Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

15:49 / 24.10.2023
Baxılıb: 4776

 


Qərbi Azərbaycanın Basarkeçər rayonu Nərimanlı kənd icmasının Nərimanlı kökənli gənclərlə görüşü keçirilib.


Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanlı kənd icmasının sədri, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi Şirazi İbrahimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərlə görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb.

Bununla da tarixi ədalətin tam bərpa olunduğunu, bütün məcburi köçkünlərin doğma el-oba, yurd həsrətinə birdəfəlik son qoyulduğunu diqqətə çatdıran natiq Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz həsrətli soydaşlarımızın da belə bir sevinc yaşamasını arzulayıb. O, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından, yeni inzibati bina ilə təmin olunmasından, Prezident İlham Əliyevin öz doğum günündə İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsindən, orada səsləndirdiyi fikirlərdən, tarixi torpaqlarımıza qayıtmaq üçün qarşıya qoyulan hədəflərdən, həyata keçirilən siyasətdən də geniş söhbət açıb. Bildirib ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq.

İcma sədri Ş.İbrahimov Nərimanlı kəndinin tarixindən, yetişdirdiyi şəxsiyyətlərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, təhsildə böyük uğurlar qazanan nərimanlılardan da danışıb. Vurğulayıb ki, Birinci Qarabağ müharibəsində Nərimanlıdan 92 nəfər iştirak edib, onlardan 19-u şəhidlik zirvəsinə ucalıb, o cümlədən şəhid Şövqiyar Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İkinci Qarabağ müharibəsində isə 67 Nərimanlı kökənli şəxs iştirak edib, onlardan üç nəfər şəhid olub. İcma sədrinin sözlərinə görə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq nümunəsi göstərənlər müxtəlif orden və medallarla təltif olunublar.

Ş.İbrahimov Nərimanlı kənd sakinlərinin elmə, təhsilə bağlı olduqlarını da diqqətə çatdırıb. Bildirib ki, hazırda 300-ə yaxın Nərimanlı sakini səhiyənin müxtəlif sahələrində çalışır, peşəkar həkim kimi vətəndaşların sağlamlığının keşiyində dayanır. O, təhsilə, elmə, özünü inkişaf etdirməyə olan marağın bu gün Nərimanlı kökənli gənclər tərəfindən davam etdirildiyini, yaxşı bir ənənənin qorunub saxlanıldığını vurğulayıb.

Natiqin sözlərinə görə, təkcə bu il qəbul imtahanlarında iştirak edən və tələbə adını qazananlar arasında 50-dən artıq Nərimanlı kökənli gənclərin olması deyilənlərə əyani misaldır. Ş.İbrahimov həmin gənclərin sadəcə Nərimanlının deyil, ümumən Azərbaycanın fəxri olduqlarını vurğulayıb, gələcəkdə daha böyük uğurlara imza atmaqla və peşəkar fəaliyyətləri ilə xalqımıza, dövlətçiliyimizə, milli maraqlarımıza şərəflə, ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə edib. İcma sədrinin sözlərinə görə, gənclərlə belə bir görüşün təşkili onların uğurlarının təbliği, Nərimanlı gəncləri arasında əlaqələrin qorunub saxlanılması, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndi haqqında həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Basarkeçər rayon icmasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov, tibb üzrə fəlsəfə doktorları Abbas Bağırov, Təbib İbrahimov, pedaqogika üzrə fəlsəfə doktoru Qələndər Aslanov, həkim Taleh Abbasov, Bakı şəhəri F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbin direktor müavini Asəf Vəliyev, eləcə də Nərimanlı kənd icmasının digər üzvləri Sahib Musayev, Əlvi İbrahimov, Ramiz Musayev, Namiq Aslanov, Emin Rüstəmov, Asdan Aslanov, Kamal Heydərov və Basarkeçər rayon icma sədrinin müavini İlqar İsmayıl çıxış edərək öz fikirlərini bildiriblər. Görüşdə iştirak edən gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə məlumat veib, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Nərimanlı kənd icmasında yeni yaradılan bölmələr və təyinatlar, həmçinin görüləcək işlər barədə də ətraflı məlumat verilib.
Görüşün bədii hissəsində Nərimanlı kökənli gənclər öz istedadlarını nümayiş etdiriblər. Göyçə Ömürlü, Musa Əmirov, Əlirza Süleymanov və Mərdan Hacı Dədə Qorquddan, Dədə Ələsgərdən bizlərə əmanət olan sazda müxtəlif ifalar edib, şeirlər səsləndiriblər. Milli Muğam Müsabiqəsində üçüncü yeri tutan Bayraməli Əliyev kamançada, Rinat Aslanov isə solo vokal ifada görüş iştirakçılarına duyğusal anlar yaşadıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

goyce.az


Etiket:
Xəbərlər

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər