşüb körpə balalarla. Aylı gecələri yatmadan, nurlu sabahları dincəlmədən, sağalmaz xəstəlikləri qəlbinin odu ilə dəf edərək yaşayıb indiyədək olan şərəfli ömrünü. Daxilindən gələn tükənməz enerjinin təsiri ilə, müdrikliklə, möhtərəmilklə şərəflənib. Ələmdar Cəfərovu həkimlik sənəti cəmiyyətdə özünü təsdiq vasitəsi kimi ali məqamlara çatdırdı. Daim öz üzərində işləyərək, tibbi yeniliklər axatararaq dərin mühakimələrinin, düzgün diaqnozlarının əsasında obyektiv qənaətlərə gələrək öz fəaliyyətində diaqnostik xətalardan yan keçdi, səriştəsilə differensial diaqnostikanın əsaslarının gözəl müəlliminə çevrildi. Qeyd etmək istəyirəm ki, böyüklərdə ananmnestik bazanı mükəmməlləşdirmək, xəstəliklərin etiologiyasını, patogenezini təsbit etmək nisbətən asan başa gəlir. Bilavasitə nitq- soruşma vasitəsilə pasientin verdiyi cavablar xəstəliyin diaqnostikasında mühüm amil kimi özünü göstərir. Pediatriyada uşaqlardan, dili açılmamış körpələrdən isə həkimin nəsə soruşmaq imkanı demək olar ki, yoxdur. Həssaslığı, təfəkkürü, düşüncəsi Ələmdar həkimə öz peşəsində ardıcıl töhvələr verib və onun bütün xəstələri məmun, sevincək, razı qalıblar . Düzgün və obyektiv qənaətlərə, dərin mühakiməyə əsaslanaraq, tədqiqatçı fəhminə söykənən diaqnostikası bütün elmi konfranslarda, konsiliumlarda hər zaman dəqiq təsdiqini tapmışdır. Cəfərov Ələmdar həkim kimi dərin hörmətini əməyinin bəhrəsi ilə uğurlarında qazanmışıdr.

Ələmdar həkim haqda fikirlərimi ifadə etmək üçün daha bir fəlsəfi mənaya istinad etmək istəyirəm. Mühüm olan yüksəklərə çıxıb həyata yuxarıdan baxmaq deyil, mühüm olan nə qədər ucalsan hər şeyə bərabər səviyyədən baxa bilməkdir. Doktor Cəfərov el gözündə, xalqın nəzərdində ucaldıqca öz səviyyəsini qorudu, qeyrət, namus, mənlik müstəvisində həyat obrazının parlaqlığını mənalı şəkildə təcəssüm etdirdi, alçaqköllü olmağı ilə ucaldı. “Ağac bar gətirdikcə başını aşağı salar”- demişdir babalarımız. Doktor Cəfərovun alçaqkönüllü olmağı onu bu timsalda mötəbərləşdirdi.
Ələmdar Cəfərov öz yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, ömür prinsiplərinə sadiqliyi ilə daim cəmiyyətin bütün təbəqələrinin yüksək rəğbətini, ehtiramını qazanıb, çox vaxt həkim yoldaşlarının düşdüyü çətin vəziyyətlərin aradan qalxmasında əvəzsiz köməklik göstərib. Ekstremal vəziyyətlərdə körpələrin həyatını qoruyub saxlaması, milli-mənəvi dəyərlərə bağlılığı, alicənablığı, mərhəmətlilik, canıyananlıq kimi mənəvi keyfiyyətləri onun tibbi-ictimai obrazını tamamlayıb. Hər addımında hər nəfəsində məsum balaların sağlam gələcəyini düşünüb.
Hər bir şəxsiyyətin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdirmək əzmində ifadə olunur. Ələmdar Cəfərov nümunəvi bir səhiyyə işçisi olmağı ilə yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil ailə başçısıdır.

Şübhəsiz ki, hər bir ailə başçısının ali dərəcələrə yüksəlməyində, onun cisminin, ruhunun, həyatının yükünü çəkən həyat yoldaşının əməyi ölçüyəgəlməz dərəcədə böyükdür. Bu nöqteyi- nəzərdən Ələmdar həkimin əsil Xanımlıq xarakterlərilə- iffəti, isməti, ləyaqəti ilə ömrünün dayağı olan ömür-gün yoldaşı hörmətli Qənirə Xanımın şərəfli əziyyətini vurğulamaya bilmərəm. Qənirə Xanımın öyüd-nəsihətinin, ana qayğısının, övladlarının təlim-tərbiyəsində, təhsilinin və ictimai mövqeyinin parlamasında cəfakeş rolu barlı- bəhrəli olmuşdur. Onun böyütdüyü övladlar haqq-hidayət yollarında sərbəst qədəmlərlə irəliləyərək bəlli bir rütbələrə çatmışlar. İki oğlu Azərbaycan qəhrəmanlığının səlnaməsini yazan igidlərə xas şəkildə vətənpərvər, dövlətçiliyə bağlı, əsil vətəndaş kimi həyat istiqamətlərini müəyyənləşdirmişlər.

Ələmadar həkimlə Qənirə xanımın şərəflə böyüdüb, ərsəyə çatdırdıqları böyük oğulları Gözəl Vətənimizin yolunda can qoymuş fəxr etiyimiz qəhrəmanlarımızdan biridir. O, Xüsusi Təyinatlıların Komandiri kimi polkovnik rütbəsində İkinci Qrabağ Müharibəsi zamanı torpaqlarımızn azad olunması üçün bütün rayonlarımızda gedən hərbi əməliiyatlarda qeyrətlə, cəsurluqla, igidliklə iştirak edərək “ Dəmir Yumruqla “ imzalanmış bir neçə medalların vəsiqəsini almış, eyni zamanda “Qarabağ Ordeni” ilə təltif edilmişdir. Şübhəsiz ki, Qəhrəmanlar milli məfkurə və məsləkin qorunuğu mühitdə, sağlam öyüd-nəsihəti əsas meyar seçən ailələrdə ərsəyə gəlir!
Həmçinin böyük qızları nəcib şəxsiyyət, görkəmli həkim, çoxsaylı körpələrin sağlam və sağlıqla böyüməsində misilsiz rolu olan - Kəmalə xanım Ələmdar qızı Cəfərova 22 illik iş təcrübəsi ilə Ə. Qrayev adına uşaq xəstəxanasında nevropatoloq ixtsasında ata yolunun davamçısı kimi özünü təsdiq etmiş tibb mütəxəsislərimizdəndir. Hörmətli Qənirə xanımın dəstəyilə Ələmdar Cəfərov həkimlik sənətinin sirrlərini bir çoxları ilə bərabər kiçik qızı, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin İnfeksion Xəstəliklər kafedrasının dosenti, iki dərslik kitabının müəllifi Könül xanım Ələmdar qızı Cəfərovaya da mənimsətməklə ata ocağının mənəvi ruhunu – Ələmdar Cəfərov şəxsiyyətinin ucalığını yaşadan şanlı ailə mücəssiməsi qurulmuşdur.
Mübarək İnsansınız, DOKTOR !

Abbas Əli oğlu Bağırov
Həkim-provizor, tibb üzrə fəlsəfə doktoru
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru

 


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər