Aidə Xudaverdiyeva açıq səsvermə yolu ilə kəndin icma sədri, Əhmədova Aytəkin Bəhram qızı gənclər bölməsinin rəhbəri seçilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan hüquqşünas, jurnalist, Basarkeçər rayon üzrə İcma sədrinin müavini İlqar İsmayılov tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimindəki çıxışını xatırladıb.
Dərəli ziyalıları və gənclərilə görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirib.
Qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb. Bildirib ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq.
Və hörmətli millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin, Qərbi Azərbaycan İcmasının kordinatoru İman Məmmədovun, Basarkeçər rayon üzrə İcma sədri, AMEA-nın müxbir üzvü, Nuru Bayramovun tədbir iştirakçılarına salam və tövsüyyələrini çatdırıb.
İcmanın fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış edib.
Sonra tədbiri aparmaq üçün söz Basarkeçər rayon üzrə İcma sədr müavini Fəzair Piriyevə verilib. Fəzair Priyev, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına böyük diqqət və qayğı ilə yanaşdığını, İcmanın öz fəaliyyətini yüksək səviyyədə qurması üçün dövlət dəstəyinin göstərildiyini söyləyib. Gündəlikdə Basarkeçər rayon İcmasının təşkilatlanma məsələlərinin başa çatdırılması, kəndlər üzrə icma sədrlərinin vəzifə borcu, 1987-1991-ci ildə Basarkeçər rayonundan deportasiya olunmuş şəxslərin siyahılarının tamamlanması ilə bağlı görülən işlərin müzakirəsi məsələlərinə baxılıb.
Professor Vaqif Məhərrəmov Dərə kənd sakinləri adından çıxış edib. Bildirib ki, görüşün təşkil edilməsində başlıca məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin tarixi torpağımız Qərbi Azərbaycana qayıdışla bağlı siyasətinə dəstək ifadə etməkdir. Böyük Qayıdışa başlanıldığını xatırladan Vaqif Məhərrəmov Göyçəyə qayıdışın da mümkün olacağını vurğulayıb.
O, Aidə xanımı Dərə kənd İcma sədri seçilməsi, Aytəkin xanımı Dərə kənd Gənclər bölməsinin rəhbəri seçilməsi münasibəti ilə təbrik edib, rayonun tarixi və əhalisi barədə danışıb, deportasiya nəticəsində öz ata – baba yurdlarından didərgin düşdüklərini, onlarla soydaşımızın vətən həsrəti ilə dünyasını dəyişdiyini kədərlə dilə gətirib və digər qərbi azərbaycanlılar kimi qayıdışın mütləq baş tutacağına inandığını, doğma torpaqlara qovuşacağı günü səbirsizliklə gözlədiyini bildirib.
Həmçinin Dərə kəndinin digər sakinləri professor Namaz Yusubov, Qaçay İsmayılov, Cəlaləddin Əhmədov, Eldar Məmmədov, Niftalı Yusifov, Çingiz Vəliyev görüşdə çıxış edərək öz fikirlərini bildirib, tövsiyələrini səsləndiriblər.
Sonra çıxış edən Aidə Xudaverdiyeva, Dərə kənd İcma sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, Vaqif müəllim və Dərəlilərin ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib və kənd icmasının gündəliyini açıqlayıb.
Dərə kənd Gənclər bölməsinin rəhbəri kimi, Aytəkin Əhmədova gənclərlə belə bir görüşün təşkili onların uğurlarının təbliği, Dərə gəncləri arasında əlaqələrin qorunub saxlanılması, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı, Basarkeçər rayonu, Dərə kəndi haqqında həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Bəyaz İsmayıl qızı Abbaszadə və digər gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə məlumat verib, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Dərə kənd icmasında yeni yaradılan bölmələr və təyinatlar, həmçinin görüləcək işlər barədə də ətraflı məlumat verilib.
Aidə xanımı, Aytəkin xanımı GOYCE.AZ saytı adından təbrik edir, bu şərəfli yolda uğurlar arzu edirik!
HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM
04.12.2023AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.
03.12.2023Bax, biz Göyçə torpağındayıq...
29.11.2023BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR
25.11.2023SƏHRADA YALQIZLIQ
25.11.2023Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO
23.11.2023İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik
21.11.2023“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR
14.11.2023Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib
08.11.2023Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.
07.11.2023Ulu Öndər Heydər Əliyev xatirələrdə
31.10.2023"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.
30.10.2023Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.
28.10.2023“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ
26.10.2023Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR
24.10.2023TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ
21.10.2023Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.
21.10.2023Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə
17.10.2023Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.
15.10.2023"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.
15.10.2023Mərhəmlik və mərhəmət nümunəsi
09.10.2023Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib
07.10.2023TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ
05.10.2023“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY
04.10.2023BABACAN
03.10.2023Xankəndidə torpaq satan dəli qadın
23.09.2023ŞAİR SALMAN QARALAR
22.09.2023Qərbi Azərbaycan İcmasından
21.09.2023BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
14.09.2023RƏŞADƏTLİ RƏŞADƏT
13.09.2023HƏSRƏTİN POETİK QEYDLƏRİ
13.09.2023ƏLLİ YAŞIN İŞIĞINDA
09.08.2023ZOD
06.08.2023DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN
27.07.2023SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI
04.07.2023NƏRİMANLI (HÜSEYNQULUAĞALI)
20.06.2023QƏRİB MƏZAR
13.06.2023SARIYAQUB
06.06.2023TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023