BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

21:23 / 25.11.2023
Baxılıb: 4552

BDU Şərqşünaslıq fakültəsi İslamşünaslıq ETM-in “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib.

Öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan elmi işçi Əli Babayev “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusu ilə bağlı geniş məlumat verərək bildirib ki, Qərbi Azərbaycan ərazisində min illər boyu yaşamız soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə Ermənistanın dövlət siyasəti səviyyəsində
gerçəkləşdirilmişdir. 

Nəticədə, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. Etnik təmizləmə əksər hallarda məhz milli dini-ideoloji mərkəzlərin və dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş vermişdir. O, qeyd edib ki, 1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin çap etdirdiyi yaddaş kitabçasına görə, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan da 7-si İrəvan şəhərində olub. Hazırda onlardan yalnız Göy məscid saxlanılır ki, o da Ermənistan dövləti tərəfindən “fars mədəniyyəti abidəsi” kimi təqdim olunur.

Sonra çıxış edən kiçik elmi işçi Elvin Babayev isə seminar iştirakçılarının nəzərinə indiki Ermənistan ərazisindəki İslamaqədərki alban abidələrinin tarixi ilə bağlı məlumat verib və qeyd edib ki həmin abidələrin hamısı erməni kilsəsi tərəfindən qriqoryanlaşdırılıb, onların arxitektur üslubları dəyişdirilib. O, 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illərdə Ermənistan tərəfindən həmin torpaqların aborigenləri olan Azırbaycanlıları deportasiyaya məruz qoyduqları və türk müsəlman mədəni irsinin məhv edilməsi, türbələr, karvansaraylar, məscidlər, körpülər, qalaların dağıdılması haqda məlumatlar verib.

Basarkeçər Rayon İcma Sədrinin gənclər və mətbuatla əlaqələr üzrə müavini İlqar İsmayılov tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nitqi, həmçinin Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində İcmanın binasının açılış mərasimindəki çıxışını xatırladıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında hazırlanan, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişindən sonra Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı konsepsiya haqda məruzə edib. 
İcmanın fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış edib.
O, Qərbi Azərbaycana qayıdışın tarixi faktlar, beynəlxaq hüquq və sülh prinsipləri əsasında mümkünlüyünü izah edib.

QAİ-nın üzvü Arzu Məmmədov Qərbi Azərbaycanda olan toponimlərin uydurma adlarla saxtalaşdırılması faktlarını qeyd edib.

Böyük Qayıdışa başlanıldığını xatırladan Eynulla Namazov Qərbi Azərbaycana qayıdışın da mümkün olacağını vurğulayıb.

Türkologiya kafedrasının müəllimi dosent Güləhməd İmanov Qərbi Azərbaycan həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsi baxımından bu mövzuda seminarların olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Seminarda İştirak ediblər:
Mahir İsrafilov – böyük elmi işçi;
Mirzəyeva Yeganə Bilal qızı – aparıcı elmi işçi;
Babayev Əli Mirzə oğlu – elmi işçi;
Babayev Elvin Əliyar oğlu – kiçik elmi işçi;
Mahmudova Sevda Pənah qızı – laborant, Mehdiyeva Səbinə İsgəndər qızı – laborant, Ağayev Çingiz İlyas oğlu;
Güləhməd İmanov - Türkologiya kafedrasının müəllimi dosent;
İlqar İsmayılov - Basarkeçər Rayon İcma Sədrinin gənclər və mətbuatla əlaqələr üzrə müavini;
Basarkeçər rayonu Aşağı Şorca kənd icma sədri - Arzu Məmmədov;
Basarkeçər rayonu Babacan kınd icma sədrinin müavini - Eynulla Namazov;
Və BDU-in tələbə heyəti.

İrəvanda azərbaycanlılara məxsus milli-mədəni abidəmiz olan Göy məscidin Ermənistan dövləti tərəfindən “fars mədəniyyəti abidəsi” kimi təqdim olunmasına qarşı İslamşünaslıq ETM və Qərbi Azərbaycan İcmasının adından Beynəlxalq təşkilatlara etiraz məktubu göndərilməsi qərara alınıb.

goyce.az


Etiket:
Xəbərlər

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər